Son kəlmə (4-cü bölüm)

Son kəlmə (4-cü bölüm)
Sevgi Dünyası
10.09.2017 27
Noyabr-aprel, 1982-1983-cü illər.Azərbaycan SSRİ-si.”N” rayonu...

"Yəqin ki, qəribə gəlir-SSRİ-nin "dəmir qanunları " niyə bizim abalaca
rayonumuzda işləmirdi?! İşləmirdi də, vəssəlam! Hər nə qədər gülünc
səslənsə də bu-acı həqiqət idi. Dədə-babadan qalma adətlərin gücü həddən
artıq hökmlü idi.Qızlar ancaq məktəbdə oxuya bilərdilər, nadir hallarda
onların səsi ali məktəblərdən gəlirdi.Onlar vur-tut 2-3 nəfər
idilər.Valideynləri həm qəhumları, həm də "Ağsaqqallar” tərəfindən atəşə
məruz qaldıqları üçün şələ-külələrini yığışdırıb köçmüşdülər
rayonumuzdan...

Mən ər evinə necə gəlin köçdüm, onunla keçirdiyim ilk gecəni heç
xatırlamadım.Səhər həm özümdən, həm də rəimdən utanırdım.Yaraşıqlı idi,
ilk baxışdan mənim xoşuma gəlmişdi.Amma xasiyyətini bilmirdim, uşaq ağlı
ilə fikirləşirdim ki, yəqin ki, yaxşı adamdır.Məcbur sevməli, onunla
bir ömür yaşamalı idim. Ərə gedəndə anam atamın sözünü mənə çatdırıb
qulağımda sırğa etdirmişdi: "Ər evi-gor evi.Ordan ancaq meyitin çıxa
bilər!”

Ərim-Xanlar-ilk günlər mənimlə cinsi yaxınlıq etsə, sonrakı 2-3 ay
məndən sürətlə soyumağa başladı.Bəzənib-düzənirdim olmurdu ki,
olmurdu.Xanlar mənimlə elə davranırdı ki, elə bil ki, həyat yoldaşı heç
yerli-dibli yoxdur.Gizlincə ağlayırdım, dəfələrlə dünya biyda dərdimi
anama danışmaq istəsəm də, son anda bu fikirdən daşınırdım.Düşünürdüm
ki, zamanla düzələcək.Amma...

Yataqda mənə göstərdiyi etinazsızlıq mənim canımı yandırırdı.Məndən
ondan sevgi gözləsəm də, elə gözü yaşlı yuxuya gedirdim.Son zamanlar isə
evə gec-gec təşrif buyurmağa başlamışdı.Mən ağzımı açıb 1-2 kəlmə söz
soruşa bilmirdim ki...Ərimin harda işlədiyini bilmirdim...

İztirablı günlərim bir-birlərini əvəzləyirdi.Ərimin evə gec, üstəlik də
içkili gəlib məni söyməsi, söyməis artıq məni incitmirdi.Ondan son 1 ay o
qədər şillə-təpik yemişdim ki...

Artıq evliliyimizdən 5 ay ötüb keçmişdi.Hər nə qədər istəsəm də, hamilə
qala bilmirdim.Xanların heç vecinə deyildi ki, uşaq lazımdır ya
yox.Ondan kimsə bu barədə soruşanda gözləri aç qala qan çanağına
dolurdu.Ərimin davakarlığına yaxşıca bələd olanlar susmağa üstünlük
verirdilər. Və buna görə də heç kəs ortalığa bu məsələni atıb qlobal
miqyasda problemə çevirməmişdi...

Bir gün yenə mübahisəmiz düşmüşdü.Xanlar mənə olmazın söyüşlər yağıdırıb
döyməyə başladı.Bədənimdə sağ yer qalmamışdı demək olar ki...

Ondan 3 gün sonra gecə evə içkili halda gələndə mən içimdə tutub əsir
etdiyim bütün hayqırışlarımı üstünə buraxdım.Məni sevmədiyini,
valideynlərinin zorla aldığını dedyib durdu.Mən bu səfər dilimi dinc
qoymayıb sərt şəkildə bağırdım.O, buna bədnmiş kimi saçlarım tutub məni
otaq boyunca sürüdü.Ağzımla burnumun qanı bir-birinə qarışmışdı...

Alçalmışdım, çox pis alçalmışdım.Qadınlıq qürurum tapdalanmışdı.Elə
yerdə uzanıb ağladım.Xanlar mənə 1-2 təpik ilişdirdikdən sonra söyə-söyə
qapını çırpıb getdi...

1 saat elə o vəziyyətdə qaldım.Bir-birinə qarışan qanım artıq
qurumuşdu.Güclə yerdən ağrılarla, qanlarla qalxıb yuyundum. Halsız
halımla yataq otağına doğru gedirdim ki, qapının zəngi çalındı.Ərimin
bağırtısına dik atıldım.O qapını yumruqla bərk-bərk döyüb bağırırdı. "Aç
qapını, qəhbə!”

Qorxa-qorxa gedib qapını açdım.Və gördünlərimdən dəhşətə gəldim.
Sərxoşluğun ucbatından ayaq üstə güclə dayanna Xanların qolları arasında
bir qadın vardı.Vulqar geyimi, üzündəki makiyajdan bilinirdi ki,
əxlaqsızın biridir...”

MART, 2007-Cİ İL, BAKI...

Fəxxriyyə Elxanı bir daha bəmbərk qucaqladı.

-Dəli qız,yavaş.Boğdun məni,-Elxan deyib güldü.

Fəxriyyə də ona qoşulub gülməyə başladı.

"Elxan ...Onu necə tərif edim axı mən?!... Mənim bankda işə düzəlməyimdə
ən böyük dəstəkləyici desəm...Elxan - atamın rəhmətlik dostu İlhamın
yeganə övladı...Uşaqlı dostum kimi də qələmə verə bilərəm...”

Onlar söhbət edə-edə kabinetə daxil oldular.

-Hə, dəli qız, danış görüm nə var-nə yox?!...

-Heç nə...

-Necə yəni "heç nə”?!...

-Elxan!...

-Yaxşı, yaxşı...Amma...?!...

-Amma nə?!...

-Heç...

"Mən o zaman Elxanın mənə yönəlmiş baxışlarına fikir verməmişdim.O, mənə şübhə ilə baxmışdı...”

Anar qapını döymədən açdığında bir müddət yerindəcə donub qaldı.Fəxriyyə
Elxanla deyib gülməklərini dayandırıb "gözlənilməz qonağ”a çaşqın kimi
baxdılar.

-Üzr istəyirəm...

Anar soyuq tonda deyilən üzrxahlığı Fəxriyyəni qorxutmağa başladı.İçinə
düşən titrəmə getdikcə yayılırdı.Masa arxasından qalxıb Elxana
baxdı.Elxan isə heç nə anlamırdı hələ ki...

Anarın qapını "nəzakətlə” bağlayıb getməsi ilə Fəxriyyənin çökərək
əyləşməsini izləyən Elxan yavaş-yavaş ayılırdı.Kinayəli təbəssümlə
başını tərpədib qıza baxdı.

-Hə, Fəxriyyə, danış görüm...

Fəxriyyə ilan sancmış kimi gözlərini anlaşılmaz ifadələrlə Elxana zillədi.

-Nə?! Nə danışım?!-həyəcanla soruşdu.

-Off ...Fəxriyyə, kimdir bu?!...

Elxan qızdan cavab çıxmadığını görüb qalxıb ona yaxınlaşdı.Bir əlini
masaya, digər əlini qızın əyləşdiyi kürsüyə dayayıb asta səsləndi.

-Fəxriyyə, kimdir o?!...

-Bilmirəm,-gözlərini nöqtədən ayırmadan key kimi cavanlandırdı...

Anar əllərini yumruqlayıb özünü bankdan bayıra atdı.

"Kimdir o?!...Anar,nə olub sənə?!..”

Elə bu zaman yadına yediyi "şillə " düşüb axmaq təbəssümlə pıçıldadı:

-Yox, gözəl qız, səni də çözəcəm!...



Axşam...

Fəxriyyə pilləkanlarla yuxarı çıxırdı.Qonşusu yaşlı qadınıgörüb sevindi.

-Kəmalə xala, axşamınız xeyir...

-Axşamın xeyir, qızım.Necə keçdi iş günün?!..

-Ehh, Kəmalə xala, həmişəki kimi...

Qadın çantasını az qala ələk-vələk edirdi.Fəxriyyə onun açarları
axtardığını anlayıb barmağını qapının zənginə basdı .Kəmalə əlini alnına
vuraraq

-Ahh...Mən necə də yaddaşsız olmuşam,-dedi.

Kəmalə xala 45 yaşında aşbaz işləyirdi.Əri onu 3 il əvvəl 2 qızı ilə
atıb Rusiyada özünə isti yuva qurmuşdu.Gülsəhərlə Sahilə ata əskikliyi
duysalar da, heç vaxt bunu analarının yanında bildirmirdilər.Bacısından
fərqli olaraq 17 yaşlı Gülsəhər atasının anasına etdiyi zülümlərin az
bir qismini öz gözləri ilə gördüyündən atasının həsrətini az-az
çəkirdi.Amma ondan 7 yaş kiçik Sahilə nin gözləri isə tez-tez
dolub-daşırdı...

2 mərtəbəli ev...

Anar işığı yandırmışdı ki, kiminsə bərkdən əl çala-çala ona doğru gəldiyini gördü.

-Vau!...Gör kim təşrif buyurub?!...Paqanini!...

-İlqar!...

-Yaxşı-yaxşı...Amma ilk öncə "Ağa”nın yanına marş!...

...Anar qaranlıq otaqda əllərini arxadan qarmaqlayıb sakit dayanaraq ona
baxırdı.”Ağa” diqqətlə sənədləri incələyib başını qaldırmadan hönklü
səslə soruşdu:

-Anar, Bank soyğunu prosesi necə gedir?!...

-Əla!...

"Bu da mənim əsl üzüm...Əsl həyatım...”

P.S. Paqanini-İtalyan bəstəkar, bütün dövrlərin ən mahir skripka
ifaçılarından biri.(19-cu əsr) Onun ustalığı həmkarlarının ustalığını
üstələyirdi.Müasirləri onun bu istedadını qəlbini şeytana satması
müqabilində aldığı haqqında şaiyələr yayırdılar...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!