Sevmək qovuşmaqdır, sən heç narahat olma (2-ci hissə)

Sevmək qovuşmaqdır, sən heç narahat olma (2-ci hissə)
Sevgi Dünyası
10.09.2017 16
Quluna istəmək qabiliyyətini verən Allah ya onun istədiyini verməyi istəyib, ya da bu istədiyi ilə qulunu imtahana çəkir. Amma bəndə də əmin olmalıdır ki, ədəblə istəyib, ədəbli istəyib, ədəbi istəyib, qovuşmamaq yoxdur.
Allahı sevməyin meyvəsi bəndəni sevməkdir, bəndəni sevməyin varacağı mənzil Allahı sevməkdir. Qulun Allahı sevməsi Allahın qula ən böyük lütfüdür. Uca Rəbb hansı qəlbə özünü sevdirirsə, o qəlbi cənnət bağçasına çevirər.
Allahın ipinə sarılın!
Allahın rənginə boyanın!
Allah-Təalanın biz bəndələrindən istəyidir bunlar. Allahın ipi Qurani-Kərimdir. Qurana sarılın demək, həyatı bu İlahi kitabın nuru ilə, göstərdiyi istiqamətdə qurmağa çağırmaqdır.
Kim nə deyir-desin, sevmək qovuşmaqdır. Sevib də qovuşmamaq kimi bir şey yoxdur. Sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!