Gəlirəm artıq!

Gəlirəm artıq!
Sevgi Dünyası
10.09.2017 69
Sənə gəlirəm yalnız, illərdir içimdə saxladığım və qışqırmaq üçün yığdığım sevda sözlərimlə gəlirəm..

Ya da danışmadan, tək bir söz söyləmədən, susqunluğumla gəlirəm, utanqaclığımla, gücsüzlüyümlə, səhvlərimlə gəlirəm..

yata bilmədiyim bütün yuxuları, bütün səhərlərləri, böhrana düşərək keçirdiyim bütün axşamları, məni yatağımdan sıçradan kabusları yığıb gəlirəm.

 

 

 Arzuladığım və təxirə saldığım hər nə varsa hamısını götürüb gəlirəm. Mən şərtsizcə sevirəm səni. Sorğulamadan , mühakimə etmədən, dəyişdirməyə çalışmadan sevirəm.. Həyatı səninlə yenidən kəşf etməyə, səninlə yaşanacaq sevdanın adsız nəfəri olmağa hazırım. Bu saxta həyatların ortasında inandığım tək gerçəyim sənsən.. Günah ortağı olaq, eşq cinayətni birlikdə edək..

 

 

 Düşüncəsi belə titrədir ürəyimi, sən olmadan yaşaya bilməyəcəyim bilirəm, sən olmadan keçəcək bir gün belə yaralasın məni, ağrıtsın ürəyimi. Başqalarının əsla görə bilmədiyi bir tək mənimlə danışan içindəki o dəli uşağı ortaya çıxartmaq üçün gəl..

Qorunmağa möhtac bir uşaq o bilirəm. Qorxma kimsənin onu incitməsinə icazə verməm.. güvən mənə…

 

 

 Birinə güvənmənin insanda yaradacağı o müdhiş hüzur eşidərək gəl. Gəl və ağla.. Bu qədər il çəkdiyin ağrılardan bir çırpıda sıyrılmaq üçün sarıl boynuma və ağla…

Gözyaşlarınla birlikdə axıb getsin. Səninlə ağlaram məndə.. Məndə sıyrılaram ürəyimi istismar edən şəxsiyyətsiz həyatdan… Bir tək sənə qalaram özüm olaraq. Bir tək sənə heç bir şey gözləmədən təqdim edə bilərəm mənliyimi..

 

 

 Bitəcək artıq məndə olan bu hüzn, kədər sənə görə hər şeyə dəyər bunu bilirəm və


 Gəlirəm artıq!!!


 

 

 Sənsizliyə son qoyaraq, istəyimə nail olaraq, xəyallarımı reallaşdıraraq gəlirəm

 


 P.S Yazının bir sıra misralarının müəllifi özüməm :03: 

 


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!