Yalnız Sən sev məni, ey. Rəbbim...

Yalnız Sən sev məni, ey. Rəbbim...
Sevgi Dünyası
10.09.2017 5
Yalnız `Sən` sev məni.. Rəhman və rəhimli olan Sən!



Bütün dərdlərə, ağrılara dərmansan Sən .. Dərdliyəm, dərman dilənənəm mən ..



Qarşılıqsız min bir nemət verən Sən`dən, xəcalətlə əfv diləyən, mən`i sevməndir diləyim..



Səcdəyə başlayınca dinclik tapan mən, əfvi sonsuz olan Sən`dən bağışlanma diləyirəm....



Hər şeyi yoxdan, var edənsən Sən .. Bezmədən etdiyimiz günahları, bağışlayansan Sən..



Hər şeyi bilən, görən, bacaransan Sən ..  Var olan, tək gerçək, haqqsan Sən.. Varlığı açıq-aşkar dəlillərlə zahir olansan Sən..



Günahını, gözyaşıyla yuyanam Mən .. Eşqimə qibləsən, `tək sevdamsan` deyənəm mən.. Ey Tanrım dostluğuna möhtac bir qulam Mən..



Zindanım olan yalan dünyada, qəlbi `sevdana həsrət` qalmışam Mən ..



Elm və qüdrətinlə, hər şeyə şahidsən Sən .. Eşqimə şahid ol, yolunda şəhid olsam Mən ..



Hər şeyə hökm edən, hakimsən Sən, nə olar hökm et ürəyimə..



Ürəyimdəki eşqinin düşməni olan şeytan və onun yoldaşlarından Sən`ə sığınaram Mən....



Zəngin olan, zəngin edənsən Sən .. İnşallah ki, sevginin, eşqinin zəngini olum Mən ..



Bəndəni çox sevən, ən sevimlisən Sən .. Sevgindən bəslənib, nəfəs alan, meftununam Mən..



Heç kim sevməsin Məni .. Yetər ki Sən sev Məni..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!