Qəlbimdəki sözlər (Bölüm 7-8)

Qəlbimdəki sözlər (Bölüm 7-8)
Sevgi Dünyası
10.09.2017 23
2
gün idi ki, fikirden ne yeye bilirdim, ne de başımı neylese
qarışdırırdım... Bütün günü öz taleyimin derdini çekirdim... Eger
Familin gezdiyi vardısa, çetin eve yığışardı... Lap eve yığışsa da, meni
görecek gözü vardı ki? Elacı olsa, bir qaşıq suda boğardı... Bele davam
etse, biz boşanacaqdıq... Boşanmaq Azerbaycan kimi yerde damğa
sayılırdı... Kim alardı boşanmış qızı? Ne olsun ki,
Familin eli- elime deymemişdi... Buna kimi inandıra bilerdim? Heç
kimi... Lap oğlan inansa da, heç bir valideyn övladına boşanmış qız
almazdı... Hele Gence kimi yerde... Her halda boşansam, günah mende
görülecekdi... Axı bizim millet ne olsa, gelinden bilir... Qız yaxşı
olsa, dolanardı deyir çoxları... Qınamaq bizim milletin qanında var...
Men neyi qoyub, neden danışıramdım... Guya valideynlerim meni boşanmağa
qoyasıdırlar? Meni öldürerler, amma bele şeye razı olmazlar...
Telefonumda her zaman şen mahnılar dinleyen Narden indi qemli notlara
özümü köklemişdim... Telefonumda seslenen musiqini ifaçı ile birge
oxuyub doluxsunurdum... Bir defe üzüm gülmeyecekdi? Niye menim qarşıma
yaxşı insanlar çıxmırdı ki? Qapının sesine telefonda mahnını söndürüb
ayağa qalxmışdım... Qapıya yaxınlaşıb gözlükden baxanda Arize xalanı
görmüşdüm... Biz evlenenden beri bir defe olsun bu qadın evimize ayaq
basmamışdı... Her gün zeng edib hal- ehval tutardı... Amma biz teze
evliyik deye narahatlıq vermek istemeyib gelmezdi... Derinden nefes
derib üzüme gülüş qonduraraq qapını açmışdım... Qaynanamla görüşüb içeri
devet etmişdim... Divanda otuzdurub çay süfresi de hazırlamışdım...

- Qızım, gel otur hele yanımda... Men çay içmeye gelmemişem ki...
Dedim, hele gedim baxım Narden balam necedir... Yamanca sınıxmısan...
Familin qulağını burum gerek... Bele arvad saxlamaq olar? Üzün bir damcı
qalıb... - Arize xala meni yanında otuzdurub saçıma tumar çekerek
danışırdı... Men öz anamdan bele istilik görmemişdim heç...

- Arize
xala, men yaxşıyam... Esas siz necesiz? Niye gelmirdiz? Menim de neçe
vaxtdır evde tek üreyim darıxır... Danışıb içimi boşaltmağa adam
axtarıram... - cümleleri söyledikden sonra sehv danışdığımı
anlamışdım...

- Niye tek olursan ki, menim balam? Famil ki var...
Onunla danışmırsız ki? Aranız yaxşı deyil? - Arize xala quşu göyde
ovlayanlardan idi... Onu aldatmaq çetin olacaqdı...

- Şey... Yox, danışırıq... Siz mene fikir vermeyin... - yalan danışa bilmediyimden gözlerimi qaçırmışdım..

- Mene bax hele görüm... Famil nese eleyib? Dalaşmısız? Sene demişem
axı o oğlumdursa, sen de qızımsan... Nese olsa, yad birine derdini
demekdense, birinci mene söyle... - Arize xala elimi tutub ele nevazişle
danışırdı ki, gözlerim dolmuşdu... Men anama zeng etdikde ele
danışmışdı ki... Ancaq yad qadın mene can yandırırdı...

- Arize
xala, ele böyük bir şey olmayıb... Sadece, bir az sözleşmişik... Amma
düzelecek... - aramızda ne yaşansa da, men bunları ne öz valideynlerime,
ne de Familinkilere bildirecek deyildim... Guya bildirsem, bizim
problemimizi bizden savayı kim hell ede bilerdi ki?

- Qızım,
isteyirsen, gedek 1-2 gün bizde qal... Teze evlilerde bele şeyler
olur... Hem de hemin müddetde Famil senin qedrini biler... - Arize
xalanın davranışlarını inceledikce " Kaş menim anam bu qadın olaydı... "
fikri beynimde dövr edirdi...

- Yox, Arize xala... Lazım deyil...
Sonra Famile de xoş olmaz... Hem de qonum- qonşu ne deyer?.. - Eslinde
getmek istesem de, hevesli görünmek istemirdim...

- Sen Famili derd
eleme... Özüm danışacam... Get, lazımlı eşyalarını hazırla... Artıq söz
eşitmeyim... Gelinimi qonaq aparıram da... - Arize xalanın sözlerinden
sonra otağıma gedib özümçün ehtiyacım olacaq eşyaları hazır etmişdim...
Üzerimi de geyinib otağa qayıtmışdım...

- Hazırsansa, gedek...
Famile zeng edib dedim... Bir az nem- nüm etse de, razılaşdı... - men
Familin qarnının derdini bilirdim... Yeqin, aramızda olanları anasına
danışacağımdan çekinirdi... Ancaq men bunu ne indi edecekdim, ne de
sonra...

3 gün idi ki, qaynanamgilde qalırdım... Halımdan
olduqca memnun idim... Arize xala nazımla oynayırdı... 22 illik
heyatımda mene bele nevaziş gösteren olmamışdı... Ele qaynatam da meni
xoş dille dindirerdi... Familden xeberim yox idi... Guya mene Famil
lazım idi axı... Rahat oturmuşdum da özümçün...

- Arize xala, olar
men Şelaleni görmeye gedim? - neçe gündür burada olsam da, utanırdım
bunu dilime getirmeye... Hem de meni görmeye gelen qohum- qonşu
derdinden başım açılmamışdı...

- Niye olmur ki, menim balam?
Elbette, olar... Şelale qızıma da salam deyersen... - Arize xalanın
sözlerinden sonra Şelalegilin qapısının önünü kesdirmişdim...

- Nar... Ele darıxmışdım ki... - Şelale meni qucaqlayıb üz- gözümü öpüşlere qerq etmişdi...

- Can... Men de darıxmışdım... Burax hele içeri keçim... - Şelale ile
içeri keçib yerimizi rahatlamışdıq... Onun tekidi ile olanları yeniden
danışmışdım...

- Senin bu erin ya kimlese gezir, ya da
üzdeniraqlara qoşulub... - Şelalenin zarafatla dediyi söze ikimiz de
qeh- qehe atıb gülmüşdük... O zaman hardan bileydim ki, başıma
gelecekler heç de gülünecek hadiseler olmayacaqdı...

Şelale
ile derdimi bölüb meslehet almışdım... Nede olmasa, ağıl ağıldan üstün
sayılırdı... Aşağı enib eve gelen kimi Arize xaladan heç xoş olmayan
xeber eşitmişdim...

- Qızım, hazırlaş , Famil gelib seni eve
aparacaq... - yene dörd divar arasında tenha günlerim başlayacaqdı...
Hazırlaşıb Famili gözlemişdim... Famil gelen kimi eve getmek istediyini
deyib Arize xala üstüne danışsa da, içeri keçmemişdi... Bir neçe
deqiqelik eyni maşını bölüşsek de, lal- dinmez dayanmışdıq... Ne
danışaydıq? Beyem biz bir- birimizi incitmekden başqa sözler bilirdik
ki? Eve çatan kimi otağıma keçib yatmışdım... Qulağım qapıda olsa da,
Famil getmemişdi... Heç olmasa, neçe zamandan sonra evi olduğu ağlına
gelmişdi...

2 gün idi ki, öz qapalı dünyama geri dönmüşdüm...
Heyatım öz neqativ axınına doğru sürüklenmeye başlamışdı... Famil ne
ecebse, evde geceleyirdi... Bunda Arize xalanın payı olduğunu
anlayırdım... Men heç ne danışmasam da, deqiq Arize xala Famili tenbeh
etmişdi... Amma kelime de kesmemişdik... Hem men ondan qaçırdım, hem de
o menden... Evde qarşılaşsaq, yolumuzu deyişirdik... Bu günümü de eyni
qaydada yola verib yatmışdım... Gece ayaqyolu ehtiyacımı qarşılamaq üçün
yerimden qalxmışdım... Adeten, geceler oyanmazdım... Bu gün sanki
şeytan öz işini heyata keçirmekçün meni oyatmışdı... Yerimden qalxıb
dehlize çıxdıqda yan otağın aralı qalan qapısından divara işıq düşdüyünü
görmüşdüm... Saat gecenin dördü idi... Beyem Famil yatmamışdı? Maraq
ayaqlarımı qapıya doğru sürüklemişdi... Aralı qalan hisseden içeri nezer
saldıqda Familin arxası qapıya teref otaqdakı divanda oturub
kompyuterde video izlediyini görmüşdüm... Kompyuterin üzü qapıya teref
olduğundan işıq da bundan qaynaqlanmışdı... Ekrana gözümü zilledikde 2
oğlanın bir- biri ile exlaqsız iş gördükleri filmi görüb utandığımdan
gözlerimi yere dikmişdim... Famil niye bele bir şeye baxırdı ki?
Oğlanların bele şeylere baxdıqlarını eşitsem de, Famil niye kişiler olan
video izlesin ki? Bunun normal olanları yoxdur? Bir anda Arize xalanın
sözleri beynimde dövr etmeye başlamışdı... Hele mesajı xatırladıqca
beynim öz funksiyalarını tamamlayırdı... Yoxsa, Famil? Bu ola bilmez!!!
Esla ola bilmez!!! Ayaqlarım yere kilitlenmişdi... Familin arxası mene
teref olduğundan ne etdiyini tam görmesem de, yeni- yeni çıxardığı
seslerden veziyyetin ne yerde olduğunu anlayıb arxa- arxaya getmeye
başlamışdım... Ayağımın altına baxmadığımdan dehlizdeki şkafa deymeyimle
"Aaaa" deyib ses çıxarmağım bir olmuşdu... Ayağım deydiyinden etmemeli
olduğum bir şeyi edib sesimi çıxarmışdım... Tullana- tullana otağıma
getmek istesem de, Famil otaqdan çıxıb tez mene sarı gelib qolumdan
yapışmışdı...

- Sen meni güdürdün? He? Ne gördün? Tez ol de!!! Ne
gördün? - Famil eyninde alt paltarları ile qarşımda durub qolumu
möhkemden sıxaraq danışırdı... Bele heyecan keçirmesinden bayaqdan beri
beynimde dövr eden fikirin doğru olduğuna meni inandırmışdı...

- Sen kişi deyilsen!!! - içimdeki qezebden onun gözlerinin içine baxıb sözlerimi üzüne çırpmışdım...

- Ne dedin sen? He? Öldürerem seni!!! Bildin? Bunu birde ağzına alsan,
öldürerem!!! - Familin heyecandan mı, yoxsa esebdenmi dili dolaşırdı...

- Tfu sene!!! Burax meni!!! Murdar!!! Burax!!! Sen kişi deyilsen!!! Bes
niye meni alıb bedbext eledin? İndi men nece olacam? He? Danış da!!!
Bayaqdan ne yaxşı dil- dil ötürdün... İndi de danış!!! - içimde ele bir
qezeb baş qaldırmışdı ki, Familin yaxasını yumuruqlayıb bir nefese
cümleleri sıralamışdım... Hereketimi gözlemeyen Famil elini menden çekib
başını tutaraq yere oturmuşdu...


- Alçaq!!! Meneviyyatsız sensen
ki, bu halınla danışmağa dil tapırsan!!! - sözümü deyib arxamı dönerek
axsaya- axsaya otağıma keçib qapını kilitlemişdim... Bir neçe deqiqe
içinde olanlara daha artıq döze bilmeyib elimi ağzıma sıxaraq ağlamağa
başlamışdım... Heyatım mehv olmuşdu... Bundan sonra nece olacaqdı? Ne
edecekdim? Bilmirdim...
Bütün
geceni gözümü yummamışdım... İndi menim heyatım nece olacaqdı? Ne
edecekdim? Nece yaşayacaqdım? Bütün bu sualları özüme bir neçe defe
versem de, cavab tapmaqda çetinlik çekirdim... Bu veziyyeti kime ne
şekilde izah ede bilerdim axı? Kim mene inanardı? Valideynlerime desem
ele düşünecekdiler ki, boşanmaqçun bunu edirem... Hem de her kes bizi
normal evli cütlük hesab edirdi... Kaş
ilk gece Familin mene toxunmadığını anama deyerdim... İndi bunun
peşmanlığını çekirdim... Bu meseleni Familin valideynlerine heç deye
bilmezdim... Bes nece olacaqdı? Bele erle ömrümü çürüdecekdim? Bütün bu
qarışıq fikirler arasında heleki susmaq qerarını vermişdim... Bir aylıq
evli gelin boşansa, alem qarışacaqdı... Bunu göze ala bilmezdim... En
azından 3 aya kimi gözleyecekdim... Dişimi etime sıxıb 2 ay döze
bilerdim... Guya boşanıb evimize qayıtsam, ne olacaqdı ki? İndi Famille
baş edesi idimse, eve qayıtsam 3 insanla baş etmeli olacaqdım... Hele
anamın neler deyeceyini, günümü nece qaraldacağını düşündükce bu evde
başım- qulağım dinc formada yaşamağı üstün tuturdum... Bu hereketimi
bilen kimse meni qınayardı, belke de... Amma menim anlayışlı
valideynlerim yox idi ki, derdimi dinleyib qerar versinler... Menim her
şeraitde terefimi saxlayıb anlayış gösteren doğmalarım yox idi... Gece
boyunca yatmadığımdan beynimin içini duman almışdı sanki... Yerimden
qalxıb üzerimi geyinerek otaqdan çıxmışdım... Hamama keçib el- üzümü
yuyaraq metbexe yollanmışdım... İçeri keçdikde masa arxasında oturan
Famili gördükde çaşqınlıq yaşamışdım... Dünen gördüklerimden sonra onun
üzüne baxmağa utanırdım... Hem de içimde Famile qarşı ikrah hissi
yaranmışdı... Ancaq mene valideynlerimin davranışları çox şeyi
öyretmişdi... Meni dinlemeden cezalandırmalarından sonra qerar vermişdim
ki, men insanlara qarşı bunu etmeyecem... Stul çekib Familden bir az
aralıda üzüm ona sarı oturmuşdum...

- Bağışla... - başı aşağı şekilde sözlediyi sözden nece utandığını anlamışdım...

- Olan olub, keçen keçib... Bundan sonra ne edeceyimize qerar
vermeliyik... Men bilmirem ne deyim... Seni anlamıram... Hisslerini de
başa düşmürem... Ancaq men özüme bele heyat arzulamıram... Normal aile
isteyirem... Uşaqlarım olsun isteyirem... Senin veziyyetini kimese
demeyecem... Amma bir neçe aya ayrılsaq yaxşıdır... - içimdekileri udub
susmaqdansa, danışaraq her şeyi aydınlaşdırmağı seçmişdim...

- Men
bele olmaq istemirem... Bundan çox utanıram... Amma özümden asılı
deyil... Seni de bedbext etdim... Mama meni evlendirmek istediyini
deyende razılaşdım... Fikirleşdim ki, evlensem içimdeki bu hisslerle baş
ede bilerem... Hem de bu veziyyeti gizli saxlayırdım... Eyni şekilde
davam etdirmekçün evlenmeyi seçdim... Ancaq olmur... Heç bir qadına
qarşı içimde duyğular formalaşmır... Her defe seni gördükce öz
veziyyetimi xatırlayıram... Eslinde, menim esebim sene yox, özümedir...
Bunun müalicesi var... Emeliyyat da oluna bilerem... Ancaq hekime
getsem, her kes bilecek... Men polisem, atam vezifeli insandır... Bunu
kimse bilse, biabır olarıq... Sene qerarından dön demirem... Ancaq bir
neçe ay bu sirri saxla... Sonra ayrılarıq... Sen öz heyatını qurarsan,
men de bu xestelikle yaşayaram... - Famile üreyim ağramışdı... O da
insan idi... Kim bele olmaq isteyer ki? Bu da xestelik sayılırdı...
Azerbaycanda camaat ne deyer fikrine göre Familin veziyyetinde olan neçe
insan vardı, kim bilir...

- Famil, sen ne zamandan belesen? - her şeyi öyrensem, belke ona xeyrim deyerdi...

- Uşaq olanda atam meni heyete çıxmağa qoymurdu... Kişi nedir, uşaq
kimi küçede qaçmaq nedir deyirdi... Oğlanlara baxdıqca onlara qarşı
simpatiyam yaranmışdı... Onları özümden üstün bilirdim... Axı men heç
zaman onlar kimi öz üreyim isteyeni edib, üreyim isteyen oyunları oynaya
bilmeyecekdim... Böyüyüb mektebe getdikce oğlanlar mene mamauşağı deyib
öz aralarına almırdılar... İlk defe altıncı sinifde oxuyanda bir qızdan
xoşum gelmişdi... Uşaq ağlı ile içimde ona qarşı sevgi yaratmışdım...
Bir gün qıza mektub yazıb gizlince kitabının arasına qoydum... Seheri
gün mektebe gelende qız teneffüsde hamının arasında mektubu cırıb mene
qışqırdı... Men senin kimi oğlanı istemerem... Sen mamauşağısan dedi...
Bu hadiseden sonra içine qapalı oldum... Mektebde dostum yox idi... O
hadiseden sonra qızlara nifret etmeye başlamışdım... Getdikce bütün
qızları şeytan simasında görürdüm... Atamın isteyi ile onun yolundan
gedib Polis Akademiyasına qebul oldum... Atam menim üzerimde çox
hökmranlıq edib... Menim bele olmağımda onun payı da var... Anam ise heç
vaxt menimle söhbet edib derdimi bölmeyib... Oğlan olduğumdan
öhdeliyimi atamın üzerine buraxmışdı... Akademiyada uşaqlardan uzaq
gezirdim... Heç kime qaynayıb- qarışmırdım... Bir defe bir oğlanla
mübahisem düşdü... O bütün oğlanları mene qarşı yığmışdı... Bir tek
Cabir menim terefimi saxlamışdı... Cabirle ele yaxınlaşmışdıq... Biz
ikimiz de eyni hissleri yaşayırdıq... Cabirle heç zaman cinsi elaqeda
olmamışıq... Biz, sadece, bir- birimizle danışıb her mövzunu müzakire
ede bilirik... Kino izleyirik, pornoya baxırıq... Bizdeki ne sevgi
deyil, ne başqa duyğu... Sadece, bize ele gelir ki, başqası keçirdiyimiz
hissleri anlaya bilmez... Cabir tek menimle dil tapır deye Genceye
gelib burada işe düzelib... Biz esla eyni cinsden insanlarla cinsi
münasibet yaşamamışıq... Ancaq iki sevgilinin beraber ede bileceklerini
etmişik... Eyni evi bölüşmüşük, beraber yemek hazırlamışıq, film
izlemişik, daha neler etmişik... Bizde olan psixoloji xestelikdir...
Belke de, fiziki de problemimiz var... Bunu hekimden başqa anlayan
olmaz... Ancaq hekime de gede bilmirik... Men qızlarla bağlı her şeye
ikrah duyuram... Bu hissi başa salmaq çetindir... Ancaq qızlar olan
porno filmleri bele izlememişem... Kaş başqa ölkede yaşayardım deye çox
düşünmüşem... Men müalice alıb normal kişiler kimi olmaq isteyirem...
Bele yaşamaqdan utanıram... Men sen bildiyin özünü qız kimi hiss eden
oğlanlardan deyilem... Menim problemim ferqlidir... Bunun öhdesinden tek
başına gele bilmerem... Mene hekim lazımdır... Xeste olduğumun
ferqindeyem... Amma lenet olsun ki, elimden heç ne gelmir... Sen
Cabirden sonra bunları danışdığım ilk insansan... Hetta bele söhbet
etdiyim ilk qızsan... Bağışla ki, senin de heyatını mehv etmişem... -
Famil danışdıqca beynimde min fikir dolanırdı... Onu anlayırdımmı? Ne
yalan deyim ki, yox... Onun hisslerini özünden savayı heç kes anlaya
bilmezdi... Amma ona yazığım gelmişdi... Xeste insana nece qışqırıb-
bağırıb heyatımı mehv etdiyini tekrar- tekrar deyeydim ki? Yıxılanı bir
de men baltalayası deyildim... Famil sözlerinden sonra menim
susqunluğumu görüb metbexden çıxmışdı... Eşitdiklerimden sonra ne deyim,
nece deyim, bilmirdim... Bundan sonra heyatıma nece davam edeceyimle
bağlı fikrim yox idi... Familin danışıqları beynimi qarışdırmışdı...
Bildiyim tek şey heleki bu evde yaşayıb öyrendiklerimle bağlı susacağım
idi...

4 gün idi ki, Famil gece eve gelib seher men
oyanmadan gedirdi... Ne danışırdıq, ne de qarşılaşırdıq... Menimçün
olanları qebul etmek çox çetin idi... Familin xeste olduğunu bilsem de,
bu şekilde yaşamaq istemirdim... 1- 2 aya onunla danışıb boşanacaqdım...
İnternet vasitesi ile Familin xesteliyini araşdırdıqda bele insanların
uzun müddetlik müalicelerden sonra sağala bileceklerini öyrenmişdim...
Bezileri ömrü boyu müalice alsalar da, düzelmirdiler... Mense özüme bele
aile heyatı dilemirdim... Başqaları aileye, uşağa qarışdığı halda men
üreyimi didib göz yaşı içinde heyat keçire bilmezdim... Ayrılsam, ere
gedib, uşağa qarışa bilmeyecekdim, belke de... Amma heç olmazsa, Famille
birlikde bu girdabın içinde boğulmaqdan özümü xilas edecekdim... Bu gün
Şelalenin tekidi ile onunla birge mağazaya geyim almağa gedecekdim...
Famille danışmadığımdan ona xeber vermemişdim... Hazırlaşıb evden
çıxmışdım... Şelale ile görüşüb ayağımıza su gelene kimi geyim
mağazalarını gezmişdik... Şelale xalası qızının nişanı üçün gözel geyim
almışdı... Saat sekkize yaxınlaşdığından eve getmek istesem de, Şelale
kiçik restoranların birinde yemek yemeyimizi teklif etmişdi... Ne qeder
istemesem da, eve getmeyime qarşı çıxmışdı... Restoranda texminen 1
saata yaxın oturub eve yola düşmüşdük... Qapının önüne çatdıqda saatın
ona yaxınlaşdığını görsem de, ele de mehel qoymamışdım... Onsuz da,
Famil bu saatda evde olmurdu... Başqa da hesabat vereceyim insan yox
idi... Qapını açıb içeri keçmişdim... Bu günki gezinti son bir ayda eve
qapandıqdan sonra mene çox gözel teesir bağışlamışdı... Ehvalım
yükselmişdi...

- Yaşamaq seninle xoşdur mene... Xoşdur mene...
Xoşdur mene... - mahnı oxuya- oxuya işığı yandırıb ayaqqabılarımı
çıxarıb qonaq otağına keçmişdim... Elimi atıb işığı yandıran kimi alqış
sesini eşidib çantamı yere salmışdım...

- Bravo!!! Deyesen, yaman
xoş olub sene onunla yaşamaq!!! Bu saatda haradan gelirdin? Dayan... Qoy
men texmin edim... Menim veziyyetimi öyrendikden sonra özüne sağlam
kişi axtarışına çıxmışdın... Nede olsa, erli qadınsan... Heç kim senin
veziyyetini sorğulaya bilmez!!! Bravo!!! Bravo!!! - sözlerini söyleyerek
addımlayıb qarşımda dayanmışdı... Meni alqışlayıb ele eyni sözü
tekrarlayırdı...

- Famil, senin ağlın başında deyil!!! Şelale ile
mağazaya getmişdik!!! Meni başqaları ile sehv salma!!! Danışığını bil!!!
- ne olsa da, onun tehqirlerine dözmeye mecbur deyildim...

-
Behaneni de hazırlamısan? He? Yalançının şahidi yanında olar!!! Kimi
aldadırsan? Qarşında neçe dene cinayetkar danışdıran adam var!!! Heç
onlar meni aldada bilmeyib!!! - bir neçe gün önce üzünde peşmanlıq
oxuduğum insanın gözünden od yağırdı indi... Onsuz da, Familin xesteliyi
baresinde oxuyanda bele insanların özlerine inamları olmadığından
qarşısındakı şexsleri beyinlerinde formalaşdırdıqları fikirlerle ittiham
etdiklerini öyrenmişdim... Famil indi mehz bunu yaşayırdı...

-
Beyninde uydurduğun cefengiyyatları dinlemeye halım yoxdur... - sözümü
deyib arxamı dönüb otağıma getmek istesem de, Famil barmaqlarını qoluma
keçirmişdi...

- Hara qaçırsan? - arxadan eyilib qulağıma pıçıldamışdı...

- Xestesen? Burax!!! Otağıma gedecem!!! - qolumu dartıb elinden çıxarmaq istesem de, barmaqlarını daha möhkem sıxırdı...

- Demek, otağına getmek isteyirsen... - qolumdan tutub çekerek meni otağıma sürüklemeye başlamışdı...

- Burax!!! Famil, sen yaxşı deyilsen!!! Burax!!! - artıq ağlıma min fikir gelirdi...

- Gel!!! - meni dartıb dirensem de, otağa getirmişdi...

- Bele kişi arzusundasan? He? Evde qıçını qırıb otura bilmirsen? He?

- Famil, Allah haqqı, Şelaleyle getmişdim... Burax meni!!! - ondan
qorxmağa başlamışdım... Her halda men qız idim, o ise oğlan... Gücü
menden qat- qat artıq idi...

- Allahın adını ağzına alma!!! - üzüme sille çekib meni yere tullamışdı...

- Men kişi deyilem ki, sen axtarışa çıxmısan? - meni yerden qaldırıb çapalasam da, yatağa tullamışdı...

- Famil, sen yaxşı düşüne bilmirsen... Özüne gel!!! Deyme mene!!! -
dilimi işe salıb yatağın yuxarısına dartınsam da, ayağımı tutub meni
özüne teref çekmişdi...

- İndi gösterecem sene kişi nece olur!!! -
sözünü deyib yeniden üzüme sille çekmişdi... Sillenin teesirinden dişim
dodağıma deyib etimi patlatmışdı... Famil üzerime uzanmaq istedikce ona
mane olub tepikleyirdim... Bütün çabalarıma baxmayaraq üzerime uzanıb
qollarımı elleri ile tutmağı bacarmışdı...

- Burax... Famil, senin
ağlın üstünde deyil!!! Burax meni!!! Burax!!! - dodağımın patlayan
yerinden ağzıma qan sızsa da, dilimi dinc saxlamırdım...

- Sus!!!
İndi bileceksen kişi nece olur!!! - sözünü deyib elini ağzıma sıxaraq
gülmeye başlamışdı... Gözündeki alçaldıcı baxış bu gecenin yaxşı
sonlanmayacağınından xeber vermişdi bele...




Müəllif: Sabina Nurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!