Qəlbimdəki sözlər (Bölüm 5)

Qəlbimdəki sözlər (Bölüm 5)
Sevgi Dünyası
10.09.2017 9
Geceni
yorğunluqdan çox rahat yatmışdım... O derece ki, yanımda top atılsa,
oyanmazdım... Otağıma düşen güneş şüalarının teesirinden gözlerimi
qıyaraq açmışdım... Gözüm otaqdakı saata sataşdıqda vaxtın günortaya
yaxınlaşdığını görüb yerimden sıçramışdım... Üzerime rahat ev geyimi
keçirib saçımı toparlayaraq metbexe yollanmışdım... Dehlizde gördüyüm
ayaqqabılardan Familin evde olduğunu
anlamışdım... Aramızda er- arvad münasibeti olmasa da, eyni dam altında
iki yad kimi olmağımızı istemirdim... En azından zamanla dostlaşa
bilerdik... Gözel süfre qurub Famile laqeyid olmadığımı göstermek
isteyirdim... Hevesle her şeyi hazır etmişdim... Çayı demlemeyi sona
saxladığımçun indi de bu işle meşğul olurdum... Yaxınlaşan ayaq
seslerini eşitsem de, el saxlamamışdım... Qoy özü gelsin, men sonra
süfreye devet ederem deye düşünmüşdüm...

- Bu ne çak- çukdu...
Başıma düşdü ki ses... Ele bil acığa edir... Qoymadı rahat yuxumuzu
yataq... - Familin metbexe keçerek söylediyi sözlerden tutulub demliyi
kenara qoyaraq üzümü ona dönmüşdüm...

- Men ses etmek istemirdim...
Süfre qurdum ki, ac qalmayaq... Hem de evin içinde düşman olası deyilik
ki... İki medeni insan kimi eyni menzili rahat şekilde bölüşe bilerik...
- men esla kiminse sözleri altında qalmazdım... Belke, esas niyyetimi
anlasa, mene qarşı bu terz kobudluğu kenara qoyardı...

- Mene
seninle heç ne lazım deyil... Yemeyi çölde yeyecem... Telefonu bura
qoyuram. Dünen cibimde qalmışdı... Anangille danışsan her şeyin
qaydasında olduğunu deyersen... Men lazım olanları anama verecem... -
Famil danışdıqca reng alıb reng verirdim utandığımdan... Sözlerini deyib
metbexden çıxmışdım... Qapının sesinden getdiyini anlamışdım... Masaya
yaxınlaşıb telefonumu elime alaraq metbexden çıxmışdım... Bayaqkı
iştahımdan eser qalmamışdı... Famil bey adamda neyese heves qoymuşdu ki?
Qonaq otağına keçib divanda yerimi rahatlayaraq telefonu açmışdım...
Dünen anamın tenbehlerinden sonra ilk önce ona yığmalı idim... Heç bir
çağırış bitmeden zeng açılmışdı... Deyesen, anam barmağını "yes"
düymesinin üstüne qoymuşdu...

- A bala, saatdan xeberin var?
Dememişdim ki, gece bir yolla meni xeberdar ele... Artıq günortadıre...
Nece oldu? Özünü yaxşı hiss edirsen? - anama motor qoşmuşdular sanki...
Bir nefese üyüdüb tökürdü...

- Mama, bir nefes al... Her şey yaxşıdır... - başqa ne deyeydim ki?

- Ay Allah, bu qız meni öldürecek... Kelbetin lazımdır danışmağınçun...
Erinle aran necedir? Evdedir? Eger evdedirse, denen gedib parçanı
anasına versin... O yazıq da narahat qalıb...

- Mama, qurban olum,
bu haqda danışmayaq... Famil özü her şeyi hell edecek... Men de
yaxşıyam... İndi işlerim var... Sonra danışarıq... - bilmirdim anamın
suallarından nece yaxa qurtarım... Axır birteher zengi
sonlandırmışdım... Familin her şeyi nece hell edeceyi haqqında fikrim
yox idi... Ancaq onun sözünü dinleyib anama yalan danışmışdım... Hem de
özüm düşünürdüm ki, zamanla bir- birimizi tanısaq bu soyuqluq aradan
qalxar... Biz qadınlar her zaman yaxşıya ümid edirik... Belke de,
sehvimiz ele buradan başlayırdı... Üreyim yaman sıxılırdı... Hemişe
hadiseleri yüz ölçüb bir biçerdim... İndi de anlayırdım ki, er- arvad
arasında olanlar kenara çıxmamalıdır... Amma olanları kimlese bölüşmeli
idim... Şelaleden savayı etibar edeceyim şexs yox idi... Telefonu elime
alıb heyatda meni her zaman ailemden bele gözel anlayan insanı
yığmışdım...

- Narrrrr... Yaxşı ki yığdın... İnan ki, bir az da
gözleyecekdim, eger zeng etmesen utanmaqdan keçib fikirleşib özüm
yığacaqdım... Danış hele görüm erinle aran necedir... Heç olmasa, dil
tapa bildiz? Özünü nece hiss edirsen? Yaxşısan? - Şelale de anamdan geri
qalmırdı...

- Şeli, heç ne olmadı... - udqunub bir cümle qura bilmişdim...

- Nece olmadı? Ne olmadı? - Şelale deyesen teecüblenmişdi...

- Şey de... Özün bilirsen ki... Famil istemedi...

- Nece? Beyem bu kişi deyil? Kişi de qadına yox deyer? Deyesen, senin
bu erin başıxarab çıxdı... Bes indi nece olacaq? Mamangile ne dedin? -
Şelaleye her şeyi birce- birce danışmışdım... Belke de, bu etdiyim çox
böyük sehv idi... Ancaq men de insan idim... Her şeyi öz içimde düşünüb
hell ede bilmezdim ki...

- Kobud!!! Axmaq!!! Sen çetin ki, ona
dözesen... Vallah, men olsam çaydanı başına çırpmışdım... Bu qeder
eziyyet çek, beyimiz ne etsin...

- Şeli, qurtardınsa, meslehet
ver... İndi men ne edim? Nece davranım? Sence, yene süfre qurum? -
üreyimi diden sualların cavabını başqasında axtarırdım...

- Ne
bilim... Ere geden sensen... Amma mama hemişe deyirdi ki, yuvanı Quran
qadındır... Sen de qurmağa çalış... Özün ki inadçı qızsan... Demeli, bu
dönmezliyini Famil beye sübut etmelisen... - Şelale mene uzun- uzadı
meslehetler vermişdi... Qerar vermişdim ki, erimi ele alım... Bir kere
ere getmişdimse, her şeyi qaydasına salmağa cehd etmeli idim... Elimi-
elimin üzerine qoyub oturmaqla ne qazanacaqdım ki? Bele etsem, erimi
itire bilerdim... Metbexe keçib axşama kimi gözel yemekler
hazırlamışdım... Familin neleri sevdiyini bilmesem de, en dadlı
bişirdiyim yemeklerden bir neçesini hazır etmişdim... Üstelik gözel
süfre de qurmuşdum... Özüm de çimib en yaxşı ev geyimini üzerime
keçirmişdim... Axşam saat on olsa da, Famil gelmemişdi... Men de ağzıma
tike qoymadan onu gözlemişdim... Bir neçe deqiqe sonra qapının
döyülmesine dehlize keçib üzerimi seliqeye salıb elimi desteye
atmışdım...

- Xoş gelmisen... - kenara çekilib Famili içeri buraxmışdım... Üzüme baxmadan ayaqqabılarını soyunub otağa sarı yön almışdı...

- Famil, men süfre hazırlamışam... Elini yu, gel birlikde yeyek... -
Famil kişi idi... O, qürürlu olsa da, ya da kobudluğu seçse de, men
şirin dilimi işe salmaqla heç ne itirmezdim ki...

- Sen ye... Men
yeyib gelmişem... Bundan sonra da zehmet çekib heç ne hazırlama... Ne de
meni gözleme... - sözünü deyib öz yatdığı otağa getmişdi... Ne qeder
güclü olsam da, gözlerim dolmuşdu... Axı men bütün günü eziyyet
çekmişdim... Bütün zehmetimi öz sözlerimi ile yere çırpmışdı... Axı niye
her kes meni incidirdi? Niye heyatımda olan her kes mene qarşı sert
sözlerini serf edirdi? Eger zeif görünmürdümse, bu o demekdir ki, men
incinmirdim? İncinirdim... Sadece, menim xasiyyetimde ağlayıb- sızlamaq,
zeifliyimi üzü vurmaq yox idi... Her şeyi içime atırdım... Ağacı
içinden yeyen qurdlar kimi özüm- özüme düşman kesilmişdim bu
xasiyyetimle...

Bu gün üç günlüyüm olacaqdı... Seher Famil
meni qaynanamgile getirmişdi... Bu 3 günde Familden xoş üz görmesem de,
her seher ondan önce qalxıb süfre qurar, her axşam o gelmemiş yemek
yemezdim... Bunun xeyri olmuşdumu? Yox... Famil bir defe olsun
hazırladığım süfrede oturub yemek yememişdi... Ancaq onu anlamağa
çalışırdım... Bir- birimizi tanımadan aile qurmuşduq ve Familçün
tanımadığı insanı qebul etmek çetin idi... Her halda her kes eyni
hadiseni ferqli şekilde derk edirdi... Men olanları qebul etmeye
çalışsam da, Famile çetin idi... Amma zamanla menim seyimi görse, o da
düzelecekdi... Her halda buna ümid edirdim... Qaynanamgile hem onlar
terefden, hem de bizim terefden bütün xanımlar gelmişdi... Anamgil
müxtelif teamlar hazırlayıb getirmişdiler... Tebrike gelen her kes mene
müxtelif hediyyeler verirdiler... Hamı qaynanama tezlikce nene, mene ise
ana olmağı arzulayırdı... O qeder sıxılırdım ki... İçimden qışqırmaq
gelirdi ki, her şey siz bildiyiniz kimi deyil... Ancaq ne fayda... Yene
sesimi udmuşdum... Axşamüstü her kes dağılışıb getmişdi... Qaynanam
divanda meni yanında otuzdurub barmağıma gözel üzük taxmışdı... Onsuz
da, Arize xala hedden artıq yaxşı insan idi... Anamdan çox can
yandırırdı mene...

- Qızım, bundan sonra men de senin ananam... Lap
istesen, anandan artıq olaram... Ne derdin olsa, çekinme mene de...
Bax, menim gözel balam... Bilirem ki, oğlum qapalı qutudur... Ne
danışır, ne söhbet edir, ne derdini deyir... Vallah, yene eledirse, bunu
öz üstüve yozma... İnan ki, Famil özünü derk edenden beledir... Bir
defe qıza baxsın, maraq göstersin, ya da danışsın görmemişem... Bu insan
bina devrinden qızlara qarşı maraqsız olub... Men oğlumu tanıyıram...
Bilirem ki, istediyi yoxdur... Sen zamanla onun ipini eline yığsan, gözü
başqasını görmeyecek... Familin canı üçün, men ondan soruşub sevdiyin
var deyende yoxumdur dedi... Men de seni körpelikden tanıyıram...
Fikirleşdim ki, onun kimi dinmezi senin kimi biri dile getirer ancaq...
Sene qurban, qızım, Famil ne etse de, sen xoş üzünü eksiltme... Her şey
daha çox senin elindedir... Çalış, özünü sevdir... - Arize xalanın
sözleri üreyime ümid toxumları sepmişdi... Eger Familin sevdiyi ,
doğurdan da, yox idise, men onu ele alardım... Tebii ki, men Famili ne
istemirdim, ne ona qarşı marağım yox idi... Her şeyi ailem dağılmasın
deye edecekdim... Boşanmaqçun ere getmemişdim ki... Hem de boşansam,
ürek rahatlığı ile üz tutacağım doğmalarım yox idi... Valideynlerime
beled idim... Esas da anama... Boşansam, günümü göy esgiye büküb üreyimi
yara edecekdi... Bütün bunları düşündükce çıxış yolunu Famile xoş
davranıb yeni temeli qurulan yuvamı xilas etmekde görürdüm...


Arize xala ile söhbetimizden 4 gün keçmişdi... Her gün eyni minvalda
süfre qurub Famili devet etsem de, meni acılayıb çıxıb gedirdi... Başqa
şeraitde olsam, bunların heç birine dözmezdim... Ancaq Allah heç kesi
çıxılmaz veziyyete salmasın... Ele anlarda insan heç vaxt etmerem
dediklerini de eder hala gelirdi... Bu gün el adeti üzre Familin bibisi
bizi qonaq çağırmışdı... Sırf Familin gözüne girmekçün en gözel donumu
geyinib saçlarımı düzleşdirerek bezenmişdim... Belke, gözelliyimin
ferqine varsa, zamanla eve yığışardı... Bu mesleheti de mene Şelale
vermişdi... Qapının döyülmesinden Familin geldiyini anlayıb dehlize
çıxaraq qapının yanındakı şkafın üzerindeki güzgüde son defe özüme
düzeliş etmişdim... Qapını açıb üzüme gülüş qondurmuşdum...

- Salam... - gözlerimi Familin üzünde gedirsem de, bu insan yene de yere baxırdı...

- Gedek... - heç salamımı almamışdı... Qapıdan binaya çıxmışdım...
Famil qapını bağlayıb önüme keçerek pilleleri enmişdi... Maşının arxa
qapısını açıb menim oturmağımçun hazırda saxlamışdı... Adi jestlerinde
bele menden uzaq olmaq istediyini açıq şekilde gösterirdi... Yol boyunca
dodaqlarımı gemirib başımı aşağı salmışdım... Esebleşende gözlerim
dolardı... Maşının aynasından meni görmesin deye gözlerimi ayağıma
dikmişdim... Familin bibisigil bizi o qeder gözel qarşılamışdılar ki...
Bibisi qoluma qızıl bilerzik taxmışdı... Bu bir heftede menimle kobud
davranan Famil bibisigile ayaq basdığımız andan deyişmişdi... Gah menim
tabağıma yemek qoymaq, gah elimi tutmaq, gah qohumlarına meni terif
etmek... Olanları şok veziyyetde izleyirdim... Onun bu deyişikliyinin
sebebini axtarsam da, yalnız bir variant üzerinde dayanmışdım... Bizim
xoşbext olmadığımızı kenarda bildirmek istemirdi... Geceni yola verib
maşına eyleşdiyimiz zamandan etibaren yene evvelki Famil geri
dönmüşdü... İlahi... Bu nece insan idi? Bele quru biri ile kim yola
gederdi? Heç maşında musiqi de qoşmurdu... Axxxx... Bu maşın menim olsa,
en şen mahnıların sedaları altında züm- züme ederek idare ederdim...
Genc yaşımda ömrüm çürüyürdü... Evveller içimdeki enerjinin çöle
çıxmasına valideynlerim engel olsalar da, indi bele soyuq heyat yoldaşı
ile bu aşıb- daşan coşğumu özüm derinde basdırırdım... Göresen, tale
menim üzüme niye gülmürdü? Maşın binanın önünde saxladıqda Famil enib
menimçün qapını açmadan binaya keçmişdi... Maşından enib qapısını
möhkemce çırpmışdım...

- Öküz!!! Gicbeser!!! - sözlerimi deyib
binaya keçdikde qapını açan Familli görmüşdüm... Qapını açıb içeri
keçmesi ile men de ardından keçib ayaqqabılarımı çıxararaq acığımdan
yere çırpmışdım... Famil ağac kimi kenarda durub heç ne etmirdi...

- Ne durmusan orda? İçeri keçe bilmirsen? - neçe gündür dilime sahib çıxsam da, indi çetin idi...

- Heddini bil!!! - Famil üstüme ele qışqırmışdı ki, diksinmişdim...

- Bilmesem, ne olacaq? Bezmedin bu hereketlerden? Ne vaxta kimi bele
olacağıq? - ne qeder çekinsem de, men ki ipe- sapa yatmayan Narden
idim...

- Ömrümüzün sonuna kimi!!! Başqa sualın yoxdursa, çekil
qapının önünden!!! Gedesi yerim var!!! - sözünü deyib meni qolumdan
tutub kenara iteleyerek qapını çırpıb çıxıb getmişdi... Sen deme, buna
göre bayaq maşını kilitlememişdi...

- Cehenneme get!!! Axmaq!!!
Başıxarab!!! - evde tek olduğumdan qapını bağlayıb deyinerek otağıma
keçib üzerimi deyişmişdim... Çox gözel heyat yaşayırdım... Heç olmazsa,
evveller evde geceleyen erim bir heftemizin tamamında Allah bilir hara
getmişdi... Dilimin altında bextime lenet yağdıraraq yerime
uzanmışdım... Heqiqeten de, bele yaşayış hara qeder davam edecekdi?..

Seheri hirsimden diri gözle açmışdım... Menim esebim tekce Famile
deyildi... Valideynlerime daha beter kin besleyirdim bu deqiqe... Meni
bele heyata sürükleyen onlar idi... Amma Famile de esebim vardı... Niye
menim etdiklerimi görmezden gelirdi? Niye men aramızı düzeltmeye
çalışdıqca Famil içimde olan ümid qığılcımlarını paramparça edirdi?
Bilmirdim... O qeder sualım vardı ki cavabsız qalan... Qapının sesine
yerimden qalxıb dehlize çıxmışdım... Geyimim qapalı olduğundan qapını
açmışdım... Famili içeri buraxıb qollarımı sinemde birleşdirib
dayanmışdım...

- Famil, danışa bilerik? - içimde püskürmeye hazır olan vulkan olsa da, esebimi boğub ortaq dil tapmağa sey gösterirdim...

- Sonra... - sözünü deyib yanımdan öterek otağına getmişdi... Sonra
deyirse, qoy ele olsun... Otağıma keçib üzerimi deyişerek üst- başımı
qaydasına salmışdım... Metbexe keçib yene süfre hazırlamışdım... Ne
olur- olsun bu gün Famille danışacaqdım... Her şeyi hazır etdikden sonra
eşitdiyim ayaq sesine dehlize çıxmışdım...

- Famil, süfre hazır
etmişem... Gel ye, sonra gedersen... - ne qeder içimi didsem de, onu
şirin dille yola getirib söhbet etmeli idim...

- Ay Allah... Özün
mene sebir ver... Sen ne qeder meneviyyatsız insansan... İnsanda neçe üz
olar? Menliyin yoxdur beyem? Başa düş de!!! İs- te- mi- rem!!! Ne seni,
ne etdiyin neyise istemirem!!! Hansı dilde başa salım? Bezdirmisen
lap!!! Senin üzünden eve rahat girib- çıxa bilmirem!!! Ele tutmusan ki,
yemek ye... A bala, istemirem!!! Başın alır? Bura bir defelik sal!!!
İstemirem!!! - barmağı ile başıma döyüb söylediyi sözlerden dehşete
gelmişdim... Axı men ne etmişdim onun bele düşünmesine sebeb olan? Ne?

- Famil, bele danışma... Geri dönüşü olmayan sözler deme... -
boğazımdakı qeheri udub dilimi işe salmışdım... Boğulsam da, onun
qarşısında zeif görüne bilmezdim...

- Sen ne danışırsan axı? Guya ne
edesisen? Hara gede bilersen ki? Dilini ud!!! Başımı- qulağımı
aparma!!! Birde men evde olanda gözüme görünme!!! - sözlerini deyib
qapını açaraq çıxıb getmişdi... Özümü tuta bilmeyib hıçqıraraq ağlamağa
başlamışdım... Men bele yaşaya bilmezdim... Bele alçaldılıb yaşasam,
ölerdim... Bes neyleyecekdim? Famil doğru deyirdi... Hara gede bilerdim
ki? Dözmekden savayı çıxış yolum vardı ki?




Müəllif: Sabina Nurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!