Son kəlmə (29-cu bölüm)

Son kəlmə (29-cu bölüm)
Sevgi Dünyası
10.09.2017 18
MAY, 2009-CU İL.BAKI...Fəxriyyə daşa çevrilərək nəfəs almaz olmuşdu.Uşaq arabasından bərk-bərk
yapışıb geriyə doğru addımlamağa başlayanda Anarın da onlara doğru
yürüdüyünü görəndə qəzəbləndi.

-Yaxınlaşma!

Anar ona fikir vermədən diz çöküb qızına baxırdı.Əlini uzadıb saçlarına
yumşaq sığal çəkməyə başlayanda əxriyyə təkrar arabanı geri çəkdi.

-Dedim ki, yaxınlaşma!...

Anar ayağa qalxıb təkrar irəliləməyə başladı.

-Sənə adam dili ilə söz çatmır?! Deyirəm ki, yaxınlaşma!...

-Sən məni bu hala salandan sonra yox!-istəmədən kəskin cavabladı.

Onun danışıq toonundan Fəxriyyənin içinə titrəmə düşsə də, özünü
itirmədi.Qəti simasını nümayiş etdirib araba ilə geriləməyə davam
elədi.Ətrafda tək-tük adam gözə görünürdü.

-Fəxriyyə, danışmalıyıq...

-Doğrudan?! Niyə?!...Zənnimcə bizim danışmağa heç bir mövzumuz yoxdur, ola da bilməz!...İndisə çəkil qarşımdan!...

Anar hər nə qədər çalışsa da əsəblərinə nəzarət edə bilmədiyi çıxan damarlarından hiss olunurdu.

-Fəxriyyə, başlama!

Fəxriyyə ona əhəmiyyət verməyib yanından ötüb keçmək istəyəndə Anar bir
əli ilə onun qolundan, digər əllə uşaq arabasından tutub bərk sıxdı.

-Burax!...Burax deyirəm sənə,əclaf!...

-Mənimlə danışmamış buraxan deyiləm!-təhdidkar tonda səsləndirdi.

Fəxriyyə onun gözlərinə baxmaqdann imtina edib qolunu zorla da olsa xilas etdi.

-Nə istəyirsən?!-deyə soruşub qızını arabadan götürərək qucağında əyləşdirdi.

Anarın digər qolu da boşalıb yanına düşdü.Qəzəbli olsa da qızına baxanda
bir anlıq yoxa çıxıb gülümsündü.Fəxriyyə Aylanı bəmbərk qucaqlayıb
soyuq səslə təkrarladı.

-Nə istəyirsən?!...

-Danışmaq!...

-Amma mən heç nə istəmirəm, başa düşürsən?! Heç nə!...Həyatımı məhv elədin, fərqindəsən?!...

-Bəs mən, Fəxriyyə?! Bəs mən?!...Mən buyam?! Bu idim?! Bax və gör məni hala gətirdin! Özümü tanıya bilmirəm!...

-O, sənin öz günahındır, Anar bəy! Sənə kim demişdi ki, gəlib bankı
soymaq üçün millətin başını aldadasan?!-asta , amma xəbərdarlıq tonunda
soruşub onun üzünə baxdı.

Anar yumruqlarını o qədər bərk sıxmışdı ki, dırnağı ətini kəsirdi.

-Fəxriyyə, əsəblərim...

-Gözüm aydın! Sənin əsəblərindən mənə nə, hə?! Mənim nələr çəkdiyimi,
nələr yaşadığımı nilirsən heç olmazsa?! Yox, hardan biləsən axı?! Sən
gedib xaricdə kef çəkərkən mən burda ölürdüm! Millətin mənim arxamca nə
danışdıqlarını hər nə qədər qulaqardına vurmağa çalışsam da, incidirdi
məni! Qızım haqda ağızldan nə gəldi danışırdılar, buna dözmək nə
deməkdir , bilirsən?! "Əxlaqsız” damğası ilə yaşamaq nə deməkdir,
bilirsən?!...Yox, hardan biləsən axı?! Bura Azərbaycandır, Azərbaycan!
Sən isə burda yaşamamısan, nə biləsən?!...

Fəxriyyə danışdıqca özünü saxlaya bilmirdi, gözündən yaş sel olub
axırdı.Hirsindən titrəməyə başlamışdı arıtq.Anarın qəzəbi bir anlıq yox
olub getmişdi.”Qadın”nına yaxınlaşmaq istəyəndə Fəxriyyə qızını sinəsinə
daha bərk sıxıb geriyə addımladı.

-Yaxınlaşma! Nifrət edirəm sənə! Bax və gör-məni nə hala gətirdin!

-Fəxriyyə, mən...

-Nə "mən-mən” deyib durursan?! Uzaq dur məndən də,qızımda da!...

-O mənim də qızımdır!-qətiliklə dedi.

Fəxriyyənin nitqi qurudu.O hər nə qədər geriləsə də, Anar bir o qədər irəliləyirdi.

-Fəxriyyə, hər şey mənimlə başlandı, mənimlə də bitəcək! Sənə söz
verirəm: Nəyinn bahasına olursa olsun, öz səhvllərimi düzəldəcəm!...

=Mənə sənin sözün lazım deyil...Uzaq dur, yetər! Mən...

Anar daha yaxınlaşıb onu qızı ilə birgə sinəsinə baısb möhkəmcə
qucaqlayanda olan-qalan müqaviməti getdi.Başını sinəsinə sıxıb islatmağa
başladı.

-Bacarmadım, ala gözlüm mənim, bacarmadım...Səni unutmağa çalışdım,
alınmadı...Başqalarına toxunanda sənə xəyanət edirdim...Alınmırdı..Heç
nə alınmırdı...Mən özümü bu qədər gücsüz bilmirdim...

-Sus..Heç nə danışma..Heç nə eşitmək istəmirəm...Bir də...Uzaq dur məndən..

Fəxriyyə güc tapıb ondan aralandı.Qızını arabaya yerləşdirib yürüməyə
başladı.Anar zünə nə vaxt gəldi, bilmədi, amma tələm-tələsik özünü
Fəxriyyəyə çatdırıb arabanın qarşın kəsdi.

-Fəxriyyə, belə eləmə...Mən də yanıram, görmürsən?!...

-Mənim qədər yanmamısan...Çəkil görüm...

Axşam...

Qapının dayanmaq bilmədən döyülməsi əsəbləri tarıma çəkirdi.Fəxriyyə hər
nə qədər çalışsa da soyuqqanlılığını saxlaya bilmirdi.Aylanı qucağına
alıb sinəsinə basaraq Lavinə baxa-baxa qalırdı.

-Lavin, rədd elə onu getsin...Nə üzünü görmək istəyirəm, nədə səsini eşitmək!..

Onun aqressiv danışığı Lavini narahat etməyə bilməzdi.

-Fəxi, lazım deyil belə etmək...

-Nə lazım deyil, Lavin, nə?!...Mənim nələr yaşadıqlarımı yaxşı bilirsən...

-Fəxi, sən hələ də onu sevirsən, qəbul et bunu artıq...Sevməsəydin bu qədər qınağa dözməyə gücün çatmazdı...

-Sus, Lavin, sus!...

Anar qapını döyməkdən əsəbiləşib səsini hər dəfə qaldırırdı.

-Aç!...Aç deyirəm!...

15 dəqiqədən sonra Fəxriyyə qapını açıb Anarın qarşısında dayandı.

-Nə var yenə?! Nə bağırırsan?! Cammaat onsuz da arxamca dır-dır ağzına
gələnə danışır, indi də biri əlavə olunacaq!Sənə demədim ki, əl çək
məndən?! Demədim ki, uzaq dur?! Dedim ya yox?!...

Fəxriyyə sözünü bitiməmiş Anar qəzəblə onun qolundan tutub evə
saldı.Zala gətirdikdə qızını Lavinin qucağında görüb boşaldı.Yaxınlaşmaq
istəyəndə Fəxriyyə onu qarşısını kəsib əvvəlki qəzəblə ona baxdı.

-Lavin, evi tərk elə qızla birlikdə...

-Fəxi..

-Dediyimi eşitdin ya yox?!

Anar qızına baxa-baxa qaldı...

-Hə, Nə var yenə,Anar?! Nə istəyirsən bu dəfə?! Bir halaa ki, qapıya
qədər təşrif buyurmusan, sözünü de və rədd ol! Bir daha ayağın bura
dəyməsin!...

-Fəxriyyə, bu nə aqressiv tondur?...

-Sənə nə, hə, sənə nə?! Özüm bilərəm kiminlə necə danışaram!

Fəxriyyə divanda əyləşdikdən sonra sanki ağırlandı.Başı əlləri ilə tutub
hıçqırmağa başladı.Anar diz çöküb onun üzünü ovucları arasına aldı.

-Ağlama...Ağlam, ala gözlüm...Sənə yaraşmır...

-Sən təsəvvür edə bilməzsən qınaqlara, təhqirlərə dözmək nə deməkdir.Hər
gün murdar, iyrənc söz eşitmək nədir.Məzəmmət, ittiham dolu baxşlara
dözmək nə deməkdir....Niyə?! Niyə bizlər qınamağa bu nə qdər
meyilliyik?!...Niyə heç nəsiz ittiham edirlər?! Nifrət edirəm insanlara!
Nifrət!!!...

Anar Fəxriyyənin başını sinəsinə basıb saçlarına öpdü.

-Mənim günahımdır...Mən də düzəldəcəm..Söz verirəm...

-Nəyi?!...Nəyi düzəldəcəksən, hə?!...

Fəxriyyə bu dəfə gücsüz düşdüyündən ona sığınmağa məhkum idi.Qolları ilə qucaqlayıb daha da bərkdən ağlamağa başladı.

-Uşağın heç bir günahı yoxdur, amma onun haqqında ən murdar sözlər
deyirlər.Güclə dözürəm, amma daha bacarmıram, hətta şahədatnaməsini
zorla ala bilmişəm.Lavin olmasaydı...

-Mən...-nitqi tamamilə qurumuşdu.-Mən....

Fəxriyyə gözlərini qurulayıb ayağa qlaxdış

-İndisə rədd ol! Eşitmək istədiklərini eşitdin onsuz da!

Anar qalxıb onun hər 2 qolundan yapışdı.

-Fəxriyyə, mən heç yerə gedən deyiləm artıq! Anla bunu!

Anar özü də bilmədən səsini qaldırırdı.Fəxriyyə isə bunu adi hal kimi qəbul edirdi.

-Nəyi dəyişdirəcəksən, hə?! Mənim haqqımda yayılan dedi-qoduları, yoxsa
qızıma atılan böhtanları?! NƏYİ?!...Sən heç təsəvvür belə edə bilməzsən
ki, mən btün bunlara necə dözmüşəm!...Alçaldılırdım, başa düşürsən,
al-çal-dı-lır-dım!...Nəyə görə-nəyə görə səninlə yatmışam, səndən uşaq
doğmuşam...o zəhrimara qalmış şəhadətnaməni güclə aldım, Lavinlə birgə
açdığımız mağazada məni tanıyan baxışlara zorla dözürdüm, arxamca
pıçhapıçlara dözməklə nifrətim alovlanırdı...Hamısı da sənə görə
oldu,sənə görə!...Axı nə istədin məndən, nə?!...Niyə mən, niyə?!...Niyə,
hə?!...Cavab ver!...

Anar çarəsiz idi.Həyatında ilk dəfə idi ki, bu qədər çarəsiz duruma
düşürdü.Gözlərindən 2 damla yaş süzülərək çənəsinə doğrulandı.Fəxriyyəni
bərk qucaqlayıb sinəsinə sıxdı.

-Düzəldəcəm...Söz verirəm...Düzəldəcəm...

Fəxriyyə qollarını qaldırdı ki, onu özündən itələsin, amma qucaqladı ixtiyarsız şəkildə.

-Elxan....Dəfələrlə mənə evlənmək təklifi etdi, rədd elədim...Bilirəm,
yaxşılığımı istəyirdi, hamilə olduğumu atamdan öyrənib mənimlə əlaqə
yaratmağa çalışmışdı, hər dəfəsində evlənmək təklifi, amma
mən...istəmədim sadəcə...Onun da həyatını məhv eləmək istəmədim...Hətta
sonralar öyrəndim ki, şəhadətnamənin alınmasında son anda Elxanın əli
var.Necə, hansı yollarla öyrənmişdi bilmirəm...Lavin mənə and içdi ki,
heç nə deməyib ona...

-Şşş...Sakitləş..

Fəxriyənin hıçqırıqları dayanmaq bilmirdi.Getdikcə sürətlərək göz yaşlarına qarışırdı...

Səhər...

Anar gözünü açaraq uzandığı divandan qalxıb əyləşdi.Səbr edə bilməyib
qalxaraq Fəxriyyənin otağına keçdi.Yatırdı.Astaca yaxınlaşıb əyləşdi.Əli
ilə üzünə düşən saçlarını kənara edib yanağını sığallamağa başladı.

-Mən sənə görə, qızıma görə hə şey edərəm, ala gözlüm...

Qalxıb qızına baxdı.Uşaq da anası kimi şirin-şirin yatmağında idi.Əlini uzatmaq istəsə də cəld yumruqlanıb yana düşdü.

-Mən sənin kimi saf mələyə layiq deyiləm...

Fəxriyyə yavaş-yavaş göünü açıb Anarla qızına baxdı...

...Anar evdən çıxmaq üçün qapını açanda qarşıda əlini əzngə uzatmağa
çalışan Elxanı gördü.Əsəbiləşərək qolundan tutub həyəətə çıxartdı.Boş
bisetkya gətirib yaxasından yapışdı.

-Sən...

-Mən nə, Anar?!-Eıxan hissiyatsız haldı soruşdu.

-Uzaq dur! Eşidirsən?! Qadınımda da, qızımdan da uzaq dur!...

Elxan yaxasını xilas edib sakt halda gözlərinə soyuq baxış atdı.

-Sən bu vaxta qədər haralardaydın,hə?! Hansı cəhənnəmdə cənnət həzzi
yaşayırdın ki, indi ayılmısan?!..Həm anlaya bilmirəm, üzərinə yönəlmiş
bütün dəlil-sübutları necə yox edə bilmisən ax?!...

Anar ilk öncə heç anlamasa da,özünü o yerə qpymadı.

-Sənə nə?!...

-Doğrudan da, mənə nə?! Sənin kimi aferist sudan qupquru çıxar onsuz
da!...Nə işin var Fəxriyyənin evində?! Əgər bir daha ona barmağının ucu
ilə belə toxunsan, səni məhv edərəm, heç kimin göz yaşı və
yalvarışlarına baxmaram bu səfər!..

-A..! Belə çıxır ki, laaap əvvəldən mənə killer tutmaq fikrində
idin?!-kinayəli gülümsündü.-Bəs onda niyə sağam hələ?! Yoxsa bu-mən
deyiləm?!...

Elxan damarları partlamaq dərəcəsində idi.

-Sən-Anar, əgər bu dəfə də adam balası olmasan, vəssəlam işin bitdi!
Bunu sox beyninə!-deyib getmək istəyirdi ki, Anar cəld onun qolundan
tutub dayandırdı.

-Fəxriyyənin yanına niyə gəlmişdin?!-soyuq səslə soruşdu.

-Sənə qalmayb, aydındır?! Mən sənin kimi deyiləm!

ELxan qolunu azad edərək uzaqlaşmağa başladı...

Sənəm artıq işə getmirdi.Fəxriyyə onun keçmişini ortalığa tökməyə məcbur
etdikdən sonra evinə qapanmışdı.Arslanla Aygül analarının halı ilə heç
maraqlanmamış kimi özlərini göstərsələr də,əslində narahatdan da betər
idilər.Sənəm isə gözlərini nöqtədən ayırmadan yaşayırdı elə bil ki...

-Arslan, nəsə olub mamaya...

-Aygül, görürəm, kor deyiləm..

-Bu nə aqressivlikdir belə?!...

Arslan bacısna baxıb qolundan tutaraq öz otağına gətirdi.Tumbanın içindən qovluq çıxardıb uzatdı.

-Al, oxu...

Aygül oxuduqca dəhşətə gəlib nəfəsi az qala kəsilirdi.

-Nəəə?!...

-Şşşş!...Qışqırma...

Aygül çarpayıya çöküb qardaşına baxdı.

-Arslan, bunlar...hardan keçib əlinə?!...

-Kimsə ofisimə qoyub..

-Bəlkə..Bəlkə yalandır, hə?!...

-Aygül!!!...Nə yalanı, hə, nə yalanı?!...Budur anamızın "buz”luğunun əsəbi, başqa heç nə ola bilməz!!!...

Arslanın az qala qışqıraraq dediyi sözlərə dik atılan Aygül təkrar çökdü.

-Neyləyəcəyik indi?!...

-Bilmirəm, Aygül, mən heç nə bilmirəm!...

Arslan azacıq skaitləşib pəncərəyə yaxınlaşdı.

-Atam cəhənnəm olsun, mən qardaşlarımı axtarmalıyam...

-Arslan...-qız hələ şokdan ayla bilmmişdi.-Nə?!...

-Off, Aygül, sənə nağıl danışmağa gücüm yoxdur mənim, bir daha oxu, mən gedirəm...

-Bir dəqiqə...Hara?!...

-Nə bilim haraya,-cavablandırıb evdən çıxdı...

Aradan 2 həftə keçdi...

Lavin onlara şərait yaratmaq üçün tez-tez ikisi tək buraxırdı.Və onlar
bu müddət ərzində bir-birlərinə yaxınlaşmışdılar.Anar artıq qızını
qucağına götürməyə çəkinmirdi.

...Gecə...

Fəxriyyə başını Anarın sinəsindən qaldırıb gözlərinə baxdı.

-Anar, nə edəcəyik?!...Mən bezmişəm artıq...Nə qədər qınamaq olar axı?!
Nə qədər məzəmmət və ittiham yağdırmaq olar ax?!...Mən də insanam, mən
də yaşamaq istəyirəm...Bir səhcdir etdim, indi bunun bədəlini ömür boyu
ödəyəcəm?!...

Anar barmaqları ilə onun islanan yanaqlarını qurulayıb sakit səslə dedi.

-Mən hər şeyi həll edəcəm...Biz buralardan çox-çox-çox uzaqlaşacağıq...Sən, mən, qızımız...

-Bəs..İlqar?!...

-İlqar mənə sərbəstlik verdi...

Anar ona imkan verməyib dodaqlarına yumuldu.Fəxriyyəni kürəyi üstə çevirib gözlərinə dərin-dərinbaxdı.

-Anar, baxma elə..Məni hər dəfə məhv edirsən...

-Sən də məni öldürürsün, ala gözlüm...Mən hara baxırdımsa səni görürdüm, sənin gözlərini...

Fəxriyyə onun üzünə, saçına sığal çəkib nəfəsi kəsilmiş halda soruşdu:

-Anar, nə olacaq bizim sonumuz?!..

Anar cavablandırmaq əvəzinə öpməyə başladı.Dodaqlardan başlayan hərarət getdikcə bədənə yayılırdı...

İYUN, 2009-CU İL, MOSKVA...

Anar İlqarın qarşısına keçib şoka düşmüş vəziyyəti ilə soruşdu:

-Nəəə?!...Şahmatist...!!!

-Nə var yenə, Kazanova?! Yox, yox, yox...Sən day o ləqəbi itirmisən, Paqanini...

İlqar sözünü deyib əyləşdi.Anar yenə heç nə anlamadı.İlqarın yanında əyləşib soruşdu:

-Axı niyə?!...

-Anar, bezmədin gic-gic suallardan?!...

İlqarın rahat davranışından heç nə anlamayan Anar başını silkələyib ayağa qalxdı.

-Yəni bütün şübhələri məhv elədin?!....

-Off! Anar, sənə cavab verməyə borclu deyiləm, aydındır?!...

...

-Necə yəni, Anar?!...

Fəxriyyə heç nə anlamayıb Anara baxdı.Anar çiyinlərini uşaq kimi çəkib "qadın”ını qucağa alaraq fır-fır fırlatmağa başladı...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!