4 divar olsun

4 divar olsun
Sevgi Dünyası
10.09.2017 29
Onsuz bu cahan zülmətə bənzər mənə,onsuz,Gəlsin təki yarım mənə zülmətdə yar olsun.Yalnız odur hicranıma son qoymağa qadir,Ya Rəbb,onu qaytar mənə,həsrət fərar olsun. Bir busə mənə eylə nəsib sevgili-yardan,Bitsin bu həyat sonra,məkanım məzar olsun.Bəxtim şəmi yansın,qızınım şölələriylə,Fəsli-xəzan ötsün,yenə fəsli-bahar olsun.Gəlsin elə bir dövri-zaman,vəslə yetək biz,Əğyar görüb ol dilbəri yanımda,xar olsun.Tənhalığı xatırladan hisslər süqut etsin,Qəlbim yaşasın sevgi-məhəbbətlə,var olsun.Birdən mən özüm sevgimə xain çıxaramsa,Öldür məni,ya Rəbb,həyatım tarimar olsun.Bir gün sona yetsə,Deniz,ömrün,bu qəzəllər,Qoy yarına səndən əbədi yadigar olsun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!