Bir qocanın monoloqu

Bir qocanın monoloqu
Sevgi Dünyası
10.09.2017 112
Tək ... Üzərində illərdir köhnəlməyən xəttli pijaması ,
üzündə cizgilər ... Öz -özünə danışırdı , hər zaman olduğu kimi:
" -
Hay Allah! Yenə elektrik kəsildi. Nə də qaranlıq oldu birdən birə ... İnsan
ürkür. Bilməm məzarda nə olar halımız ?"
Yeri az
qala heç dəyişməyən kibrit qutusunu , yaşının verdiyi ağırlıqla bir az gec də
olsa tapdı və əmin olmaq üçün yellədi.
" – Həə, kibrit burdadı ... Burada bir yerdə də şam
olacaqdı.Yandırım, gözümün önünü görüm
... "
Sonra illər
əvvəllə qayıtdı. Gülümsədi ... Və izah etməyə başladı , biri dinləyirmiş kimi :
" -
Uşaqkən , elektrik kəsildiyində , kiçik otağının pərdələrini açar , ay işığında
söhbət edərdik , anam , atam , qardaşım və mən ... Nə xoş olardı Ya Rəbbim!
Atam , kənddə
eşşəkdən necə düşdüyünü , anam , tarzancılık oynayaq deyərkən , ağac budağında
necə asılı qaldığını izah edərdi ... Biz gülərdik.
Elektrikin
kəsilməsinə həmişə sevinirdik. Çünki bir-birimizə ən yaxın olduğumuz , xatirələrimizı
, xoşbəxtliyimizin və ağrılarımızı paylaşdığımız , gözəl və çox təəssüf ki
nadir zamanlardı onlar ... Başqa günlərdə televizora baxar , qarşılıqlı oturub
danışmazdıq çox vaxt .
Ah
texnologiya ! Necə də uzaqlaşdırdı insanları bir-birindən ... Ya da bəlkə biz
insanlar bacara bilmədik. Hər şeydən imtina edib , görməmişler kimi davrandıq.
Sanki futbol oyunları xanımlardan , filmlər uşaqlardan daha mı əhəmiyyətli ?
Yooox ...
Qocalar evi
daha mı isti idi sanki evlərdən? Həm uşaqlarını , həm ailəsini , həm də
anasını , atasını laqeyd edər oldu insanlar. Onsuz da mən də , sırf qocalar
evinə getməmək üçün qalmadım mı belə yalnız?
Ahh ... Ah!
Hay haqq ! şam da nə gözəl yanır. Yandıqca, əridikcə işıqlandırır.
Aydınlattıqca bitir ... "
Qoca, birdən
fərqli bir ruh halıyla qışqırdı:
" Həzrəti
Ömər! Allah səndən razı olsun! Nə incə , nə uca insan idi sən elə ... Öz işi
üçün ayrı , dövlət işi üçün ayrı şamlar yanacaq qədər , haramdan və qul
haqqından qorxardı. Onun ümmetiydi nə də olsa , Rəsulullah ' ın əshabı idin !
Həzrəti Əbubəkr
! Həzrəti Xədicə ! Həzrəti Fatimə! Həzrəti Zeyd ! Sizləri özledim ... "
Bir az
dayandı və ağlamalı bir səslə qışqırdı təkrar:
"
-Senin ədalətinə , Sənin şəfqətinə , Sənin nur üzünə həsrətəm , ya Rəsulallah!
Həsrətəm bütün ağaclara ! Həsrətəm bütün insanlara!
Uşaqlarımın
səsinə , nəvələrimi səs-küyünə həsrətəm ... "
Ağladı ...
Sanki illərcə heç ağlamamışdı da , illər sonra bu gün , ağlamağa belə həsrət
qalarcasına ağladı ...
Çox yaxşı bilirdi ki , gözyaşı , qədəri dəyişdirməz. Bəlkə
yalnız bir az rahatlaşdırar , hüzn dolu bir ürəyi ...
Elə
bu vaxt , elektrik gəldi və otaq işıqlandı. O , tavandakı lampaya tərs-tərs baxdı.
" -
Hıh ! Niyə gəldin ey ! Şam işığında həsrətlərinin , sevgilərinin dost olmuşdu mənə.
. könlüm işıqlanmışdı. "
Elektrik düyməsini doğru getdi , gözlənilməyəcək qədər hirslə
. Sərt bir hərəkətlə toxundu düyməni və işığı söndürdü.
" - Sonu yalançı aydınlıqlar ! Siz yanınca , ümidlərim
sönür !"
... Və ağır addımlarla yatağına doğru getdi. Bir az yatmalı
idi. Uşaqların , nəvələri , heç kimin olmadığı tənha bir evdə , bir gecə daha ...
Çəkilmezdi bu təklik , ümidlər da olmasa ... Və çekilmezdi əgər
, sığınacaq bildiyi Rəbbinə əl çıxarmasa ...
Yenə Ona yönəldi , Ona sığındı bir dəfə daha:
" -Allahım! Bu gecə və hər gecə bildim ki , Səndən başqası
yar olmaz mənə ... qoru məni Allahım . Balalarımı qoru , onlara mərhəmət ver .
Onları bağışla Allahım . Məni bağışla ... İman ilə al yanına ... Ölüm necə də
yaxın ... "
Qoca, bir tərəfdən səmaya açdığı əllərini üzünə sürərkən , digər tərəfdən də amin
deyirdi. Amin ...
Yatağına uzanarkən həsrət yorğunu , dilində hər zamanki ümid
bəstəsi vardı: Bismillahirrahmanirrahim ...
Qısa zamanda , dincliklə daldı yuxuya və bir daha oyanmadı
dünyaya(((
 
 
 
 
 
 
 
 
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!