Son kəlmə (24-cü bölüm)

Son kəlmə (24-cü bölüm)
Sevgi Dünyası
10.09.2017 29
SENTYABR, 2007-Cİ İL.BAKI...

Fəxriyyə nin dərin fikirlərə qərq olduğunu görən Fidan soruşmağa qərar verdi.

-Fəxriş, necəsən?!...

-Yaxşıyam, canım, narahat olma,-deyib kədərli təbəssüm etdi.

Fidan Nicata baxaraq başını buladı.Nicat Fəxriyyəyə nəzər salıb köks
öyürdü.Bu zaman qapı açılaraq Elxan içəriyə daxil oldu.Baxışları ilə
Fidanla Nicatın çıxmasını əmr edib Fəxriyyənin masasına yaxınlaşdı.Qız
başını qaldırmadan işini görürdü.

-Fəxriyyə, danışmalıyıq...

-Mənim səninlə danışmağa mövzüm yoxdur,-quruca cavbalayıb başını qaldırdı.

-Fəxriyyə, xahiş edirəm, -əsəbiliklə dedi.

Fəxriyyə soyuq halını dəyişmədən ona baxması Elxanın əsəblərinə toxunsa də səbr deyib dururdu.

-Fəxriyyə..!

-Mən sənin kuklan deyiləm, aydınır?!...

-Haa, demək belə?! Bəs o əclaf səni harda tutub öpəndə kuklana çevirmirdi?!...

-Elxan, məni bu hala sən gətirdin, fərqindəsən?! İndi nə istəyirsən, hə?!...

-Fəxriyyə, bax, mən sadəəc onun əsl üzünü ortaya çıxatdım...

-Hə, çıxartdın,sonra?! İddialar təsdiqləndimi?! Bank soyuldumu?! Yox! ...

-Ona kimsə əngəl oldu, əminə buna...

-Kim?! Mən?!

-Tövbə əstəğfürullah! Fəxriyyə...!!!

-Nə var?! Bezdim artıq sənin təqiblərindən!!!...

Fəxriyyə masaya dayaq verib ayağa qalxdı.Elxanın gözlərinə baxaraq kəskin şəkildə

-Bir daha məni narahat edib əsəblərimi pozma! Yoxsa şələ-şüləmi yığışdırıbb bankdan birdəfəlik köçəcəm-deyərək tamamladı.

Elxanın nitqi qurumuşdu.Fəxriyyənin gedişini seyr edə-edə key kimi gözlərini döydü...

SENTYABR, 200-7Cİ İL.MOSKVA...

Anar gözlərini boş ifadə ilə tavana zilləyib dərindən nəfəs aldı.Əlinin
tərsini alnına qoyaraq gözlərimi yumub açdı.Bir anlıq kino lent keçdi
gözünün önündə.Fəxriyyə...

Başını yana çevirib sarışın rus gözəlinə baxdı.Qarnı üstə uzanaraq açıq
kürəyini nümayiş etdirən sarışın yatırdı hələ.Qalxıb əynini geyinməyə
başladı...

Şkafın güzgüsünün qarşısına keçəndə az qala özünü tanımadı.Üzünü tük
basmışdı.5 ayda yalnız 506 dəfə üzünü təmizləmişdi, o da ki, İlqarn
qəzəbindən...

Alnını güzgüyə dayayıb gözlərini yumdu.

"Bağışla məni...Mən özümü bağışlaya bilmirəm...Barı sən bağışla...”

Bu zaman kürəyində istilik hiss etdi.Sarışın gözəl qollarını onun
qarnına dolayıb başını kürəyinə qoymuşdu.Anar ehtiyatla onun qollarını
azad edib çevrildi.

-Sveta...

-Da?!-üzü güldü.

"Yox, mən day bacarmıram...Hansısa güc məni məndən alır...Özümlə bacarnıram...Axı niyə?!...Niyə?!...”

Sveta(Svetlana-qısaldılmış forma) əlini onun bədənində gəzdirib
dodaqlarından öpmək istəyəndə Anar incə kobudluqla onu itələyib
çıxdı.Həyət enərək indicə çıxdığı göydələnə nəzər saldı.

"Bacarmıram...Özümdən asıl deyil...Hər dəfə onun gözləri qarşımı kəsir...Ala gözlər...”

Həyətdə avara kimi dolaşıb skam yada əyləşdi.Dizlərinə dirsəklənib
barmaqları ilə oynamağa başladı.Az qala barmaqlarını sındıracaqdı.Səbr
edə bilməyib təkrar gəzib dolaşmaağ başladı.Bisetkaya girib əyləşdi.

Bu zaman telefonu zəng çaldı.İlqar idi.

-İlqar...

-Hardasan yenə?!-kobud şəkildə soruşdu.

-Off, İlqar...

-Sənə milyon dəəf demişəm ki, offlama!!! Hardasan?!..

-Axı nə olub?!...

-Milisdəyəm...Samirin başı bəladadır...

-Nəəə?!-Anar özünə gəlib bisetkadan çxdı.-Və sən də bunu sakit deyirsən?!

-Anar, məni tanımırsan bəyəm?!...

-Off..

-Yenə?!...

-Yaxşı, İlqar, yaxşı, adresi de...

...Anar 10-15 dəqiqəliyə özünü İlqara yetirib təngnəfəs soruşdu:

-Noldu?! Hadisə necə baş verdi?! Danış da..!

-Boje moy! Anar, səbr..!

-Şahmatist, elə danışarsan ki, Samiri özün xilas edəcəksən...

-Niyədə olmasn, bratik?!-kinayəli gülümsədi.

Anar daha da yaxınlaşıb onun gözlərinə baxdı.

-Sənin milislərlə əlaqən var?!..

-Sən hələ indi ayılırsan...

Anar dəhlizdə səbrsiz get-gəl edib onlara doğru gələn Milisə ayaq saxladı.

-Znaçit taakkk,-şişman, dazbaş, otya yaşlı milis sözə başladı...

SENTYABR, 2007-Cİ İL.BAKI...

Fəxriyyə axşam evə gəlib otağına keçmək istəyirdi ki, atasının zəhmli səsi yüksəldi.

-Fəxriyyə..!

Qız atasına yaxınlaşıb gülümsəyə çalışdı.

-Eşidirəm, ata...

-Əyləş, səninlə söhbətimiz var...

Hər iksis divanda əyləşdilər.Malik qızına qəzəbli baxıb soruşdu:

-Hələ də onu fikirləşirsən?!...

Fəxriyyənin zorlu təbəssümü saralıb-soldu.

-Ata...

-Hə, ya yox?!...

-Bilmirəm..

-Necə yəni bilmirəm?! Onsuz da başımı aşağı elədin, indi neyləmək istəyirsən,hə?!..

-Ata, qışqırma, -kövrək səslə deyib ixtiayrszı göz yaşları süzülməyə
başladı.-Sən semədinmi?! Mən həmişə səninlə anama qibtə eləmişəm,
sevginiz mənim üçün əziz xatirə olub...Amma indi niyə məni anlaya
bilmirsən?!-son sözlərini qəzəblə deyib ayağa qalxdı.-Ata, mən onu
sevirəm, fərqi yoxdur, kim olursa olsun, sevirəm, başa düş...O...O tama
başqa adamdır...Sən onu azacıq tanısaydın...

Malikin "daş” halı birdən yumşalmağa başladı.Gözləri yavaş-yavaş çökəkliyə doğru yuvarlanırdı.

-Əslində...tanıyıram...

Fəxriyyyə atasına baxıb heç nə anlamadı.Əyləşib yanaqlarını qurulaya-qurulaay ondan açıqlama gözləyirdi.

-Onu yox, onu böyüdən adamı...İlqarı...Mən onun haqqında araşdırma aparanda İlqarın adı gözümə sataşdı...Bu o idi...

-Ata, axı kim?!...

-Mənim əlimə faktlar verən...Onun niyə belə addım atmasını
anlamadım...Amma gözləri...Mən həyatım boyunca elə gözlərə rast
gəlməmişəm...Sakit və ağıllı...

Malik qızına baxıb onu bərk-bərk qucaqladı...

5 gün keçdi...

Fəxriyyə işlə əlaqədar arxivə doğru getməyə başlayanda birdən dayandı.Bu məkan ona Anarı xatırladırdı.Onun öpüşləri...

Qoluna toxunan əldən özünə qayıdıb iş yoldaşı Səbinəyə gülümsədi.Səbinə kədərlə qıza baxıb başını buladı.

-Fəxriyyə, belə olmaz...

-Səbiş,heç nə olmayıb

-Sən hər an onu düşünürsən...İstəməsən belə yadına düşür...

-Çoxmu bəllidir?!...

-Hə..

Fəxriyyə daha heç nə deməyib arxivə daxil oldu.Tələm-tələsik sənədləri
götürüb çıxmaq istəyirdi ki, ayaqları tərpənməz vəziyyətdə mıxlanıb
qaldı.

-Gözəlim...

"İlahi! Bu səs...Bu..Bu...Bu –onun səsidir...Allahım, güc ver mənə...”

Arxaya çevriləndə heç kimi görmədi.Amma hər şey gözünü önüdən gəlib keçməyə başladı...

SENTABR, 2007-Cİ İL . MOSKVA...

Moskvanın axşamları...

Anar içdikcə içirdi.Özü ilə heç cürə bacarmdırdı.Döşəmədə 2 boşaldılmış viski şüşəsinin yanına biri də əlavə oldun.

-Fəxriyyəəə...Əl çəəəkkk...Yox, yox, yoooox, getməəə...Mən ölüyəm..Bacarmıram sənsiz..Baacaarmıraammm...

Divandan qalxmağa cəhd etdikdən yıxıldı.Və dəli kimi qəhqəhə çəkərək gülməyə başladı.

-Axaxaxxaxaxa! Anaaarrr, bax gör nə vəziyyətdəsən!...Çooxx "smeşnoy”saannn, druuqq mooyyy...

Bu zaman qapının açılması ilə evədaxil olan İlqarla Samirin mübahisəsi
zala keçərkə kəsildi.İlqar onun əlundəki qədəhi qapıb divara
çırpdı.Samir çaş-baş halda nə edəcyini bilmədi.

-Anar, bezdirdin artıq məni! Özünə gəl görüm!!!

-Xixixixixi İlqaarrrr...

-Azzar!

-İlqaarrr...Köməkk eləəəə mənəəə...

-Samir,kömək elə mənə, bu dəlini aparıb duşun altına salmalıyıq..

Samir özünə gələrək İlqara kömək eləməyə başladı.Anar soyuq duşun altında sərxoş halı ilə güclə ayaq üstə dayanırd.

-Adam kimi dayan!...

-İlqar, Anarın kilosu artıb, nədir?!

-Samir, onu sonra ölçərik...

Səhər...

Anar gözlərini güc-bəla ilə açıb qalxmaq istəyəndə başı dəhşətli dərəcədə fırlanmağa başlandı.

-İlahi! Bu nədir belə?! Zəhrimara qalasan! Hardan çıxdın?!-zırıldanıb uzanmağa davam elədi.

Qapının açılması ilə gözlərini İlqara zillədi.Onun sərt baxışlarını görüb saymazyana tərzdə soruşdu.

-Nə olub yenə mənə?!...

-Bilmirəm,Anar. Gecə olan-qalan viski şüşələrini boşaldan sən deyildin bəyəm?!...

-Şahmatist, başlama görək...Başım partlayır onsuz da...

İlqar başını bulayaraq onun yanında əyləşşdi.Əlini uzadıb alnını yoxladı.Anar bu an keçmişi xatırladı.

O, xəstələnəndə İlqar ona necə baxırdı.İxtiyarsız dodaqlarına xəfif
təbəssüm qondu. İlqar da xatırlamışdı.Birdən üzü ciddiləşib xəbərdarlıq
tonunda səsləndirdi.

-Anar, o-sənin əkizindir...

Anar zorla dirsəklənib İlqara key-key baxırdı.

-Necə yəni-əkizim?!...

-Hə, əkizindir....Bütün analizlər bunu təsdiqləyir...

-Mən..mən...Onunla görüşməliyəm...

-Anar, o artıq burdadır-Moskkvada...Adı Rəfael...Lavinin əmisi onu
vaxtilə bir qrup insanın əlindən alıb öz övladı kimi
böyütmüşdü...Zənnimcə uşağı hansısa beynəlxalq şəbəkəyə satmaq fikrində
idilər...Daha heç nə bilmirəm, soruşma da...

-Bəs...özü bilir?!...

-Hə...

-İlqar, mən qorxuram...

-Mənim tanıdığım Anar qorxmaz...

-İlqar, sənin böyütdüyün Anar artıq məhv olub...Mənə bax! Bu-mənəm?! Mənəm?!...

SENTYABR, 2007-Cİ İL.BAKI...

Fəxriyyə nin gözləri dolub daşırdı.Yaxşı ki kabinetdə heç kim yox idi.Nicatla Fidan işə bir az gecikəcəkdilər...

-Bacarmıram artıq, bacarmıram...Axı niyə?!-başın masaya qoymuş
qollarının üstünə dayadı-Alınmır, unutmağa çalışıram, amma alınmır...

Qapının səsindən cəld özünü toplamaq istəyəndə Elxanı görüb
əsəbiləşdi.Qalxıb onun qarşısına keçərək gözlərinin içinə qəzəblə baxdı.

-Nə var yenə?! Mənim halmə görməyə gəlmisən?!...

-Fəxriyyə...

Elxan sözünü nə başlada bildi, nə də bitirə.Fəxriyyənin gedişini çarəsiz baxışlarla izləməkdən başqa əlindən heç nə gəlmədi...

SENTYABR, 2007-Cİ İL . MOSKVA...

Səhərdən bir xeyli keçmişdi.Anar gərginliklə gah divandan qalxıb o
baş-bu baş gəzib dolaşır, gah da təzədən divana çökərək barmaqlarını
bir-birinə keçirdirdi.Samir onnun halına baxıb gülümsəməyini zorla
saxlayırdı.

Qapının açılması ilə Anar ildırrım vurmuş kimi yerindən dik atıldı.Zala
keçən İlqarın ardnca gələn "əkiz”ini dörəndə içindən titrəmə keçdi...

P.S. Əkizlərin söhbətini yazmayacam.Həddindən artıq yorucu və sıxıcı
söhbətdir, amma bir şeyi nəzərə çatdırım ki, Rəfael Avropaya
satılmışdı.Necə satılmışdı, kim satmışdı, qaranlıq məsələ olduğu üçün
yazmıram.Sadəcə Lavinin əmisi onu xilas edib öz övladı kimi
böyütmüşdü.Uşağın o vaxt heç 1 yaşı belə yox idi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!