Son kəlmə (5-ci bölüm)

Son kəlmə (5-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 11
YANVAR, 2012-Cİ İL...BAKI...Anar dərindən udqunub qarşısında əyləşən jurnalistə kədərlə baxdı.Onun
iti baxışları ilə azacıq ağarmış saçları illik təcrübəsindən xəbər
verirdi.

Ayağa qalxıb mətbəxə keçdi.Əlində 2 fincan qəhvə ilə qayıdıb jurnal
stolunujn üstünə qoydu.Ağır-ağır çöküb əyləşdikdən sonra peşman ifadə
ilə adama baxdı.

-Davam edəkmi?!...

-Edək, Anar...

MART, 2007-Cİ İL...BAKI...

Anar pilləkanlarla aşağı enib qapını açdı.İlqar bilyard oynayırdı.

-Hə, Paqanini, danış görüm-nə var, nə yox?!...

Anar bilyard çubuğunu əlinə alıb oynamağa başladı.

-İlqar, başlama yenə!...

-Sən dedin, mən də inandım...

Anar İlqarı kinayəli süzüb dikəldi.

-Şahmatist, xeyirdir?!...

-Aha!...

-Yəni?!...

-Sənin başın "babnik”liyə qarışanda belə olar da, Kazanova!...

-İlqar, guya ki, sən heç vaxt...

-Sənin qədər rekordum yoxdur mənim, bratik...

İlqar ovcunu çubuğun üstünə qoyub Anara mənalı baxışla baxdı.Anar başını bulayıb oyuna davam elədi.

-Nu?!...

-Nəyi eşitmək istəyirsən yenə?!-səsində bezginlik hiss olunurdu.

-İşdə fır-fır fırlatdığın qızları məsələn...Anar, məndən heç nəyi gizlətməsən yaxşıdır...

Fəxriyyə şam yeməyini bitirib otağına çəkildi.Ayaqlarını qucaqlayıb çarpayıda əyləşdi.

"Mən axmaq...Axı niyə hər şeyi Elxana danışdım?!...Nəzərə almalı
idim...İlahi!...Nəzərə almalı idim ki, Elxanın bankda nüfuzu var...Əgər
o, Anarı işdən qovdursa...Hamı məni günahkar biləcək...”

Fəxriyyə həyəcanla qalxıb o baş-bu baş addımlamağa başladı.Barmaqlarını oynadaraq pəncərənin qarşısında dayandı.

"Fəxriyyə, qoy cəhənnəm olub getsin...Onsuz da olan-qalan işi qızların
ağlını başından çıxartmaqdır...Amma yox, Fəxriyyə, sənin geniş ürəyin
varsa, bunu istəməzsən heç vaxt...Off, Fəxriş, off!..Mən başımı hansı
dərənin bəlasına soxdum axı?!...”

Təkrar çarpayıda əyləşib gözlərini döşəmədən ayırmadı.

"Mənə nə olurdu, anlamırdım...Onun pisliyini istəmirdim, amma məndən
uzaq dursaydı yaxşı olardı...Fikirlərim beynimdə qaşıqla qarışdırılmış
şəkildə idi...Bir tərəfdən mənə yaxınlaşmaq istəməsinə əsəbləşsəm də,
digər tərəfdən xoşhallanırdım bu vəziyyətdən...

Axmaq təbəssümlə başımı yastığa qoyub uzandım...Onun gözlərini, təbəssümünü xatırlayanda dodaqlarım gəlib qulaqlarıma çatırdı...

Amma o qədər də pis adama oxşamır axı, Fəxriyyə, etiraf et bunu...”

Anar hər şeyi olduğu kimi danışıb İlqara baxdı.İlqar mənalı-mənalı
başını tərpədərək divandan qalxdı.Bilyard masasına yaxınlaşıb çubuğu
əlinə götürdü.

-Sonrası?!...

Anar söykənib əli ilə gözlərini qapatdı.

- Off,İlqar, off!...

-Mənə yox, Anarçik...Sənin əkinini də bilirəm, biçinini də...

-Qoruyucuan istifadə edirəm..

-Zəhrimar prezervativi bilirəm, bratik...

İlqarın güclənən kinayəsini dinləyib ayağa qalxmaq istədi.Elə bu zaman telefonu zəng çaldı.Ləman idi.

-Nə var yenə?!...

-Gələcəksən bu gecə?!...

Anar qolundakı sata baxıb ona hələ də hiyləgərcəsinə gülümsünüb baxan İlqara başını buladı.

-Bilmirəm, gözəlim, baxaram,-deyib zəngi sonlandırdı.

-Başın bəladadır demə mənə, bratik, onsuz da inanan deyiləm..Sən olasan
dikbaş Anar, başını soxduğun bəladan da xilas edə bilməyəsən?!...Lap
dünyanın sonu gəlsə belə inanmaram...

-Mənə ithaf etdiyin tərifnamə bitdisə, işim var, getməliyəm,-deyib ayağa qalxdı.

İlqar fikir-fikirli ona yaxınlaşıb gözlərinə baxdı.

-Ala gözlü qızın adını yaman çox çəkdin, bratik...

Anar cavab vermədən evdən çıxdı...

APREL 1983-CÜ İL...AZƏRBAYCAN SSRİ-si...”N” rayonu....

"O dəhşət dolu anı yaddaşımdan silmək istəsəm də, heç cür alınmayacaq, bilirəm...

Xanlar o qadını qapıdan içəri salmaq istəyəndə, özümdə güc tapıb qapını
bağlamağa çəhd göstərdim.Amma faydasız oldu.Ərim qapımı hirslə üzümə
çırpanda tarazlığımı itirib yıxıldım.Əlimlə başımı tutub yavaş-yavaş
ayağa qalxdım.O qadın mənə qorxu ilə baxıb udqunurdu.Xanlar mənim
saçlarımdan tutub dəhşətli səs tonu ilə qulağıma qışqırdı.

-Sən, qancığın qarnından çıxan qəhbə, özünü nə hesab edirsən, hə?!...

Qarnıma təpiklərini endirməyə başladı.Mən çalışsam da özümü qoruya bilmirdim.

-Xanlar, yalvarıram, gəl gedək,-gətirdiyi fahişənin səsi çıxdı.

O gəlib ərimin qolundan yapışaraq onu kənara çəkməyə başladı.Xanlar
birdən saçlarımı buraxıb onun qulağının dibinə bir şapalaq vurdu ki,
divara çırpıldı.

-Sən özünü nə hesab edirsən?!...Səni də bunun gününə salaram!-deyib qolumdan kobudcasına dartıb məni döşəmədən qaldırdı.

Mən nə vaxt ayılıb özümə gəldim bilmirəm, amma bildiyim, gördüyüm tək
bir şey vardı.Xanlar əlini aıtıb o fahişənin əynindəki paltarı cırdı və
mənim gözümün qabağında onu altına basıb cinsi əlaqədə oldu...

O iyrınc dolu səhnə nə vaxt başladı-nə vaxt bitdi, xatırlamadım.Bir də ayıldım ki, ərim o qadını götürüb evdən çıxdı...

O evdən neçə çıxıb getdimsə -bir Allah bilir...Var-gücümlə
qaçırdım...Amma hara?!...Atamgiləmi?!...Yox, yox, yox!...Atam məni
öldürəcək, ən yaxşısı bacımın evində bir müddətlik qalmaqdır...

Amma bilmirdim ki, BU SON DEYİL...”

MART 2007-Cİ İL...BAKI...

Anar olan-qalan yorğunluğu ilə divana çökəndə Ləman cəld gəlib yanında əyləşdi.Anar başını arxaya aıtb gözlərini yumdu.

-Anar, nolub sənə?!...

-Heç nə, Ləman...

Ləman daha onun üstünə getməyib barmaqlarını köynəyinin düymələrinə
toxundurdu.Əyilib Anarın dodaqlarını öpdü.Anar bütün yorğunluğunu unudub
Ləmanın belindən tutub dizlərinin üstündə oturtdurdu.Onun dodaqlarını
gəmirə-gəmirə paltarını döşəməyə buraxdı...

Fəxriyyə tələm-tələsik tumbanın üstündəki telefonu qaldırıb ekrana
baxdı.Gülümsünüb zəngi qəbul etdi.Bir az söhbət etdikdən sonra əsas
mətləbə keçdilər.

-Hə, gözəl qız, şikayətin-filan varmı yenə?!-Elxan ehtiyatla soruşdu.

-Elxan, xahiş edirəm, Anara heç nə eləmə...

-Niyə?!...

Bax bu sualın qarşısında susmaqdan başqa çarəsi yox idi...
 
Ardı varскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!