Zindan həyat (75-ci bölüm)

Zindan həyat (75-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 16
Elnur qan içində yerə yıxılır Şahin bəy oğlunu yerdən qaldırmağa çalışırdı Əli isə əlindəki bıçaqla qaçaraq ordan uzaqlaşır:tfu əclaf Şahin hardan çıxdı axı öyrənə bilmədim!!!!əvvəl axır biləcəm 2nizində sonuna çıxacam!!!

Şahin bəy Elnuru evdəkilərin köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparırlar Elnur isə bu halda belə Laləni düşünürdü atasına baxaraq-Ata o Lalə

Şahin bəy-oğlum yaxşı indi gedirik xəstəxanaya aparırıq səni

Elnur-ata o Laləni tapa bilər qoyma onu tapsın Laləyə kömək elə

Şahin bəy-oğlum sən nə vəziyyətdəsən nə Lalə

Elnur-ata mən ona söz vermişəm(deyərək huşunu itirir)...

Laləylə Gülər bir neçə dəfə bir birlərinə sarılıb görüşürdülər sanki illərdir bir birlərini görmürmüşlər kimi əslində Lalənin yaşadıqları 1ömür kimi gəlirdi ona Gülər bir bir hər şeyi Lalədən soruşur niyə onu axtarmadığını niyə əlaqə saxlamadığını öyrənir.

Lalə-Gülü inan Əli heç kimlə danışmağa görüşməyə qoymurdu onunla qaldığım müddətdə zindan həyatı yaşayırdım nələr olmadı nələr hər yola əl atdım pis davrandım,dava elədim,olmadı yaxşı danışmağı seçdim qəbul eləməyə çalışdım ama inan hər gün dahada pisləşirdi,olmadıq şeylər edirdi

Gülər-cann mən heç gözləməzdim belə olar əslində həmişə sənə ondan ayrılmanı deyirdim ama düşünürdümki Əlinin qısqanclığı evlilikdən sonra heç olmasa azalar ama dahada pis olub..Mən səni dəfələrlə axtardım ama tapa bilmədim,nömrənə zəng çatmırdı rayondakı evinizə getdim ama ordanda öyrənə bilmədim

Lalə-niyə??

Gülər-nə isə Lalə boş ver onu indi neynəyəcəysən bəs?

Lalə-Gülər niyə bizdə sənə mənim yerimi deyən olmadı?

Gülər-Lalə istəmirəm pis olasan ona görə bilməsən yaxşıdı

Lalə-(gözləri dolaraq)bacım nəsə dedi hə??dedə Gülər bacım nəsə dedi onsuzda bilirəm de??

Gülər-(baçın yelləyərək) hə ondan eçidincə elə çox üzüldümki səni soruşdum məni qovmaqdan betər etdi Lalə adında bacım yoxdu deyib qapınl bağladı qonşular dedi ananla atanın vəfatını

Lalə-(gözləri dolmuşdu çətində olsa danışırdı)-mən çox əziyyət çəkirəm Gülər inan özümü öldürmək istədim Allaha yalvardım mənim canımı alsın deyə ama olmadı bilirəm hər şeyə səbəbkar özüməm hər şey mənə görə oldu ama bir səhfin cəzası bu qədərmi ağır bu qədərmi çətin olar dözə bilmirdim inan boğulurdum (Lalə daha çox danışa bilmiyib ağlamağa başlayır o qədər içdən danışırdıki Gülər və Rəsulun bacısıda dayana bilmiyib ağlayırdı Gülər Laləni qucaqlayır Lalə neçə vaxtı həsrət qaldığı ana,bacı dost rəfiqə qucağını hamısını

Gülərdə cəmlşdirmişdi sanki möhkəmcə sarılaraq hönkürtü ilə ağlayır

Gülər-ağla Lalə ağla ürəyin boşalsın,ama daha hər şeyi geridə qoymağın vaxtıdı Əlidən qurtulmusansa sonuna kimi üstündə dur sözünün artıq onun əsarətinə düşmə(biraz keçincə Gülər Lalənin əlləri ilə üzündən tutub göz yaşlarını silir-dəli qız bəsdi ağladın sənə dedim ağla demədimki gözündən ol bəsdi daha ağlamaq ağlamaq gətirər deyiblər ona görə bəsdi daha həm bundan sonra hər şey daha yaxşı olacaq...

Lalə-ama Gülü elə qorxuramki inan mənə çox qorxuram Əli həyatda olduğu müddətcə nə mənə nədə ətrafımda olan insanlara rahat yoxdu Elnura görə çox qorxuram ona nəsə edər deyə ürəyim yerindən çıxacaq kimi olur.

Gülər-qorxma əgər Elnur səni Əlinin əlindən qurtara bilibsə daha ona ölüm yoxdu ay qız ürək istiyəre belə işlər gör necə qorxmuyubeee

Lalə-sən onu bir də məndən soruş necə hisslər keçirirdim nələr yaşayırdım heç sözlə demək çatdırmaq olmur.

Gülər-bilirəm canım mənim ama Lalə nə çox arıqlamısan buna bax adam sənə əl vurmağa qorxurki sınarsan

Lalə-ah Gülər bu vəziyyətdə belə məni güldürürsən..de görüm sən neyləmisəneee mənsiz nələr olub nələr deəyişib?

Gülər-həə deyimdə nələr olmuyubki bacın evlənir

Lalə-yaxşıdaa Gülüü doğurdan deyirsən inan o qədər sevindimki Nicatla hə??

Gülər-yoxx Nicatla yox

Lalə(üzgün şəkildə)-aaa bəs kiminlə

Gülər-Gülməmməd kişi var idi haa bizim qonşı bax onunla ay dəli qız kiminlə olacaq əlbətdəki Nicatla

Lalə-(Güləri boğazından tutub boğaraq-ifritə məni aldadırsan? Ehh elə bildim doğurdan deyirsən öldürəcəkdim səni çox sevindim Gülü Allah sizi xoşbəxt eləsin

Gülər-sağol birdənəm sənidə (bic bic gülümsəyərək Rəsulun bacısına göz vuraraq-yoxe sizidə (Rəsulun bacısıda gülümsəyərək-hədə düz deyir sizidə Vallah Elnurun sənin üçün nə qədər əziyyət çəkdiyini az qismini məndə bilirəm

Lalə-eee qızlar bəsdirin Elnur çox yaxşı insandı ama mənimlə o alınmaz

Gülər-niyə alınmıre başa düşmürəm bu adam səni sevdiyindən çəkib aldı o piskopatın əlindən səninçün daha neynəməlidi Lalə

Lalə-Gülər mən onun həyatını məhv etmək istəmirəm,sadəcə ondan kömək istədim oda kömək etdi və Əlidən tamamı ilə qurtulduqdan sonra Elnurdan uzaqlaşacam onun məndən daha yaxşı biri ilə xoşbəxt olmağa haqqı var

Gülər-başladı yenə bu qız

Lalə-nəisəyee de görüm sənin məsələn necə oldu?nə vaxtdı toy??

Gülər-hmm nəisə bu söhbətə yenə qayıdacıyıq..

Lalə-yaxşı yaxşı..danış.

Gülər-necə olacağe evlənmə təklif etdi(qollarını açaraq- məndə atıldım boynunaki bunu neçə vaxtı niyə təklif etmirdin axı (zarafat eliyirəm-yəniki teklif etdi məndə biraz naz etdim guyada hələ hazır deyiləm evlənməyə

Lalə-sən varsanhaa

Gülər-nədi ay bajı bu oğlanları gərək həmişə süründürəsən yoxsakı çıxıb başında oturarlar sonrada deyərlər burda mən Bağdadda kor Xəlifə

Lalə-bu qızdan sözlər çıxırda ama düz deyirsən də biri mən gördüzdə başıma nələr geldi

Gülər(yalnış bir şey dediyini düşünüb- cann Lalə sən Allah bağışla mən zarafat elədim xətrinə dəydim

Lalə-yoxx Gülü xətrimə dəymədin narahat olma Vallah düz deyirəm incimədim düz sözə niye inciyim axı, hə davam elə

Gülər-hmm belə gələn ayın axırı toyumuzdu

Lalə-harda olacaq?

Gülər-rayonda palatka toyu düşəcəysiz ortalığa sındıracaqsızee

Lalə ilə Rəsulun bacısı Gülərin bu pafoslu çıxışına daha çox dayan bilməyib gülməyə başlayırlar

Gülər-nədiyee neyə güülürsüz??rayonda toy palatkada olurda həye ama bəzi yerlərdə mağarda deyirlər hə nədi gəlməyəcəysiz???

Lalə-yoxx niyə gəlmiriyki sən çağır istiyir palatkada yox harda eliyirsən elə gələcəm

Gülər-hə gəlməlisən,zarafat eliyirəm burda olacaq toy restoranda mən dedimki rayonda eləyək (qızlar ikisidə qaşlaranı qaldıraraq Gülərə baxırlar-aaa inanmırsız Vallah dedim prosta Nicatgilin qohumlarının çoxu burdadı deyə burda eləyirlər,,ama sən məni toyuna çağırmamışdına elə bilməki unutmuşam ama bilirəmki 100 % Əli qoymuyubdur eşitdimki toyun olub bilmədimki sevinim yoxsa kədərlənim ondan sonra 2dəfə Əlinin restoranına gəldim birində orda olmadığını deyib göndərdilər 2 ci dəfə gələndə Əlini gördəm oda mədəni sürətdi məni qovduki daha sənlə maraqlanmayım.

Lalə-o zibildən nə desən gözləyərəm off hələdə düşündükcə dəli oluram onu gördüyüm günə lənət oxuyuram kaşki Nigarla o görüşə getməzdim o zaman Əlinidə görmüyəcəkdim bəlkə bunlarda başıma gəlməzdi

Gülər-həə düz deyirsəne Lalə hərdən məndə düşünürəmki nə ağılla biz onda Nigarin dırnaq arası "sevgilisini" görməyə getdik axı.. çox ağılsızlıqlar etmişik ama onuda düşünmək lazımdıki bu taleh yaşanmalı idisə nə olur olsun sən Əli ilə qarşılaşacaqdın

Lalə-he orasıda var ama nə bilim mən özümü günahlandırıram kaş getməzdik,kaşki biz heç Nigarla bir evə çıxmazdıq

Gülər-onu heç demə ona görədə elə peşmanamki o zaman səni dinləyib o evdən tezliklə çıxsaydım ehh nə bilime bu kaşkilər adamı yeyib bitirir Nigar mənimdə başıma oyun açdı artıq onunla qalmıramki başqa evdə qalıram

Lalə-neynədiki?doğurdan Nigar nə vəziyyətdədi??

Gülər-heç nə daha neynəyəcək hər gün bir oyundan çıxırdı dərslərədə getmirdi qovdular

Lalə-vayy nə pis bu qızda özü bilə bilə həyatını məhv edir onu başa düşə bilmirəm

Gülər-ehh onu heç kim başa düşmür kimə necə lazımdısa o cürdə istifadə edir sən getdikdən sonra 2miz qalırdıq evdə,bir neçə aydan sonra 1 həftədən bir dostlarını yığırdı evə gah kiminsə yaşın qeyd edirdilər gah nə bilim neynirdilər daha oyun qalmırdı çıxırdılar daha çox dözə bilmədim dava elədim Nigarla dedim ya düzəlirsən adam kimi qalırıq bu evdə yadaki mən başqa evə köçürəm tək qalırsan söz verdiki daha eləməyəcək belə məndə razılaşdım eləmədi doğurdan axşam işdən gec gəlirdi yenə ama daha evə doldurmurdu camaatı sonra birində gördümki Azad bunu gətirdi evə

Lalə-aaa Azad??Azadı ilk gördüyüm gün heç yadımdan çıxmaz

Gülər-ehh o yaddaşlardan heç silinməz.

Lalə-həə Nigarla yenidən əlaqəsi var bəs evələnməmişdi??

Gülər-yox əlaqəsi yoxdu nəbilim Nigarin dediyinə görə yoxdu həmin gün Azadın qızı olub.

Lalə-nəə??doğurdan??Allah saxlasın nə deyək

Gülr-he Allah saxlasın

Lalə-bunun yanına niyə gəlibki

Gülər-bilmirəm gəlir bunu dəli eləyir çıxır gedir sonrada bu dəli düşür bu şəhərin canına özünə ziyan eləyir başqa heç kimə yox Azad gəlib Nigara desinki qızıma sənin sevdiyin Leyla adını qoyacam səndən düşünürdüm səninlə xəyalını qururdum ama alınmadı heç olmasa adı düşündüyümüz olsun

Lalə-bu Azad Nigarı çox sevirmişe sevdiyindən bilmir neyləsin arxaya addım atır alınmır önə addım atır gedə bilmir indi bunun nə işi oldu gəlib Nigara deyəcək

Gülər-nəbilime vallah bular o vaxtı sevgili olanda uşaq adlarından söhbət düşüb bizimkidə Nigar -Leyla adını deyibki xoşuma gəlir nə vaxtsa qızım olsa qoyacam Azadda yadında saxlayıb indidə öz qızına qoydu

Lalə-Nigar neynədi bəs?

Gülər-heç nə həmişəki kimi 1 butulka şampan,1 paçka siqaret 1 də Azadın şəkili qeyd etdi o günü sonrada 1 həftə özünə gələ bilmirdi ağlayırdı Nigar deməsədə oda elə Azadı sevirdi bax onunda vaxtında atdığı səhv addımı bütün həyatını məhv etdi hələdə davam edir,üstündən bir iki ay keçmişdi gətirdi mənə şəkillər göstərdi Azad arvadı birdə qızları şəkillərini tapıb kənardan çox xoşbəxt bir ailəyə bənzəyirdi ama gəl görki içində nə var,ama Nigarın iş yoldaşı Azadgilin qonşusudu axı o deyibki Azad qıznan həmişə yaxşı rəftar eləyib hörmət eləyibdə bir söznən onun yoldaşıdı məncə Azad ona qarşı heç nə etməz sadəcə ürəyindəki Nigardıda neyləsədə çıxara bilmir onu

Lalə-hə qız görəsən hiss edib,çox pis vəziyyətdi,bəs indi neynir Nigar?

Gülər-bilmirəmki axrincı dəfə Nigarı evdən çıxanda görmüşəm onnan əvvəldə Azaddan bidənə onu deyirdiki Azad öz ailəsi ilə çox xoşbəxtdi məndə deyirdimki düşünmədə onu daha çünki onunla sən mümkünsüz bir şeydi özünədə əziyyət verirsən normal öz həyatın qur ama kimə deyirsən heç vecinədə deyildi

Lalə-sən necə oldu axı evdən çıxdın?

Gülər-Nigar uje həddini aşdı məndə çıxdım bir gün elə səhər dava elədik sonra gecə evə gec gəldi saat 2 idi qapı çalındı getdim açdım nə görsəm yaxşıdı Nigar bidənə oğlanla sarmaş dolaş qapının yanında dayanıb oğlan elə rahatdı girdi içəri ki donub qalmışdım hələ Nigar ayaq üstə dayanası halda deyildi oğlan Nigarı qonag otağına divana oturtdu mən hələ qapının yanında dayanıb durmuşdum oğlan otaqdan çıxıb məni necə çağırdısa yuxudan ayıldım keçdim içəri Nigar özündən keçmişdi danışmağa başladım oğlana dedimki çıxıb getsin oğlan mənə elə söz dediki vallah elə bildim üstümə qaynar su tökdülər

Lalə-nə dedi???

Gülər-mənə dediki nə naza qoymusan özünü hər halda bura gələn 1ci oğlan mən deyiləm həm Nigar məni dəvət etdi evə evdə gözəl bir qiz olduğunu dedi bəlkə, elə bu sözü demişdiki dəliyə döndümdə yumdum gözümü açdım ağzımı oğlana itin sözün dedim Nigarda bir kəlmədə demədiye ay qız dəli olurdume Nigarin üstünə qışqırdım hələ abırsız abırsız mənə deyirki-səsin başıma düşür sakitcə oturun söhbət eliyin,daha dayana bilmədime Nigara bidənə sillə vurdum ki bəlkə ayılsın ehh ama dünya aləm vecinə deyildi tək çarə qaldı evdən çıxmaq o gecəni orda qala bilməzdim çıxdım evdən gecənin yarısı inanırsan bilmirdim neyniyim hara gedim

Lalə-can Gülü bu danışdıqların mənə o qədər tanışdıki Nigarın o halını məndə görmüşdüm yeni il günü

Gülər-həə sən mənə danışmışdın

Lalə-bəs nə oldu hara getdin o gün?

Gülər-bizim qrupda Səbinə var idiyeee ona zəng vurdum onlarda kirayə qalırdılar getdim onlarda qaldım sonra səhəri gün ev axtarım qrupdan qızlara dedim 2 nəfər istədi onlara köçdüm indi qaldığım evə indi hər şey yaxşıdı ama Nicata demədimki niyə çıxdım o evdən yalandan dedimki Nigarla qala bilmirəm

Lalə-hə başa düşdüm,bəs Nigar Çingizlə əlaqə saxlayırdı?

Gülər-həə hərdən görürdüm onunlada danışırdı

Lalə-mən bizim toya gəlmişdi orda gördüm ama başqa qızla

Gülər-hə bilirəm kiminlə işlədiyi barın sahibinin qızıdı,Nigar demişdi gəldi deyinirdi Çingizin arxasıyca ki mənimlə birlikdə ola ola o qızla nişanlandı nəbilime vallah mənim Çingizdən heç xoşum gəlmirdi həmişə danışanda böyük böyük danışırdi ama getdi kimlə nişanlandı ama sonra bildimki qızın atası buna barı bağışlayıb maşın alıb bir söznən şərəfsizdidə özün satıb pula guyaki qızı istiyir qızda bilinirdə necə qızdı

Lalə-ehh Gülü nə ise daha onları xatırlamaq istəmirəm

Gülər-yaxşı eliyirsən xatırlama məndəki başladım danışmağa bitirmirəm daha elə yalnış insanlarla nəinki bir evdə qalmaq heç birlikdə iki dəqiqədə oturmaq olmaz

Lalə-düzdü bundan sonra oturduğun durduğun insanları yaxşı tanımaq lazımdı,daha elə yalnış mühitə düşmək istəmirəm səhflik özümüzdədə oldu ama oldu səhf etdik

Gülər- hə fikir eləmə daha olan olub bundan sonrakı yaşamımızda yalnış addım atmayaq.....

Gülərlə Lalə evdə neçə vaxtın həsrətini bölüşsələrdə Elnurun ailəsi xəstəxanada pərişan halda idilər atası onu xəstəxanaya gətirdikdən sonra tez əməliyyata salıblar anası Azadə xanımda eşidən kimi xəstə olmasına baxmayaraq xəstəxanaya gəlmişdi Rəsulda xəstəxanada idi Elnura zəng vurduğunda atası açıb demişdi olanları

Rəsul bacısına zəng vuraraq olanları danışmaq və orda Lalənin yanında qalmasını demək istiyirdi Rəsulun bacısı Laləgilin yanında oturmuşdu telefonu zəng çalınca ayağa açır-hə qaqaş

Rəsul-Ləman sən indi Lalənin yanındasanda hə?

Ləman-hə burdayam nə olubki

Lalə tez ayağa qalxaraq Ləmanın yanına gəlir sanki hiss edirdi nəsə pis bir şey olduğunu

Rəsul-Ləman Elnuru bıçaqlayıblar ama sən

Ləman-nəə sağdı??yoxsa?

Lalə elə bu sözü eşitmişdiki telefonu Ləmandan alır Rəsul isə heç sözünü bitirməmişdi

Rəsul-ama Laləyə bildirmə

Lalə-Rəsul nəyi bildirməsin Elnura nəsə olub

Rəsul-(off Ləman)Yox Lalə heç nə olmuyb narahat olma

Lalə-Rəsul düzün de nəsə olub hə Əli nəsə edib??

Rəsul-(nə qədər demək istəməsədə məcburən deməli olur Lalə çox təkid edirdi-Lalə qorxulacaq heç nə yoxdu sadəcə yüngül xəsarət alıb Əli bıçaq vurub Elnura

Lalə-nəəə??Allahiım bilirdim bilirdimki Əli nəsə edəcək ona nəsə olsa özümü bağışlaya bilmərəm heç vaxt indi necədi Rəsul xahiş edirəm düzün de necədi hardadı??

Rəsul-indi əməliyyatdadı,xəstəxanaya gətirmişik

Lalə-ünvanı de xahiş edirəm hansı xəstəxanadı de mən indi gəlirəm ora

Rəsul-Lalə bura gelməy sənin üçün təhlükəli ola bilər Əli

Lalə-cəhənnəmə olsun hər şey mənə xəstəxananın yerin de Elnuru görməliyəm onun necə olduğunu gözümlə görməliyəm

Rəsul Lalənin fikrini dəyişməyəcəyini görüncə məcburən hansı xəstəxanada olduqlarını deyir..

Lalə tez tələ evdən çıxır Gülərlə,Ləmanda onunla birgə taksi ilə xəstəxanaya gəlirlər..Lalə içəri girir dəhlizə dönmüşdüki Elnurun anasının ağladığını görür,Şahin bəydə onun yanında oturmuşdu ürəyi əsirdi pis bir xəbər eşidəcək deyə yavaş addımlarla onlara yaxınlaşır Elnurun anası Laləni gördüyü an özündən çıxır Lalənin üstünə gələrək-Nə üzlə gəlmisən bura hə nə üzlə bax sənə görə oğlum can çəkişir ona nəsə olsa səni öz əllərimlə öldürərəm

Lalə bu sözlərə dözə bilmirdi özünü zorla sağlayırdı ağlamamaq üçün Azadə xanım isə durmadan danışırdı- heç utanmırsan nə abırsız insansan qarnında Əlinin uşağı ola ola mənim oğlumu başdan çıxardın sən necə qızsan

Lalə-bəsdirin mən heç kimi yoldan çıxarmamışam mənim Elnurla heç bir əlaqəm yoxdu sadəcə mən ondan kömək istədim başqa heç nə

Azadə-hə bilirəm kömək istədin sənə köməy elədi indidə çox sağolu budu ərin oğlumu bıçaqlayıb başa düşürsən sən bunu Əli səni almıyınca mənim oğlumdan əl çəkməyəcək çıx get burdan çıx oğlumun həyatından Lalə yalvarıram sənə get (ağlayaraq)nə olar get mən oğluma nəsə olsa yaşaya bilmərəm get

Lalə-mən Elnura nəsə olmasını istəmərəm heç vaxt Azadə xanım mənə yalvarmayın mən gedirəm başa düşürəm onun həyatın məhv edə bilmərəm ama bunu heç vaxt unutmuyun bizim Elnurla heç bir əlaqəmiz olmuyub o sadəcə mənə kömək edib sizdən son bir şey istiyirəm mənə onun vəziyyətini deyin çox xahiş edirəm bunu bilim bir dəfəlik gedəcəm

Azadə-bilmirik həkim indi çıxmalıdı

Şahin bəy-dedilərki çox dərin deyil yəni qorxulu bir şey yoxdu sadəcə tikiş atmalıdılar biraz qan itirib sağalacaq ama biz belə hadisənin bir daha təkrarlanmayacağına inana bilmirik Əli yenə nəsə edər polisədə şikayət etdik Əlini axtarırlar hər yerdə

Lalə-yaxşı bağışlayın məni Elnur çox yaxşı insandı İnşallah ona heç nə olamaz daha qorxmayın çünki imkan vermərəm Əli bir daha nəsə etsin...

Deyərək xəstəxanadan çıxır Gülərlə,Ləman çıxışda Laləni gözlüyürdülər Lalə gözündən yaşlar süzülərək xəstəxanadan çıxır Gülər Lalənin yanına gələrək-Lalə nə oldu nəsə pis bir şey baş verib??

Lalə-çəkil Gülər hər şeyə mənəm səbəbkar mənə görə daha heç kəsə heç nə olmuyacaq ona mən lazımam məni tapmayınca hamıya zərər verəcək

Gülər-ay qız nə danışırsan sən

Lalə Gülərə qulaq asmadan taksiyə minir Gülər nə qədər etsədə onu saxlıya bilmir Lalə artıq qərar vermişdi Əli onu öldürsədə onun yanına getməli idi sürücüyə evin adresin verərək Əli ilə qaldığı evə gəlir qapının zəngin çalır Əli evə təzəcə gəlmişdi yataq otağından vəsiqəsini və evdə olan pullarını götürüb evdən çıxmalı idi bilirdiki Elnur onu polisə şikayət edə bilər qapı çalınınca polislərin gəldiyini düşünür yavaş yavaş gəlib gözlükdən baxır və gələnin polis yox Lalə olduğunu görür hər şey yadından çıxır tez qapını açır-axırki başa düşdün əvvəl axır mən səni tapacaqdım özün öz ayağınla gəldin keç...



Ardı var...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!