İbrətamiz hekayə

İbrətamiz hekayə
Sevgi Dünyası
10.09.2017 59
Satıcı dükanın vitrininə üzərində "Küçük satılır" yazılmış lövhəni asanda bir balaca oğlanın dayandığını gördü.
 "Küçükləri neçəyə satırsınız?" - deyə oğlan soruşdu.
 "Bu küçüklər çox bahadır. Sənin pulun çatmaz", - deyə satıcı dilləndi.
 Oğlan əlini cibinə saldı. Cibindəki xırda pulları çıxararaq satıcıya baxdı:
 "Olan pulum bu qədərdi. Küçüklərə baxa bilərəm?"
 Satıcı gülümsədi. Elə bu vaxt ana it yan otaqdan çıxıb onlara doğru qaçmağa başladı.
 Onun arxasında beş balaca küçük vardı. Küçüklərdən biri axsadığı üçün hamıdan geri qalmışdı.
 Bu, balaca oğlanın diqqətindən yayınmadı və həyəcanla:
 "O küçüyə nə olub elə?"
 Satıcı küçüyə diqqətlə baxdı və :
 "Həkimin dediyinə görə ayağındakı sümüklərdən biri çatmır. Yəqin ki, həmişə belə axsaq qalacaq".
 Oğlan dərhal küçüyü almaq fikrinin olduğunu bildirdi, satıcı təəccüblə soruşdu:
 "Doğrudan? Əgər doğrudanda almaq istəyirsənsə onu sənə pulsuz verə bilərəm".
 Satıcının bu sözləri oğlanın xoşuna gəlmədi. İncik bir səslə:
 "Mən onu pulsuz almaq istəmirəm. Bu küçük də ən azı o birilər qədər qiymətlidir.
 Qiyməti nədirsə onu da verməyə hazıram. Hələlik bu pulları götürün, qalanını da hər ay ödəyəcəm" - dedi.
 Satıcı maraqla: "O axsaq iti nə edəcəksən? Axı o heç vaxt başqa itlər kimi qaça, oynaya bilməyəcək!".
 Oğlan şalvarının ətəyini qaldırdı və dəmir taxılmış ayağını göstərərək:
 "Mən də sən deyən qaça bilmirəm.
 Bu küçüyün də onu başa düşən bir dosta ehtiyacı var" deyə cavab verdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!