Züleyxanın eşqi

Züleyxanın eşqi
Sevgi Dünyası
10.09.2017 64
Züleyxaya dedilər -ay çıxdı. Züleyxa dedi Yusifmi baxdı? ...

Aynaya baxdı Züleyxa və dedi; Tapdım səni Yusif. Məgər buradaymışsan; Yanımda. Məgər ordaymışsan; Qarşımda. Məgər içimdəymişsən; Xaricimdə. Məgər görünüşümdə, görünəndə, görünməyəndə. Hamısında və heç birində.

İçin ağlasa da kim duyar səni? Kim anlar çöldən olub bitəni? Yusifin üzünü görənlər bilər Züleyxanın

ürəyinə batan tikanı...

Ürəyinin böyüklüyü tərk edə bildiklərinin miqdarıyla ölçülməksə Züleyxanın ürəyinin sərhədsizliyi qədər Eşq idi.

Züleyxa olmaqmı daha çətin yoxa Yusif olmaqmı?
Yaxşı ya Zindan olmaq? Kimin zindanı kimin aydınlığıdır sizcə?Bu dünyada neçə qadın Züleyxa?
Yusifi quyuya atan qardaşlarıydı, yaxşı ya Yusifi zindana atdıran Züleyxamıydı?

 

 [/b]

 

Eşq Züleyxa olacağını bilə-bilə...Yusifə vurulmaqdır. Yusif olduğunu bilə-bilə...Quyuya atılmaqdır. Quyu olduğunu bilə-bilə...Yusifi saxlamaqdır. Eşq; həm Züleyxa, həm Yusif, həm də quyu...Eşq; olduğunu ola bilməkdir bəlkə də...

Züleyxa , ətrafda quyu kimi görünsə də, saraya gedən yoldur həqiqətdə..Yusif, Züleyxa quyusundan saraya çatar..Demək ki, sarayın yolu quyudan keçər..Demək ki , Züleyxa , yoldur izdir Yusifə...Bu yol çatdırar Züleyxanı Yusifə , Yusifi saraya..İkisini Yaradana.

 

 

 

Nə Yusifi səbrim var, nə poladdan iradəm, nə də arxamdan qaçan Züleyxam...

Gəlməz oldu karvanım, yoruldum

Çıxılmazlardayam..

Rəbbim dardayam, Yusif kimi,

Susuz qalmış, qaranlıq quyulardayam...

Quyuda itmədən can olunmaz, can alınıb can satılmaz Yusifim…İtməyə layiq et ruhumu…İtir ki Can olum, itir ki, can tapım…

Deyirlər "Aşiqlər ölməz Yusifim…"

İş nə Yusifdədir, nə də Züleyxada. İş, Yusifə gözəllik və iffəti verib, Züleyxanın könülünə Yusifi Qoyanda

 

 [b]

 

Yusifin arxasına düşmək üçün Züleyxa olmaq lazımdır. Züleyxa eşq əhvalatlarındakı tək mübarizəçi qadın fiqurudur. Nə Leyla, nə Əsli, nə də Şirin aşiqlikdə üstün gələ bilər onunla. Züleyxa, Yusifin uğrunda mövqesini, şöhrətini, etibarını, mal və mülkünü, səltənət sahibi yoldaşını və dahi ömürünü fəda etmiş qadın. Yusif üçün dəyməzmi? Eşq üçün dəyməzmi? Sonda qovuşdu Züleyxa Yusifinə..

İndiki dövrdə nə Züleyxalar çatır Eşqə,

Nə də quyudakıların ürəyi səbrə..

Yusif sonunda eşqindən, qocalıb əldən düşmüş Züleyxanı görəndə dedi:

-O məğrur, gözəl Züleyxa sənsənmi?

-Züleyxa dedi:

-Bir vaxtlar mən idim Yusifim, indi bütünlüklə sən olmuşam!

Yusuf dedi:

-Züleyxa, sənə, gəl talehim ol, deməm. Çünki, güldəki sevda, səhradakı atəş, dənizdəki su qədər talehsən mənə. Bax alınına, iki qaşının ortasına. Orada mənim möhürüm var. Alnımın yazısı olduğun qədər, alnına da yazıyam mən

ALLAH bütün Züleyxaları öz Yusifinə qovuşdursun inşaALLAH…


 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!