Son kəlmə (11-ci bölüm)

Son kəlmə (11-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 12
Fəxriyyə hərəkətsiz qalmışdı. Gözləri ixtiyarsız qapandı.Ona bir anlıq elə gəldi ki, zaman dayanıb...

Anar qızın dodaqlarını incəliklə öpüb belindən tutub özünə tərəf
çəkdi.Əlləri ilə belini sığallamağa başladı.Qızın təcrübəsizliyini onsuz
da bildiyi üçün ondan qarşılıq gözləmədən dodaqlarının dadına
baxırdı...

Fəxriyyə o gücü hardan və necə tapdısa Anarın sinəsindən itələyib əlinin tərsi ilə dodaqlarını sildi.

-Sən...Sən manyak, özünübəyənmiş....

Anar Fəxriyyənin özünü itirə-itirə danışmasını "ləzzətlə” izləyib yaxınlaşanda qız təkrar onu özündən itələdi.

-Uzaq dur məndən..

-Nə qəədr ki, etiraf etməmisən...

Fəxrriyyə Anarın sürətlə onun üstünə gəldiyini görüb içindəki titrəyişlə
arxa-arxaya gedərək divara söykəndi.Anar bu dəfə bir qolunu divara
dayayıb gözlərinə baxdı. Yaxınlaşaraq boynuna əyildi.İsti və ehtiraslı
nəfəsini qızın boynuna gəzdirib kiçik öpüş qondurdu.

Fəxriyyə gözlərini yummuşdu.Açdığında özündə güc tapıb onun üzünə yaxşıca bir "yağlı” şillə ilişdirib sürətlə çıxdı.

Anar məsum təbəssümlə gedişi seyr edərək saçıarını qarışdırmağa başladı.

"Nələr var səndə, ala gözlü qız?!...Anar, gecə başladın da gicləməyə!...”

Anar "hələ ki” özünə bəlli olmayan səbəblərdən əsəbləşərək divara yumruq
atdı.Arxivdə boş-boş dolaşıb başını silkələyərək sanki nədənsə imtina
edirdi.Masa arxasına keçib əyləşdikdən sonra gözləri qovluqlara zillənsə
də, xəyalı uzaqlarda idi.Özünü anlamaqda çətinlik çəkirdi...

Fəxriyyə özünü sürətlə qadın "wc”-sına çatıdırıb üzünə su vurmağa
başlaıd.Onun "anormal” halına gic ifadə ilə baxıb heç nə
demədilər.Bəziləri barmaqları ilə gicgahlarını burur, bəziləri isə
məzəmmət dolu baxışlarını qızın üzərində saxlatdırıb ondan "açıqlama”
gözləyirdilər...

Fəxriyyə özünə güzgüdə baxıb dəsmalla üzünü qurulamağa başladı.

-Ay qız, nəyin var sənin belə?!...

-Heç nə, Səbiş...

-Əminsən?!...

-Hə,-deyib zorla gülümsəməyə çalışsa da alınmadı.

"Anar...Əl çək məndən, rahat burax məni!...”

Anar "arxiv”in qapısını açıb çıxmaq istəyirdi ki, bir əl hirslə onu
sinəsindən içəri itələdi.nar fikirli olduğundan ilk öncə heç nə
anlamadı.Qarşısında Elxanı görəndə başını bulamaqdan başqa çarəsi
qalmadı.Amma yox, qalmdı-o məşhur "şeytani” gülümsəməsi.Onu da işə salıb
qarşısındakının gözlərinə baxdı.

-Sənə dediklərimin qulağındadır ya yox?!...

-Bilmirım, Elxan bəy...O baxır sizin mənə nəyi hansı tonla çatdırmağınıza....

Elxan hirslə onun yaxasından tutub divara çırpdı.Əllərini yaxasından çəkməyib gözlərindən qəzəb püskürdü.

-Səninlə ancaq sənin dilində danışmaq daha məqsədə uyğundur deyəsən...

Anar hər nə qədər səbr desə də bu dəfə dözmək fikrində deyildi.Elxan aldığı yumruğun gücündən daş döşəməyə yıxldı.

-Mən sənin üçün hər yoldan ötən deyiləm ki, mənimlə nə vaxt və necə istəyirsənsə davranasan!...

Elxan qanli dodaqlarının izlərinə əlində seyr edərək sürətlə ayağa qalxdı.Anarın gözlərinə qanlı-qanlı baxıb alçaq səslə dedi:

-Sənə sonuncu xəbərdarlıq edirəm:Əgər bir də Fəxriyyəni narahat etsən..

-Mən onu narahat-filan etmirəm...

-Vaayy! Yalanın dərəcəsinə bax sən hələ bir!...Onda belə çıxır ki, mən
koram, hə?!...Qızın burdan necə çıxdığını görüb də başa düşməyəcəyək
dərəcəsə axmağam səninçün?!...

Anarın kinayəli baxışına ona yumruq atmaqla kifayətləndi.Anar heç nə
olmamış kimi ayağa qalxıb ona baxanda əsəbləri beşqat artıq pozuldu.

-Mənə heç nə təsir etdmir...

Anarın ona ünvanladığı bildirişi alan Elxanın sözü elə havada asılıb
qaldı.Anar başını bulayıb arxivin çıxışına üz qoydu.Pilləkanlarla yuxarı
qalmağa başlayanda qeyri-ixtiyarı bu sözləri astaca pıçıldadı:

-Mənə o yumruqlar, hədə-qorxular təsir etməz, Eelxan bəy...Gördüyümü görmüşəm, yediyimi yemişəm onsuz da!..

Fəxriyyə Anarın pilləkanlardakı yerişini izləyəndə yanağının islandığını
anlayıb tələsik üzünü qurulamağa başladı.Başını çevirdiyində şok olub
yerində dondu.Elxanı dodaqları qanamış vəziyyətdə görəndə dərhal özünü
ona yetirdi.

-Elxan, bu...nə haldıR belə? Kim edib?...

-Sənin sevimli Anarçikin...

Elxanın dediklərindən daha çox səsində duyulan güclü kinayəsi qızı incitdi.

-O, mənim heç nəyim deyil...

-Bəs onda niyə elə hey ətrafında pərvanə kimi dövrə vurur?!...

Gəlib-gedən hər kəs bu ikiliyə baxışlarını süzdürürdülər.Kimisi məzəmmət,kimisi paxıllıq, kimsi ləzzət...

-Elxan, yanlış anlamısan...

-Aha, yanlış olan da mənəm, anlayan da, görən də, eşidən də!...Onda niyə
ordan sürətlə çıxdın?! Niyə onun gedişçi həsrətlə seyr edirsən?!...

Elxan sorğu-sualını bitirmədən onun qolundan tutub öz kabinetinə doğru
aparmağa başladı.Baxışlar bu dəfə təəccüblə əvəz olundu...

Fəxriyyə hər nə qədər çalışsa da onun qüvvətli barmaqlarından xilas ola bilmird.Elxan qızı içəri salıb qapını bağladı.

-Elxan, həddini aşırsan...

-Hə, demək belə?! O özünübəyənmiş babnikə olar, mənə olmaz?!...

Fəxriyyə Elxanın gözlərinə baxmaqdan çəkinirdi.Elxan onun qolundan tutub silkələməyə başladı.

-Özünə gəl, Fəxriyyə!

-Burax məni...İncidirsən...

Elxan sanki indicə ayılıb çaşqın ifadəsini qıza yönəltdi.Qolları boşalan kimi Fəxriyyə çıxıb getdi...

Anar fikirli halı başını qaldırdığında Orxan əllərini masaya qoyub əyildi.

-Kimsən, nəçisən, bilmirəm, amma burdan rədd olub getsən yaxşı olar...

-Belə igidsənsə, məni pəncərədən tulla!...

Orxan səbrini basmağa çalışsa da onun gözlərindəki parıldayan iblisanə qığılcımı görüb əllərini masaya çırpdı.

-Özünü yığışdır!...

-Yoxsa?!...

Sevilin içəri girməsi ilə Orxanın cavabı ağzında qaldı.Anara öldürücü
baıxş ataraq keçib yerində əyləşdi.Sevil aradakı gərginliyi sezərək
narahatçılıqla gah Anara, gah da Orxana baxmaqdan başqa əlindən heç nə
gəlmirdi...

Fəxriyyə qapını döyüb içəri girdi.Anarın baxışı ilə qarşılaşmamağa çalışaraq Orxana gülümsündü.

-Orxan, bu sənədlərin kopiyası...

-Anladım, Fəxriyyə, narahat olma...

Fəxriyyə ordan sağ-salamat çıxaraq addımını atırdı ki, kimsə onun qolundan tutub özünə tərəf çəkdi.

-Sən...nə etmək fikrindəsən?!...

Fəxriyyə Anarın əllərindən qurtulmağa çalışsa da çabaları faydasız idi.Anar qızı özünə sıxıb gözlərinə baxdı.

-Burax məni...

-Sən...

Anarın təhdidedici səs tonundan içinə qorxu düşdü.Anar anidən qızın qolunu sərbəst buraxıb qeybə çəkildi...

Axşam...

İlqar Anara başını bulayib ayağa qalxdı.

-Off, Anar!...

-İlqar, hər şey yaxşıdır, narahat olma...

-Aha, görürəm...

-İlahi!...İlqaaarrr!...

-Nə var?! Nə anqırırsan?!...

Anar divandan qalxmağa çalışsa da içkinin təsirindən yıxıldı.Başını əlləri arasına alıb bərk sıxaraq qırıq-qırıq səslə dedi:

-Mən...yax-şı-yam...

-Mənə də yox, bratik...

Anar kürəyini söykədib sərxoş gözlərini İlqara zillədi.İlqar yanında əyləşərək əlini onun çiyninə qoydu.

-Nu?!...Çto opyat?!...

-İlqar, boğuluram...

-Keçmiş, yoxsa...Ala gözlü qız?!...

Anar gözlərini İlqardan çəkib boşluğa kilidləndi.

-İkisi də!...
 Ardı varскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!