Yolumuzdakı maneə (hekayə)

Yolumuzdakı maneə (hekayə)
Sevgi Dünyası
10.09.2017 24
Qədim zamanlarda bir kral, saraya gələn yolun üzərinə böyük bir qaya qoydurmuş, özü də pəncərəyə oturmuşdu. Baxaq nələr olacaqdı?.
Ölkənin ən zəngin tacirləri, ən güclü karvançıları, saray vəzifəliləri bir-bir gəldilər, səhərdən günortaya qədər. Hamısı qayanın ətrafından keçib saraya girdilər. Bir çoxu kralı yüksək səslə tənqid də etdilər. Xalqından bu qədər vergi alır, amma yolları təmiz tuta bilmir deyə.... Sonunda bir kəndli çıxıb gəldi. Saraya meyvə və tərəvəz gətirirdi. Kürəyindəkini yerə endirdi, iki əli ilə qayaya sarıldı və möhkəmcə itələməyə başladı. Sonunda qan tər içində qaldı amma, qayanı da yolun kənarına çəkdi. Tam çuvalını yenidən kürəyinə almaq üzrə idi ki, qayanın köhnə yerində bir kisənin dayandığını gördü. Açdı.. Kisə qızıl dolu idi. Bir də kralın qeydi vardı içində .. "Bu qızıllar qayanı yoldan çəkən adama aiddir" deyirdi kral. Kəndli, bu gün bir çoxumuzun fərqində olmadığı bir dərs almışdı. "Hər maneə, həyat şərtlərinizi daha yaxşılaşdıracaq bir fürsətdir ..."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!