Susqun (Bölüm 1)

Susqun (Bölüm 1)
Sevgi Dünyası
10.09.2017 44
Proloq:
Hər
bir qadının dünyaya gəldiyi anda ilk öyrəndiyi şey-susmaq! Xüsusi ilə
Azərbaycanda... Atanın, qardaşının, ərinin etdiklərinə sən azmı
susmusan? Hər zaman susuruq... Hələ uşaqkən ərə verilən, oxumaqdan
məhrum edilən, evə məhkum edilən qadınlar...
Qadın
olaraq dünyaya gəlməyin lənətini daşıyanlardan biri idi Bənövşə. Atası
oğlan övlad istəsə də, ALLAH Bənövşəni vermişdi ona. Dünyaya gəldiyi
ilk gündən atası qız olduğu üçün ona və anasına işgəncə edirdi. Anası
isə qızının yaxşılığı üçün susurdu və qızına da susmağı öyrətmişdi...
Bölüm 1:
Bənövşə
kitablarını sinəsinə sıxıb, başını aşağı salaraq məktəbə gedirdi.
Üzündə isə 30 dəqiqə əvvəl yaşadıqlarının kədəri vardı...
30 dəqiqə əvvəl:
Atası Bənövşənin kitablarını götürdüyünü görüb, qaş-qabağını töküb qəzəblə qışqırdı:
-Arvad! Bu qızın çox gedəcək məktəbə? 16 yaşı var, bir istiyəni çıxmadı verim getsin.
Bənövşənin anası yan otaqdan yorğun halda gəldi. Neçə il idiki xəstə idi. İndi də saralmış üzünə zorla gülümsəmə
yerləşdirib, xasiyyətini bildiyi ərini şirin dili ilə sakitləşdirməyə çalışdı:
-A kişi, nə olub yenə? Hələ uşaqdıda qız. Qoy rahat məktəbə getsin sənallah.
Atası:
-Bu
məktəb nəyə lazımdı baş açmıram mən. Onsuzda gedib bozbaşını bişirəcək
yad oğlunun evində-deyib əliylə qapının ağzında başı aşağı dayanmış
Bənövşəni göstərib dəvam etdi:
-Bu neybəti kim alacaq heç bilmirəm! Bircə harasa rədd olub getsəydi...
Bənövşənin
anası qızının daha da pis olduğunu görüb, güclə addımlayıb əlindən
tutaraq çölə çıxartdı. Qapını arxasıyca örtüb, ərinin eşitməməsi üçün
pıçıltıyla dedi:
-Mənim gözəl qızım, sən fikir vermə atana. Bilirsən, o elə danışır ancaq.
Bənövşə başını qaldırmadan, "yaxşı" mənasında yellədi.
Anası xəstəlikdən gücünü itirmiş qollarını qaldırıb qızının yanağını oxşadı. Gözlərinə sevinc qarışıq qürurla baxıb dedi:
-Mənim
gözəl balam. Anan qurban olsun gözlərinə. Sən oxu, heç nəyə fikir
vermə. İnşALLAH bəlkə atanın ürəyinə rəhm düşər, səni qoyar instut
oxumağa.
Bənövşə bunun heç vaxt
gərçəkləşməyəcək xəyal olduğunu bilsə də, anasının xətrinə gülümsəyib, onu bərk-bərk qucaqladı...
Yol
gedə-gedə bu olanları fikirləşirdi. 11 il idiki hər məktəbə gedişində
bunlar yaşanırdı...hər gün... Son 2 il isə atası daha da zalımlaşmışdı.
Xəstə anasını onu bəhanə edib dəfələrlə döyürdü.(müəllif: Cəmilə
Məmmədli) Gözündən axan bir damla yaşı əlinin tərsiylə silib öz-özünə
pıçıldadı:
-Sonuncu ay... Bu ayda keçsin məktəb bitəcək, həmişə anamın yanında olacam.
Bu
sözlərdən güc almış kimi addımlarını daha da sürətləndirdi. Böyük
çinarın yanından keçərkən, nəsə hiss etmiş kimi dayandı. Ürkək nəzərini
çinara tərəf çevirdikdə "o"nu gördü... Keçən dəfə ki, kimi gülümsəyərək
baxırdı...

6 ay əvvəl:
Bənövşə asta addımlarla məktəbə gedirdi. Böyük çinarın yanından keçərkən bir səs onu dayandırdı:
-Ay qız, hara gedirsən?
Bənövşə
bir anlıq donub qaldı, sonra özünə gəlib ürkək halda geriyə çevrildi.
Gördüyü isə-əsgər paltarında çinara söykənib gülümsəyərək ona baxan
gənc oğlan.
Oğlan
ona elə baxırdıki, Bənövşə bu baxışlardan utanıb, başını aşağı salıb
yoluna dəvam etdi. Arxaya baxmasada o oğlanın arxasıyca gəldiyini hiss
edirdi. Qurur qarışıq sevinclə gülümsəyib, kitabları sinəsinə daha bərk
sıxdı. Lakin bu sevinci çox çəkmədi, atasını qəzəbli baxışları, onu
vurmaq üçün qalxan əli gəldi ağlına. Birdən içinə dolan qorxuyla
addımlarını daha da sürətləndir.
Murad
Bakıda instutu bitirib əsgərliyə getmişdi. 10 günlük məzuniyyətini
doğma kəndində keçirtməyə gəlmişdi və bu gün sonuncu gün idi. İlk
baxışdan onu cəlb edən bu qızın arxasıyca gedərkən, sonuncu gün ona rast
gəldiyinə görə ürəyində deyinirdi. Əsgərliyinin bitməsinə 6 ay vardı
hələ...
Bu
kimi düşüncələrlə boğuşarkən birdən qızın sürətləndiyini gördü. "Yox
balaca, qaça bilməzsən"-deyə düşünüb gülümsəyərək o da
sürətləndi.(müəllif: Cəmilə Məmmədli) Lakin qarşısındaki qızın, cılız
bədəninə uymayan sürətlə yeridiyini görüb, yeriyerək ona çata
bilməyəcəyini anladı. Qaçmağa başlayıb, ona çataraq qolundan tutub özünə
çəkdi.
Tənginəfəs
halda az qala qucağında olan qızın ürkək gözlərinə baxıb gülümsədi.
Çox yaxın olduqları üçün qızın qorxudan titrədiyini hiss edə bilirdi.
Onu sakitləşdirmək üçün nəsə demək istəsədə, ürkək gözlərində elə
tutulub qalmışdıki, güclə nəfəs alırdı. Sonra özünü toplayıb pıçıldadı:
-Qorxma... Adın nədi sənin balaca?
Qız hələ biraz qorxsada, "balaca" sözünə əsəbləşib, qaşlarını çatıb dedi:
-Mən balaca deyiləm!
Murad onun sözünə azca gülüb:
-Balacasan axı. Görəsən evdə sənin payını kim yeyirki belə balaca qalmısan?-deyib gülümsəyərək gözlərinə baxdı.
Həqiqətən
kənardan baxdıqda iri, əzələli Muradın qolları arasında Bənövşə
olduqca cılız görünürdü. Özüdə bunu başa düşsə də, bu yaraşıqlı oğlanın
ona "balaca" deməsi qüruruna toxunmuşdu. Bu kimi düşüncələrlə
gözlərini ondan qaçırmağa çalışırdıki, birdən sanki ayıldı. Az qala
qucaqlaşmış vəziyyətdə biri onları görsə, adına nələr deyilməzdi...hələ
onsuzda onu döyməyə bəhanə axtaran atası... Bəxti gətirmişdiki məktəb
çox uzaqdaydı və yolu bağların
arasından
keçirdi. Lakin buna arxayın ola bilməzdi... Ağlına gələn qorxunc
fikirlərdən diksinib, bütün gücüylə oğlanı itələdi. İti addımlarla
yoluna dəvam edirdiki birdən dayandı. Geriyə çevrildikdə oğlanın ona
təəccüblə baxdığını görüb qeyri-ixtiyari gülümsədi. Birdən özünə gəlmiş
kimi ciddiləşərək:
-Mən balaca deyiləm! Sən kiminsə payın yeyib, belə div boyda olmusan.-deyib əsəbi şəkildə çevrilib yoluna dəvam etdi....
Murad eşitdiklərindən donub qalmışdı. Birdən qəh-qəhələrlə gülərək öz-özünə danışmağa başladı:
-Div kimi? Mənəm div? Eybi yox balaca. Mən divəmsə, sən də mənim cırtdanım olarsan, səni yeyərəm...
İndi
6 ay sonra o oğlan gülümsəyərək Bənövşəyə baxırdı...yenə... Bilmirdi
buna sevinsin, ya əsəbləşsin. Tək bildiyi 6 ay boyunca hər gün o Böyük
çinarın yanından keçərkən ümidlə ona gülümsəyərək baxan oğlanı görmək
istədiyi idi. Donub qalmışdı nə edəcəyini bilmədən, lakin uzun müddət
oğlana baxdığını anlayıb utancdan qızardı. Başını aşağı salıb
sakitcə
yoluna dəvam etdi. Asta-asta addımlarkən, səbəbini bilməsə də, oğlanın
onu dayandırmasını arzulayırdı. Öz-özünə: "ALLAHım onu birdə görə
biləcəm? Nolar dayandırsın, ya da yox heç nə deməsin. Of! Nə olub mənə
belə?"-deyə pıçıldarkən arxadan gələn səsdən donub qaldı...
 
Ardı varскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!