Qəlbimdəki sözlər (Bölüm 5)

Qəlbimdəki sözlər (Bölüm 5)
Sevgi Dünyası
10.09.2017 15
Geceni yorğunluqdan çox rahat yatmışdım... O derece ki, yanımda
top atılsa, oyanmazdım... Otağıma düşen güneş şüalarının teesirinden
gözlerimi qıyaraq açmışdım... Gözüm otaqdakı saata sataşdıqda vaxtın
günortaya yaxınlaşdığını görüb yerimden sıçramışdım... Üzerime rahat ev
geyimi keçirib saçımı toparlayaraq metbexe yollanmışdım...

Dehlizde gördüyüm ayaqqabılardan Familin evde olduğunu anlamışdım...
Aramızda er- arvad münasibeti olmasa da, eyni dam altında iki yad kimi
olmağımızı istemirdim... En azından zamanla dostlaşa bilerdik... Gözel
süfre qurub Famile laqeyid olmadığımı göstermek isteyirdim... Hevesle
her şeyi hazır etmişdim... Çayı demlemeyi sona saxladığımçun indi de bu
işle meşğul olurdum... Yaxınlaşan ayaq seslerini eşitsem de, el
saxlamamışdım..
. Qoy özü gelsin, men sonra süfreye devet ederem deye düşünmüşdüm...

- Bu ne çak- çukdu... Başıma düşdü ki ses... Ele bil acığa edir...
Qoymadı rahat yuxumuzu yataq... - Familin metbexe keçerek söylediyi
sözlerden tutulub demliyi kenara qoyaraq üzümü ona dönmüşdüm...

-
Men ses etmek istemirdim... Süfre qurdum ki, ac qalmayaq... Hem de evin
içinde düşman olası deyilik ki... İki medeni insan kimi eyni menzili
rahat şekilde bölüşe bilerik... - men esla kiminse sözleri altında
qalmazdım... Belke, esas niyyetimi anlasa, mene qarşı bu terz kobudluğu
kenara qoyardı...

- Mene seninle heç ne lazım deyil... Yemeyi
çölde yeyecem... Telefonu bura qoyuram. Dünen cibimde qalmışdı...
Anangille danışsan her şeyin qaydasında olduğunu deyersen... Men lazım
olanları anama verecem... - Famil danışdıqca reng alıb reng verirdim
utandığımdan...
Sözlerini
deyib metbexden çıxmışdım... Qapının sesinden getdiyini anlamışdım...
Masaya yaxınlaşıb telefonumu elime alaraq metbexden çıxmışdım... Bayaqkı
iştahımdan eser qalmamışdı... Famil bey adamda neyese heves qoymuşdu
ki? Qonaq otağına keçib divanda yerimi rahatlayaraq telefonu açmışdım...
Dünen anamın tenbehlerinden sonra ilk önce ona yığmalı idim... Heç bir
çağırış bitmeden zeng açılmışdı... Deyesen, anam barmağını "yes"
düymesinin üstüne qoymuşdu...

- A bala, saatdan xeberin var?
Dememişdim ki, gece bir yolla meni xeberdar ele... Artıq günortadıre...
Nece oldu? Özünü yaxşı hiss edirsen? - anama motor qoşmuşdular sanki...
Bir nefese üyüdüb tökürdü...

- Mama, bir nefes al... Her şey yaxşıdır... - başqa ne deyeydim ki?

- Ay Allah, bu qız meni öldürecek... Kelbetin lazımdır danışmağınçun..
. Erinle aran necedir? Evdedir? Eger evdedirse, denen gedib parçanı anasına versin... O yazıq da narahat qalıb...

- Mama, qurban olum, bu haqda danışmayaq... Famil özü her şeyi hell
edecek... Men de yaxşıyam... İndi işlerim var... Sonra danışarıq... -
bilmirdim anamın suallarından nece yaxa qurtarım... Axır birteher zengi
sonlandırmışdım
...
Familin her şeyi nece hell edeceyi haqqında fikrim yox idi... Ancaq onun
sözünü dinleyib anama yalan danışmışdım... Hem de özüm düşünürdüm ki,
zamanla bir- birimizi tanısaq bu soyuqluq aradan qalxar... Biz qadınlar
her zaman yaxşıya ümid edirik... Belke de, sehvimiz ele buradan
başlayırdı... Üreyim yaman sıxılırdı... Hemişe hadiseleri yüz ölçüb bir
biçerdim... İndi de anlayırdım ki, er- arvad arasında olanlar kenara
çıxmamalıdır...
Amma
olanları kimlese bölüşmeli idim... Şelaleden savayı etibar edeceyim şexs
yox idi... Telefonu elime alıb heyatda meni her zaman ailemden bele
gözel anlayan insanı yığmışdım...

- Narrrrr... Yaxşı ki yığdın...
İnan ki, bir az da gözleyecekdim, eger zeng etmesen utanmaqdan keçib
fikirleşib özüm yığacaqdım... Danış hele görüm erinle aran necedir...
Heç olmasa, dil tapa bildiz? Özünü nece hiss edirsen? Yaxşısan? - Şelale
de anamdan geri qalmırdı...

- Şeli, heç ne olmadı... - udqunub bir cümle qura bilmişdim...

- Nece olmadı? Ne olmadı? - Şelale deyesen teecüblenmişdi.
..

- Şey de... Özün bilirsen ki... Famil istemedi...

- Nece? Beyem bu kişi deyil? Kişi de qadına yox deyer? Deyesen, senin
bu erin başıxarab çıxdı... Bes indi nece olacaq? Mamangile ne dedin? -
Şelaleye her şeyi birce- birce danışmışdım... Belke de, bu etdiyim çox
böyük sehv idi... Ancaq men de insan idim... Her şeyi öz içimde düşünüb
hell ede bilmezdim ki...

- Kobud!!! Axmaq!!! Sen çetin ki, ona
dözesen... Vallah, men olsam çaydanı başına çırpmışdım... Bu qeder
eziyyet çek, beyimiz ne etsin...

- Şeli, qurtardınsa, meslehet
ver... İndi men ne edim? Nece davranım? Sence, yene süfre qurum? -
üreyimi diden sualların cavabını başqasında axtarırdım...

- Ne
bilim... Ere geden sensen... Amma mama hemişe deyirdi ki, yuvanı Quran
qadındır... Sen de qurmağa çalış... Özün ki inadçı qızsan... Demeli, bu
dönmezliyini Famil beye sübut etmelisen... - Şelale mene uzun- uzadı
meslehetler vermişdi... Qerar vermişdim ki, erimi ele alım... Bir kere
ere getmişdimse, her şeyi qaydasına salmağa cehd etmeli idim... Elimi-
elimin üzerine qoyub oturmaqla ne qazanacaqdım ki? Bele etsem, erimi
itire bilerdim... Metbexe keçib axşama kimi gözel yemekler
hazırlamışdım..
. Familin
neleri sevdiyini bilmesem de, en dadlı bişirdiyim yemeklerden bir
neçesini hazır etmişdim... Üstelik gözel süfre de qurmuşdum... Özüm de
çimib en yaxşı ev geyimini üzerime keçirmişdim... Axşam saat on olsa da,
Famil gelmemişdi... Men de ağzıma tike qoymadan onu gözlemişdim... Bir
neçe deqiqe sonra qapının döyülmesine dehlize keçib üzerimi seliqeye
salıb elimi desteye atmışdım...

- Xoş gelmisen... - kenara çekilib Famili içeri buraxmışdım... Üzüme baxmadan ayaqqabılarını soyunub otağa sarı yön almışdı...

- Famil, men süfre hazırlamışam...
Elini yu, gel birlikde yeyek... - Famil kişi idi... O, qürürlu olsa da,
ya da kobudluğu seçse de, men şirin dilimi işe salmaqla heç ne
itirmezdim ki...

- Sen ye... Men yeyib gelmişem... Bundan
sonra da zehmet çekib heç ne hazırlama... Ne de meni gözleme... - sözünü
deyib öz yatdığı otağa getmişdi... Ne qeder güclü olsam da, gözlerim
dolmuşdu... Axı men bütün günü eziyyet çekmişdim... Bütün zehmetimi öz
sözlerimi ile yere çırpmışdı... Axı niye her kes meni incidirdi? Niye
heyatımda olan her kes mene qarşı sert sözlerini serf edirdi? Eger zeif
görünmürdümse, bu o demekdir ki, men incinmirdim? İncinirdim... Sadece,
menim xasiyyetimde ağlayıb- sızlamaq, zeifliyimi üzü vurmaq yox idi...
Her şeyi içime atırdım... Ağacı içinden yeyen qurdlar kimi özüm- özüme
düşman kesilmişdim bu xasiyyetimle...


Bu gün üç günlüyüm olacaqdı... Seher Famil meni qaynanamgile
getirmişdi... Bu 3 günde Familden xoş üz görmesem de, her seher ondan
önce qalxıb süfre qurar, her axşam o gelmemiş yemek yemezdim... Bunun
xeyri olmuşdumu? Yox... Famil bir defe olsun hazırladığım süfrede oturub
yemek yememişdi... Ancaq onu anlamağa çalışırdım... Bir- birimizi
tanımadan aile qurmuşduq ve Familçün tanımadığı insanı qebul etmek çetin
idi... Her halda her kes eyni hadiseni ferqli şekilde derk edirdi...
Men olanları qebul etmeye çalışsam da, Famile çetin idi... Amma zamanla
menim seyimi görse, o da düzelecekdi... Her halda buna ümid edirdim...
Qaynanamgile hem onlar terefden, hem de bizim terefden bütün xanımlar
gelmişdi... Anamgil müxtelif teamlar hazırlayıb getirmişdiler..
.
Tebrike gelen her kes mene müxtelif hediyyeler verirdiler... Hamı
qaynanama tezlikce nene, mene ise ana olmağı arzulayırdı... O qeder
sıxılırdım ki... İçimden qışqırmaq gelirdi ki, her şey siz bildiyiniz
kimi deyil... Ancaq ne fayda... Yene sesimi udmuşdum... Axşamüstü her
kes dağılışıb getmişdi... Qaynanam divanda meni yanında otuzdurub
barmağıma gözel üzük taxmışdı... Onsuz da, Arize xala hedden artıq yaxşı
insan idi... Anamdan çox can yandırırdı mene...

- Qızım, bundan
sonra men de senin ananam... Lap istesen, anandan artıq olaram... Ne
derdin olsa, çekinme mene de... Bax, menim gözel balam... Bilirem ki,
oğlum qapalı qutudur... Ne danışır, ne söhbet edir, ne derdini deyir...
Vallah, yene eledirse, bunu öz üstüve yozma... İnan ki, Famil özünü derk
edenden beledir... Bir defe qıza baxsın, maraq göstersin, ya da
danışsın görmemişem... Bu insan bina devrinden qızlara qarşı maraqsız
olub... Men oğlumu tanıyıram... Bilirem ki, istediyi yoxdur... Sen
zamanla onun ipini eline yığsan, gözü başqasını görmeyecek... Familin
canı üçün, men ondan soruşub sevdiyin var deyende yoxumdur dedi... Men
de seni körpelikden tanıyıram... Fikirleşdim ki, onun kimi dinmezi senin
kimi biri dile getirer ancaq... Sene qurban, qızım, Famil ne etse de,
sen xoş üzünü eksiltme... Her şey daha çox senin elindedir... Çalış,
özünü sevdir... - Arize xalanın sözleri üreyime ümid toxumları
sepmişdi... Eger Familin sevdiyi , doğurdan da, yox idise, men onu ele
alardım... Tebii ki, men Famili ne istemirdim, ne ona qarşı marağım yox
idi... Her şeyi ailem dağılmasın deye edecekdim... Boşanmaqçun ere
getmemişdim ki... Hem de boşansam, ürek rahatlığı ile üz tutacağım
doğmalarım yox idi... Valideynlerime beled idim... Esas da anama...
Boşansam, günümü göy esgiye büküb üreyimi yara edecekdi... Bütün bunları
düşündükce çıxış yolunu Famile xoş davranıb yeni temeli qurulan yuvamı
xilas etmekde görürdüm...

Arize xala ile söhbetimizden 4
gün keçmişdi... Her gün eyni minvalda süfre qurub Famili devet etsem
de, meni acılayıb çıxıb gedirdi... Başqa şeraitde olsam, bunların heç
birine dözmezdim... Ancaq Allah heç kesi çıxılmaz veziyyete salmasın...
Ele anlarda insan heç vaxt etmerem dediklerini de eder hala gelirdi...
Bu gün el adeti üzre Familin bibisi bizi qonaq çağırmışdı... Sırf
Familin gözüne girmekçün en gözel donumu geyinib saçlarımı düzleşdirerek
bezenmişdim... Belke, gözelliyimin ferqine varsa, zamanla eve
yığışardı... Bu mesleheti de mene Şelale vermişdi... Qapının
döyülmesinden Familin geldiyini anlayıb dehlize çıxaraq qapının
yanındakı şkafın üzerindeki güzgüde son defe özüme düzeliş etmişdim...
Qapını açıb üzüme gülüş qondurmuşdum...


- Salam... - gözlerimi Familin üzünde gedirsem de, bu insan yene de yere baxırdı...

- Gedek... - heç salamımı almamışdı... Qapıdan binaya çıxmışdım...
Famil qapını bağlayıb önüme keçerek pilleleri enmişdi... Maşının arxa
qapısını açıb menim oturmağımçun hazırda saxlamışdı... Adi jestlerinde
bele menden uzaq olmaq istediyini açıq şekilde gösterirdi... Yol boyunca
dodaqlarımı gemirib başımı aşağı salmışdım... Esebleşende gözlerim
dolardı... Maşının aynasından meni görmesin deye gözlerimi ayağıma
dikmişdim... Familin bibisigil bizi o qeder gözel qarşılamışdılar
ki... Bibisi qoluma qızıl bilerzik taxmışdı... Bu bir heftede menimle
kobud davranan Famil bibisigile ayaq basdığımız andan deyişmişdi... Gah
menim tabağıma yemek qoymaq, gah elimi tutmaq, gah qohumlarına meni
terif etmek... Olanları şok veziyyetde izleyirdim... Onun bu
deyişikliyinin sebebini axtarsam da, yalnız bir variant üzerinde
dayanmışdım... Bizim xoşbext olmadığımızı kenarda bildirmek istemirdi...
Geceni yola verib maşına eyleşdiyimiz zamandan etibaren yene evvelki
Famil geri dönmüşdü... İlahi... Bu nece insan idi? Bele quru biri ile
kim yola gederdi? Heç maşında musiqi de qoşmurdu... Axxxx... Bu maşın
menim olsa, en şen mahnıların sedaları altında züm- züme ederek idare
ederdim... Genc yaşımda ömrüm çürüyürdü... Evveller içimdeki enerjinin
çöle çıxmasına valideynlerim engel olsalar da, indi bele soyuq heyat
yoldaşı ile bu aşıb- daşan coşğumu özüm derinde basdırırdım... Göresen,
tale menim üzüme niye gülmürdü? Maşın binanın önünde saxladıqda Famil
enib menimçün qapını açmadan binaya keçmişdi... Maşından enib qapısını
möhkemce çırpmışdım...

- Öküz!!! Gicbeser!!! - sözlerimi deyib
binaya keçdikde qapını açan Familli görmüşdüm... Qapını açıb içeri
keçmesi ile men de ardından keçib ayaqqabılarımı çıxararaq acığımdan
yere çırpmışdım... Famil ağac kimi kenarda durub heç ne etmirdi...

- Ne durmusan orda? İçeri keçe bilmirsen? - neçe gündür dilime sahib çıxsam da, indi çetin idi...

- Heddini bil!!! - Famil üstüme ele qışqırmışdı ki, diksinmişdim...


- Bilmesem, ne olacaq? Bezmedin bu hereketlerden? Ne vaxta kimi bele
olacağıq? - ne qeder çekinsem de, men ki ipe- sapa yatmayan Narden
idim...

- Ömrümüzün sonuna kimi!!! Başqa sualın yoxdursa,
çekil qapının önünden!!! Gedesi yerim var!!! - sözünü deyib meni
qolumdan tutub kenara iteleyerek qapını çırpıb çıxıb getmişdi... Sen
deme, buna göre bayaq maşını kilitlememişdi.
..

- Cehenneme get!!! Axmaq!!! Başıxarab!!! - evde tek olduğumdan qapını
bağlayıb deyinerek otağıma keçib üzerimi deyişmişdim... Çox gözel heyat
yaşayırdım... Heç olmazsa, evveller evde geceleyen erim bir heftemizin
tamamında Allah bilir hara getmişdi... Dilimin altında bextime lenet
yağdıraraq yerime uzanmışdım... Heqiqeten de, bele yaşayış hara qeder
davam edecekdi?..

Seheri hirsimden diri gözle açmışdım...
Menim esebim tekce Famile deyildi... Valideynlerime daha beter kin
besleyirdim bu deqiqe... Meni bele heyata sürükleyen onlar idi... Amma
Famile de esebim vardı... Niye menim etdiklerimi görmezden gelirdi? Niye
men aramızı düzeltmeye çalışdıqca Famil içimde olan ümid qığılcımlarını
paramparça edirdi? Bilmirdim... O qeder sualım vardı ki cavabsız
qalan... Qapının sesine yerimden qalxıb dehlize çıxmışdım... Geyimim
qapalı olduğundan qapını açmışdım... Famili içeri buraxıb qollarımı
sinemde birleşdirib dayanmışdım...

- Famil, danışa bilerik? - içimde püskürmeye hazır olan vulkan olsa da, esebimi boğub ortaq dil tapmağa sey gösterirdim...

- Sonra... - sözünü deyib yanımdan öterek otağına getmişdi... Sonra
deyirse, qoy ele olsun... Otağıma keçib üzerimi deyişerek üst- başımı
qaydasına salmışdım... Metbexe keçib yene süfre hazırlamışdım..
. Ne olur- olsun bu gün Famille danışacaqdım...
Her şeyi hazır etdikden sonra eşitdiyim ayaq sesine dehlize çıxmışdım...

- Famil, süfre hazır etmişem... Gel ye, sonra gedersen... - ne qeder
içimi didsem de, onu şirin dille yola getirib söhbet etmeli idim...

-
Ay Allah... Özün mene sebir ver... Sen ne qeder meneviyyatsız
insansan... İnsanda neçe üz olar? Menliyin yoxdur beyem? Başa düş de!!!
İs- te- mi- rem!!! Ne seni, ne etdiyin neyise istemirem!!! Hansı dilde
başa salım? Bezdirmisen lap!!! Senin üzünden eve rahat girib- çıxa
bilmirem!!! Ele tutmusan ki, yemek ye... A bala, istemirem!!! Başın
alır? Bura bir defelik sal!!! İstemirem!!! - barmağı ile başıma döyüb
söylediyi sözlerden dehşete gelmişdim... Axı men ne etmişdim onun bele
düşünmesine sebeb olan? Ne?

- Famil, bele danışma... Geri dönüşü
olmayan sözler deme... - boğazımdakı qeheri udub dilimi işe salmışdım...
Boğulsam da, onun qarşısında zeif görüne bilmezdim...

- Sen ne
danışırsan axı? Guya ne edesisen? Hara gede bilersen ki? Dilini ud!!!
Başımı- qulağımı aparma!!! Birde men evde olanda gözüme görünme!!! -
sözlerini deyib qapını açaraq çıxıb getmişdi... Özümü tuta bilmeyib
hıçqıraraq ağlamağa başlamışdım... Men bele yaşaya bilmezdim... Bele
alçaldılıb yaşasam, ölerdim... Bes neyleyecekdim? Famil doğru deyirdi...
Hara gede bilerdim ki? Dözmekden savayı çıxış yolum vardı ki?




Müəllif: Sabina Nurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!