Qəlbimdəki sözlər (Bölüm 6)

Qəlbimdəki sözlər (Bölüm 6)
Sevgi Dünyası
10.09.2017 14
Bütün günümü düşünceler içinde keçirmişdim... Men heç zaman uzun
müddetlik depresiyaya düşmezdim... Hemişe özümü ele almağı bacarardım...
İndi de ele olacaqdım... Bir şey ki, Famil istemirdi, onunçun elimi
ağdan qaraya vurmayacaqdım..

.
Mene de Narden deyerler... Gece bu boyda evde tek qalmışdım... Er olan
bende heç düşünmemişdi ki, men qorxaram, ya yox... Cehenneme düşünsün...
Meni insan yerine qoymayanı men 10 gün evvelden qoymayacaqdım..
. Onun dediyi sözleri udmayacaqdım...
Hamısını birce- birce özüne qaytaracaqdım..
. Seher qapının sesine yavaş addımlarla dehlize çıxmışdım... Özüm bile- bile qapını gec açmışdım...

- Ölmüsen? Bu zibili vaxtında açmaq olmur? - yaman esebleşmişdi...
Ele mene de bu lazım idi...

- Zehmet çek, açar götür üstünde... Bundan sonra qapını kilitleyecem,
gelende açarla özün açarsan!!! Qabağında qulluqçu yoxdur!!! - arxamı ona
dönerek sözlerimi deyib otağıma addımlamışdım..
.
İt kimi vengildeyib deyindiyini eşitsem de, mehel qoymamışdım...
Otağıma keçib içeriden qapını bağlamışdım... Ne qeder olmasa, özümü
qorumalı idim... Kişilerden ne desen gözlemek olardı... Otağımı seliqeye
salıb üzerimi rahatlamışdım..
. Telefonda şen mahnı qoşub sesini en yüksek tona qaldırmışdım...
Acığa özüm de möhkemden oxuyurdum... Bunu etmekle Famile onun dünenki
sözlerini vecime almadığımı göstermek idi niyyetim... Beyem dünen
olanları önemsemirdim ki? Eksine... Bütün kelimeler qelbime ox kimi
sancılıb kesik atmışdı... Bundan sonra min ömür de yaşasam, bele
alçaldıcı sözleri unuda bilmezdim... Qapının möhkem çırpılmasını eşidib
Familin getdiyini anlamışdım... Her şey bir yana bizim bu
emosiyalarımızı
n
cezasını qapı çekirdi... Axırda dözmeyib sınacaqdı... Lap ev başıma
uçsa da, Famile icaze vermeyecekdim ki, meni sındırsın... Men ele ata-
ana ile baş etmişdim... Familden 10 çömçe artıq olan qardaşa baş
qaldırmışdım...
Bunlara da dözecekdim... Ta ki üreyim söz kesiklerinden paramparça olana kimi dözecekdim...

Bir hefte idi ki, Famille eyni evi paylaşan iki düşmana çevrilmişdik...
Veziyyet o hedde çatmışdı ki, Famil geceler eve gelmirdi... Bir tek üzerini deyişmekçün evin yolunu xatırlayardı...
Bunu özüme derd edirdimmi? Ne yalan deyim ki, edirdim... Geleceyimle bağlı qorxularım olduğu üçün derdlenirdim...
Yoxsa ki, Familin mene qarşı olan münasibeti kefime deymirdi... En çox
boşanmağı özüme böyük probleme çevirmişdim... Hele 15 günlük evli idik
ve men boşanmağı düşünürdüm... Veziyyet o derece gergin forma almışdı...
Bütün günümü dörd divar arasında keçirirdim... Gelin olduğum vaxtdan
beri heç yere çıxıb temiz havanı udmamışdım... Yaxşı ki, televizor ve
radio vardı... Başımı qatırdım onlarla... Evde her yeri temizlesem de,
Familin otağına ve eşyalarına barmağımın ucunu da sürmemişdim... Kirli
paltarları otağında divar küncünü bezese de, gözüm aydın... İstemirem
deyen kişi bunları da nezere alardı... Zehmet çekib geceler harda
qalırsa, işlerini de orada gördürsün...

Qonaq otağında
divanda eyleşib televizorda kinoya baxaraq qarşımdakı masaya qoyduğum
sininin içinden yemeyimi yeyirdim... Yaxşı ki, neyi etmese de, Famil eve
erzaq alıb getirirdi... Qarnımı ac saxlamırdı... Qapının sesine Familin
geldiyini anlasam da, öz işimde idim... Yavaş- yavaş yemek yeyib gözümü
ekrandan çekmirdim... Süretle yaxınlaşan ayaq seslerinden Familin esebi
olduğunu anlasam da, özümü o yere qoymamışdım...

- Bunlar nedir? He? - gözümü ekrandan çekib nezerlerimi onun elinde yellediyi paltarlarla yöneltmişdim...


- Aaaaa... Ne olduğunu bilmirsen? Yoxsa, utunmusan? Dayan, men xatırladaram...
Paltardır da... Hamı geyinir ha... Bax, onlardan... - müeyyen jestlerle
cümleleri qurmuşdum... Familin qızarmasından emelli damarına basdığımı
anlamışdım... Amma onun sözleri qarşısında bu bir damla bele deyildi...

- Narden!!! Menim sebrimi sınama!!! Bunlar niye yuyulmayıb? - elindeki
köynekleri qabağıma tullamışdı... İlk defe idi ki, Famil menim adımı
diline alırdı...

- Famil? Sen bu aralar unutqan olmusan,
yoxsa bu verdiş sende her zaman vardı da men indi bilmişem... Özün bir
hefte önce menden heç ne istemediyini dememişdin? Men de dediyine emel
etmişem de... - burada Famil meni boğub öldürse de, dilimi işe
salmışdımsa, udmayacaqdım...


- Sen çox qelet edirsen!!! Bildin? Ere gelmisense vezifelerini icra etmelisen!!! - göresen, bunları kim deyirdi?

- O boyda idarede işleyirsen, danışığını bilmirsen!!! Sen canı qoy
oturmuşam... Get işinin dalısınca... İnsan birinci özüne baxar, sonra
özgeye araba qoşar!!! - sözlerimi deyib qarşımdakı xiyardan ağzıma qoyub
xartıldatmağa başlamışdım...

- Men özümde neye baxacam? Bele dürüstsense, sözünü açıq de!!! - Famil, deyesen, dava axtarırdı...

- Demeyim odur ki, sen ne zaman erliyini etdin ki, menden arvadlıq
gözleyirsen? Get bu paltarlarını geceler yanında qaldıqlarına ver,
yusunlar!!! Menden nese teleb etmeye senin haqqın çatmır!!! İndiyse
icazenle yemeyime davam edecem... - Familin sıxılmış yumruqlarından
sözlerimin min qatını deldiyini anlamışdım... Ağzıma loxma qoyub
çeynemeye başlamışdım...

- Yediyin yemekden utan!!! Oturmusan bütün
günü evde elin ayağın quru... Yeyib- içib kef çekirsen!!! O yediklerini
men qazanmışam!!! Menim zehmetimle qarnın doyur!!! İki dene paltar
yumağa canın çıxır... Adam yediyi çöreyin haqqını verer!!! Men olmasam,
qarnın ac qalacaq, xeberin yoxdur!!! Bundan sonra hele bir menim
neyimise temiz saxlama, bilecem neynirem!!! Nuş olsun!!! - dediyi
sözlerden ağzımdakı tikeni çeyneye bilmemişdim... Otaqdan çıxıb
ayaqqabısını geyinerek qapını çırpıb getmişdi... Qapının sesine özüme
gelib ağzımdakı tikeni udmuşdum... Başıma qaxmışdı... Yediyim bir qarın
çöreyi başıma qaxmışdı... Ne qeder güclü olsam da, bu sözleri hezm ede
bilmezdim... Gözümden ixtiyarsız yaş axmağa başlamışdı... Men nece
insana ere getmişdim? Eger buna insan demek mümkündürse... İnsan olan
insan verdiyi bir parça çöreyi göze soxmazdı... O qeder pisime gelmişdi
ki... Bir neçe deqiqe sonra özüme gelib telefonumu elime almışdım... Bu
evde daha artıq qalmaq istemirdim... En azından 1- 2 gün uzaqlaşmağa
ehtiyacım vardı... Heç üreyimden keçmese de, anamı yığmışdım...

- Alo, qızım... Ne yaxşı anan olduğunu xatırladın... - anam guya özü lap menimle maraqlanan insan kimi hele sitem edirdi...

- Mama, bir dünen yığmamışam...

- Narden, sesin niye pis gelir? Nese olub? - bayaq ağladığımdan sesim xırıldayırdı...

- Mama, men eve gelmek isteyirem... Burada qala bilmirem... Famille
yola getmirem... Heç olmazsa, 1-2 günlük gelim... Vallah, üreyim
darıxır... - evimizde meni ferqli aura gözlemese de, Familli görmekden
xilas olacaqdım...

- Ay qız, senin başın xarab olub? Eve
gelmek nedir? Otur oturduğun yerde... Senin yerin erinin yanıdır...
Adama ne deyerler? Hele 1 ayın gelini deyilsen, ata evi arzulayırsan...


- Mama, 1-2 günden ne olasıdır ki? Famille sözleşmişik... Menimle çox
ağır danışdı... Heç olmazsa, 1 günlük gelim... Sonra qayıdacam... -
anama ilk günden her şeyi olduğu kimi danışmadığımdan
indi de veziyyeti açıb- ağarda bilmezdim...

- Kül senin qız başına!!! Arvad oldun da dilini saxlamadın... Ne
demisen ki, uşaq senle sözleşib? He? Men bilmirem ki, Familin ağzında
dili yoxdur... Öz malımı tanıyıram da... Allah bilir neynemisen...
Durduq yere söhbet yaranır? Qeletivi ele, birde mene bele şeyçün zeng
eleme!!! Biz o qeder söyülüb, döyülmüşük ki... Arvad olmadıq? Sen de
öyreşersen... Şirin diline sala bilmirsen, hele günahı yazıq uşağa
yükleyirsen... Bu qız meni yandırıb- tökür de... Gire bilmirsen erinin
qılığına? Gerek men öyredem? Ay Allah, özün mene sebir ver bu qızın
elinden!!! Ere getdi, düzelmedi... Yere soxum senin boyuvu!!! Qarnıma
şiş bataydı sen olan yerde!!! Ere verdik ki, bize de xeyri deysin, bu
indiden evden qaçmağın yolunu axtarır... - anam bir nefese sayıb-
tökürdü... Sözlerini eşitdikce o qeder pis olurdum ki, yavaşca
ağlayırdım... Bu da ana... Menim evezime Familin terefini tuturdu...

- Sağol... - sözümü deyib zengi sonlandırmışdım
... Bu gün yeterince alçaldılmışdım.
..
Famil bir yana hele anamın sözleri meni daha çox yandırıb tökmüşdü...
Anamın derdi ad- san idi... Hamının arasında " Qızım gör kime gelin
gedib... " demek idi... Menim derdimi soruşub maraqlanmırdı..
.
Bele veziyyetde Familin yanında qalmaqdan savayı çarem vardı ki? Lap bu
qapıdan çıxsam, hara penah getirecekdim? Ürek istiliyi ile hara
gedecekdim? Heç yere... Evimize getsem de, veziyyet ferqli
olmayacaqdı... Tehqir idise, evimize getsem, anam her deqiqe günümü qara
edecekdi... En azından Famili günde bir defe görürdüm... Getdiyi yere
kimi dözecekdim...

4 gün idi ki, Familin üzünü görmürdüm...
O, eve gelen kimi men otağıma keçib çöle çıxmırdım... Amma onun
paltarlarını ve otağını qaydasına salmışdım... Yeniden dava çekecek
halda deyildim... Başım- qulağım dinc olsun deye edirdim her şeyi...
Günüm eyni qaydada keçirdi... Sağolsun Şelale... Mene can yandırıb ürek-
direk veren tek o vardı heyatımda... Şelale de olmasa, fikirden
birteher olardım... Axşam qonaq otağında divanda uzanıb televizora
baxırdım... Familin gelmeyeceyini bildiyimden axşamlar evde istediyim
şekilde hereket edirdim... Eşitdiyim qapı sesine yerimden dikelmişdim...


- Gelecem de, yaxşı... Söz dedim axı... Helelik... - Famil
telefonla danışaraq otağa keçib zengi sonlandıran kimi divanın diger
terefine keçib oturmuşdu... Bir neçe deqiqe gözünü qapayıb dinceldikden
sonra ayağa qalxıb otaqdan çıxmışdı... Bayaq elinde olan telefonu indi
divanın üzerinde qalmışdı... Şeytan ağlımı min fikirle doldururdu...
Göresen, kimle danışırdı? Ay Narden, sen de qeribesen lap... Kimle
olacaq, sevgilisi ile... Beynimin bir terefi Familin gezdiyi olduğunu
dese de, bezen düşünürdüm ki, belke özü ev tutub tek başına yaşayır...
Bir yandan Familin geleceyinden çekinsem de, diger yandan şeytan beynimi
doldurub meni telefona sarı çekirdi... Tereddüdde idim... Dırıltı sesi
ile telefonun işığı yanmışdı... Mesaj avtomatik olaraq ekrana
çıxdığından oxumaq çetin olmamışdı..." Gel ha... Gözleyirem... Dünenki
gecenin davamını mütleq getirmeliyik...
" mesaj Rus dilinde olsa da, men bu dili çox gözel bilirdim... Teecüblüsü o idi ki, mesaj " Cabir" adından gönderilmişdi..
.
Ağlımda süretli şekilde iki variant dövr etmişdi... Ya oğlan sehven
mesajı Famile yollamışdı, ya da menim erim telefonuna qızları oğlan adı
altında qeyd edirdi... Eşitdiyim ayaq seslerinden arxama yaslanıb gözümü
televizorun ekranına zillemişdim... Famil telefonu eline alan kimi
altdan- altdan baxışlarımı onun simasında cemlemişdim... Gülümsemesinden
her şey aydın olmuşdu... Familin geceleri yanında keçirdiyi insanı
vardı... Otaqdan dehlize çıxmışdı... Qapının sesinden getdiyini
anlamışdım... O getmişdi, bes men beynimdeki qarışıq fikir dalğasından
hara qaçıb gedecekdim? Yoxsa, bundan sonra da sınmış qürurum ve
alçaldılmış menliyimle bu evde yaşamağa davam edecekdim?.




Müəllif: Sabina Nurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!