Qəlbimdəki sözlər (Bölüm 1)

Qəlbimdəki sözlər (Bölüm 1)
Sevgi Dünyası
10.09.2017 20
Proloq

Senli sensiz olan günler,

İncitse de hey içimi,

İtirmirem men gücümü...

Qelbim yanıb kül olsa da,

Ruhum yağışla dolsa da,

Derdim böyük dağa dönse,

İtirmerem heç gücümü...

Meni her an yaşadaraq,

Unutdurmur keçen günü...

Bağrımda sızlayıb qanar,

Qelbimde söz kesikleri...

Öten günü her dem anar,

Qelbimde söz kesikleri...

Qelb... Gözle görülmese de cismimizin derinliyinde mesken salır...
Ruhumuza teesir eden ve onunla elaqeli şekilde bizi formalaşdıran
qelbimizdir... Çoxlarımız nedense teesirlendikde " Qelbime toxundu... "
sözünü işledirik... Qelbimize kimse toxuna bilmez... Qelbimize nese
toxuna biler... Bu neseler ise dilimizden çıxan sözlerdir... Sözler
müxtelif olur... Qelbimizi sığallayan sözler, qelbimizi oxşayan sözler,
qelbimizi inciden sözler ve daha neler, neler... Ancaq en teesirlisi ise
qelbizde kesik izleri qoyan sözlerdir... Vücudumuzun her hansı nöqtesi
kesilen zaman yara bağlayar ve bu yara zamanla qopub düşer... İz qalsa
da, bunlar da yox olub geder... Sadece, bezen az- maz hiss olunan izler
öz yerini qoruyub saxlayar... Menim qelbimde yaranan söz kesikleri ise
qanamaqda davam edirdi... Qelb yegane orqandır ki, qan buradan vücuda
yayılır... Buna göre de, qelbimdeki kesikler ne yara bağlayırdı, ne de
qopub tökülürdü... Qanamaqda davam eden kesikler idi mendekiler...
Qelbim her zaman qan ağlayırdı... Ne olsun ki, üzümden gülüş eksik
olmurdu... Amma her gülen heqiqeten gülmeyi isteyen deyildir... Mense
gülmeyi heqiqeten isteyib üzüme doğruçu gülüşü bexş ede bilmeyenlerden
sayılırdım... Heyatda çox şeye ehtiyac duyurdum... En çox ehtiyacım olan
ise mene qelbimi sığallayan sözleri söyleyecek insan idi...

Bölüm 1

- Yaşamaq seninle xoşdur mene... Xoşdur mene, xoşdur mene...

Menim heyatımı çoşdur yene...

Çoşdur yene, çoşdur yene... Lalaylaylalay..

.
- qulaqcıqlarımı qulağıma yerleşdirib sesini en yüksek seviyyeye
qaldıraraq radioda musiqileri dinleyirdim... Adetim üzre eyni zamanda
hem oxuyurdum, hem de otağımın penceresinden küçeni seyr ederek reqs
edirdim... Heyetde sesleri bir- birine qarışaraq müxtelif oyunlar
oynayan uşaqlara baxdıqca ehvalım daha da yükselirdi... Kaş men de onlar
yaşda olaydım... Ya da oğlan olaydım... İçimde aşıb- daşan bu çoşğunu
etrafa yaymaq istesem de, qız olduğumdan Azerbaycan üçün mümkün olmayan
bir şey dileyirdim...

- Eşitmirsen? Bu zibili ne qeder taxmaq olar?
Bir gün qırıb qoyacam yere bunları... Qız olan bende bütün günü ya
mahnı oxuyur, ya oynayır... Ay Allah, mene sebir ver!!! Bu başıboşa da
ağıl ver!!! - anam yene otağa keçib qulaqcıqları dartıb çıxararaq öz
dialoquna başlamışdı... Yene eyni sözler, yene eyni terz...

- Ay
mama, ne olub axı? Olmaz men oynayım? Öz otağımda bele buna icaze
yoxdur? He? Dediz, televizora ses verme, mahnı dinleme, razılaşdım. Bu
da olmaz? He? - içimdeki vulkan bu sefer de patlamışdı...

- Az danış!!! Sen hele bunun anası ile danışığına bax... Dua ele ki, atangil gelene kimi işlerimi qurtarmalıyam..
.
Yoxsa, saçını almışdım ayağımın altına... Keç metbexe, soğanı doğra!!!
Küçük!!! - hemişe olduğu kimi anamın derdi atam ve qardaşım idi... Meni
sayan vardı ki bu evde? Kim ne çalsa, onu oynamağa mecbur idim... Axı
men qız idim... Ailemiz cemi 4 neferden ibaret idi... Atam, anam, men ve
qardaşım... Atam Ramiz her kes terefinden zehimli insan kimi
tanınırdı... Orta seviyyede imkana malik ailede anadan olmuşdum...
Gencede 5 otaqlı evimiz ve atama mexsus olan 2 erzaq mağazamız vardı...
Pul cehetden heç zaman korluq çekmemişdik... Amma sevgi sarıdan çox ac
aile hesab olunurduq... Atamın kobud xasiyyeti zamanla anama ve
qardaşıma da keçmişdi... Mene göz verib, işıq vermirdiler... Ne etseler
de, menim içimdeki enerji mehv olmurdu... Özüme bir şekilde eylence üçün
vasiteler tapırdım... Axı men Narden idim... Etrafımdakı insanlar
terefinden gülerüz, şirinsöz, dilli- dilaver ve enerjili biri kimi
tanınan Narden... Adım qeyri- adi olsa da, çox sevirdim bu ferqliliyi...
Yaxşı ki, atam men doğulanda düzgün seçim etmişdi... Her halda heyatım
boyunca meni gözümçıxtıya salan atam bu iki hecalıq adı mene qoymaqla
xasiyyetimde olan özümeinam qüvvesini bire min artırmışdı... Menimle
yeni tanış olan her kes " Ne gözel adın var... Ne ferqli addır... Menası
nedir? " deyen zaman üzümdeki gülümseme qulağımın dibine kimi
yayılırdı... Nar atamın en sevdiyi meyvedir. Men nar yetişen zaman
anadan olmuşam... Atam uşaqlıqda meni " Nar denesi" deye sesleyirdi...
Hetta deyirdi ki, nar o qeder deyerli meyvedir ki, insanlara şefa bexş
edir... Eyni zamanda Cennet meyvesidir... Narı yeyen zaman denesini yere
tökmek ve ya yemeden zibile atmaq olmaz... Getdikce bu seslenme forması
kiçilerek " Narden" şeklini almışdı... Atamdan başqa Gestapo rejimini
menim üzerimde sınaqdan keçiren anam Zemineni unutmayım gerek... Axxxx
menim bu anam... Üreyi çox temiz olsa da, biz heç zaman başqaları kimi
mehriban ve ya her sirrlerini bir- biri ile bölüşen ana- qız rolunu öz
üzerimize götürmemişdik..
.
Uşaqlıqdan ne zaman ağzımı açsam " Sen dinme... Qız uşağı ağır olar...
Atan ne dese düzdür... Qardaşına cavab qaytarma... Kişilere her şey
olar... O oğlandır, sen qız... Kenardan ne deyerler? " frazaları ile
anam üstüme hücuma keçerdi... Qardaşım Semed ailemizin göz bebeyi idi...
Ne istese, edilirdi... Ne dese, düz idi... Menden 4 yaş böyük olması
onu başımın ağalarından birine çevirmişdi... Uşaqlıqdan qelbimi
kenardakılar yox, öz ailemin üzvleri qırardı... Meni sözlerle incidib,
qelbime toxunardılar...

Bezmişdimmi? Kim bezmez? Başının üzerinde at oynadıb seni oyuncaq hesab
eden aileden kim usanmaz? Heyatla bağlı en böyük arzum azad şekilde
istediyim kimi davranmaq idi... Düzdür, men bu yaşıma kimi mübariz ve
dikbaş olmuşdum... Döyülsem de, danlaq eşitsem de, öz bildiyim
doğrulardan keçmemişdim... Ancaq meni anlayan, mene deyer veren, qadın
kimi doğulmuşam deye meni ezmeyen bir insan dileyirdim gelecek
heyatımda... Esebleşen zamanlarımda elimi göye açıb buna göre ele içden
yalvardığım anlar olmuşdu ki... Amma o zamanlar feleyin mene quracağı
oyundan xebersiz idim... Ya da insanların simalarının arxasında gizlenen
cildlerini göre bilmeyecek qeder korlaşmışdım...

- Narden, 2 gün
sonra sene elçi gelecekler? - eşitdiyim sözün teesirinden elimde iş
görmekçün istifade etdiyim bıçaqla barmağımı kesmişdim...

- Zibil!!! - barmağımı sıxaraq hamama qaçıb soyuq su şırnağının altına tutmuşdum...

- Korsanda kor... Bir iş gören idin, özünü şikest eledin... Kül senin
qız başına ele... - anamın deyinmeyini eşitdikce qan beynime
sıçrayırdı... Barmağımı bağlayıb yeniden metbexe qayıtmışdım...

-
Men ere getmirem!!! Getmeyecem!!! Yene kimdi gelen? He? - elimin birini
belime qoyub digerini yelleyerek içimdeki burulğanı havaya buraxırdım...

- Bu ne hereketlerdi? Qudurmusan? Biz hamımız razıyıq!!! Bu defe
gedeceksen!!! Yan binadakı Arizenin oğlu Familçün isteyibler seni...
Sevin ki, o cür Ali savadlı, ağıllı, işli- güclü uşaq seni isteyir... -
Neçe illerdir eyni mehellede yaşadığımız üçün Famili tanıyırdım...
Susqun, öz aleminde, qızlara fikir vermeyen, oğlanlarla oynamayan biri
idi... Men bu qaynayan enerjim ile elesine döze bilmezdim...

- Mama,
getmeyecem!!! Men ona getmeyecem!!! Göreceksiz!!! Getmeyecem!!! -
sözümü deyib metbexden çıxaraq dehlizde şepiti ayağıma keçirib qapını
çırparaq evden çıxmışdım... Birinci mertebede yaşadığımızdan çox
yubanmayıb yan binaya keçmişdim... İkinci mertebeye çıxıb qapını
esebimden möhkemce döymüşdüm...

- Ay qız, bu ne qapı döymekdi? Ne
olub yene? - uşaqlıqdan her sirrimi bölüşdüyüm ve mene heyatda her
kesden yaxın olan Şelaleni kenara iteleyib birbaşa onun otağına üz
tutmuşdum... Şelalenin ata- anası işlediyinden bu saatda evde tek
olurdu... Böyük bacısı ere getmişdi... Şelale ile men eyni sinifde ve
eyni sıra arxasında 11 ili başa vurmuşduq... İkimiz de hekim olmaq
istemişdik... Ancaq balımız çatmadığından tibb texnikumunu bitire
bilmişdik... Her halda öz biliyimiz hesabına buna nail olmuşduqsa, böyük
şey sayılırdı...

- Men o mürdeşir sifete geden deyilem!!! - otaqda ayağımı yere çırparaq yeriyib dilimden qalmırdım...

- Ay qız, gel otur hele burda... Ne olub? Kime getmirsen yene? - Şelale
meni divanda otuzdurub özü de yanımda yerini rahatlamışdı...

- Tesevvür edirsen ki, 2 güne meni Famile isteyecekler? Özü de kimeye... - hele ağzımı eyerek danışmağımı demirem...

- Ne? Bizim Famile? - Şelale gözlerini iri açıb nezerlerini üzümde gezdirerek ağzımı güdürdü...

- He de... Sizin alt qonşunun oğluna!!! Göre... Men hara, o hara...
Üzünden itlik yağır... Bir defe görmüsen onun qızlara qarşı xoş üzünü?
Vallah, menim günüm indikinden qara olar ona getsem... Allahından
bezmişem bele heyatdan... Birce Familim eksik idi... - içimi tökmekçün
fürset tapmışken susası deyildim...

- Ay bacı, sen de kimise
beyenmirsen... Senin istediyin kimi müasir düşünceli, deyib- gülen
oğlanlar Gencede çetin tapılsın... - menim istediyim kimi oğlan vardı
beyem? Onsuz da, bilirdim ki, başımı çöle çıxarmayan biri olaraq ailem
seçen birine gedecem... Heç olmasa, bu Famil kimisi olmayaydı...

-
Guya Bakıda oxuduq, elimiz bala batdı axı... Men işleyecem, sonra ere
gedecem... Meni anlayan, seven insan tapmayınca neyime lazımdır er? Hele
bu Famil heç olmaz... - Yazıq Şelalenin başını şişirmemiş qeti dilimi
saxlamazdım...

- Ay- hay... 2 ildi qurtarmışıq, hele ne sen iş
tapmısan, ne de men... Guya iş tapsaq, seni kimdi qoyan işlemeye? Ramiz
dayı qoysa da, Semed ayağını sındırar... - Şelale düz deyirdi... Amma
menim xeyallarım vardı axı... Onlar nece olacaq? Bu işi bele qoya
bilmezdim... Gerek bir yolunu tapaydım...

Şelaleye içimi
boşaldıb pilleleri enerek aşağı düşmüşdüm... Tam binadan çıxanda bu
idbar qarşıma çıxmışdı... Heç mene fikir vermeden pilleleri çıxıb
qapılarını döymüşdü... Binadan çıxaraq yan bloka keçib qapımızı açaraq
eve keçmişdim... Anam bilirdi ki, men qonşuya getmişem... Bele vaxtlarda
qapını kilitlemezdi...
Otağıma keçib türümonun önünden rezini elime alaraq saçımı yığıb yatağın üstüne sertce oturmuşdum...

- Özündenrazı... Axmaq... Guya men ölürdüm lap sene getmekçün... Bunun
hereketine bax... Ele bil men demişem ki, elçi gönder... Kimdi sene
geden? Getmeyecem!!! - dilimin altında deyinib ayağımı yere çırpırdım...
Özümde bilirdim ki, evde hamı razı olduqdan sonra elimden bir şey
gelmeyecekdi...
Bu sözlerle yalnızca özümü aldadırdım...

Düz 2 gün idi ki, evde anamla mübahiselerim davam edirdi...
Ayağımı yere diresem de, xeyri olmamışdı... Hele şirin dilime de
salmışdım... Amma ne fayda?.. Bu gün mene elçi gelecekdiler...
Seher durandan elimi ağdan qaraya vurmamışdım... Acığımdan otağımın
qapısını içeriden bağlayıb qulağıma qulaqcıqları yerleşdirerek mahnı
mızıldanırdım..
. Hava qaralsa da, ac şekilde yatağımda oturub musiqi züm- züme edirdim... Qapının sındırılarcasın
a döyülmesine qulaqcıqları çıxarıb telefonu kenara ataraq qapını açmışdım...

- Ne var? He? - Semed qanlı gözlerle mene baxsa da, dilimi udmaq mene xas deyildi...

- Dilini sox qarnına!!! Dua ele ki, bu gün seni istemeye gelirler!!!
Yoxsa, men bilerdim neynirem!!! Keç eynini deyiş, gel metbexe... Bir
azdan elçiler gelecek... - qapını Semedin üzüne çırparaq dolabın önüne
keçib dizden sade don seçib geyinmişdim... Çiynimden azca aşağı olan
dalğalı saçlarımı darayıb arxama ataraq otaqdan çıxıb metbexe
keçmişdim... Metbexde stul çekib oturmuşdum... Anamgil qonaq
otağındaydılar.
.. Bir
elimi başıma dayaq vererek ayağımı yere döyecleyib içimden Famili
söyürdüm... Belke de, heç onun da günahı yox idi... belke, ele onu da
ailesi mecbur edirdi... Ancaq böyüklere ağır söz demeyi üreyim
götürmediyinden
bütün
lenetleri Famile yağdırırdım... Bilmirem ne qeder bele qalmışdım, amma
qapının döyülmesi ile qonaqların geldiyini anlamışdım... Metbexin
qapısını bağlasam da, azca aralayıb sesleri dinleyirdim... Seslerden
anladığım qederi ile Familin valideynleri ve nene- babası gelmişdiler...
Hamı otağa keçse de, men qapının ağzından çekilmeden danışıqları
dinleyirdim... Belke, 2 saat idi ki, Gencede baş veren yenilikler
müzakire olunurdu... İstemekden söz bele getmirdi... Ayaqda durmaqdan
dabanım ağrayırdı... Nehayet ki, en önemli ana gelib çatmışdıq ve meni
isteyen kimi tereddüdsüz Famile vermişdiler... İçimde pis olsam da, dram
yaratmaq fikrinde deyildim... Nede olsa, bu hele elçilik idi... Toya
kimi vaxtım bol idi... Bele asan başqalarının menim heyatımla bağlı
kesdikleri hökme boyun eymeyecekdim...




Müəllif: Sabina Nurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!