Son kəlmə (26-cı bölüm)

Son kəlmə (26-cı bölüm)
Sevgi Dünyası
10.09.2017 13
SENTYABR, 2007-Cİ İL. BAKI...

İlqar eşitdiklərindən dəhşətə gəlib ona dayanmadan yumruq atırdı, amma
Anar key kimi qarşılıq vermirdi. Divara zərblə çırpılan Anar hərəkətsiz
qalıb ona baxmaqda davam edirdi.

-Sən neylədin?!...Əclaf, mən səni oraya ona görə göndərmədim ki, gedib
qızın bakirələyini alasan!!!Göndərdim ki, gedib hər şeyi ona olduğu kimi
danışasan!!! O sənin üçün kimdir-küçədən ötüb keçən pozğunun biri?!

-İlqar, başa düş, mən...

-Sən nə, hə?!...O ola bilər ki, xarakteri formalaşmayıb, iradəsi
zəifdir, amma saf, məsum idi...Sən mənim tanıdığım, öz əllərimdə
böyütdüyüm adamsan ya yox?!..

-İlqar, mən gücsüz idim...Onun mənə o cür baxışları məni məhv etmişdi, axı nə edə bilərdim?!...

-Dözməli idin..!

Anar divardan sürüşərək çökdü.Başını əlləri arasına alaraq saçlarını
tez-tez qarışdırmağa başladı.İlqar yumruğunu divara divara vuraraq onun
yaxasından tutub qaldırdı.Bərk silkələyib qəzəblə səsini qaldırdı.

-Sən bu qədər alçalmısan?! Məsum, zavallı qıza toxunacaq qədər
alçalmısan?! Onun hissləri ilə oynayııb ayaqlar altına atacaq qədər
alçalmısan?! Sə ndən söz soruşuram:cavab ver mənə!!!...

İlqar var-gücü ilə Anarı silkələsə də Anar ruhsuz bədəndən heç nə ilə fərqlənmirdi.

-Mən...onu...sevirəm....

-Anar..! Bəhanələr gətirmə!...

-İlqar, özüm də bilmədim necə oldu...Onu necə sevdim, niyə sevdim, niyə elə hərəkət elədim, vallah-billah bilmədim...

İlqar Anara yumruq dalınca yumruq endirəndə Anar gücsüz halda döşəməyə yıxılırdı, İlqar qəzəblə onun qolundan tutub qaldırırdı.

-Mənim tanıdığım, böyütdüyüm Anar qarşılıq verərdi, qışqıırb bağırardı,
özünə bir yolla haqq qazandırardı. Hardadır indi o??! Cavab ver, Anar,
hardasan sən?! De ki, heç nə eləmədim, de..!

-Elədim...Bir qızın sahib olduğu ən dəyərli şeyi məhv elədim...Onu öz qadınım elədim...

-İlahi..! Anar, axı niyə?! Niyə çarəsiz bir qızdan istifadə elədin axı, niyə?!...

-Özüm çarəsiz idim, özüm...

-Anar, mənə yazıq görkəmini nümayiş etdirmə, səni tanımayacaq qədər anlamaz-qanmaz deyiləm!...

Anardan cavab gəlmədiyini görüb yaxasını hirslə buraxdı.Anar döşəməyə
çöküb başını divara vurdu.İlqar əsəblərinə nəzarrət edə bilməyib evdən
çıxdı.Anar başını divara vura-vura ağlayırdı.

-Mən alçağam...Murdaram...Əclafam...İnsan deyiləm...Vəhşiyəm...

Səhər...

Anar divara söykənmiş vəziyyətdə yatıb qalmışdı.Onun halını görən İlqar
əsəbiləşsə də onun qolunu boynuna keçirdib ayağa qaldırdı.Divanda
uzandırıb üstünü pledlə örtdü.Qoltuqda əyləşib dizlərinə
dirsəkləndi.Mənalı baxışlarını onun üzərinə yönləndirib düşünməyə
başladı.

...Anar gözlərini açanda başında küt ağrı hiss etdi.Əlini başıına apararaq qalıx əyləşdii.

-Nə oldu mənə?!-soruşub alnını sıxdı.

-Bilmirəm,-İlqar soyuq tonla cavablandırdı.

-İlqar, xahiş edirəm...

-Etmə..!

Anar gicgahlarını daha bərk sıxıb güclə soruşdu:

-Saat..

-11-ə qalıb...

-Nəə?!...

-Azzar!!!-acıqlanıb ayağa qalxdı.-Bundan sonra mənim dediyimlə oturub duracaqsan!!!...

...Fəxriyyə çarpayıda uzanaraq balışı bərk qucaqlayıb gözlərini zilləmiş
olduğu nöqtədən ayırmırdı.Səssizcə axan göz yaşlarını hiss
etmirdi.Lavin içəri girib yanında əyləşdi.

-Fəxi...

-Hmm...

-Axı niyə elədin?!...

-Bilmirəm...Bacarmadım...

Lavin Fəxriyyənin saçlarına sığal çəkərək gözünün önünə gələn keçmişi
qovalamağa çalışdı.Onun uşaqkən təcavüzə məruz qaldığını yalnız İlqar
bilirdi, heç əmisinin də xəbəri yox idi...

-Fəxi, qalx...

-Mmm,-başını güclə bulayaraq etiraz etdi.

-Fəxi...Mənim xətrimə...

-Sən...çıxa bilərsən?!...

-Hə...Əlbəttə...

Lavin çıxıb getdikdən sonra çarpayıdan qalxan Fəxriyyə qan ləkəsini
göründə göz yaşlarını saxlaya bilmədi.Əli ilə ağzın tutub divara
söykəndi.

"Ata, bağışla məni...”

...15 dəqiqə idi ki, isti duşun altında dayanaraq ağlayırdı.

"Axı mən niyə bu qədər zəifəm?! Niyə bu qədər axmağam?! Niyə onu buraxdım?! Niyəəəə?!...”

Anarla bağlı xatirələri xatırladı.Hər xatirə onu daha da möhkəm ağladırdı...

...Əynində xalat, başında qəftə ilə qoltuqda əyləşərək ke-key Lavinə
baxırdı.Lavin divanda qalxıb onun qarşısına keçərək dizlərini döşəməyə
atdı.

-Fəxi...

-Hmm...

-Necəsən?!...

-Yaxşıyam...

Sualları key kimi cavablandırırdı.Uzaqdan baxan olsaydı, qızı dəlixabadan qaçmış hesab edərdi...

-Fəxi...

-Lavin, rahat burax məni,-deyib yataq otağına qaçdı.

Üzü üstə yatağa düşüb hönkürməyə başladı...

..Lavin əsəbindən özünə yer tapa bilmirdi.Gözünə telfon sataşsa da zənd etmək keçmirdi könlündən.Axı nə deyəcəkdi?!...

"İlqar, bunu nəzərə almalı idin! Nəzərə almalı idin!!! Bir qızın həyatı səni o qardaşına görə məhv oldu...!”

...1 neçə gün keçmişdi...

Fəxriyyənin halsızlığı, kefsizliyi , tez-tez gözlərinin qızarması heç
kimin nəzərindən qaçmamışdı.Atası da, iş yoldaşları da qondan bir söz
qopartmaq istəsələr də, heç bir nəticə alınmamışdı.Hmı onun bu
vəziyyətini Anarla bağlayırdı.Fəxriyyə isə heç kimin üzünə, gözlərinə
dik baxa bilmirdi, çəkinirdi, utanırdı...Malik hər nə eləsə də
qızınıevinə qaytara bilmirdi.Lavindən də söz qoparmaq imkansız
idi...Fıxriyyənin hər gecəsi başını balışa sıxaraq ağlamaqla
keçirdi.Lavin bəzən onun yanında yatıb ovundurmağa, sakitləşdirməyə
çalışırdı...

-Mən...alçalmışam....

-Şşş-deyib saçlarını sığallayırdı.-Elə danışma...

-Amma eləyəm...Mən özüm özümü alçaltdım...

...Malik əsəbindən özünə yer tapa bilmirdi.Gah qalıb o baş-bu baş
gəzirdi, gah divanda əyləşib əllərini ovuşdururdu.Atalarının qəzəbli
halı Aysu ilə Muradı qorxudurdu.Aysu cəsarət tapıb atasına yaxınlaşdı.

-Ata, nə olub?!-ehtiyatla soruşdu.

Malik balaca qızına qəzəblə baxırdı ki, bu da Aysunu qorxudurdu.Ayağa
qalxıb qızının qolundan tutaraq onu otağına apardı.Heç nə anlamayan qız
qorxu içində atasına baxıb nəsə deməyə çalışırdı ki, qapı üzünə
çırpıldı.Aysu içini bürüyən titrəmə ilə yerə çökdü.Ayaqlarını qucaqlayıb
hönkürtü ilə ağlamağa başladı...

Malik oğlunun da qolundan tutub otağına saldı.Balaca Muradın səsi çıxmasa da gözündən 2 damcı yaş göründü...

Malik divanda çox otura bilmirdi.Əsəbindən tez-tez ordan bura, burdan ora gəzirdi...

"Fəxriyyə, mənim başıma nə oyun açmısan?!...”

Telefonu əlinə alıb nömrəni yığmağa başladı.Qarşı tərəf qəbul edən kimi hücuma keçdi.

-Fəxriyyə, bugün-sabah qayıdırsan! Heç bir etiraz eşitmək istəmirəm! Bu
qədər!Əgər gəlməsən özüm səni çıxardacam o xarabadan, bildin?!...

...Səhər açılar-açılmaz Fəxriyyə ruhsuz halı ilə çemodanını yığıb zala
keçmişdi. Artıq 2-3 gün idi dözlərinin altı tamam qaralmış, rəngi
getdikcə daha da saralıb solurdu.Yemək-içməyini güclə edirdi.

-Fəxi...mən səni buraxa bilmərəm...

-Lavin, getməliyəm,-güclə deyib gözləri dolmağa başladı.-Bu ev...məni boğur...öldürür...

-Fəxi, günahkar mənəm!...Mən gərək İlqara heç nə deməyəydim! Gərək səni tək buraxmazdım!...Bilməli idim, bilməli idim...

Fəxriyyə Lavinin narahatvə əsəbi halına baxsa da anlaya bilmirdi.

-Sən niyə?!...

-Mən...mən İlqara demişəm...Sənin vəziyyətini...İlqar da məni əmin etdi
ki, sadəcə danışıq olacaq, vəsəlam!..Axı mən niyə inandım ona, niyə?!...

-Onu hardan tanıyırsan?!...

Sualdan tutulan Lavin güclə özünə gəlib Fəxriyyənin gözlərinə baxdı.

-Soruşma...Mən keçmişi vərəqləməq istəmirəm...

-Nə də olsa vropada böyümüsən...Sən belə şeyləri tez qaldırırrsan, amma mən...Zəifəm, acizəm, alçalmışam...

-Xahis edirəm, belə danışma....Mən bilməli idim...Bil-mə-li idim!!!...

Fəxriyyə Lavinin divana çöküşünü izləyib yoxa çıxdı...

...Atası qəzəblə ona baxıb əlini stola çırpdı.

-Danış!!!

Fəxriyyənin içi titrəyirdi, tutmağa çalışdığı göz yaşlarını axıtmağa başladı.

-Ata, mən...

Malik ayağa qalxıb qızının qolundan tutaraq bərk silkələməyə başlad.

-Nə?! Danış görüm!!!...

Fəxriyyə cavab vermək iqtidarnı tamamilə itirmişdi.Eləcə də
eşitmək...Yalnız atasının yumulub açılan dodaqlarına, əsəbdən qızarmış
gözlərinə, gərilən üz əzələlərinə key kimi baxırdı.Malik qızından cavab
çıxmadığını görüb üzünə bir şillə çəkib divana "tulladı”.

-Əgər qulağıma hansısa söz=söhbət gəlib çatsa..!-sözünü tamamlaya bilmədi.

...Fəxriyyə artıq 5 gün idi ki,evdən, ən əsasıotağından
çıxmırdı.Ayaqlarını qucaqlayıb çənəsinə dayaq verərək key key baxışlarla
çarpayıdan qalxmırdı.Aysu ilə Murad bacılarını güclə
yedizdirirdilər.Malikin qızına əsəbi keçmək bilmirdi...

...Bankda dildən-dilə yayılan xəbərlər öz təsdiqini tapdı.Fəxriyyə dən
xəbər ala bilməyən Fidanla Nicat Elxandan hesab soruşanda o da heç nə
bilmədiyini boynuna almışdı...Artıq Fəxriyyə bankda işləmirdi...

NOYABR, 2007-Cİ İL. BAKI...

2 ay keçdi, necə keçdi, anlatmaq çətindir...

...Fəxriyyə solmağa davam edirdi.Bacısı ilə qardaşı, qonşu
qızları-Gülsəhərlə Sahilə onun əhval-ruhiyyəsini yerinə qaytarmaq
istəsələr də alınmırdı.Elxan 2-3 dəfə evə təşrif buyurub onun otağına
baxmış, qapının ağzındaca dayanıb çarəsizcə baxmaqdan savayı əlindən heç
nə gəlmirdi...

...Fəxriyyə hər gecə onu görürdü yuxusunda.Hər şeyi onunla tanışlığından
tutmuş gecəyə qədər olan hər bir kadr təkrarlayırdı. Bəzən yuxuda
hıçqırıqla ağlasa da atasının əlini saçlarında hiss edən kimi
sakitləşirdi.Malik hər nə qədər qıızna əsəbiləşsə də ona qıya
bilmirdi...

...Fəxriyyənin son 2 həftə idi ki, halsızlığı artmışdı, tez-tez ürəyi
bulanırdı, başı hərlənirdi.Malik qızının üstünə çox getdiyini düşünsə
də, Aysu ilə Gülsəhər başqa cür fikirləşirdilər.Hər ikisi bir-birlərinə
mənalı baxış atıb haraasa getmişdilər.15 dəqiqədən sonra çarpayıda
uzanan Fəxriyyəyə balaca qutunu uzatdılar.Fəxriyyə ilk əvvəl heç nə başa
düşməyib baxa-baxa qalsa da sonra güclə ayağa qalxaraq vanna otağına
keçdi...Cavab müsbət çıxmışdı...Hamilə idi...Gözləri təkrar dolub
daşmağa başladı.Əli ilə ağzını tutub döşəməyə çökdü...

...2 gün idi ki,qərara gələ bilmirdi...Əvvəlki ruhsuzluğun, halsızlığın, çarəsizliyin üstünə bir də gərginlik əlavə olundu...

Axşam zala keçib atasının qarşısında dayandı.

-Ata...-güclə dedi.

-Eşidirəm,-soyuq tərzdə cavabladı.

-Mən..hamiləyəm...

Ağzından sözün çıxması ilə üzünə şillənin dəyməsi bir oldu.Tarazlığını
itirən Fəxriyyə yerə yıxılıb göz yaşllı atasına baxdı.Malik əsəbindən
yumruğunu dəfələrlə yumruqlayıb ona baxdı.Əyilib çənəsindən tutdu.

-Kimdən?!...

-Anar...

Daha bir şillə və qapının zərblə çırpılması...

...Səhərin gözü açılmamış evdən qaçmağa müvəffəq oldu.Atası evə
gəlməmişdi.Aydın məsələ idi ki, gecəni hansı "fahişə”nin qollarında
keçirdib...Lavin qapını açdığında qarşısında Fəxriyyəni qarşısında
görüəndə şoka düşdü.Onun halına gözlərinə inanmaqdan zorlandı.Fəxriyyəni
içəri dəvət edib soruşmağa macal tapmamış eşitdiklərindən dəhşətə
düşdü.

-Abort elətdirəcəm,-quru səslə dilləndi...

...Lavinlə Fəxriyyə həkimin qarşısında əyləşərək ona baxırdılar.Orta
yaşlı qadən əvvəlcə kağızlara nəzər salıb sonra gözlərini qaldıraraq
Fəxriyyə qəribə nəzər saldı.

-Bunu istədiyinə əminsən?!...

Sualdan içinə üşütmə düşdü...

NOYABR, 2007-Cİ İL. MOSKVA...

Anarın hər gecə sərxoş halları İlqarın əsəblərini pozurdu.Samir hər şeyə
qıraqdan izləməkdən bezib dəfələrlə hər ikisinə də səsini qaldırsa da,
faydasız idi...

-Anar, cana gəldim artıq sənin gic-gic hərəkətlərindən!!!....

Anar divanda sərxoş halı ilə uzanaraq gicbəsər təbəssümlə istehzalı soruşdu:

-Niyə?!...

İlqar onun qolundan tutub ayağa qaldırdı.Anar hələ də gülməyində
idi.Birdən zərblə divara çırpıldı.İlqar onun yaxasında bər yapışıb
gözlərinin içinə baxdı.Qan saçırdı gözləri.Anar ən çox İlqarın bu
halından çəkinirdi.Yavaş-yavaş özünə gəlməyə çalışsa da, sərxoşluğu
keçmirdi.

-Sənə axırıncı dəfə deyirəm!!! Ya özünə gəlib mənimlə gəlirsən, ya da ki, elə burdaca ölüb gedirsən!!!...

...Səhər...

Anar yenə baş ağrısı oyanıb ətrafa nəzər saldı.Ev bomboş idi.Qalxıb
əyləşdi, başı ilə əllərini tutub saçlarını qarışdırmağa başladı. Özü ilə
bacarmırdı, bacara bilmirdi.Fəxriyyəyə etdikləri onu rahat buramrdı.Hər
gecə içib sərxoş olsa da silinmırdı yaddaşından, gecələri ayır-ayır
"qadın”ılarla keçirsə də o səhnə gəlib dururdu gözünün önündə...Onun
toxunuşları, öpüşləri, ətri Anarı dəli edirdi...

...1-2 saatdan sonra kimində ayaq səslərini eşitdi.Gözlərini zillədiyi
döşəmədən qaldırıb İlqara baxdı.Ayağa qalxıb onunla üzbəüz dayandı.

-Nə oldu?! Nə qərara gəldin?!-hissiyatsız halı ilə soruşdu.

Anarın üzünü 2 dəfədən artıq tük basmışdı.Gözlərini qapadanda 2 damla saqqalının üstünə düşdü.

-Raziyam....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!