Maraqlı bir hekayə

Maraqlı bir hekayə
Sevgi Dünyası
10.09.2017 93
Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir günü bu oğlan bir gənc qıza aşiq olur. Bir az zaman keçəndən sonra oğlan qıza evlənmək təklifini edir. Lakin qızın bir qüsuru var idi. Onun bir əli şikəst idi. Buna görə qızcığaz oğlandan utanırdı və gecə-gündüz Allaha ona şəfa verməsini dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan "Allah" da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılıgını bildirir və onlar evlənirlər. Bir gün cavan cütlük mehribancasına evlərində nahar edirdilər. Bu zaman evin qapısına bir dilənçi yaxınlaşır və ev yiyəsindən ona yardım etmələri üçün yalvarır. Bunu eşidən kimi, qiz iki dilim çörəyi götürüb dilənçiyə vermək istəyir. Lakin əri ona bunu etməyə icazə vermir. Qiz fikirləşir ki, əri xəsislik edir və buna görə gözləri yaşla dolur. Elə bu an əri ona belə deyir: - "İki dilim çörək çox azdır, ona bir qab dolu yemək ver" Qız sevincək yeməyi dilənçiyə verəndə təəccübündən donub qalır. Çünki həmin şəxs onun birinci əri idi. Bu insan vaxtilə çox varlı, adlı sanlı adam idi, lakin o qədər xəsis idi ki, sonda dilənçilik etmək məcburiyyətində qalır. Qız yeməyi verib bikef halda oturur və həyat yoldaşına öz acı hekayəsini danışır: - "Birinci ərim çox xəsis idi. Bir gün evdə tək idim, bir dilənçi gəldi, mən də ona bir toyuq verdim, içinə də qiymətli üzüyümü qoydum. Ərim evə qayıdanda bundan xəbər tutdu və qəzəblənərək məndən boşandı, hələ üstəlik, şəhərdən qovub əlimi kəsdi" Bütün buna heyrətlə qulaq asan oğlan dözməyib ağlayır. Qız bunun səbəbini soruşanda oğlan belə deyir: - "Üzüyü verdiyin həmin dilənçi mən idim. Və məhz bu üzük vasitəsilə mən varlandım."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!