Heyat yoldashina etiraf etdi

Heyat yoldashina etiraf etdi
Sevgi Dünyası
10.09.2017 65
Fikirli gəlirəm, dalğın gəlirəm, Qayğılı gözlərin çəkir şəklimi. Bəzən gec gəlirəm, yorğun gəlirəm Bitirsən qapıda bənövşə kimi...
Bəlkə min suçumu bilmisən mənim, Birini üzümə vurmamısan heç. Eyhamla üzümə gülmüsən mənim, Birce yol üzümə durmamısan heç.
Hər kəs taleyile gəlir həyata, Demirəm, ürəyi yumşaq olmuşam. Dəcəl uşaqlara mülayim ata, Səninçün ən dəcəl uşaq olmuşam.
Sənsən dağlar kimi səbrlə dözən Bəlkə tərəddüdlə çox döyüşmüsen. İsti bir sevgiden yazmişam bəzən, Soyumuş çayımı sən dəyişmisən...
Üzümdə kədərdən bir iz görəndə, Şirinim olmusan, acım olmusan. Qohumdan, tanışdan pis üz görəndə Sən anam olmusan, bacim olmusan.
Bir kövrək şeirimdən gözlərin dolub, Nə deyim, özgədən çox yazıb qələm. Nə qədər düyünlü günümüz olub, Düyünlü qaşını görməmişəm mən...
Bir əlin mətbəxdə qabda-qaşıqda, Bir gözün istide, tüstüdə olub. Bir əlin beşikdə oğul-uşaqda, Bir gözün həmişə üstümdə olub.
Yollar çarpaz-çarpaz, yollar qarışıq... Gecə yol gedirəm qulağı səsdə. Bizim pəncərədən süzülən ışıq- Gözümün nurudur yolumun üstə.
Fikirli gəlirəm, dalğın gəlirəm, Qayğılı gözlərin çəkir şəklimi. Bəzən gec gəlirəm, yorğun gəlirəm Bitirsən qapıda bənövşə kimi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!