Zindan həyat (65-ci bölüm)

Zindan həyat (65-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 15
Lalə sanki şokda idi yuxudada gördüyü hər şey çıxmışdı necə onda anlaya bilmədim deyə içdən düşünürdü artıq şəhərə çatırdılar evə gəlirlər Lalə heçnə demədən yataq otağına gedib qapınıda çırpır gəlib yatağın yanında yerə oturur başını yatağa qoyaraq ağlamağa başlayır Əli gəlib qapını açınca Laləni elə görüb içəri girmək istəsədə geri çəkilir onun yaşadıqları heç də asand deyildi....Lalə ağlayaraq artıq yuxuya getmişdi Əli biraz keçincə yenidən otağa qayıdır bu dəfə ağlamdığını eşidib yaxınlaşır və Lalənin yatdığını görür yatağın üstünü açıb Laləni götürməyə gəlir nesə dediyini eşidir ama anlamır aşağı əyilərək qulaq asmaq istiyir Lalə yuxuda Elnurla danışırdı o Elnura valideynlərinin ölməsini istəmədiyini deyir Elnurda:Mən bilirəm sən istəmirdin ama üzülmə daha.....deyərək təskinlik verirdi

Əli yerı oturub Laləyə baxırdı Lalə elə eyni sözləri təkrar edirdi mən istəmirdim mən eləmədim..

Əli əlini Lalənin saçına apararq sığıal çəkir Lalə tez ayılaraq Əlinin üzünə baxır bir anlıq gözünə Elnur görünür gülümsəyərək:sən mənə inanırsan hə mən istəmirdim deyərək Əliyə sarılır Əli heç gözləmirdi belə bir şey oda Laləni qucaqlayaraq)-hə canım sən istəmirdin əlbətdəki bilirəm sən istəmirdin.

Lalə Əlinin səsin eşidincə biran məyus olur tez geri çəkilərək ayağa durur Əlidə qalxıb:Lalə gəl yemək ye bax çox halsız düşmüsən

Lalə:istəmirəm Əli xahiş edirəm məni tək qoy heç olmasa bunu elə..

Əli heç nə demədən otaqdan çıxıb qapını bağlayır Lalə Əlini Elnur kimi gördüyü üçün özünü günahlandırırdı:mən onu düşünmürdüm o niyə mənim yuxuma girdi axı niyə gözümə elə görsəndi offf Əli hiss etsəydi neyniyərdim........

Elnur isə o gündən sonra Laləni düşünmədən bir gün belə keçirə bilmirdi əvvəl Lalənin Əli ilə evli olduğunu özünə sədd qoyaraq onu düşünməməyə çalışırdı ama o gün Lalənin Əliyə sənə nifrət edirəm deməsi Elnurda artıq bir ümüd yaratmışdı...Lalə ilə necə əlaqə qura biləcəyini onu Əlidən necə qurtara biləcəyini düşünürdü ama heç nə ağlına gəlmirdi ilk öncə Lalə ilə danışmaq lazım idi ama necə Əli anlamadan necə edə bilərəm onu düşüncələrindən telinin zəngi ayıldır Xavər idi zəng vuran:aloo salam Elnur

Elnur:salam necəsən?

Xavər:yaxşıyam Elnur sənə şad xəbərim var oyunumuz baş tutdu anam indi atamla danışır..

Elnur:doğurdan sevindim Xavər heç olmasa sənə kömək edə bildim

Xavər:həə çox sağol sənə necə təşəkkür edəcəyimi bilmirəm Turalı işə düzəltməklə mənə kömək etməklə çox böyük iş gördün İnşallah qarşılığın görərsən

Elnur(gülümsəyərək) İnşallah qarşılığın sevgimdə görərəm..təki xoşbəxt olun

Xavər:İnşallah səndə...indi qaldı sizin ailə

Elnur:həə narahat olma onları mən həll edəcəm.......



Elnur Xavərə söz verdiyi kimi köməklik etmişdi Turala təklif etdiyi Moskvadakı işə göndərmiş atasınada bir dostuna pulu ilə verdiyini demişdi Xavərlə isə ayrılmağa bəhanə axtarırdılar Elnur əvvəlcə Xavərə:bəlkə deyəsənki məni istəmirsən anana onda razılaşar ayrılmağımızla

Xavər:yooxx Elnur mən elə ondada demişdimdəə razılaşmadı

Elnur(biraz düşündükdən sonra)ahaa tapdım bax bu kimi desən dəli eliyər elə sizinkiləridə deməli belə gedirsən evə deyirsənki Elnur məni aldadır onu başqa qızla görmüşəm həm də bir qızla yox hər dəfə başqa qızla çünki bir qızla desən bizimkilərə söz çatınca Lalə ilə görüşdüyümü düşünəcəklər məndə evdə yalandan başqasıyla danışırmış kimi edəcəmki anamgil eşitsinki sənin anan şikayət edəndə bizimkilər inansın,sonrada deyirsənki Elnurun çox pis xasiyyəti var məni heç yerə aparmır öz kefindədi çox kobuddu,mənimlə necə gəldi danışır nəbilime uydurda özündə də bir şeylər şişirt məsələni məncə inanarlar və razılaşmazlar belə bir oğlanla bərabər olmağına...

Xavər evə gedib hər şeyi anasına deyir anasi əvvəlcə heç gözləmirdi belə olacağını ona görə əsəbləşmişdi ama sonra yenədə Xavərə:qızım eybi yoxdu evlənəndən sonra hər şey dəyişəcək daha başqasıyla görüşməz həm kobudluğa isə heç inanmağım gəlmir Elnur kimi bir oğlandan elə şey gözləmək olmur

Xavər:ana mən onunla görüşürəmeee sən yox o nə eləyirsə biz tək olanda eləyir rola girir.....

Xavər nə qədər danışsada anası yenə fikrini dəyişmir bu dəfə isə Elnur başqa bir şey düşünür Xavərgilə gəlir Səadət onu qarşılayaraq içəri dəvət edir Elnur biraz danışıq tərzini dəyişərək Səadətə göstərmək istəyirdi:salam Səadet xala( həmişə xanım deyirdi)

Səadət:salam oğlum

Elnur:nətərsənee nə var nə yox(Elnur sanki qaynanası ilə yox dostu ilə danışırdı) içəri girərək sənin bu bəzəkli qızın harda qaldıyee baş beynimi yeyib təmiz gəzməyə gedək gəzməyə gedək nə qədər olar mənim işim gücüm var axı

Səadət donub qalmışdı həmişə onunla hörmətlə danışan oğlan getmiş yerinə danışığın bilməyən mədəniyyətsiz birisi gəlmişdi

Elnur:hə Səadət xala nə oldu çağırda Xavəri...

Elə bu an Xavər otağından çıxıb aşağı düşür

Elnur:şükür nəhayətki Xavər sultan tşrif buyurdu..

Xavər gelib anasına baxaraq:Ana bizi biraz tək qoya bilərsən danışmalıyıq

Səadət:yaxşı qızım mən otaqdayam..( gözü Elnurda qala qala otağına girir ama nə danışdıqlarını eşitmək istiyirdi qapını yavaşca açıb onlara qulaq asır)

Elnur asta səslə Xavərə:Xavər olacaqlara görə bağışlada

Xavər(gülümsəyərək) narahat olma sən rolunu oyna

Elnur:( Xavərini sözü bitən kimi divana söykənib qollarını açaraq divanın başına qoyub danışmağa başlayır) hə eşidirəm səni Xavər xanım indi niyə çağırmısan məni

Xavər:Elnur biz nişanlıyıq elə bil

Elnur:hə nə olsun

Xavər:necə nə olsun sənin bu laqeydliyin bezdirib məni daha nə qədər olareee

Elnur:ehh bezdirmə adamiı sənə görə dostlarımla vaxt keçirə bilmirəm dəyqə başı zəng vurursan Elnur gəl gəzməyə gedək Elnur gəl yeməyə gedək Elnur gəl görüşək daha bezdime sənin kuklan olmaqdan

Xavər:mən bilirəm sən hansı dostalarınla vaxt keçirmək istəyirsən

Elnur:hə nə olsun əsas oduki sənlə istəmirəm

Xavər:ama Elnur niyə belə eliyirsən bax evləndikdən sonra hər şey dəyişiləcək səndə məni sevəcəksən

Elnur:heç vaxt mən səni sevməyəcəm mən heç kimi sevmirəm başa düşürsən sevmək mənlik deyil bunu sənə necə dəfələrlə demişəm ama başa düşmək istəmirsən!mən evlənsəmdə belə olacam evlənməsəmdə

Xavər:ama Elnur

Səadət eşitdiklərinə inanmaq istəmirdi Elnur onun qızıyla necə rəftar edirdi buna daha çox göz yummuyub otağından çıxıb əsəbi halda onların yanına gəlir:sən nə haqla mənim qızımla belə danışırsan?səni yalnış tanımışıq deyəsən çox mədənniyyətsiz oğlanmışsan heyif

Elnur:nə deyirsəneee Səadət xala istəmirəmdə zornandı

Səadət:tərbiyəsizleşmə istəmirdin nişanlanmazdın qızımın adını çıxarmısan indi deyirsən istəmirəm

Elnur:mən nişanlanmadımki anamgil məcburi nişanladılar həm niyə narahat olursane ayrılmıramki prosta qızını istəmirəm evlənəcəmeee narahat olma ama heç vaxt onu istəməyəcəm

Xavər yalandan əllərini üzünə tutaraq dizinin üstə qoyur, Səadət qızına baxır çox pis olur özünü təhqir olunmuş hesab edirdi başqa söz tapa bilmirdi Elnura deməyə ona görədə onu qovmaq qərarına gəlir:Dur dur rəddol burdan indi mən sizinkilərlə danışaram görüm bu nə mədəniyyətsizlik,bu nə hörmətsizlikdi

Elnur(vecsizcə ayağa qalxaraq)nə istiyirsən elə mənə dəxli yoxdu xalacan

Səadət:rəddol....

Elnur evdən çıxdıqdan sonra Səadət qızını qucaqlayıb təskinlik verir:narahat olma qızım qoy mən anasıyla danışım yığarlar onun ipini tərbiyəsiz

Xavər(başın qaldıraraq)ana nişanı qaytarırıq?

Səadət:yox qızım bir mübahisəyə görə nişan qaytaraq anasigil düzəldəcəklər onu narahat olma

Xavər:ama ana sən görmədin o mənlə necə danışır nə hərəkətlər eləyir

Səadət:nə hərəkət edirki

Xavər(söz tapa bilmirdi elə bir söz deməliydiki anasının qərarı dəyişsin) şey ana utanıram deməyə

Səadət(təlaşlanaraq) Xavər neyniyib de görüm

Xavər:bir dəfə o mənə əl qadırıb

Səadət:nə???

Xavər:vurdu ana o məni vurdu onu narahat edirəm deyə mənə əl qaldırdı

Səadət bu sözü eşidincə əsəbindən nə edəcəyini bilmirdi:sən sən bunu mənə niyə vaxtında demirdin hə??sənləyəm o Elnurun başına oyun açmaq mənə borc olsun nə curətlə mənim qızıma əl qaldırıb

Xavər:ana mən sənə deyəndəki ayrılmaq istəyirəm mənlə razılaşmırdın bax buna görə istiyirdim,

Səadət:heç narahat olma onun dərsin verəcəm qoy hələ atan gəlsin ..

Xavər:ana atama demə xahiş edirəm vurmağını atama demə sadəcə deki yola getmirlər ana xahiş edirəm

Səadət:yox Xavər mənim qızıma heç kim əl qaldıra bilməz bunu ona başa salacam ...

Deyərək otağına gedir Xavər:Off qaş düzəldən yerdə vurub gözüdə çıxardım indi Elnura necə deyəcəm...

Teli götürüb Elnura zəng vurur və hər şeyi ona danışır Elnur əvvəlcə pis olsada sonra eybi yoxdu Xavər qoy desin bizimkilərə mən boynuma alaramki eləmişəm

Xavər:ama onda seninçün prablem olmaz evdəkilərlə

Elnur:olacaq ama sonunda (gülərək) səndən qurtulmaq var zarafat eliyirəm əsas oduki planımız baş tutsun nə olsada sən narhat olma...

Elnur Xavərlə danışdıqdan sonra düşünür bilirdiki Səadət olanları anasigilə desə böyük bir mübahisə qopacaq ama Elnur hər şeyə sinə gərməyi hazır idi nə olur olsun heç olmasa Xavərin xoşbəxt olması üçün bir addım atırdı.....

Artıq Xavərin atası gəlmişdi Səadət otağa gedərək hər şeyi Bəhruza danışır Bəhruz dəliyə dönür:o əclaf mənim birdənə qızıma necə əl qaldıra bilər onun dersin verəcəm burnundan getirəcəm bunu..

Bəhruz əsəblə ayağa qalxıb otaqdan çıxır Səadətdə onun arxasıyca onu sakitləşdirmək üçün danışırdı istəmirdi Bəhruz belə əsəbi danışsın..belə halda Elnurla danışsa pis nesə olmasından qorxurdu ona görədə Bəhruza biz aparıb nişanı qaytaraq atası anası heç nə eləməsələr o zaman sən nəsə edərsən

Bəhruz:sən nə danışırsan o mənim qızıma əl qaldırıb mən onun o əlini qıraram başa düşdün qıraram....

Artıq yarim saat keçmişdi Səadət helədə danışır Bəhruzu sakitləşdirməyə çalışırdı nəhayətki onu yola gətirə bilir və birlikdə çıxıb Elnurgilə gəlirlər...

Xavər tez Elnura zəng vurub deyir Elnurda restorandan çıxıb evə yollanır evdə onu nə gözlədiyini bilirdi ona görə özünü əlindən gəldiyincə sakit aparma çalışırdı.

Artıq Səadət xanım və Bəhruz bəy Elnurgilin evlərində idilər Azadə qonaqlarını mehribanlıqla qarşılayıb içəri dəvət edir heçnəydən xəbərsiz olduğu üçün onların qonaq gəldiklərin düşünür.Şahin bəydə evdə idi biraz keçmişdiki Bəhruz coşur dayana bilmir və danışır Şahin eşitdiklərinə inanmaq istəmirdi bu necə ola bilər... Azadədə eyni vəziyyətdə idi:Mənim oğlum indiyənəcən kiməsə əl qaldırdığın eşitməmişəm hələdə bir qıza inana bilmirəm

Səadət:biz yalan deyəsi deyilik ki olanı deyirik oğlunuzun qızımla necə danışdığını görməsəydim heç məndə inanmazdım ama özümdə gördüm çox mədəniyyətsizcə danışırdı davranırdı...

Elə bu an qapı açılır Elnur içəri gəlir Şahin Elnuru görüncə ayağa qalxır və ona yaxınlaşaraq əlini qaldırıb üzünə sərt bir sillə vurur......

Bu keçən günlərdə Lalə isə sanki günü gündən dahada səssizləşirdi Əli narahat olurdu ona görə əvvəl heç olmasa ağlasada indi heç nə demədən bütün günü yataqda idi otaqdan bayıra çıxmırdı Əlinin məcburiyyəti ilə yemək yeyirdi Lalə sanki öz içində get gedə boğulurdu anası ilə atasının ölümünə özünü səbəbkar bilməsinə görə bağışlaya bilmir yaşananları unuda bilmirdi hər gecə yuxularından anası ilə atasını görür onları mən öldürmədim, mən eləmədim deyə yuxudan qışqıraraq oyanırdı bu hər gecə təkrarlanırdı ama dünən gecə daha pis olmuşdu Lalə yuxudan oyansada yuxunun təsirindən çıxa bilməmişdi Əli nə edəcəyini bilmirdi Lalə birdən yuxudan ayılır yuxusunda anası ilə atası onun üzərinə gələrək:sən elədin bizi sən öldürdün deyirdilər.

Lalə isə ağlayaraq mən eləmədim deyə bilirdi sadəcə biraz keçincə yuxudan ayılır Əli onu sakitləşdirməyə çalışsada Lalə evin içində də anası ilə atasını görürdü qışqıraraq yatağın başına tərəf gedir və eyni sözləri deyirdi:mən eləmədim mən eləmədim..

Əli başa düşə bilmirdi Lalə boş yerə baxır danışırdı ama Lalə orda anası ilə atasını görürdü Əliyə çevrilərək:Əlii de onlara mən istəmirdim

Əli:Lalə sakitləş kimə deyim

Lalə(barmağı ilə evin küncün göstərərək--de anamala atama deki mən eləmədim inanmırlar mənəə

Əli Lalənin dediyi tərəfə baxsada heç kim yox idi Lalənin bütün əsəbləri pozulmuşdu artıq gözünə belə anası ilə atası görünürdü daha dözə bilmirdi buna Əli güclədə olsa onu sakitləşdirə bilir səhər ilk iş onu həkimə aparmağı düşünürdü çünki halı çox pis idi...artıq səhər açılmışdı Əli otaqdan çıxıb duş almağa gedir..çıxdıqdan sonra yataq otağına qayıdır ama qapının ağzında dayanır Lalə kimləsə danışırdı Əli sanki dəliyə dönür Lalə kimlə danışa bilərdiki Əli yavaşca qapını açıb baxır onun kiminlə danışdığını görmək istiyirdi ürəyində yenə məni aldadır deyə düşünərkən otaqda gördüyü mənzərədən şoka düşür.......



Ardı var...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!