Qırıldım, ağrıdı canım

Qırıldım, ağrıdı canım
Sevgi Dünyası
10.09.2017 27
Sən eşitmədin o qırılmağı, eşitdirmədim sənə.
Kədərlənmə deyə. Canın ağrımasın deyə. Sənin canın ağrısa, mən dözə bilmərəm.
Sevirəm səni, qarşılıqlı olmasa belə sevirəm.
Cavabsız buraxsan da sevgimi sevirəm.
Burax arxama dönüm, qırılan ürəyimi acıtan ağrılarımı sağaldım. Baxma mənə.
İstəmədən açdığın o yaraya baxma.
İstəmirəm mənim sənsiz nələr çəkdiyimi görəsən. Kədərlənmə sən.
Sən kədərlənsən birdənəm, məhv olaram mən.
Gözlərinə baxmağımı istəmə, axan gözyaşlarımı görməyini istəmirəm.
Mən onsuz da ağlayıram. Sən əsla ağlama.
Səni sevdiyimi bilirsən,
Toxunma ürəyimə.
Qırılan ürəyimin qırıqları əlinə batmasın.
Batsa mənim əlim qanayar, ürəyim qanayar, çünki sevirəm.
 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!