Zamanın ayıra bilmədiyi insanlar (Bölüm 3)

Zamanın ayıra bilmədiyi insanlar (Bölüm 3)
Sevgi Dünyası
10.09.2017 7
Mən evə gəldim.Anam mənim üçün qəşəng dadlı yemık bişirmişdi,evidə səliqəyə salıb getmişdi.Mən əllərimi yuyub mətbəxə keçdim və anamın bişirdiyi dadlı yeməklərdən yeməyə başladım.Yeməyimi yeyə-yeyə bu gün olanları xatırladım.Unutduğum
acı xatirələrim yenidən canlanmışdı gözümün önündə.Özümdən asılı olmadan çəngəli qaba hirslə vururdum.Bunları düşünə-düşünə yeməyimi nə vaxt yeyib bitirmişdim bilmədim. Saat 19:00 soyuq noyabr
ayı idi.Göyün üzü qapqara buludlarla örtülmüşdü.Bu bir neçə dəqiqədən sonra güclü yağış yağacağını
göstərirdi.Yataq otağıma girəndə gözüm ilk olaraq çarpayımın
yanında asdığım təyyarə şəklinə sataşdı.Bir anlıq uşaqlığımı
xatırladım.Bu sahəni,bu peşəni seçməyi atam mənə demişdi,çünki
özüdə pilot olmuşdu.Amma atam ağciyər xərçəngindən vəfat etdi.Atamın ölümü hamımızı
sarsıtmişdi.Atam öləndə mən 8ci sinifdə oxuyurdum.Qardaşımda
universitetde oxuyurdu.Ata itkisi bizim üçün pis olmuşdu.Atamın vəfatından sonra əmim bizə sahib çıxmışdı.Bizi öz övladlarından
ayırmırdı,hər
zaman yanımızda olurdu.Əvvəl biz
kiçik məhəllədə qalırdıq.Balaca evimiz vardı
orda.Kiçik bağçamızda vardı.Atam orda rəngbərəng güllər əkmişdi,1-2 meyvə ağacı da vardı.Çox sevirdim
bu məhəlləmizi.Burda çoxlu dostlarım
vardı.Nə dəcəlliklər etmişəm o məhəllədə,nələr gətirmişəm valideynlərimin başına.Yadıma düşəndə özümə gülürəm.Bizim qonşuluğumuzda Nəbi dayı ilə Sədaqət xalagil yaşayırdı.Onların 2
qızı vardı.Nəbi dayı
ilə atam çox yaxşı dost idilər.Bütün günü demək olarki hər gün birlikdə idik.Bir evli kimiydik.Onların
kiçik qızları Minarə ilə heç
vaxt yola getmirdim.Hər zaman dalaşırdıq.Bizi yan-yana oturub mehriban söhbət elədiyimizi görən olmamışdı.Amma nə yalan deyim onun xətrini çox istiyirdim.Onun xətrinə kim dəysə onunla davalaşardım.Mənim qorxumdan sonra ona söz
deyən də olmurdu.Minarə cılız,çox arıq,qara saçlı,qara
gözlü qız idi.Düzdü onunla yola getməsəmdə içimdə ona qarşı başqa bir hiss var
idi.Özünə büruzə verməsəmdə onu çox istiyirdim.Bilirdim
ki, oda məni çox
istiyir.Atam həmişə zarafatla Nəbi dayıya deyərdi ki,qızını Murada
alacam.Atam hər dəfə bu sözü deyəndə mən Minarəyə baxardım,o başını aşağı
salardı yanaqları qıpqırmızı qızarardı.Məndə onun bu halına dodaq altindan
gülərdim.Atam vəfat edəndə heç yanımdan ayrılmamışdı.Mən ilk dəfə onda onu qucaqlamışdım və birlikdə ağlamışdıq.İlk dəfə idiki dalaşmırdıq.Atam öləndən sonra biz əmimlə birlikdə şəhərə köçdük.Əmim özü şəhər içində qalırdı.Bizim yanımıza gəlib getmək onun üçün çətin olurdu.Əmimin şəxsi biznesi vardı.O vaxtlar işlərini təzəlikcə böyüdürdü ona görə işləri ilə əlaqədar gələ bilmirdi.Anamı çətinliklədə olsa razı saldıq və şəhərə əmimin yanına köçdük.Əmim bizə 3 otaqlı mənzil almışdı.Həmin ev hal-hazırda qardaşımla
anamın yaşadığı ev idi.Ordan da ayrılmaq ailəmiz üçün çətin olmuşdu.Evimizdən,qonşularımızdan,dostlarımızdan
ayrıla bilməmişdik.Anam
evimizi satmağa razı olmamışdı arada gəlib gedərik deyə qapını bağlayıb çıxmışdıq.Biz
qonşularımızla tək-tək sağollaşırdıq.Mən Minarəyə yaxınlaşdım,onun qara gözləri yaşla dolmuşdu.Onu  belə görüb məndə pis olmuşdum.O mənə yaxınlaşıb dedi-birdə bura gəlmiyəcəksiz?

Mənimdə gözlərim dolmuşdu-bilmirəm.Evi satmadıq gəlib gedərik hər halda.Həm çox uzaq deyilik ki.

Minarə kövrəlmiş halda,səsi titrəyərək dedi-birdə səni görməyəcəm? bəs sən getsən mən kiminlə dalaşacam,kiminlə küsəcəm,kimə qışqıracam,kim məni qoruyacaq? - son sözləri deyəndə gözündən yaş axdı.Mən onun ağlamağına dözə bilmirdim.

Mən ona baxaraq dedim- narahat
olma gələcəm görüşəcəm səninlə.

Minarə- təzə məktəbə gedəcəksən,özünə təzə dostlar tapacaqsan,bizi
unudacaqsan.

-Yox
sən nə danışırsan?Mən heç səni ,dostlarımı unudaram.

-Amma
dərslərini yaxşı oxu.Sən çox yaxşı pilot olacaqsan mən bunu bilirəm.Söz ver mənə- deyərək güldü.

Mən artıq saxlaya bilmədim onu berk qucaqladım və ağlayaraq dedim-heç narahat
olma əziz
dostum,sənə söz verirem ki mən gələcəyin çox yaxşı pilotu
olacam.Amma səndə söz verki səndə coğrafiyaçı olacaqsan.Sonra
birlikdə gedib
dünyanı səyahət edərik- deyib ondan ayrıldım,göz
yaşlarını sildim.Minarədə gülümsədi,əlimi açıb ovcuma balaca təyyarəni qoydu və dedi-bunu məndən yadigar saxla.Ola bilər birdən bir-birimizdən ayrılarıq.Görüşə bilmərik qoy bu sənə uğur gətirsin,məni , uşaqlığımızı xatırlatsın
sənə- deyib boynuma sarıldı.məndə onu qucaqladım və ayrılıb yanağımdan öpüb qaçıb
getdi.İLk dəfə idi ki o məni öpürdü.düzdü onda yaşımız
az idi amma məni bir
qəribə təsir bağışlamışdı onun öpüşü.

Beləliklə biz təzə evimizə köçmüşdük.Bir müddət çətin oldu bizə bura öyrəşmək.Amma insan nələrə qatlaşmır,nələrə öyrəşmirki? Beləcə həyatımız belə davam edirdi.Anam məktəbdə ədəbiyyat müəllliməsi işləmə başladı.Məndə təzə məktəbdə oxumağa başladım.Minarəya verdiyim sözü tutmaq üçün dərslərimi yaxşı oxuyurdum.Arada məhəlləmizədə gedirdik,amma təsadüfən hər dəfə də Minarə ilə rastlaşa bilmirdim.Onları evdə tapa bilmirdim.Sonradan məsuliyyətlərimiz,qayğılarımız artdıqca
ora gediş-gəlişimizdə kəsildi və mən Minarədən xəbər tuta bilmədim.İllər keçdi mən universitetə qəbul oldum.Minarəyə verdiyim sözü tutdum.Pilot
olacaqdım.

Son
zamanlar Minarəni
yuxuda görürdüm.Amma mən bu yuxuya əhəmiyyət vermirdim.Universitetə qəbul olandan sonra bu xəbəri Minarəyə çatdırmaq üçün məhəlləmizə getdim.Amma oradan heç yaşşı
xəbərıər eşitmədim.Minarəgil buradan köçmüşdülər.Sədaqət xalanın xəstə olduğu xəbərini öyrənmişdim.Onu müalicə etdirmək üçün Moskvaya getmişdilər və buradakı evlərinidə satmışdılar.Bilinmirdiki
onlar orda həmişəlik qalacaqlar ,yoxsa yox.Bu xəbər məni çox sarsıtmışdı.Uşaqlıq
dostumu itirmişdim.Onu birdə nəvaxtsa  görə biləcəyimi düşünmürdüm."Yəqin mən yadından çıxmışam dedim.Amma
yox indi o,çox pis vəziyyətdədi,anası xəstədi.Kaş yanında olardım."
Uzun müddət xəbər ala bilmədim.Dəfələrcə getdim məhəlləmizə amma xəbər yox idi onlardan.

Keçmişimi
xatirlaya-xatırlaya pəncərənin qarşısında əyləşib səmanı ayıran ildırımlara baxdım.Yağış
getdikcə daha
da möhkəmlənirdi.Payızın çox möhkəm yağan ikinci yağışı idi bu
yağış.Deyəsn bütün
noyabr ayı yağacaqdı.Uzun illər sevgisiz və məqs<span lang="AZ-LATIN" style="font-family:Ariскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!