Xəyallarıma ən çox sən yaraşırsan

Xəyallarıma ən çox sən yaraşırsan
Sevgi Dünyası
10.09.2017 28
Gözlərinə mənim gözlərim yaraşır ancaq. Gözlərimə baxıbda gülümsəməyin sevdirdi səni mənə...



Əllərinə mənim əllərim yaraşır ancaq. Əllərimi sevgiylə tutmağın sevdirdi səni mənə...



Ətrinə mənim ətrim yaraşır ancaq. Ətrimi içinə çəkib bir daha nəfəs almamaq istəyin sevdirdi səni mənə...



Yanına mən yaraşıram ancaq. Yanında olmayanda ruhsuz dolaşmağın sevdirdi səni mənə...



Göz yaşlarım sənin əllərinə yaraşır ancaq. Ağladığımda mənə möhkəmcə sarılmağın sevdirdi səni mənə...



Xəyallarına mən yaraşiram ancaq. Məni düşündüyündə üzündə yaranan o şirin ifadən sevdirdi səni mənə...



Səsinə mənim səsim yaraşır ancaq."Səni Sevirəm"dediyində səsinin titrəməyi sevdirdi səni mənə...



Ürəyinə mənim ürəyim yaraşır ancaq. Sirrimi deyə biləcəy tək insan olmağın sevdirdi səni mənə...



Sevginə mənim sevgim yaraşır ancaq. Biz bir-birimizə yaraşırıq ancaq. Sən mənə, mən sənə. Sənsiz mən, mənsiz sən heçsən. Bax bu sevdirdi bizi bir-birimizə...
 
 





 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!