Mən pillə-pillə düşərkən...

Mən pillə-pillə düşərkən...
Sevgi Dünyası
10.09.2017 20
Nərdivanlardan düşərkən tutdum o incə batıq səsini!
Sanki içdən içə getmə deyirdin.Sanki getməmi istəmirdin
Unudurdun pozduğun tapmaca dolusu gülümsəmələrini
Qorxudurdu səndəki bu unutqanlıq məni
Qaranlıq gecələrini unutdururdun mənə
Amma mən unutmurdum keçdiyim yolların qaranlığını
İndi burax tutma əlimdən!
Gedişlərin ən bəxtiyarına ev sahibliyi edirəm bu gecə
Və mən sənin bu zəhər zəqqum qaranlığına yalnız gülümsəyə bilirəm
Gözümdəki o inci dənələrini qaranlıq bir baharda deyil yazlıq bahar məkanlarında
yerdən yerə vurmaq istəyirəm
Heç boşuna baxma ağlamıram ...


Hər gedişin bir dönüşü olarmış
Bu gedişin bütün dönüş yolları çıxılmaz yola rast gəlir
Nə edirsən et sənə dönə bilmirəm
Ustad demişdi ki gündüzlərə əhəmiyyət vermədiyin vaxt qaranlıq təpənə çökər,
Qaranlığa əmiyyət vermədiyin vaxt isə gündüzlər yolunu açar!
Ustadın dediyi kimi qaranlığa əhəmiyyət vermirəm
Əsla ardımdan o inci dənəsi gözyaşlarını tökmə yerə
Unutma ki mən gəlib keçiciydim sənin üçün
İndi bir də onları yerdən geri yığmaq üçün məşğul olma
Tamam bilirəm hər gözyaşının ardında bir peşmanlıq var amma
Hər peşmanlığın ardında da saxta gözyaşı var səndə bunu bilirsən
Elə baxma gözlərimə ağlamırsan ...


İndi təkəm ustad!
Çox şey öyrətdi həyat mənə
Şam işığının batıq yandığını
Günəşə yaxınlaşdıqca yandırdığını
Çobanyastığıların solduğunu
Ulduzların parladığını
Və ən əhəmiyyətlisidə
İki növ gözyaşı olduğunu
Gözyaşı!
Saxta gözyaşı!
İndi görürəm ki əslində həyat tək bir şey öyrətmiş mənə
Mən düşərkən pillə-pillə
Onlar liftlə çıxırdılar ...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!