Qəlbimdəki sözlər (Bölüm 2)

Qəlbimdəki sözlər (Bölüm 2)
Sevgi Dünyası
10.09.2017 6
Elçilikden sonra her kes dağılıb getmişdi... Aile içinde 3 gün sonraya
üzüktaxtı teyin etmişdiler... Böyük nişan olmayacaqdı... Familgil
isteseler de, atam razı olmamışdı... Ele yaxşı ki, razı olmamışdı...
Yoxsa, men camaat arasında rola gire bilmezdim... Bu günleri beynimde
müxtelif plan quraraq keçirsem de, deqiq ne edeceyime qerar
vermemişdim... Bele ailesi olan insan az da olsa çekinirdi. Bu gün
üzüklerimiz taxılacağı üçün seherden evde hamı yaman diribaşlıq
edirdi... Meni isteyen- istemeyen qohumlar kömeye gelmişdiler... Men
elimi ağdan- qaraya vurmamışdım... Çox da lazım idi mene ere getmek...
Otağımda qulaqcıqları qulağıma yerleşdirib kimseni vecime almadan mahnı
oxuyurdum... Bu şekilde içimde yığılıb meni sıxan menfi emosiyası çöle
atırdım...

- Nar, hu- hu... - Şelale yene qapını döymeden içeri keçib qulaqcıqları çekib çıxarmışdı...

- Neynirsen? İmkan vermersen... - onsuz da, esebimi çıxmağa adam axtarırdım...

- Dur... Tez ele... 1-2 saata oğlan evi gelecek, sen hazır deyilsen...
Hanı paltar? Hmmm... Nar, bu ne qeşengdi... Al geyin... - Şelale meni
yataqdan qaldırıb anamın otaqdakı kiçik divana yerleşdirdiyi paltarı
eline almışdı... Onun sayesinde paltara fikir vermişdim... Dünenden
paltar otaqda olsa da, göz ucu ile bele baxmamışdım... Şelalenin tezyiqi
neticesinde paltarı geyinmişdim... Benövşeyi rengli, kiçik qolu olan,
dizden don idi... Bel terefinde kemeri xatırladan kiçik qaşlarla
bezedilmiş hisse vardı... Qarabuğdayı deriye sahib olduğumdan paltarın
rengi mene çox yaraşırdı... Saçımı Şelale düzleşdirmişdi.

..
Ele üzüme az- maz makiyaj da çekmişdi... Önceden usta çağırmaq
isteseler de, men qeti qarşı çıxmışdım... Heç havamda deyildim... Sanki
menim yerime Şelale ere gedirdi...

Bütün axşamı qaşqabaqlı oturmuşdum... Kimin ne düşündüyü meni maraqlandırmırd
ı...
Eksine isteyirdim ki, hamı menim narazı olduğumu bilsin... Hele Famili
demirem... Gözünü yerden çekmemişdi... Ele bil insanlar yerde idi...
Qısacası bizden başqa her kes deyib- gülürdü... Eslinde, arabir Famile
göz ötürende normal görünüşe sahib olduğunu görmüşdüm... Ağbeniz, 1.75
boylarında oğlan idi... Düzdür, 1.69 boyda olduğumçun onun görünüşü meni
qane etmirdi... Amma beterin beteri vardı... En azından Famil normal
oğlan sayılırdı ... Her ne ise... Menim xeyalımdakı görünüşe sahib kişi
Familin tam eksi idi... Buna göre de, mübarize aparıb Famile ere
getmemekçün ne lazımdırsa, edecekdim... Heyat menim idi ve oturub yas
quracaq deyildim... Bu deqiqe dram yaratmağa yox, çıxış yolu axtarmağa
ehtiyacım vardı... Amma isteyir özünü öldürsen de, qismetden qaçmağın
mümkünsüz olduğunu zamanla öyrenmişdim...

Düz 5 gün idi ki, kiçik metal parçası menim taleyimi Famile zencirlemişdi..
.
Düzdür, bu metal elimi yox, türümonun üzerini bezeyirdi... Ancaq ne
ferqi var? Men ki hamı terefinden nişanlı qız kimi bilinirdim... Bu gün
nişanlımla görüşüm vardı... Başqa qızlar bele anlarda deriden- qabıqdan
çıxsalar da, men otağımı seliqeye salmaqla başımı qatırdım... Famil meni
ne qeder beyenmese, menimçün bir o qeder yaxşılıq ederdi...

- Narden!!! Sen hele hazır deyilsen? O boyda uşaq seni gözlemelidir? - anam hemişe olduğu kimi meni danlamaqla meşğul olurdu...

- Mama, o boyda uşaq olmur... Hem canı çıxardı, gelib meni evden
götürerdi... Hele bir meni ayağına çağırıb... - Famili gözden salmaqçun
her bir fürseti deyerlendirirdi
m...

- Bunun diline baxe... Az danış!!! Hamı senin kimi evde olmur... O
boyda idarede min dene işe baxır... Vaxtı yoxdur gelmeye... - anam ne
vaxt mene terefkeşlik etmişdi ki?

- Mama, demeli, parkın yanına gele bilir, maşını eve sürmeye canı çıxır... Sadece, özünü yüksek tutur... Bu qeder sade...

- İndi dilini kesecem ha!!! Küçük!!! O tutmayanda sen özünü yüksek
tutmalısan? Atası o boyda polis bölmesinin reisidir!!! Sevin ki, ele
aileye gelin gedirsen!!! Elleri her yere çatır!!! Başqa qız olsa, ele
oğlançun Amerikaya desen piyada geder... Başı boş olmaqda kime oxşadın,
bilmirem!!! Tez ele geyin, itil cehenneme!!! - anamla söz güleşdirmeyin
yersiz olduğunu anlayıb sade donlarımdan birini eynime geyinerek saçımı
darayıb arxama tökmüşdüm...

- Kül qoyum başına!!! Qaraçı kökünde
görüşe gedir... Görende deyer ki, paltarı yoxdur... Al bunu geyin!!! -
anama baş qoşmaqdansa, Famili usandırmağı seçdiyimçün üzerime geyindiyim
donu deyişib evden çıxmışdım... Anam dilini işe salsa da, makiyaj
etmemişdim... İçimde bextime lenet yağdıraraq teyin olunmuş görüş yerine
gelib çatmışdım... Belke, 45 deqiqe olardı ki, eyni yerde dayanıb Famil
beyi gözleyirdim... Amma ondan ne ses vardı, ne de soraq... Axırda
esebleşib anamı yığmışdım...

- Alo, mama... Men bayaqdan beri isti havada elahezretlerini
gözleyirem... Teşrif buyurmaq fikri yoxdur ki? Maraqlan da!!! - Familin
elaqe nömresini bilmediyimden ürek sözlerimi ona bildire bilmirdim...

- Mamanın gözeli, bir az da gözle... Yeqin, işi uzanıb. İndilerde
geler... - anam ancaq işi düşenden- düşene menimle şirin diline
salardı... Xasiyyetime beled olduğundan geri döneceyimden qorxub bele
edirdi...

- Sağol!!! - esebimi boğub anama söz başa salmaqdan imtina ederek gözlemeye davam etmişdim...

Hardasa 15- 20 deqiqe gözledikden sonra uzaqdan süretle gelen
maşın menim önümde ani tormoz vererek saxlamışdı... Maşının men terefden
olan ön şüşesi enen kimi öz adımı eşidib çaşmışdım...

- Narden, otur... - Famil olduğunu bilsem de, onun düşüb meni otuzdurmaqdansa
, pencereden boylanıb bunu söylemesi olduqca pisime gelmişdi...

- Axmaq!!! - hirsimden heç kime fikir vermeden sözümü dile getirib
arxamı dönerek süretle addımlamağa başlamışdım... Eşitdiyim maşın
sesinden onun getdiyini anlayıb daha beter eseb pozğunluğu yaşamışdım...
Etdiyi az deyil, hele bir mene emr verir... Deyine- deyine eve gelib-
çatıb sındırarcasına qapını döymüşdüm...

- Nar... Sen burda neynirsen? - anam meni gözlemediyinden
emelli şok yaşayırdı... İçeri keçib qapını çırparaq ayaqqabımı soyunub otağıma üz tutmuşdum...

- Ay qız, ne olub? Sen meni boyda arvadı saymırsan? - hirsimden eseble üzerimi soyunub rahat paltarlarımı geyinmişdim...

- Azar olub!!! Çor olub!!! Bildin? - men esebleşende gözüm alemi görmezdi... İndi de qarşımda anam olduğunu unutmuşdum...

- Qudurmusan? He? Bu ne tondur? Salım seni ayağımın altına? - anam qolumu sıxıb üzerime hücuma keçmişdi...

- Nedir? Yene menem günahkar? Bilirsen neynedi? Özü erinir düşüb
gelmeye mene emr edir ki otur... Men onunçun oyuncağam? - menim
xasiyyetimde qorxmaq yox idi... Öldürseler de, dilimden qalmazdım...

- İtin balası!!! Bu başında ağıl yoxdur da yoxdur!!! Beyinsiz!!!
Çinilerin tökülerdi? Otur deyir otur da!!! Gör neye göre camaatın
balasına naz atır!!! - anam barmağını başıma döyecleyib menim olan-
qalan sebrimi de erşe çekmişdi...

- Mama, men neyem sizinçün?
Satdıq malam? Ne var- ne var vezifelidir deye men kimese boyun
eymeliyem? Bezmişem sizden!!! Heyatımı çürütmüsüz!!! Bele
yaşadacaqdızsa,
heç olmazdım!!! - üzerimi geyinib türümonun önünde saçımı yığmağa başlamışdım...

- Küçük!!! Budur bize hörmetin? Sürüyüm seni? Alım ayağımın altına?
Ölsen de, qalsan da, sen Famile gedeceksen!!! Boşuna naz atma!!!
Eşitdin? - anam saçımı yığmağıma imkan vermeden elini başıma atıb meni
arxaya çekmişdi...

- Mama, burax!!! Yonulur!!! - elimi anamın qoluna
atıb geri dartmaq istedikde barmağımdakı nişan üzüyüm gözüme
deymişdi... Neçe günden bu yana ilk defe taxmışdım... Onu da anamın
tekidi ile... Anamı var gücümle özümden ayırıb süretle otaqdan çıxaraq
dehlizde gözüme deyen şepitleri ayağıma keçirmişdim...

- Hara gedirsen? He? - anam üstüme gelse de, qapını açıb ayağımı çöle atmışdım...

- Göreceyik gedirem, ya yox!!! - sözümü deyib demir qapını çırparaq
binadan çıxmışdım... Yan binaya keçib qaçaraq 4-5 pilleni çıxıb
Familgilin qapısını möhkemce döymeye başlamışdım...

- Bala, sensen? Ne olub?

- Arize xala, men Famile getmeyecem!!! - sözümü deyen kimi üzüyü
barmağımdan çıxarıb Arize xalanın elini qaldıraraq ovcuna sıxmışdım...
Arxamı dönüb pilleleri düşen kimi - Narden!!! - deyib binaya keçerek
üzerime yeriyen anamı görmüşdüm... Bilirdim ki, bu hereketime göre
valideynlerim meni şikest edecekler... Amma men kiminse hereketini udub
neyinse xetrine heyatımı mehv ede bilmezdim...
 
[/b]
[b]Müəllif:
Sabina Nurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!