Sadəcə oxuyun

Sadəcə oxuyun
Sevgi Dünyası
10.09.2017 7
..sevgi bəzən bir "necəsən?" mesajıdır... qəribə gəlir bilirəm... amma olur hərdən... demək istədiyin bütün o uzun cümlələri bir "necəsən?" sualına sığışdırıb göndərirsən... eşq bəzən kiçik cümlələrdən ibarət olur... "yaxşısan?","işlərin necədir?" "xəstə deyilsən?" ya da bunlara oxşayan ən mənasız minlərlə sual... hələ "əlim dəydi","səhv gəldi, bağışla"mesajları da var )) ən ürkək, ən saf sevgidir bunlar, əslində... içindən dua edirsən bəzən... "nə olar, bir az sual versin... biraz danışsın... "deyə..amma çox vaxt gələn cavab "eybi yox" dan ibarət olur...  bu qısa söhbətdən sonra sənə qalan özünü söymək və yerində uzanıb etdiyin bu yersiz hərəkəti fikirləşərək yuxusuz qalmaq olur... uzun zaman keçir sonra... özünə verdiyin sözləri unudub yenidən yazırsan... "həyatında biri var?"... bu suala gələn "hə" cavabı yenidən məhv edir səni... gərək yazmadım... heç olmasa xəbərim olmazdı, deyirsən... daha asan olardı... bəlkə də səni həmin vaxt incidən şey onun həyatında birinin olması yox, sənin ona yazdığın cümlə olur... gözündən yaş axarkən yazdığın"sənin adına sevindim " cavabı...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!