Qəlbimdəki sözlər (Bölüm 4)

Qəlbimdəki sözlər (Bölüm 4)
Sevgi Dünyası
10.09.2017 4
Atamla
olan söhbetden bir hefte keçmişdi... Bu müddet erzinde heç ne
deyişmemişdi... Yalnızca yeniden kiçik üzük parçası mene geri
qayıtmışdı... İnadımdan dönmeyeceyimi bildikleri üçün meni kimdense üzr
istemeye mecbur etmemişdiler... Guya etseler, isteyecekdim ki? Esla!!!
Men doğru bildiyim bir şey üçün kimseye boyun eymezdim... Elacım
kesilmişdi ki, ere getmeye razı gelmişdim...

- Narden, sabah Famille görüşesiz, belke? - anam otağıma keçib mene pişiyim- pişiyim etmeye başlamışdı...

- Mama, ere get dediz, gedirem... Başqa ne lazımdır axı? İstemirem...
Mence, heç Famil de istemir... - heqiqet bundan ibaret idi... İsteyen
insan bir defe olsun maraqlanmazdı ki, kiminle aile qurur? Demeli, men
Famile maraqlı deyildim...

- Qızım, axı bele olmaz... - anamın ağlı başına teze gelirdi, deyesen...

- Mama, ne yaxşı anladın... Amma siz olmayanı oldurarsız... Ne ise...
Men Şelalenin yanına gedirem... Yeqin, 10 günlük hebsim başa çatar
artıq... - telefonumu elime alıb otaqdan çıxmışdım... Evden çıxıb yan
binaya keçerek Şelalegilin qapısının önünü kesdirmişdim...

- Nar... Ay Allah, ne yaxşı üzünü gördüm... - yazıq Şelale neçe gündür meni görmedikde öldüyümü zenn etmişdi, yeqin...

- Ay qız, çekil keçim içeri... - Şelaleni özümden gücle ayırıb içeri
keçmişdim... Heç yerimi rahatlamağa imkan vermeden Şelale meni sorğu-
sual etmeye başlamışdı... Her şeyi mene en yaxın olan insana danışıb
içimi boşaltmışdım...

- Nar, belke, qaçasan? - Şelale her zaman evden qaçmağa qarşı mövqede olmuşdu... İndi çare tapmadığından bele danışırdı...

- Hara qaçım? Lap qaçdım... Harda yaşayacam, kimin yanına gedecem?
Sevdiyim yoxdur ki, ona qoşulum gedim... Yoxsa, mene xoşdur heç
tanımadığım insana getmek?

- Bakıda qohumlarınız vardı... Belke, onlara qaçıb gedesen bir müddet...

- Yox... Men heç vaxt qaçmaram... Hamı ailemizi tanıyır. Arxamdan min
söz qoşarlar. Hem bele olsa, ailem meni qebul etmez... Bu söhbeti
bağlasaq, yaxşıdır... - men sevdiyi ile qaçanlara bele yaxşı
baxmırdım... Qaldı ki, özüm tek qız başına evden qaçaydım... Ancaq
sonradan yaşayacaqlarımı bilseydim Şelaleni dinleyib arxama baxmadan
qaçıb gederdim...

Bu gün toyum olacaqdı... Özümü çox bedbext
hiss edirdim... Xeyallarımda canlandırdığım bu deyildi... Son 3 hefte
erzinde Famili bir defe bele olsun görmediyimi desem, göresen buna şahid
olmayan kimse inanardı? Amma heqiqet bu idi... Toy hazırlıqlarının heç
birinde Famil iştirak etmemişdi... Her şeye can yandıran Arize xala
olmuşdu... Yeni, bir oğlana aile quracağı qız bu qeder önemsiz olardı?
Yeqin, öz sevdiyi vardı... Eger sevdiyi vardısa, niye meni alırdı? Bu
qeder zeif idi ki, valideynlerine sevdiyim var deye bilmemişdi? Men qız
idim... Bununla bele o qeder mübarize aparmışdım... Ancaq Familin nece
biri olduğunu derk etmek menimçün çox çetin idi... Neçe zamandır
düşünsem de, bir neticeye vara bilmemişdim... Menim hazırlanmağım üçün
her şey düşünülmüş ve ustalar evimize devet olunmuşdular... Hazır
olduqdan sonra aynaya baxdıqda özümü tanımamışdım... Doğurdan da,
gözellik ondur, doqquzu dondur... Heç zaman bu qeder bezek- düzekden
istifade etmediyimden meni gören her kes teecüblenmişdi... Gelinliyim
mene yaraşırdı... Hansı qıza yaraşmaz ki?

- Narrrrrr... - otağımın qapısını açıb üstüme qaçan Güneli gördükde olmayan ehvalım bir anda deyişmişdi...

- Gulya, ne yaxşı geldiz... - Günel menim Şelaleden sonra ikinci en
yaxın insanım idi... Bakıda oxuduğum vaxtlarda onlarda qalırdım... Günel
menden 4 yaş kiçik idi...

- He, bes ele bilirdin seni toyunda tek
qoyacam... Hele ayağım şişene kimi oynayacame... - Günel çox heyat dolu
qız idi... Onun yerinde kim olsa, bele olardı... Çox mehriban, anlayışlı
valideynleri vardı nede olmasa...

- Tez sağ elini başıma çek...
Sonra yadımdan çıxar... - Günel elimi ovcuna alıb başına yaxınlaşdıranda
qolumu geri çekmişdim...

- Menim elimden sene xeyir gelmez... - lap xoş gündeydim, hele kimese öz günümü arzulayım da?..

Oğlan evi gelen kimi bütün adetler öz qaydasında yerine
yetirilmişdi... Famil ise ne olsa da, gözünü yerden ayırmamışdı... Heç
çiçeyi elime verdikde bele üzüme baxmamışdı... Familin yanında hündür
olmayım deye kiçik dabanı olan ayaqqabı geyinmişdim... Evimizden vağzalı
sedaları altında çıxanda özümü saxlaya bilmeyib ağlamışdım... Pis-
yaxşı bu evde 22 il keçirmişdim... Yol boyunca maşını Famil idare etse
de, birce kelime de danışmamışdıq... Şadlıq evine çatan kimi nigahımız
kesilmişdi... Artıq qanuni er- arvad sayılırdıq...Bizimçün ayrılan
masada yerimizi rahatladığımız andan etibaren Familgilin qohumları
bizimle şekil çekdirmekçün növbeye düzülmüşdüler... Meni gören her kes
Famile terif etse de, beyimiz bu sözlere heç bir reaksiya vermemişdi...
Guya üzüme baxmışdı ki, neye oxşadığımı bilsin de? Toy boyunca birce
defe Arize xalanın tekidi ile reqse durmuşdum... Eslinde, oynamağı çox
sevirdim... Amma bele vaxtda üreyimden heç ne keçmirdi... Tamada sağ
olsun... Onun dilinin gücüne er- arvad bir defe lirik musiqi sedaları
altında reqs etmişdi... O da aramızdan qatar keçeceyi terzde
dayanaraq... Toyu dinmezce yola vermişdik... Şadlıq sarayından ayrılanda
anam ağlasa da, menim tüküm terpenmemişdi... Neye ağlayım ki? Guya
ağlasam zamanı geri qaytaracaqdıq? Familgil qeti şekilde yengeden imtina
etdikleri üçün ikimiz evin yolunu tutmuşduq... Bilirdim ki, ayrı 4
otaqlı ev döşenib bizimçün... Ancaq anam tekid etse de, evi görmeye
getmemişdim... Evin önüne çatıb Famil maşının qapısını açan kimi aşağı
enmişdim... Familin arxasından binaya keçib 4-5 pilleni çıxaraq qapını
açıb içeri keçmişdik... Yaxşı ki, ev birinci mertebede yerleşirdi...
Famil mene fikir vermeden ayaqqabısını çıxarıb içeri addımlamışdı... Men
de ayağımı soyunub bir- bir otaqlara baxaraq yataq otağını
axtarırdım... Ev çox gözel bezedilmişdi... Axır ki yataq otağını tapıb
içeri keçmişdim... Ne edeceyimi bilmirdim... Belke, yarım saat yataqda
otursam da, Familden xeber yox idi... Sonda ayağa qalxıb güzgünün önüne
keçerek arxamı dönüb paltarı açmağa çalışmışdım... Yaxşı ki, paltarın
beli iple bağlanmırdı... Bir teher paltarı açıb gelinliyi çıxarmışdım...
Dolabı açıb desmal tapıb üzerime bürümüşdüm... Otağın qapısını açıb
etrafa boylansam da, heç kimin olmadığını görüb hamama üz tutmuşdum...
Qapını içeriden kilitleyib güzgü önüne keçerek saçımı azad etmişdim...
Duşun altına keçib isti suyu üzerime buraxmışdım... Heç ne düşünmek
istemirdim... Çimib desmala bürünerek hamamdan çıxıb otağa keçmişdim...
Qapını kilitleyib saçımı darayıb fenle qurutmuşdum... Dolabı açıb
axtarsam da, qapalı gece paltarı tapa bilmemişdim... Sonda digerlerine
nisbeten qapalı olan paltarı elime alıb geyinmişdim... Qapının kilidini
açıb yataqda oturaraq örtüyü ayaqlarımın üzerine çekmişdim... Famili bu
veziyyetde gözlemeye başlasam da, ele bil evde menden başqası yox
idi... Bir terefden de yorğunluqdan yuxum gelirdi... Ancaq yata
bilmezdim... Her yerin adeti olduğu kimi bizde de bu gece birge
olmağımız mütleq sayılırdı... Hem de yenge olmasa da, sabah lazımi eşya
Arize xalaya teqdim olunacaqdı... Eşitdiyim ayaq seslerinden örtüyü daha
da üzerime sıxmışdım... Qapı açıldıqda Famil üzüme baxmadan içeri keçib
dolabdan geyim götürüb qapıya yaxınlaşmışdı...

- Men o biri otaqda
qalacam... Rahat yat... - arxası mene teref şekilde sözlerini deyib
otaqdan çıxmışdı... İndi bu ne idi? Eger bele olacaqdıqsa, niye
evlenmişdik? Bilmirdim... Tek bildiyim sevmediyim insanla eyni yatağı
bölüşmekden xilas olduğum idi...




Müəllif: Sabina Nurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!