İmtina edə bilmir insan...ürəyindən!

İmtina edə bilmir insan...ürəyindən!
Sevgi Dünyası
10.09.2017 39
Vurğunam Sənə.. Bir Məhkum KimiYuxular haram bir zəhər kimi Aşiqəm lakin həsrətin dəli Əzəldən bəri... Əllərim sürüşür saçlarımdan.. Elə bir qaranlıq ki bu baxdığım ulduzların işığı belə əks olunmur ruhuma. Gecənin zülmətindən sovrulub yerə bir-bir tökülür ulduzlar.. Hər düşən itirir işığını. Ən sonunda son ulduz da söndürür işıltısını.. Mən kiçik bir qız uşağı kimi hələ qorxuram qaranlıqdan.. Bir uzatsan əllərini qaranlığın içindən bir işıq versən mənə işıqlansa ciddiyə almasa gecəni.. Gecə belə almayacaq məni içinə bilirəm... Neçə gündür üsyanım var həyata. Səssiz qışqırıqlarım gülümsəyən gözyaşlarım var. Küskünəm artıq küskünəm sevdaya da.. Sən... Sevdaların ən ürəklisini vermişdin mənə halbuki.. Xülyaların ən/ gerçəyini ümidlərin ən gözəlini gətirmişdin.. Səmanın rənginə rəngləmişdin bütün dünyamı.. Xülyalarla ümidlərlə birlikdə itib getdin əllərimin arasından.. Dünyamın bütün rənglərini də götürüb yanında çıxdın dünyamdan... Əllərim həyatın oyunlarına məğlub oldu.. İşıqlanmayan qaranlıqlar qaldı mənə səndən geriyə... Möhürlədim səni ürəyimə Güllələr işləməz ciyərimə.. Zəncirlədim səni ürəyimə Açarları yox dənizlərdə... Şeytan deyir ki tövbələr etməli Uğrunda yüz dəfə min dəfə ölməli!! Cəhənnəmdə belə zülmətsən də... Bir səni sevməli... Sən getdin ... Yoxluğunla dəyişdi sanki dünya. Nə xülyalar gerçək artıq nə də ümidlər var. Nə səma mavi artıq nə də dənizlər.. Sənsizliyimə toxunur bütün mahnı sözləri. Külək sənin əllərinlə toxunur saçlarıma. Yağış yoxluğunu yağdırır ruhuma.. Səhərlər olmur artıq.. Günəş xülyalarıma sən gəldiyində doğulur yalnız gecələrimə. İçimdə böyük bir inadla yaşadıram səni. Mənim ürəyim də sənsən bəlkə də insan öz ürəyindən imtina edə bilmir...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!