Son kəlmə (19-cu bölüm)

Son kəlmə (19-cu bölüm)
Sevgi Dünyası
10.09.2017 37
 
MART, 2007-Cİ İL.BAKI...
Səhərin gözü açılmamış Anar divanda əyləşib dirsəklərini dizlərinə
dayamışdı.Gözlərini junal masasının üstündəki şifrə dolu kağız
yığınından çəkə bilmirdi.Sanki tərədddüd edirdi, böyük bir riskin
qərarında idi.
Gözlərini yumub ayağa qalxdı.Əllərini belinə qoyuaraq ağır=ağır
addımlamağa başladı.Dodaqları bir an belə sakit durmaq bilmirdi.Alnında
tər damcılarrı görünməyə başlandı.
"Mən...mən nədənsə bunu etmək istəmirəm...Axı niyə?!...Mənə mane olan
nədir?!...Fəxriyyə..Off! Yenə bu "ala gözlü”...Son zamanlar beynimi
yaman məşğul edir...Ya İlqarın dediklərri...Yox, yox, yox...”
Təkrar divana çöküb bütün ağırlığı ilə söykənərək gözlərini tavana zillədi.Elə bu zaman İlqar gəlib yanında əyləşdİ.
-Mən qərarsızam sanki..Nə edəcəyimi bilmirəm...Axı niyə, İlqar, niyə?!....
İrəli əyilib barmaqlarını bir-birinə keçirdərək İlqara kədərli baxış
atdı.İlqar əlini onun çiyninə qoyub azacıq sıxdı.Sonra çənəsindən tutub
üzünü çevirərək gözlərinə baxdı.
-Sən sadəcə sevirsən, qəbul et bunu..
İlqarın ağıllı gözlərinə baxmaqdan imtina edərək çənəsəini onun
barmaqlarında xilas etdi.Saçlarını qarışdırıraq titrək səslə inkar etdi.
-Mənim kimi adam sevə bilməz, İlqar...
-Niyə, Anar, niyə elə düşünürsən?!...Mən səni yaxşı tanıyıram, b=sənin qəlbini də bilirəm, ağlını da...
-İlqar, sus! Yalvarıram, sus!...
İlqar ona baxaraq başını bulaya-bulaya ayağa qalxdı.Onun gediş addımlarının sonunu eşidən kimi özünü eyvana atdı...
Fəxriyyə kefsiz halı ilə səhər yeməyini qəbul edərək masadan qalxmaq istəyirdi ki, Malikin səsi yüksəildi.
-Oyur, səninlə danışmalıyam,-deyib üzünü Aysu ilə Murada tutdu.-Siz otaqlarınıza gedin!..
Atalarının zəhmli səsinədn diksinib azaıcq qoxuya düşən uşaqlar təlaşla bacılarına baxa-baxa otaqlarına çəkildilər.
-Danış görüm!...
-Ata, axı..
-Mənə yalan danışma!...O Anarıdr-nə zibildir, bir də o söhbətlər əglib
qulağıma çatsaişdən çıxırsan! Aydındır?!-deyib əlini stola çırpdı.-Məni
məcbur etmə ki, onu tutdurub basım içəri!...
Atasının qəzəbli baxışlarından çəkinib udqundu.Ağzını açmağa cəhd edirdi ki, atasının masa arxasından qalxdığını gördü.
"Allah bəlanı versin, Elxan!...Elə sənin də, Anar!...Mən sizə neyləımisəm axı?!...”
Anar zala keçəndə Samrin divanda bikeh halda əyləşdiyini görüb yaxınlaşdı.
-Bu nə haldır belə?! Nəyin var yenə?!...
Samirin kədərli gözlərini Anara qaldırıb təkrar aşağı zillədi.
-Hər kəs sənin kimi əhli-kef adamı deyil, Anar...
Anar əyləşdikdə gözünə təkrar "şifrə” sataşdı. Gözlərini açıb yumaraq başını buladı.
-Samir, başlama yenə görüm..!
-Nə var?! Bəlkə yalan deyirəm, hə?! ...Sənə nə var ki, Kazanova!-son sözlərini güclü kinayə ilə deyib ayağa qalxdı.-
Anar Samirə əsəbiləşəib ayağa qalxıb onun gözlərinin içinə baxa-baxa
cavab vermək istəyirdi ki, İlqarın səsinə hər ikisi diksindilər.
-Bezdim artıq sizin uşaq davranışlarınızdan! Qurtaın
görüm!...Anar,sənağıllı başla bir qərar qəbul et. Sən sə-Samir, hazırlaş
oxumağa!...Bu qədər!...
Fəxriyyə gəlib banka çatanda Elxanla qarşılaşdı.Əsəbilərək tez
addımlarını sürətləndiirb kabinetinə doğru ypnlsə də, Elxanın ardınca
gəldiyi anladı.
-Detektiv kimi izləmə məni!
-Səni izləyən kimidR görəsən-mən yoxsa Anar?!...
Qapını açıb içəri girəndə Elxan da ardınca girib Nicatla Fidana baxıış
atdı.Hər ikisi tələm-tələsik çıxıdıqdan sonra Fəxriyyə onunla üzbəüz
dayanıb gözlərini qıydı.
-Xeyir ola, Elxan?! Yenə atama nəyi xəbərçilik edəcəksən?!
-Fəxriyyə, bu sənin yaxşılığın üçündür, anla...
-Aaa! Doğrudan?! Üzr istəyirəm onda...
Fəxriyyənin kinayəli sualı onun əsəblərini necə pozdusa qızın qolundan tutub silkələməyə başladı.
-Axı nə tapmısan onsa?! Məndə olmayan nə var onda?! Hə, nə var?!..
-Burax məni, incidirsən...
-Sən məni incidirsən...Mən uşaqlıqdan səni sevirəm, Fəxriyyə...
Fəxriyyə şok olsa da onun dəmri barmaqlarından qurtulmaq üçün sinəsindən itləməəy başladı, amma gücü çatmadı.
-Burax məni...Burax deyirəm, əclaf, burax!-deyib yumruqlamağa başladı.
Elxan qızın daha bərk sıxıb onu özünə daha bərk sıxdı.
-Xoşuna gəlmir, hə?! Amma nədənsə o babnik zibili edəndə xoşuna gəlirdi...
Birdən ani gücə divara çırpılan Elxa n qarşısında Anarı gördü.Anar onun yaxasından bərk tutub gözlərindən qəzəb püskürdü.
-Sən neyləyirsən, əclaf?!..
Fəxriyyə bor şokdan çıxmağa çalışırdı ki, daha bir şok yaşadı.Anar
Elxanı var-gücü yumruqlayııb dpyməyə başladı.Elxna özünü qorumaq istəsə
də, alınmırdı.Anar sanki qızmış aslana çevrilmişdi. Elxanın qarşılıq
kimi atdığı zəif yumruqlar sanki onun əsəbini oynadırdı.Fəxriyyə özünə
güclə gələib Anarın qolundan yapıdı.
-Lazım deyil,-deyib onu Elxandan aralamağa çalışdı.
Elxan özünü kabinetdən necə atdısa vxəbəri olmadı.Amma ordan çıxdığında
işçilərin ona yönələn baxışlarına əhəmiyyət vermədən bankdan
çıxdı.Nicatla Fidan gözlərinə inanmırmış kimi bir-birlərinə bxıb
yerindəcə donub qalmışdılar.
-Etiraf edirəm, mən belə şeyə cəsarət edə bilməzdim, amma Anar...
-Anladığım qədəri ilə bu nə birincidir, nə də sonuncu...
İşçilər bir-birlərinə şaiyələr ötürməyə başladılar...
Anar Fəxriyyəyə baxıb soruşdu:
-O, səni incitdi?!...
Fəxriyyə onun gözlərinə baxmaqdan imtina edərək masa arxasına keçdi.
-Anar, xahiş edirəm, çıx, onsuz da yetərincə biabır olmuşam...
-Elxanın işləridir, hə?!...
Anar yaxınlaşıb bir əlini masaya, bir əlini iş kreslosuna dayayıb təhlükəli tonla soruşdu:
-Nə edib?!..
-Heç nə,- bacardığı qədər quru cavab verib əlini sənədlərə atdı.
Anar hirslə bütün kağızları döşəməyə "sürüşdürüb” onun qolundan tutaraq qaldırdı.
-Nə edib soruşdum!...
-O yox, sən etmisən!-acıqla cava verib qolunu azad elədi.-İndisə raha t burax məni!...
Anar özünə bəlli səbənlərdən əsəbiləşərək təkrar qolunu sıxdı.Fəxriyyəni incitsə də səsini çıxartmırıd.
-Mən neyləmişəm?!...
-Hələ bir souşrsan da?!..Məni biabır etdin yetərincə!...
Anar hirslə onun gözlərinə baxıb qolunu daha da bərk sıxdı.Fəxriyyə
səsini çıxartmamaqda qərarlı idi. Hər ikisi bir-birinə qəzəbli
baxışlarla baxırıdlar.Elə bu zman qapının döyülməsi ilə açılması bir
oldu.İçəri girən Sənəm onların vəziyyəitnə nəzər salıb buz səsini
yüksəltdi.
--Konsert bitdisə, kabinetimə gəlin!...
NOYABR-APREL.1982-1983-CÜ İLLƏR. AZƏRBAYCAN SSRİ-Sİ. "N” RAYONU...(Sənəm)
Mən gözlərimi açan kimi təkrar qapatdım.Huşumu itirmişdim deyəsən...
Aradan neçə vaxt keçdisə, gözümü bir daha güclə açanda... Səstəxanada
idim deyəsən.Gözəl tibb bacısı mənə yaxınlaşıb kədələ gülümsədi.Mənsə
cansız kimi ona baxırdım.
-Narahat olmayın, xanım, si nəzarət altındasınız artıq...
Mən bura necə gəlib düşmüşdüm?!Burda nə işim vardı axı?!...
Bir həftə gah o həkim, gah bu həkim təşrif buyurub məni müayinə
edirdilər, amma mən ölü idim artıq...Heç nə his etmirdim...Güclə
yeyib-içirdim, o da ki tibb bacısının köməyi ilə...Ayaqyoluna gedəndə
mıxlanmış ayaqlarımı güclə qopardırdım, məni balaca uşaq kimi
çimizdirirdilər, saçlarımı kəsdirmişdilər...
Məni tez-tez müayinə edən Yusif həkimin baxışları daim üzərimdə
idi.Mənim keyliyim, ruhsuzluğum, cansızlığım ona həddən artıq təsir
etmişdi deyəsən...Günüm uzanıb gözlərimi nöqtəyə zilləməklə
keçirdi...Bir dəfə zəif səsimlə soruşdum:
-Mən buraya necə düşdüm?
Yusif dərindən nəfəs alıb əyləşdi.Qəmli baxışlarla mənə baxaraq hər bir sözü kəlbətinlə çıxardaraq danışmağa başladı.
-Səni hardan tapıblaR, kim tapıb, bilmirəm..Hələ səhərin gözü açılmamış
səni xəstəxanın küçəsində tapıblar, tələm-tələsik içəri
aparıblar...Kimdir səni bu günə salan?!...
Mən başıma gələnləri necə danışdım, özüm də xatırlaya bilmədim.O, məni
dinləyə-dinləyə gah yumruqlarını sıxırdı, gah da dilinin altında ana
söyüşü söyürdü.Birdən ilan vurmuş kimi yerindən atılaraq mənə dəhşə t
dolu baxışlarını zillədi.
-Bir dəqiqə! Sən nə dedin?!Necə yəni uşaqlara süd vermisən?!...Axı uşaq doğmamısan...
Mən saanki ayıldım.Ondan da betər dəhşət dolu baxışlarla baxaraq
qurudum.Birdən hər şey ildırım sürətilə yadıma düşdü...Mən əslində
onlara süd deyil, elə-belə döş vermişdim.Südü isə ayrıca vermişdim...Öz
analizlərimdən dəhşətə gəlib qışqırmağa başladım...
Məni sakitləşdirmək mümkün deyildi.Səsim xəstəxananı götürmüşdü.
Çırpınırdım, lap axırda mənə iynə vurdular... 3 həftə dayanmaq bilmədən
davam ediri bu halım...
-Evlən mənimlə,-Yusif kədərlə deyib mənə baxdı.
Nə?! Ya mənim başım xarabdır, ya da onun!...Əsəblərim təkrar pozuldu.
-Keçmiş ərindən boşanmaq məsələsini öz boynuma götürürəm, amma evlənməlisəən.Hamiləsən...
Məni zorlayan alçaqdan uşaq gözləyirdim...1 həftə fikirləşdim və axırda
qərar qəbul etdim... Toysuz filansız ərə getdim...Bakıya gəldim...Yusif
mənimlə bacarmasa da zor tətbiq etmirdi...Məni oxumağa göndərdi...Arslan
dünyaya gəldikdən sonra özümdə başqa güc tapdım Ona süd verməkdən
imtina etdim...Yusiflə bir dəfə əlaqəda oldum, o da Arslanın doğumundan 3
həftə sonra...2 il sonra Aygül dünyaya gəldi...
Mən artıq əvvəlki Sənəm deyildim...Çoxlarının buz adlandırdığı Sənəm
idim..Yusifə işləmək istədiyimi deyəndə tanışları vasitəsilə məni bankda
işə düzəltdi. Bu illər ərzində arxamca çox söz=öhbətlər, dedi-qodular,
qarayaxmlar olmuşdu.Ancaq hamısını qulaqardına vurub işimdə yüksəldim...
Uşaqlarım mənə ana gözü ilə baxmırdılar, çünki bu vəzifəni yerinə
yetirməmişdim, Yusifin bacısı uşalqar baxıb əzizləyirdi...Dəfələrlə
qardaşına irad tutsa da Yusif mənim tərəfmdə durmuşdu...
SENTABR, 1992-Cİ İL. MOSKVA...(ANAR)
Mənim günüm belə keçirdi.İlqar məni danışdırmağa çəkinirdi
sanki.Sıxılırdım, boğulurdum, amma əlimdən nə gələ bilərdi axı?!..Onun
kədərli baxışlarını anlaya bilmirdim...Mən evdən kənara addımını ata
bilmirdim.O isə səhər gedib axşam əlində yeməklə qaayıdrdı..Qorxa-qorxa,
çəkinə-çəkinə nuş edib çəkilirdim küncə...Səsimi nadir hallarda çıxarda
bilirdim...
Bir dəfə axşam vaxtı evə gec gəldi.Qucağında balaca oğlan vardı.Yatırdı
deyəsən.Onu çarpasına uzandırıb üstünü örtdü.Mən gah ona, gah da İlqara
baxıb güclə soruşdum:
-Kimdir bu?!...
İlqar qarşımda diz çöküb mənim qollarımdan yapışdı.Qorxdum, tir-tir əsməyə başladım.
-Qorxma...Mən qorxulu adam deyiləm...Bu isə bizim balaca
qardaşımızdır...Onu zibil qabının yanında yatarkən tapmışam. Çox
gözlədim, bəlkə kimsə gəlib aparar, amma olmadı.Axırda da gətirdim
bura...
Səhər oyandıqda "balaca qardaşım”ın çaş-baş baxışını görüb yaxınlaşdım.Mən rusca bilmirdim, nə danışacaqdım axı...
-Kimsən?!....
Uşaq halımla təəccübümü gizlədə bilmədim.İlqarın arxadan addımlarını eşiidb çevrildim.
-Adın nədir sənin?-o da az-çox çaşqın idi.
-Sssaamiirr...
-Qorxma, Samir...Məndən sənə ziyan dəyməz...
Samir başına gələnləri danışmağğa başladı.Valideynləri onu atib getmişdilər...
...Mən özümü isti otaqda tapdım. Üzündən iyrənclik yağan kişi mənə
yaxınlaşanda anamın fəryadını eşitdim.Sonrasını xatırlamıram, gözlərimə
qaranlıq çöküb gücümü itirdim..Yanağıma süzülən damcılar...Anamın
hıçqırıqla dedikləri...
-Bağışla məni, balam...Sənin mənim qanımdan olmasan da səni çox sevdim..Bağışla ki səni qoruya bilmədim...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!