Təsvir etmək çətindir Birisini

Təsvir etmək çətindir Birisini
Sevgi Dünyası
10.09.2017 53

Təsvir etmək çətindir BİRİSİni...
[/b]

Hekayəsi olan bir üzü var. Böyüdükcə sifət cigziləri dəyişmir amma çox qəşəngləşir. Şirin bir gülümsəməyi var.. Sanki hər gözəllik bir parça


alıb və onun gülümsəməyi yaranıb.. Adətən gülür. Və gülmək ona inanılmaz yaraşır. Qəribə gözləri var... Daha doğrusu baxışları... Gülən


gözlərinin arxasında dərin kədəri hiss etməmək mümkün deyil. Sanki illərin yığınıdır. Uzun uzadı baxmağı sevmir amma bir baxışı ilə bütün


kədərləri unutdura bilir.




Çox danışmır... Elə çox danışmağıda sevmir... amma saatlarca danışdığımız olub...


Çox danışmağa ehtiyac olmur. Məni gözlərimdən anlayan BİRİSİdir...

Ən çox qəmgin durmağımı sevmirdi bir az mimikam pis olan kimi məni güldürməyə çalışırdı.

Mənə çox yaxın BİRİSİdir... Bu həyatda təmənnasız güvəndiyim, sonuna qədər inandığım birisidir.


Bəzən elə olur ki, mənə məndən yaxın olur... Bəlkə də heç vaxt yalan danışmadığım yeganə insandır. Təbii ki, yüngül yalanları çıxsaq


ağlınız başqa yerlərə getməsin... Zəng vurur hardasan? Deyirəm çatıram. Halbuki hələ evdən təzə çıxıram... Onunla görüşəndə gözəl



görünməyi sevdiyim BİRİSİdir... Eyni zamanda məni təbii halımla sevən biridir...




Ona baxmaqdan doymadığım, onun haqqında yazmaqdan usanmadığım, bütün kaprizlərinə dözdüyüm birisidir... Bir gün həyatımda olmasa



belə qıraqdan izləyəcəyim birisidir... Onun xoşbəxtliyi mənim xoşbəxtliyim deyə ayrıcalıq qoymayacağım birisidir...



Gitaranı əlimə alıb oxuduğum mahnıda ilk ağlıma gələn, qələmi əlimə alanda onun haqqında yazılan, boyanı əlimə alanda gözəl rəsm çəkməyi


bacarmasamda bir ürək çəkib ikimizin adını yerləşdirdiyim biridir...

[/i]

[i]Adını ürəyimin ən dərin yerinə hopdurduğum biridir. Dünən və sabah üçün yox BU GÜN üçün onunla yaşadığım biridir...


Ya özü yanımda olur, ya da xatirəsi var hər yerdə...

Həyatımda heç vaxt unutmayacağım izlər qoyan BİRİSİDİR...

Mənə MƏNDƏN yaxın BİRİSİDİR... Dostum deyil, əzizdir, sevgilim deyil, sevilir...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!