Son kəlmə (2-ci bölüm)

Son kəlmə (2-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 27
Mart, 2007-ci il.Bakı...

Artıq səhər açılmışdı...

Anar aynalı şkafın önündə dayanıb köynəyini düymələyirdi.Nədənsə yaman
fikirli görünürdü.Birdən ala gözlər gəlib durdu gözünün önündə.Tez
başını bulayıb güzgüdə özünə baxdı.

-Özünə gəl, Anar, əgər sən Anarsansa!...

Gözlərini hiyləgərcəsinə qıyıb gülümsədi.

-Amma gözəl gözlərə sahibsəb, Fəzriyyə xanım...

Çarpayıya yaxınlaşıb qarnı üstə yatan Ləmanın lüt kürəyini sığallayıb
mələfə ilə üstünü örtdü.Qulağına doğru əyilib asta, amma ehtiraslı səslə
pıçıldadı.

-Çox sağ ol...

Pencəyini götürüb evdən çıxdı...

Fəxriyyə qapını açıb bacısını görəndə pıqqıldadı.Aysu çarpayıda baş-ayaq yatıb qalmışdı.

-Aysu, dur görüm, dərsə gecikirsən...

-Eee, qoy yatım da, nolar,-yuxulu səslə etirazını bildirib nazik yorğanı başına çəkdi.

-Hmm, demək belə?!-deyib onu qıdıqlamağa başladı...

Aysunun otağından çıxıb Muradın otağına gəlirdi ki, Murad gözlərini ovxalaya-ovxalaya çıxdı.

-Can qardaşım,-deyib onu qucağına alıb yanaqlarından öpdü.

...Fəxriyyə mətbəxə keçdikdə atasını gördü.Malik əlindəki su dolu
stəkanı stolun üstünə qoyub qızına kədərli təbəssümlə gülümsədi.Fəxriyyə
onu başa düşürdü-Yenə anası yadına düşmüşdü.Atasının anasını necə
sevdiyini bilirdi.Atasını qucaqladı.Ata ilə qızın gözləri doldu.

-Ata, özünü üzmə...Anam səni belə görmək istəməzdi...

Malik qızının yanaqlarına süzülən yaş gilələrini barmaqları ilə silib alnından öpdü.

-Bilirəm, qızım,bilirəm...

Anar banka təzəcə daxil olmuşdu birdən kimsə ildırım sürətilə onun yanından ötüb keçdi.

-Lənət şeytana!-pıçıldadı.

Nəsə anlamağa çalışırdı ki,qızlardan biri yaxınlaşıb təbəssümlə ona dedi:

-Sənəm xanım sizi öz kabinetində gözləyir.

Anar qızın ona yeyəcəkmiş kimi baxmasından xoşhallanıb gülümsünüb göz vurdu...

...Dəstəyi burub içəri girdi.Sənəm masa arxasında əyləşərək başını sənədlərdən ayırmırdı.

-Əyləş!

Anar əyləşən kimi ona uzadılan qovluğa təəccüblənsə də biruzə vermədi.

-2gündən sonra işin tamamını səndən təhvil istəyirəm!...

Anar buz kimi soyuq səsi dinləyib qovluğu əlinə aldı.

Nicat Fəxriyyənin fikirli olduğunu görüb qələmini stola döyəclədi.

-Fəxriyyə...

Qız səsə diksinib ayıldı.Nicata baxıb gülümsəməyə çalışdı.

-Anarın anlıq sehrinə qapılan təkcə sən deyildən.Bankın olan-qalan
qızları da sənin düşdüyün vəziyyətdədirlər...Bir şey etiraf edim
də-Fidan da onların sırasına qatılıb artıq!...

Son cümləni xüsusi tonla deyib Fəxriyyəyə baxdı.Fidanın bomboş masasına
quru baxıış atb ayağa qalxdı.Qapıya tərəf addımlayıb əlini dəstəyə atdı

-Bilmirəm niyə, amma mənə elə gəlir ki, o sirli adamdır,-deyib çıxdı.

Fəxriyyə tək qalıb düşüncələrə qərq oldu,hər nə qədər etiraf etmək istəməsə də bu məqamda Nicatla razı idi...

Noyabr, 1982-ci il.Azərbaycan SSRİ-si.”N” rayonu...

Mən atamın səsinə öz otağımdan çıxıb qonaq otağına doğru getməyə
başladım.Elə təzəcə gəlib çatmışdım ki, anamın yalvarışlarını eşidib
yerimdəcə quruyub qaldım.

-Qurbanım olum, Rasim, vurma qızımı...

Çox mühafizəkar ailədə böyümüşəm.Atam ailəvi məsələlərdə çox sərt
idi.Bilmirəm ailədə 2 qız olduğu üçün belə edirdi, yoxsa anamın ona
oğlan doğa bilmədiyi üçün.Doğrudur, bizi vurub döymürdü, amma bir ata
kimi öz sevgisini göstərmirdi.Hələ məktəb illərindən əyin-başımıza
qarışırdı, toyda, hansısa xoş gündə çox oynamağımıza irad tuturdu.Onun
"qanun”una görə biz küçə-bayırda heç kimlə danışıb-gülməməliydik...

Təkcə atamın yox, ümumiyyətlə bizim qohum kişilərin "kitab”ında bir
qanun da vardı-biz dünyaya qız-qadın kimi gəldiyimiz üçün böyük bir
günah işlətmişik.Ona görə də zəhmət çəkib günahımızın bədəlini ödəməli
idik.Kişilər evə istədikləi vaxt gəlirsə, biz gün batmamış evdə
olmalıydıq.Kişilər ürəyi istəyən söhbəti ürəyi istəyən yerdə edirlərsə,
biz öz abır-həyamızı gözləməliyik.Kişilərin böyüməsi ailədə bayrama
çevrilirdisə,biz tumurcuqlayan məmələrimizdən, keçirdiyimiz
menstruasiyadan utanmalıyıq...

Bacım Solmaz məndən 2 yaş böyük idi.Onu istəyən, qapımızı döyən çox
idi.Amma atam "Mən qızımı hər yoldan keçən küçüyə vermərəm” deyib
onların sevinclərini zəhərə döndərirdi.Atamın bu hərəkətini 2 ay sonra
anladıq: Atam Solmazı borclu olduğu tanışına ərə vermək fikrində
idi.Kişinin yaşı 5-ni ötüb keçmişdi.Arvadını 5 il qabaq hansısa xəstəlik
nəticəsində itirmiş, 25 yaşında bir oölu da var üstəlik.Oğlu subay
dura-dura, bu yaşında evlənmək eşqinə düşübmüş...

Bacım hər nə qədər yalvarıb atamın ayaqlarına sərilsə də, faydası
olmamışdı.Borcunun nədən və nə qədər olduğunu heç birimiz öyrənə
bilmədik.Bacım gözü yaşlı "ər” evinə gəlin köçdü...

Atamın bacıma dediyi "Ər evi gor evi, ordan ancaq meyidin çıxa bilər” kəlməsi mənim bədənimə üşütmə salmışdı o vaxt...

İndi bacımın ərə getməsindən 2 ay ötmüşdü.Ondan bir xəbər ala
bilmirdik.Atam heç maraqlanmırdı.Elə bil ki, bu adamın yerli-dibli qızı
yox idi.Anam iynə üstündə otursa da, atamdan it kimi qorxduğu üçün ondan
bir kəlmə qoparda bilmirdi...

Mənim 17 yaşım dünən tamam olmuşdu, amma ad günümü yox, ölüm günümü qeyd etdim ...”

Anar arxivdə "araşdırma” aparırdı ki, arxadan səs eşitdi.

-Nə axtarırsınız?!...

Anar yeni də olsa tanış səsə kinayəli təbəssüm edib çevrildi.

-Heç, Fəxriyyə xanım,işimi görürəm.

Özünə əmin danışığı bir maqnit kimi adamı özünə çəkirdi, hələ baxışı və təbəssümü...

Fəxriyyə başını astaca silkələyib sənədlərə baxdı.

-Sənəm xanımın işidir?!...

-Hardan bildiniz?!...

-Mən 2 ilə yaxındır ki, burda çalışıram, nəzərə alın...Amma sizin axtardığınız

burda deyil...

Anar çiyinlərini rahaatlaşdırıb qollarını sinəsində çarpazladı.Onun
baxışı ilə qarşılaşan kimi gözlərini çəld çəkən Fəxriyyəyə gülümsünüb
dedi:

-Bəs hardadır?!...

Fəxriyyə dərindən nəfəs alıb gözlərini yumub açdı.Anarın ona
yaxınlaşdığını görüb cəld yanından ötüb keçdi.Anar isə öz işində
idi-"şeytani” təbbəssümlə onun arxasınca gəlməyə başladı.

Fəxriyyə dabanlarını yerdən qaldırıb əlini uzatsa da qovluğa
çatmırdı.Anar çevik hərəkətlə onu götürüb qıza uzatdı.Onun gözlərindəki
parıltını görüb qovluğu əlinə almaq istəyirdi ki, Anar onu özünə tərəf
çəkdi.Bir əli qovluqda qaldığı üçün sürətlə Anarın üstünə gələn onun
gözlərində ilişin qaldı.Nəfəsi kəsildi bir anlıq.

Anar isə bundan məmnun olub əlini qaldırmaq istəyirdi ki, Fəxriyyə kəskin hərəkətlə onun sinəsindən itələdi.

-Özünüzü nə hesab edirsiniz?!-acıq və titrək səslə soruşdu.-Bir daha
mənə yaxınlaşmağa cəhd etməyin!Eşidirsiniz?! Nifrət edirəm sizin kimi
tiplərdən!...

Fəxriyyə arxivdən çıxsa da ürəyinin getdikcə daha da bərkləşən
döyüntüsünü eşidib ayaq saxladı.Onu həyəcan bürümüşdü.İlk dəfə idi ki,
bu qədər yaxından görürdü gözləri.Əlini ürəyinin üstünə qoyub gözlərini
bərk yumdu...

"Bu qızda məni çəkən nəsə var, amma nə?!...Nə isə, Anar, öz işində ol görək!...

Mən öz-özümə gic kimi gülüb qovluğu eşələməyə başladım.Arada ala gözlər
gəlib gmənim iş görməyimə maneçilik törətsə də, tez bir zamanda onu
yoxluğa itələyirdim...

Artıq 1 saata yaxın idi ki, işləyirdim.Boynumu ovxalayıb qolumdakı saata baxdım.

-Vay dədəm vay! Artıq gecdir eee, Anar bəy...Marş buradan, həm də tez!..

Arxivdən çıxıb əlimdəki sənədləri kabinetimə apardım. Əyləşib noutbuku
açdım.Adətimdir-dünyada nələr baş verib,baş verir və baş verəcək-100faiz
öyrənməliyəm.Fərqi yoxdur, hansı sahə olursa oldun...

Mənə zillənən 2 cüt baxışı hiss edib arxaya söykəndim.Üzümə axmaq ifadə
verib qızla oğlana baxdım.Sevil bundan utanıb qıpqırmızı oldu.Cəld
başımı aşağı salıb işinə davam dedi.Amma Orxan deyəsən məni parçalamaq
istəyir haşÖzü də necə parçalamaq!...

-Nəsə olub, Orxan?!-səsimə duzlu kinayə qatıb soruşdum.

O, əgər kor deyiləmsə, əsəbi idi.Ayağa qalxıb mənə doğru addımladı.Əllərini masaya qoydu.

-İşinlə məşğul ol!-əsəbi və titrək səslə hədə-qorxu gəldi.

Mən özümdənrazı təbəssümümü işə salıb qollarımı masaya gətirdim.

-İşim səni narahat edirsə, get yuxarıdakılara öz etirazını rəsmi şəkildə bildir!...

Orxan mənə bircə dənə "qeyri-adi” baxış atıb dişlərini qıcadı.

-Sən özünü nə hesab edirsən?!...

-Bank işçisi...

-Aha!...Görürəm o bank işçisini!-xüsusi tonla vurğuladı.

Mənim əlavə kəlməmə ehtiyac qalmadı.Özü çıxıb getdi.Mən yenə öz
təbəssümümlə Sevilə baxdım. Qız utandığından pomidor kimi qıpqırmızı
olmuşdu.

Ağlıma nə gəldisə şeytani baxışla kabinetdən çıxdım...”

Fidan Fəxriyyənin narahatçılığını sezib astaca soruşdu:

-Fəxriş, nəyin var?!...

Fəxriyyə deyəsən eşitmədi.Gözlərini kilidləndiyi məchulluqdan necə qopartdısa çiyninə toxunan ələ diksindi.

-Hə, nolub?!-tələsik həyəcalı səslə soruşdu.-İşlə bağlıdır?!...

Fəxriyyənin ayağa qalxmaq istədiyini gprən Fidan onun çiynindən basıb əyləşdirdi.

-Otur görüm...Nəyin var sənin?!...

Fəxriyyə yavaş-yavaş özünə gəlməyə başladı.Təbəssüm edib sözə başlamaq istəyirdi ki, Fidanın kədərli baxışlarını görüb udqundu.

-Fəxriyyə, ona görə beləsən, hə?!...İnandırım ki, bu vəziyyətə düşən tək sən deyilsən...

"Anlamırdım, key kimi Fidana baxırdım...Onun öz yernə keçib əyləşməsini
izlədim.Əlimi uzadıb qələmi necə götürdümsə, heç özümüm də xəbəri
olmadı...

Axı nə var onda?!...O gözlər...İlahi!...Sanki sehrləyirdi adamı...Hələ
təbəssümünü demirəm...Adamın ağlını başından alırdı...Özünə əminliyi...

Off, Fəxriyyə, Off!...Ayrıl xəyallar aləmindən!...

Özüm daxili səsimdən necə qorxub diksindimsə, axmaq kimi ətrafa baxdım.Otaqda Fidanla mən vardıq.Nicat harasa getmişdi...

Masaya dirsəklənib başımı əllərim arasına aldım...

-Yox, mən özümə gəlməliyəm, güc tapmalıyam,-deyə pıçıltılı səslə dedim.

Ayağa qalxıb otaqdan necə çıxdımsa özümün də xəbəri olmadı. Özümü qadın ayaqyoluna çatdırıb üzümə şırıltı ilə su vurdum.

-Fəxriyyə, nəyin var sənin?!...

Qızlardan biri mənə yaxınlaşıb əlini çiynimə qoymaq istəyəndə necə oldusa dəli kimi bağırdım:

-TOXUNMA!!!...

Hamı mənə təəccüblə baxırdı.Mənsə bu "anormallığımla” üzümü qurulayıb ordan çıxdım...

Nouabr, 1982-ci il.Azərbaycan SSRİ-si...

"Dərslərimlə aram yaxşı idi.Ümumiyyətlə çalışırdım ki, evə yaxşı
qiymətlər gətirim.Mən universitetdə oxuyub ali təhsil almaq
istəyirdim.İstəyimi öyrənəndə evdə qiyamət qopdu.Atamın reaksiyası mənə
elə pis təsir etdi ki, sanki cinayət işlədirəm "Qız hara, oxumaq hara?”
Bir həftə boyunca ağlayıb-sıtqasam da faydasız qalmışdı.Hətta məktəbə
belə həvəssiz gəlib gedirdim.Müəllimlərin mənə təəssüf dolu baxışları
ilə sinif yoldaşlarımın kədərli tonları məni daha da üzürdü...

Atam Nuh deyib, peyğəmbər demirdi.Qərarını vermişdi.Anam müticəsinə ona boyun əyirdi. Bir gün anam gəlib məni "muştuqladı”

-Səni istəyən var eee, bəxtəvər başına, atan da razılaşıb...

O anda yer ayaqlarımın aıtndan qaçdı.Mən oxumaq istəyirdim, icazə
vermədilər. Həkim olmaq istəyirdim, arzularımın üstündən böyük xətt
çəkdilər.İndi də ailə qurmaq məsələsini qoyublar qarşılarına.

Bu insanlar ailə qurmaq kimi mmühüm məsələdə mənim rəyimi
soryşmadan-öyrənmədən öz imzalarını atıblar.Heç tanımadığım, üzünü belə
görmədiyim bir adamla yastığa baş qoymaq...İlahi! Bu ki, dəhçətdir sözün
əsl mənasında!...

1-2 gün anama yalvardım, "heç tanımıram, bilmirəm necə adamdır” desəm də
anamın mənim beynimə yeridirdi: "Nolsun ki, tanımırsan?! Tanıyacaqsan
da, sevəsəcəksən də.Mən atana gələndə onu heç tanımırdım da,
amma...”Anam həmişə bu məqamda susurdu, mən də axçmaq kimi heç nə
soruşmurdum...

Mənim etirazlarım onların heç veclərinə də olmadı.Məni heç sevmədiyim, tanımadığım biri ilə evləndirdilər...”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!