Zindan həyat (70-ci bölüm)

Zindan həyat (70-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 22
Lalə zərb ilə yerə yıxıldığı üçün bir anlıq huşunu itirir gözü dönmüş Əli isə bunun fərqinə belə varmaq istəmirdi Lalənin yalandan belə etdiyini düşünərək yerə oturub Lalənin qolundan tutub qaldırır..

Əli:dur ayağa özünü artistliyə qoyma Lalə eşidirsən bu söhbətdən canını salamat qutara bilmiyəcəysən

Lalə isə hələ özünə gəlməməmişdi ama Əli bunu onun yalandan etdiyini düşünür durmadan Lalənin oyanması üçün silkəliyirdi,biraz keçincə Lalə özünə gəlir gözlərini açır ama ağrısı var idi əlini qarnına apararaq:Uşaq uşağa nəsə oldu

Əli:şokda idi uşaq nə uşaq?

Lalə:lənət olsun sənə bizim uşağımız sənə bunu deyəcəkdim ona görə hazırlanırdım ama sən həmişəki kimi yenə hər şeyi məhv etdin....

Əli:hələ inanmaq istəmirdi bizim uşağımız deyərək öz özünə təkrar edirdi Lalə qarnını tutaraq qalxmaq istəyirdi çünkü çox pis ağrı keçirirdi ayağa qalxdığında Əli yerdəki qanı görüb Laləyə baxır Lalə zorla yeriyirdi tez ayağa qalxaraq Lalənin yanına gəlir:Lalə gəl həkimə gedək qanaxma var onsuzda güclə yeriyən halsız olan Laləyə Əli bunu deyincə dözə bilmir dizi üstə yerə oturur əlini qarnına apararaq qucaqlayıb ağlamağa başlayır:bunuda əlimdən aldın sənə nifrət edirəm,ümüdümü ona bağlamışdım bəlkə hər şey yaxşı olacaqdı bəlkə o mən uğur gətirəcəkdi ama sən imkan vermədin,imkan vermədin

Əli:Lalə bəsdi bəlkə heç nə olmuyub gəl gəl həkimə gedək

Lalə:çəkil əl vurma apar məni həkimə ona nəsə olmasın yalvarıram apar

Əli:(yerə oturaraq)aparacam ama mənə olanları danışacaqsan nə vaxt hamilə qaldığını niyə mənə demədiyini məndən gizlətdiyini hamısını danışacaqsan yaxşı

Lalə:Sən necə adamsan adam sözü sənə çoxdu belə sən şərəfsiz insanmışsan mən burda nə haldayam nəyi fikirləşirəm sənsə mənə söz verdirirsən (üzünə tüpürür tfuu əclaf sənində uşağındı bu biraz insan ol adam ol

Əli:Laləəəəə sənə indi adam olmağı göstərərdim heyif heyif dur ayağa özün get(deyərək ayağa durur)

Lalə o qədər halsız idiki ayağa belə dura bilmirdi Əli

isə bunlara fikir vermiyəcək qədər əsəbi idi yataq

otağına gedib qapını möhkəmcə çırpır yatağın

üsündəki paltarı görüncə birazda əsəbləşirdi paltarı

götürüb param parça edir.. Elnur hələdə aşağıda idi içində qəribə bir hiss var idi

yuxarı çıxmamaq üçün özünü zorla saxlayırdı heç

yerədə gedə bilmirdi əlindən heç nə gəlmirdi.

Lalə sürünərəkdə olsa evdən çıxmaq istəyirdi özünü

yoxda heç olmasa uşağını qurtarmaq istəyirdi

halbuki əvvəl onu qəbul etmək istəmirdi ürəyində isə durmadan Allaha dua edirdi ona heç nə olmasın deyə

o qapını açır ama bloka çıxa bilmir huşunu itirir

Əli qapının açıldığını ewşidincə tez yataq otağından

qaçaraq çıxıb qapıya tərəf gəlir Lalənin yerdə

özündən getdiyini görünəe bu dəfə oyun etmədiyinə

inanır və tez onu qucağına götürür çıxmaq istəyirdiki yadına düşürki maşını yoxdu onu nəylə

aparacaq:Offf maşında yox taksi tapım vaxt itirəcəm

Elnur görəsən çox uzaqdadı (Laləni yerə qoyub

cibindən teli çıxarıb Elnura zəng vurur Elnur

gözləməkdən yorulmuş və əlindən heç nə

gəlmədiyindən ordan uzaqlaşırdı telə zəng edənin Əli olduğunu görüncə maşını saxlayır teli açır

Əli:Elnur çox uzaqdansan?

Elnur:yox yox elə burdayam

Əli:başa düşmədim burda neynirsən??

Elnur:yəniki buralardayam bir dostumun yanındayam

Əli:hə bildim..mənə köməy lazımdı

Elnur:nə köməy??nə olub??

Əli:Laləni həkimə aparmalıyam maşın lazımdı əyər

yaxındasansa gələ bilərsən??

Elnur(inanmaq istəmirdi Laləni niyə həkimə aparmaq

lazımdıki Əli kim bilir ona neyləmişdi özünü daha

çox sıxa bilmir və əsəblə:Neyləmisən ona!!

Əli:mən heç nə özü yıxılıb həm sənə nə olub

Elnur:yıxılıb?hə yaxşı gəlirəm mən sən çıx

Əli:Elnur sənləyəm desədə Elnur teli söndürmüş

maşını işə salaraq ora gəlirdi Əli sanki Elnurun

danışığından nəsə hiss etmişdi ama özünü

inandırmaq istəmirdi çoxda üstündə qalmayaraq Laləyə baxiır Lalənin əynində paltar yox idi büründüyü

dəsmaldan açıla bilərdi Əli onları Elnurun

aparacağınıda nəzərə alıb içəridən rahat geyindirə

bilsin deyə xalat gətirərək tez əyninə geyindirir..

Elnur artıq binanın qarşsında idi düşüb binaya

doğru qaçaraq yuxarı çıxır

pilləkənləri tez 2-2 3-3 çıxırdı Laləyə görə o qədər təlaşlanırdıki liftə minmək belə ağlına gəlmirdi qapıya çatıb zəngi basir Əli durub qapını açır qarçısında Elnuru görüncə qaşlarını çataraq ona baxır o niyə bura gəlmişdiki mən gələndə xəbər verməsini demişdim.

Elnur isə yerdə olan Laləyə baxırdı başa düşmürdü nə baş verir içəri girərək Laləyə yaxınlaşmaq istiyirdi ama Əlinin tərs baxışları sanki ona ayıldır geri çəkilərək:nə olub??

Əli nə baş verir burda

Əli:sən bura niyə gəldinki mən gələndə xəbər verməni gözlüyürdüm.

Elnur:Əli indi bunu müzakirə etməyin vaxtıdı Lalənin vəziyyətin görmürsən onu həkimə aparmaq lazımdı,həm mən fikirləşdim sənə kömək etmək lazım olar ona görə çıxdım

Əli heç nə demədən Elnuru süzürdü hələdə sanki nəsə bir söz,bir hərəkət axtarırdı Elnurda..

Elnur isə nə qədər çalışsadaki hiss etdirməsin ama bacara bilmirdi Laləyə görə çox narahat idi və buda kənardan hiss oluna bilərdi

Elnur:Əlii aparmayaq

Əli(nəhayətki xəstəxanaya aparmaq qərarına gəlir Laləni qucağına alaraq evdən çıxırlar liftə minərək aşağı düşüb gedirlər onlar çıxan kimidə Esmiralda qapısını açıb bloka arxalarıyca baxır Laləni Əlinin qucağında aparmasından nəsə olduğunu anlayır Laləni elə halda görüncə pis olsada elə yenədə düzgün etdiyini düşünür telini götürərək Şəbnəmə zəng vurub olanları danışır Şəbnəm bu zəfərini qeyd edirdi artıq nədə olsa Əlidən intiqamını aldığını düşünürdü...

Elnur maşını əlindən gəldiyincə tez sürüb xəstəxanaya çatdırmaq istəyirdi Əli arxada oturmuş Lalənində başını dizinin üstünə qoymuşdu..

Elnur:Əli nə oldu axı??

Əli:heç nə mən evə gəldim (səssiz durur)

Elnur:hə sən evə gəldin??

Əli:hə evə gəldim gördümki Lalə yerdə yıxılıb

Elnur:durduq yerdə yıxılıb

Əli:yoxx stuldan yıxılıbda görmədin stulu

Elnur nə qədər yadına salmaq istəsədə xatırlamır orda stul gördüyünü,ama içindən bir hiss Əlinin nəsə elədiyini deyirdi ona ama durduq yerə soruşa bilmiyəcəkdi Əlidən bir söz bəhanə edərək soruşmalı idi və yadına Əlinin bayaq əsəbi halda evə getdiyi yadına düşür:Əlii bəlkə deyirəm mübahisə etmisiz və sən

Əli(Elnurun bu sözünə dəli olur)-sən sən nə danışırsan mən ona əl qaldıracam heç vaxt heç vaxt mən dəliyəm sevdiyimə əl qaldırım yox yox heç vaxt sən özündən söz çıxarma qarışmada!

Elnur:Əli bayaq evə necə əsəbi getdiyini gözümlə gördüm ona göre deyirəm

Əli:Elnur!!!sən qarışma bizim işimizə!!səndən köməy istədim ailə işimə qarşımanı yox!!

Əli belə danışaraq Elnurun daha çox sual verməsini istəmirdi artıq xəstəxanaya çatmışdılar Əli Laləni həkimə göstərir özləri isə dəhlizdə gözlüyürlər Əli hərdən Elnura baxıb onun evə gəlməsini Lalə haqqında belə maraqlanmasını düşünürdü:Niyə evə gəldiki dedi axı köməyə gəldim,bəs Laləni niyə soruşdu offf Əli sən olsaydın soruşmazdın bəs indi nəyi gözlüyür çıxıb getsin...

Əli elə bu düşüncəylə Elnura yaxınlaşırki desin həkimin çıxdığını görüb onun yanına gedir Elnurda yaxınlaşır ama özünü çoxda hiss etdirmək istəmirdi Əlinin şübhələndiyini başa düşürdü

Əli:nə oldu həkim??

Həkim:narahat olmuyun vəziyyəti indi yaxşıdı qanaxmanı dayandırdıq ultrasəs müayinəsinədə saldıq uşağın ürək döyüntüləri var,(Elnur uşaq sözünü eşidincə sanki xəstəxana başına fırlanır:nə uşaq Lalənin uşaqi var həmdə Əlidən)

həkim:ama düşmə təhlükəsi çox yüksəkdi hələ belə vəziyyətdə də qalması böyük bir şeydi bir gün qalsın burda.he birdə siz yoldaşısız??

Əli:hə yoldaşıyam

həkim:indi polislər gələcək izahatınızı almağa

Əli:nə??nə izahat? (çevrilib Elnura baxır:sən nəsə demisən?

Elnur:yox nəsə olubki?

Əli:yox heç nə olmuyub niyə polisə izahat verməliyəmki

həkim:Lalə xanım özünə gəlmişdi sizin onu döyərək bu hala qoyduğunuzu dedi ona görə bizdə xəbər verdik bunu biz etməliyik

Əli heç gözləmirdi Lalənin belə söz deyəcəyini gülərək:Nə ??mən ??eləməmişəm deyəsən Lalə tam özünə gəlməyib mən işdeə gəldim onu evdə huşsuz vəziyyətdə gördüm

Həkim:onu mən bilmirəm yoldaşınız elə dedi sizində onunda izahatını alacaqlar onda aydınlaşar bu bizlik deyil..

Əli:mən görə bilərəm

həkim:görə bilərsiz ama çox yormuyun

Əli:yox yormuyacam necə olduğunu soruşacam

həkim:yaxşı...

Əli iti addımlarla otağa gedir,Elnur bilirdi Əli Laləynən nə danışmaq istəyəcək artıq əmin olmuşdu bunu Əlinin etdiyinə oda otağa girmək istəsədə gedə bilmir nə adla girim axı içəri...

Əli içəri girir qanlı baxışlarla Laləyə baxırdı onun həkimə deməsinə əsəbləşmişdi bunu necə edə bilərdi Lalənin yanına gəlir:Sən neynəmisən hə??

Lalə:(asta səslə)çıx get burdan

Əli:elə bilirsən məni şikayət etməklə hər şey bitəcək həə??səni peşman edərəm öldürərəm Lalə mənə heç nə olmuyacaq uzaq başı biraz başım ağrıyacaq ama sonra sənin başını pis ağrıdacam

Lalə:məni qorxuda bilmərsən daha hər şeyi deyəcəm səndən qurtulacam.

Əli(əlini Lalənin qarnına qoyaraq sixır-heç nə edə bilmərəm hə?

Lale:əlivi çək ona heç nə etmə

Əli:kimindi bu qarnındakı kimnəndi

Laləə:sənə nifrət edirəm şərəfsiz alçaq mən səninçün nəyəm nə hesab edirsən

Əli:sən f.....sən səndən nə desən gözləmək olar səni rəzil-rüsva edərəm uşağıda sənidə öldürərəm heç kəsə heçnə demə yoxsa olacaqlara mən cavabdeh deyiləm

Lalə:heç nə edə bilmərsən

Əli:edərəm bilirsənki edərəm sənidə uşağıda yer üzündən silərəm Lalə əyər heç nə olmasını istəmirsənsə heç nə demə evdə yıxıldığını de söhbəti bağlayaq ama deməsən peşman olacaqsan səni peşman edəcəm.

Elə bu an qapı döyülür 2 polis Elnurla bərabər içəri gəlirlər.....



Ardı var...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!