Onu qısqandırmanın ən 'rahat' yolu

Onu qısqandırmanın ən 'rahat' yolu
Sevgi Dünyası
10.09.2017 82
Rahat olunQonaqlıqda davamlı onu izləmək və qızlarla danışmasını maneə törətmək yerinə, icazə verin hətta söhbətə qatılın.

Qızlarla söhbət etməsinə mane olmayın, çünki bu sizin özünüzə olan etibarınızı göstərər və niyə qısqanmadığınızı sorğulamağa başlayar.



Mükəmməl görünün

Sevgiliniz varkən və ya yoxkən, hər vaxt baxımlı görünün. Depresiyada evə qapılıb, yemək yemək yerinə, özünüzü idmana həsr edin.

Gözəl və diqqət çəkən bir qadına hər kəs baxar. Sevgilinizin yanında belə sizə çevrilən gözlər, onu dəliyə çevirəcək!



Əhəmiyyətsiz hesab edin

Özünüzə güvənin, dünya sizin ətrafınızda dönürmüş kimi davranıb, etdiklərini, dediklərini əhəmiyyətsiz hesab edin!

Üzərində titrəyər və hər istədiyini etsəniz, sizi daha az əhəmiyyətli hesab edər. Bir mühitdə təkmiş kimi yalnız ona cəmlənməyin. Başqa insanlarla söhbət edin, başqa insanlarla maraqlanın. 



Telefonla danışın

Bərabərkən telefonla danışmanız, gülüşmələriniz, həm maraq oyandırar, həm də bütün marağınızın onda olmadığını hiss etdirər.

Gecə sizi gizli nömrədən axtaran adamın, kim ola biləcəyi sualları və təxminləri onu məşğul edəcək.


Rəfiqələrinizlə zaman keçirin

Hər gün sevgilinizlə görüşmək yerinə, öz rəfiqələrinizlə də görüşün. Könül rahatlığıyla icazə versələr də, onlarla keçirdiyiniz hər anı qısqanarlar.

Özünüzə və rəfiqələrinizə zaman ayırın. Qız-qıza gəzmələrə gedin, rəfiqələrinizlə danışdığınız hər şeyi sevgilinizə izah etməyin. 



Keçmiş sevgili

Birlikdə bir cafeyə oturduğunuzda keçmiş sevgilinizlə qarşılaşmanız, bir anda mühitin gərilməsinə səbəb olar. Hələ ki keçmiş sevimlinizlə salamlaşmanız onu dəli edər! Kişilər sevdiyi qadını, rəfiqələrindən də da qısqanarlar, amma başqa kişi dövrəyə girdiyində vəziyyət qısqanclığın iki qata çıxmasına səbəb olar.

Kişilər paylaşmaqdan çox xoşlanmazlar.
 
/Mənbə.Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!