Həyat qəribədir

Həyat qəribədir
Sevgi Dünyası
10.09.2017 70
Həyat qəribedir. Amma onun qəribəliklərini biz başa düşmürük. Bəzən əlimizdə ki xoşbəxtliyi görmürük onun dəyərini isə itirəndən sonra bilirik. Amma artıq gec olur.Nə zaman nə ilə qarşılaşacağımız, 1 dəqiqə sonra belə başımıza nə gələcəyi heç bəlli deyil... Nəvaxt doğulacağımızı, kiminlə, harda, necə tanış olacağımızı biz seçmirik. Bunu həyat özü təqdim edir.Özünə uyğun məqsədli bir şəkildə...
Doğulduğumuz gündən bu yana, bu yaşımızadək həyatımıza müxtəlif insanlar daxil olur. Kimisi yaxşı, kimisi pis. Kimisi uzun müddətə, kimisi qısa vaxt ərzində... Çox zaman bu bizim də istəyimizlə baş versə də, çox zaman da istəklərimiz xaricində reallaşır. Bəzən elə olur ki, uzun zamandır ətrafımızda olan biri nə edirsə etsin, bizim həyatımıza daxil ola bilmir... Bəzən isə çox az zaman ərzində tanıdığımız biri bizim üçün əvəzedilməz olur. Az qala həyatımızın anlamına çevrilir...
Bütün planlarımızı onu da daxil edərək qururuq, onunla reallaşmasını istəyirik. Amma nə qədər çalışsaq da, nə qədər olmamasını istəsək də bir an gəlir ki, o əvəzedilməz olanı itirmək təhlükəsi ilə üz-üzə qalırıq... Həyatda bəlkə də ən çətin şey bu qədər özünə yaxın bildiyin birini itirmək qorxusunu yaşamaqdır. Çünki ondan sonra "ONSUZ" həyata başlamaq bir az çətin olur... Bəlkə bir söz, bəlkə bir hərəkət onu geri gətirə bilər. Amma elə də olur ki, nə edərsək edək onu geri qaytara bilmirik...
 Bəs sizin həyatda itirməkdən qorxduğunuz biri varmı?
"Öz arzularımdan belə keçərəm, təki o mənə geri qayıtsın" deyə biləcəyiniz biri varmı?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!