Qəlbimdəki sözlər (Bölüm 3)

Qəlbimdəki sözlər (Bölüm 3)
Sevgi Dünyası
10.09.2017 11
Anamın
sesinin tonundan başıma gelecekleri az- çox texmin edirdim... Ne yalan
deyim, ne qeder dikbaş olsam da, anamın xasiyyetimde beled olduğumdan
neler edeceyinin ferqinde idim... Müeyyen meqamlarda anamdan
çekinirdim... Bele anadan kim çekinmezdi? Uşaqlıqda adice mektebde qelem
itirsem, anam meni vurardı... Hele hirsi keçmez, bütün günü deyinerdi...
Kiçik sehvleri ört- basdır etmek evezi meni vurmağı bes deyilmiş kimi
üstelik atama da olanları xeberleyerdi... Zaman keçib qardaşım böyüdükce
anam onu eline almış ve menim başımda ikinci ağaya çevirmişdi... Çünki
atam ne qeder zehimli olsa da, kiçik şeyleri file döndermezdi... Amma
qardaşım anamı esebleşdirdiyimi bilen kimi yaşı çox olmasa da, mene hökm
eder, temiz olan yerleri bele yeniden mene sildirib yoruluncayadek
canımı çıxarardı... Yeni, anamın ede bilmediklerini qardaşım
bacarırdı... Uşaq olanda döyülmekden çekinib evde ne hava çalındı
oynasam da, böyüdükce mende öz dişlerimi çıxarmışdım... Bu heyatla başqa
şekilde bacara bilmezdim... Güclü olmasan, ezilerdin...

- Bu defe sındıracam qıçlarını!!! - anam qolumu eline keçirib sıxmışdı...

- Mama... - yazıq simada onun üzüne baxsam da, xeyri olmayacağını bilirdim...

- Zemine, deyme... Uşaqdır... Yeqin, araları düz gelmeyib... Zamanla
düzeler... - veziyyetin gergin olduğunu gören Arize xala telesik
pilleleri enib anamın qolundan yapışmışdı...

- Ay bacı, bu boyda
uşaq olar? Bele sehv olar? İndiki cavanlar qarışqadan fil düzeldir...
Qurban size, fikir vermeyin... Sen Allah, söhbeti öz aramızda
bağlayaq... Kişileri qarışdırmayaq... - anamın başı söhbete qarışdığı
üçün qolumu buraxmışdı... " Fürset bu fürsetdir... " deyib binadan
götürülmüşdüm... Heyetdekilerin nezeri üzerimde olsa da, süretle yan
binaya girib evimize keçmişdim... Otağıma qaçıb içeriden açarı
burmuşdum... Yaxşı ki, otağımın qapısı açarlı idi... Bu qapı son
vaxtlarda canımı az xilas etmemişdi... Heyecandan sinem qalxıb enirdi...
Yatağıma oturub son bir neçe saatda etdiklerimi düşünürdüm... Axı men
sehv etmemişdim... Beyem sevmediyin insanla evlenmek istemeyirsense, bu
sehvdir? Ya da ona hörmetsizlik eden birine qarşı kim menden ferqli
davranardı ki? Amma bunları ne menim ailem anlayardı, ne de men esebime
hakim olub anladardım...

- Küçük!!! Aç bu qapını hele!!! Gör
başına ne oyun açıram!!! Ele bilirsen ki, bu etdiyin yanına qalacaq?
Axır çıxacaqsan da o xarabadan!!! Onda görecem seni!!! - anam qapını eli
ile çırparaq mene hede- qorxu gelmişdi... Bilmirem, Arize xala ile
söhbeti ne yerde qalmışdı... Amma anamın sesinden başa düşdüyüm qederi
ile heç de her şey qaydasına düşmemişdi...

Belke, 2 saat
olardı ki, yatağımda uzanıb derin fikir deryasında batmışdım... Çıxış
yolu tapa bilmirdim... Bu otaqdan çıxsam, deqiq döyülecekdim... Gülmeli
seslenirdi... 22 yaşında qız döyülecekdi? Ne ede bilerdim? Anam mene el
qaldırsa, men ki ona qarşılıq vere bilmezdim... Düzdür, bezen anama
qarşı sert üslüb istifade etsem de, bu menim içimde patlayan vulkanın
aşıb daşmasından ireli gelirdi... " İsti başda ağıl olmaz... " deyib
atalarımız... Bu mesel tam da mene aid idi... Yoxsa, esla özümden
böyüklere qarşı hörmetsizlik etmezdim... Beyem men deli idim, kiminlese
sert danışım? Axı men de insan sayılırdım... Adamı ne qeder danlamaq,
vurmaq, qız olduğu üçün aşağı bilmek olar? Daş olsa, çoxdan paramparça
olmuşdu... Men yaxşı dözürdüm hele...

- Aç bu zibili!!! Sen ne
haqqla bizi biabır edirsen? He? Öldürecem seni!!! Axırda meni qatil
edeceksen!!! - qardaşımın qapını yumruğu ile döyeclemesi neticesinde
yerimde dikelib oturmuşdum...

- Oğlum, gel hele sakitleş... Men
bilirem ona neyneyeceyimi... Sen esebleşme, mama qurban... - anamın
qardaşımı ezizlemesini eşitdikce gözlerim dolmuşdu... Göresen, men ögey
idim? Niye mene qarşı bele qeddar mövqede dayanırdı anam? Keçmişi
beynimde celd şekilde vereqleyib anamın mene qarşı xoş reftarını
xatırlamaq istesem de, " Kül senin qız başına... Seni doğan yerde
qarnıma şiş bataydı... Başıboş!!! Küçük!!! İt balası!!! Ağılsız!!! "
sözlerinden savayı heç ne yadıma düşmürdü...

- Ağlamayacam!!!
Ağlamayacam!!! Men güclüyem!!! - tekrarlasam da, gözlerim sözüme
baxmamışdı... Ellerimi üzüme sıxıb ağzı üste yatağa atılmışdım...
Üreyime toxunan bütün sözler yaddaşıma qazınmışdı... Çox teesüf ki, bu
kelimeler öz doğmalarım terefinden serf edilmişdi...

Gece
olsa da, otaqdan çıxmamışdım... Bir terefden ayaqyolu ehtiyacımı
qarşılamalı idim, diger yandan medem öz siqnallarını beynime ötürürdü...
Artıq döze bilmediyimden qapını aralayıb barmağımın ucunda hamama
keçmişdim... Ehtiyaclarımı ödedikden sonra hamamın qapısını açdıqda
qarşımda anamı görüb gözlerim böyümüşdü...

- Ele bilirdin yatmışam? Düş qabağıma!!! - anamın önünde otağıma sarı addımlayıb içeri keçmişdim...

- 1-2 gün ac qal, ağlın başına gelsin!!! - anam türümonun üzerindeki
telefonumu da eline alıb qapını çölden kilitleyib çıxıb getmişdi... Yene
her şey mene qarşı çevrilmişdi...

Gece boyunca aclıqdan yata
bilmemişdim... Saat günorta beşe yaxınlaşsa da, anam menim halımla
maraqlanmamışdı... Qapının sesine dikelmişdim... Anam qapını açan kimi
döze bilmediyimden onu iteleyib hamama qaçmışdım... En azından
susuzluğumu qarşılamaq üçün krandan gelen sudan ovcuma yığıb içmişdim...
Otağıma keçib anamı görsem de, fikir vermeden yatağıma oturmuşdum...

- Bele olarsan... Eger dikbaşlıq etsen, bundan beter günler gözleyecek
seni... - İlahi... Bu nece ana idi? Beyem üreyi yanmırdı mene?

-
Mama, men ögeyem? Niye bele edirsen? Mene heç yazığın gelmir? Hemişe
meni cezalandırırsan, hemişe meni istemediyime mecbur edirsen... Niye?
Mende insanam axı... Bezirem... Heyatımı siz idare edirsiz... Onda Allah
niye mene ağıl verib? - ürek sözlerimi uda bilmirdim...

- Men seni
istediyimden yaxşılığını düşünürem... Qızı öz başına buraxsan ya
halvaçıya geder, ya zurnaçıya... Gözünün qabağındadır ki, Qetibenin
qızı... Sevib getdi, ne oldu? İndi yanında uşaqla qardaş yanına
qısılıb... Famil ağıllı, işli- güclü oğlandır... Ailesi de bu boyda
Gencede adlı- sanlı insanlardır... Senin yerine kim olsa, oynaya- oynaya
gederdi elesine...

- Mama, Famil meni istemir... Belke, öz sevdiyi
var... İkimizi de bedbext edirsiz... - bilmirdim anamı hansı dilde başa
salım...

- Guya kim sevir gedir ki? Sevgi qarın doyurmur!!! Men
atanı tanımadan getmişem... Amma 30 il olacaq ki, aileliyik... Sevgi
isteyirsen, zamanla seversen... Amma Familden başqasına getmeyeceksen!!!
Özünü öldürsen de, assan da, kessen de, Famile gedeceksen!!! - anam
sözünü deyib otaqdan çıxmışdı... Bu şeraitde ne vaxta kimi direne
bilerdim ki?..

- Atan çağırır!!! Gel süfreye!!! - axşama kimi
aclıqdan hem halsız idim, hem de başım ağrayırdı... Anamın sözü ile
ayağa durub onun ardınca qonaq otağına keçib süfre arxasında
eyleşmişdim... Heç kime fikir vermeden elim ese- ese yemeklerden
acgözlükle yemeye başlamışdım... Bir neçe deqiqe sonra medemde ağırlıq
hiss edib " Stop" düymesini basmışdım... Atam yemekden sonra divana
keçmişdi... Süfreni toparlamaqda anama kömek etmek istesem de, atamın
çağırışı ile onun qarşısına keçib ayaq üste dayanmışdım...

-
Narden, dünen olanlar hamısı mene melumdur... Heç utanırsan? Bu
hereketinle ailemizin adını iki paralıq etdin... Yaxşı ki, onlar insan
adamdılar, söhbeti böyütmediler... Amma sen sabah Familden üzr
isteyeceksen!!! O boyda kişini yolda qoyub gelmek nedir? Hele anası
yaşda qadına üzük qaytarır... Bele böyümüsen? Men sözümü bir defe
deyirem... Bir aya toy danışılıb!!! Hele bundan sonra sehv hereket
ele... Anan ne dese, onunla gedeceksen!!! Ere gedene kimi bizim
himayemizdesen!!! Men boyda kişini birde diliqısa elesen, senin adda
övladı silecem heyatımızdan!!! Sabah o üzük barmağında olsun!!! - atam
danışdıqca başımı aşağı salıb içimdeki esebi çöle vura bilmediyimden göz
yaşı axıdırdım...

- Men heç kimden üzr istemeyecem!!! Ere get
deyirsiz, gedecem!!! Amma öldürsez de, üzr istemeyecem!!! - çox hikkeli
insan idim... Düzgün bildiyim herekete göre hele bir üzr isteyecekdim?

- Ne dedin sen? - atamın yanında oturan Semed sözümü eşidib ayağa qalxaraq qarşımda dayanmışdı...

- Üzr istemeyecem!!! Men ond... - sözümü bitirmeden Semed boğazıma el
atıb meni boğmağa başlamışdı... Çapalayıb eline vursam da, buraxmırdı...


- Burax, küçük!!! Men olan yerde sen neçisen? - atam Semedin
elinden meni gücle almışdı... Meni buraxması ile yere deymişdim...
Elimle boğazımı ovxalayıb öskürürdüm... Bu ilk deyildi... Semed evveller
de menimle bele davranardı... Öskürerek yerimden qalxıb - Üzr
istemeyecem!!! - deyerek otağıma üz tutmuşdum... Qapını içeriden
kilitleyib yatağa oturaraq esebimden döşeyi vurmağa başlamışdım... Başqa
çıxış yolum yox idi... Famile ere gedecekdim...




Müəllif: Sabina Nurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!