Susqun (Bölüm 15-16)

Susqun (Bölüm 15-16)
Sevgi Dünyası
10.09.2017 13
Darıxmışdım sənin üçün balacam.



Bənövşə ürəyini titrədən bu sözlərinin sehrinə qapılıb Muradın
gözlərinə baxırdı. Aralarında onsuzda az olan məsafə getdikcə qısalırdı.
Kənardan baxdıqda hündürboy, bədənli Muradla, onun yanında qısa və
cılız görünən Bənövşənin arasında neçə illik, bəlkə də əsrlik sevginin,
həsrətin olduğu hiss olunurdu...



Murad əlini qaldırıb Bənövşənin onu dəli edən saçlarını sığalmaq
istəyirdiki, əli havada qaldı. Çünki Bənövşə ani bir hərəkətlə geri
çevrilmişdi. Masanın üzərindəki jurnalı götürüb, Murada baxmadan dedi:

-Mən çox məşğulam, belə mənasız söhbətlərə ayıracaq vaxtım yoxdur.

Murad eşitdiklərinə inanmırmış kimi gözlərini Bənövşəyə dikdi. Amma o
Murada inadına baxmırdı sanki. Murad ümidini üzüb sinifdən çıxmaq
istəyirdiki Bənövşənin son sözləri yenə onu gülümsətdi:

-Həm mən balaca deyiləm.



Murad sinifdən çıxdığı anda Bənövşə əlini tutub, ağrıdan ufuldadı.
Bayaq Murada qapılmamaq üçün biraz uzun olan dırnaqlarını ovucuna
batırmışdı. İndi də ovcuna baxanda

qanadığını görüb, uşaq kimi
çiynini çəkdi. Jurnalıda götürüb dəhlizə çıxanda bir qızın pəncərinin
kənarında ağladığını gördü. Ürəyi ağrıdı. O ağlayanda heç kəs onun dərdi
ilə maraqlanmazdı, amma o elə olmayacaqdı. Qıza yaxınlaşıb gülümsəyərək
soruşdu:

-Niyə ağlayırsan?

Qız başını qaldırıb mehribanlıqla
gülümsəyən üz görüb daha da kövrələrək hönkürməyə başladı. Bənövşə
bundan heç çəkinmədən qızın qolundan tutub məktəbin həyətinə çıxartdı.
Özünün həmişə ağlamaq üçün getdiyi küncə aparıb, quru götüyə oturaraq
əmranə bir şəkildə dedi:

-Danış.

Qız gözünü silib danışmağa
başladıqda Bənövşə təəccübdən donub qaldı. Qaynanası neçə ildi Rusiyada
tüfeyli həyatı keçirən 36 yaşlı oğluna, hələ 1 ay əvvəl 15 yaşı tamam
olan bu qızcığazı-Rənanı "almaq" istəyirdi. Həmdə 2 həftə sonra toy
olmalı imiş, çünki Muradın qardaşı Ruslan 1 aya Rusiyaya qayıtmalı idi.
Rəna bütün bunları danışarkən ata-anasına haqq qazandırırdı. Çünki onun
ailəsinin işlətdiyi dükanlar Alagöz xanımın rəhmətə gedən ərinin idi və

Alagöz xanım istəsə 1 günə onları müflis edə bilərdi. (müəllif: Cəmilə
Məmmədli) Bənövşə bütün bunları dinlədikcə gülməyini güclə saxlayırdı,
çünki butun bunlar ona təzəlikcə baxdığı "O olmasın, bu olsun" filmini
xatırladırdı. "Demək hənalı saqqalı olan Məşədi İbad əvəzinə, Alagöz
xanım. Yox, mənim kimi bu qızın da həyatını məhv etməyinizə icazə
verməyəcəm!"-deyə düşünüb Rənaya baxıb dedi:

-Deməli valideynlərin səni vermək istəmirdi?

-Bəli müəllimə.

-Hmm... Bundan sonra nə sənin dərsin var, nə mənim. Apar məni evinizə.

-Müəllimə axı...

-Qorxma, mən nə etdiyimi bilirəm...



Bənövşə Rənagilin evindən üzündə böyük bir təbəssümlə çıxmışdı. Elə
bir plan qurmuşduki həm Rənanın həyatı qurtulacaqdı, həm də Alagöz
xanıma böyük zərbə vuracaqdı. Bunun sevinci ilə gedirdiki, birdən bu
yolu xatırladı. Qabaqda Böyük Çinar var idi. Özü səbəbini bilmədən ürəyi
sürətlə döyünməyə başladı. Başını aşağı salıb çinarın yanından keçmək
istəyəndə, köhnəki vərdişlə dönüb baxdı. Yenə "o", yenə eyni


gülümsəmə və yenə eyni qulaqlarını batıran ürək döyüntüsü. Bu hisslərdən
qurtulmaq üçün yoluna dəvam etmək istəyirdiki bir səs onu saxladı:

-Bənövşə...

Ayaqları yerə mıxlanmış kimi tərpənə bilmirdi. Nə yola dəvam etməyə
taqəti var idi, nə də geriyə çevrilməyə cəsarəti. Murad bunu anlamış
kimi ona yaxınlaşıb gözlərinə baxaraq soruşdu:

-Danışa bilərik?

Bənövşənin başını "hə" mənasında yellədiyini görüb, onun qolundan tutub Böyük çinarın altına apardı.

Bənövşə itəatkarlıqla Muradın onu aparmasına icazə verərkən, beynində
durmadan özünə bu sözləri deyirdi: "Güclü ol, güclü ol. Təslim olma
ona!"

Murad dayanıb Bənövşəni özünə çəkərək gözlərinə baxmağa
başladı. Yenə 4 il əvvəlki mənzərə idi. İri Muradın qolları arasında
titrəyən cılız Bənövşə. Amma 4 il bundan qabaq onları bağlayan yalnız
saf hissləri idi, lakin indi bir-birlərinin çoxdan olmuş iki insan
həsrətlə baxırdılar qarşısındakinə. Hələ Murad...çətindir sənin olana bu
qədər yaxınkən toxunmamaq. Amma öz güclü iradəsi hesabına özünü
toplayıb dedi:

-Dəyişilmisən balaca.

Bənövşə sanki "balaca" sözünə ayılıb, onu özündən itələdi. Uşaq şıltaqlığı ilə ayağını yerə vurub, əsəbiliklə dedi:

-Mən balaca deyiləm!

Murad gulməyini güclə saxlayıb, rişxəndlə dedi:

-Hə, əlbətdə sən balaca deyilsən. Sən böyüksən, lap böyüksən. Az qala div boydasan.

Bənövşə Muradın bu sözlərindən daha da qəzəblənib:

-Div özünsən. Əl çək məndən!-deyib getmək istəyirdiki, ayaqqabısını
azca hündür olan dabanı yumşaq torpağa girdi. (müəllif: Cəmilə Məmmədli)
Müvazinətini itirib, az qala yıxılanda Murad cəld tərpənib onu belindən
tutub özünə çəkdi. Bənövşənin gözlərinə baxıb, pıçıltı ilə:

-Sən balacasan. Mənim balacamsan. Bunu yadından çıxarma.-deyib alnından öpüb arxasını dönüb getdi.

Bənövşə bir müddət tərpənmədən yolun ortasında dayandı. Sonra özünə
gəlib asta addımlarla evinə tərəf getdi. Köhnə, kasıb görünüşlü evinə
çatdıqda qapının ağzında biraz dayandı. Hələ də ona elə gəlirdiki bu
qapıdan keçdikdə, yenə atasının dayanmayan zərbələri və təhqirləri


ilə qarşılaşacaq. Amma bilirdiki bu ev artıq boşdu. Atası o getdikdən 1
il sonra paraleç keçirtmiş və bədəninin yarısı iflic olubmuş. Südabə
müəllimə nə qədər onu çağırmaq istəsədə, atası inadkarlığından əl
çəkməyib "o pozğun xalasının yanına gedən qız mənə lazım deyil!" deyib
icazə vermirmiş. Sonunda baxımsızlıqdan heç 6 ay keçmədən rəhmətə
gedibmiş. Bənövşə bütün bunları eşidəndə ağlamışdı. Amma bilmirdi necə
də olsa atasının ölməsinə kədərdən ağlayırdı, yoxsa o məcbur olmadan,
taleyin ondan əvvəl intiqam almasına sevinib ağlayırdı.

İndi bu
düşüncələrdən bezmiş halda başını yelləyib içəri keçdi. Otağına keçib,
heç paltarını dəyişməmiş xalasına zəng etdi. 2 həftə sonra edəcəklərini
xalasına danışıb, ondan bəzi məsələlərdə kömək istədi. Xalası ona kömək
edəcəyinə söz verdikdən sonra rahatlaşıb, sağollaşaraq telefonu
söndürdü. Yatağına uzanıb tavana baxaraq edəcəklərini düşündü. Sonunda
hiss etdiki nə fikirləşməyə çalışsa, sonu Murada gəlib çıxır. Təəssüflə
köks ötürüb,

özünə pıçıldadı:


-İnanmıramki mənim anana
etdiklərimdən sonra da mənə "balacam" deyəsən. Amma səni itirməli
olsamda bunu etməliyəm, məndən aldıqlarının intiqamını almalıyam-deyib
əlini özüdə hiss etmədən qarnına apardı...Susqun Bolum 16

Bir qadının ən güclü olduğu an, özünü ən zəif hiss etdiyi
andır...itirəcək heç nəyinin olmadığı andır. Bir qadının əlindən hər
şeyini alın və onun intiqamını necə alacağını seyr edin...







Bənövşə səhər tezdən durub məktəbə ge...tmək üçün hazırlaşmağa başladı.
Qəribə gəlirdi ona, 4 il əvvəl bir şagird kimi ağlaya-ağlaya getdiyi
məktəbə, indi müəllimə kimi gedirdi. Bu fikir onu gülümsətdi. Jurnalı və
lazimi dəftərləri iri çantasına qoyub çölə çıxanda, diqqətini qapının
ağzında olan alma ağacı çəkdi. Ağacın yuxarı budağında payız alması
qızarmışdı. Bir an düşünsədə, uşaq şıltaqlığı ilə çiynini çəkib,
çantasını yerə qoydu. Kostyumunun kirlənməməsinə diqqət edərək ağaca
çıxmağa çalışırdıki, birdən gülüş səsi onu dayandırdı. Arxaya
çevrildikdə Muradın ona baxaraq güldüyünü gördü. Utanc qarışıq qəzəbdən
qızarıb dedi:

-Nəyə gülürsən?!

Murad gülümsəyərək:

-Sənə balaca-deyib ona yaxınlaşdı.

-Mən balaca deyiləm!

-Bəs onda uşaqlar kimi alma dərməyə ağaca niyə dırmaşırdın?

Bənövşə bu sualdan

donub qaldı. Nə deyəcəyini bilmədiyindən ağlına gələn ilk bəhanəni dedi:

-Uşaq vaxtı atam qoymayıb ağaca çıxmağa, mən də həvəsimi öldürmək istədim.

Murad Bənövşəyə daha da yaxınlaşıb gözlərinə baxaraq dedi:

-Sən oğlan deyildinki ağaca çıxasan. Qız uşaqları gəlinciklərlə oynayar.

Bənövşənin gözündən kədər kölkəsi keçdi. Az qala pıçıltıyla:

-Mənim heç gəlinciyim olmayıb... Əslində heç bir oyuncağım olmayıb.
Balaca olanda mən nə vaxt istəsəm, atam üstümə qışqırardı. Sonra heç
özümdə istəmədim-deyib zorla gülümsündü.

Murad eşitdiyi sözlərdən
donub qalmışdı. Oyuncaqsız bir uşaqlıq o təsəvvür edə bilmirdi.
(müəllif: Cəmilə Məmmədli) O ailəsinin sevimlisi olmuşdu. Bütün uşaqlığı
bir dəfə oynayıb kənara atdığı oyuncaqlarla keçmişdi. İndi ürək ağrısı
ilə uşaqlığı belə əlindən alınmış qıza baxıb gülümsədi. Əlini uzadıb
yanağını sığallayaraq dedi:

-Eybi yox, özün onsuzda gəlinciyə oxşayırsan. Bap-balaca oyuncaq kimisən.

Bənövşənin az qala kədərlə dolan gözləri, bu sözlərdən sonra uşaq şıltaqlığı ilə

parladı. Ayağını zərblə yerə vurub:

-Özünsən oyuncaq! Mən gəlincik-filan deyiləm. Müəlliməyəm və dərsə
gecikirəm-deyib qapının ağzındaki çantasını götürüb məktəbə tərəf
qaçmağa başladı.

Murad gülümsəyərək Bənövşənin arxasıyca baxıb, ağlına gələn fikirlə sevinclə başını yellədi.



Bənövşə axşam üstü məktəbdən gələndə qapının ağzında böyük bir qutu
gördü. Heç nə anlamadan çiynini çəkib, qutunu içəri apardı. Açıb, böyük
maraqla içinə baxdıqda cürbəcür oyuncaqlar, gəlinciklər görüb uşaq kimi
sevindi. Bütün gecə balaca uşaq kimi oyuncaqlarla oynadı. Bunları
Muradın aldığını bilsədə, edəcəklərindən sonra onu əsla
bağışlamayacağını bilirdi...



2 HƏFTƏ SONRA:

Bənövşə böyük
aynada son dəfə özünə baxıb, üzünə düşən saçlarını kənara itələdi. Bu
gün Rənanın toyu idi və bu toya görə bəlkə də heç kim Bənövşədən çox
həyacanlanmırdı. Özünü toplayıb, qapının ağzındakı ayaqqabılarını geydi.
Evdən çıxıb asta addımlarla toy mağarının qurulduğu yerə-4 il əvvəl
gəlin getdiyi həyətə gedirdi. Sonunda çatıb

ürkək nəzərlərlə ətrafa
baxdı. Az sonra burda olacaqları yalnız o və Rənanın ailəsi bilirdi.
Özünü toplayıb içəri keçdi. Mağarın ağzında Alagöz xanım onu qəzəblə
süzsədə, toya gələn adamı qova bilməyəcəyindən heç nə demədi. Bənövşə
içəri keçib, qapının ağzındaki masaya oturdu. Az sonra vağzalı sədaları
altında Ruslan və duvağının altından belə titrədiyi hiss olunan Rəna
girdi. Onlar üçün ayrılmış masalarına keçdikdən sonra, heç 15 dəqiqə
keçməmiş 3 polis içəri keçdi. Bayaqdan uğultu bürümüş məclisə
qulaqbatıran sakitlik çökdü. Hər kəsin nəzəri polislərə dikildi. Alagöz
xanım və Murad polislərə yaxınlaşıb, sakitliklə məclisdən çıxartmaq
istəsədə, rütbəli olduğu bilinən polis ötkəm səsi ilə dedi:

-Bu toyun yiyəsi kimdi?

Alagöz xanım qarşısına keçib, hökmlə dedi:

-Mən!

-Onda xanım mənə gəlininizin şəxsiyyət vəsiqəsin göstərə bilərsiz?

Alagöz xanım dili kəkələyərək:

-Nə..nə vəsiqə? İndi vəsiqə vaxtıdı? İmkan verin toyumuzu eliyək.

-Xanım bizə daxil olan şikayətə görə, burda yetkinlik yaşına

çatmamış azyaşlı ilə 36 yaşlı adamın toyudu. Bu düzdü?

-Onlar bir-birlərin seviblər. Bizdə məcbur olub, evləndirmişik.

Polis gülümsəyərək qarşısında bayaq ona xoruzlanan, indisə tir-tir titrəyən qadına baxıb qəzəblə dedi:

-Nə sevgi? Siz bilmirsizki Azərbaycanda yetkinlik yaşına çatmamış
qızların evləndirilməsi 'az yaşlıların cinsi istismarı' maddəsi ilə iş
düşür? Bizimlə şöbəyə getməlisiz.

Alagöz xanım çıxılmaz vəziyyətdə olduğunu anlayıb, yaltaqlıqla gülümsəyib dedi:

-Rəis nə şöbə? Qoy toy qutarsın, biz öz aramızda razılaşarıq.

-Bağışlayın xanım, əmir böyük yerdəndir. Sizi və oğlunuzu şöbəyə aparmalıyam. Çətinlik çıxarmayın.



Hər kəs təəccübdən donub qalmışdı. Yetkinlik yaşına çatmayanların
evləndirilməsinin cinayət olmadığını nəinki heç kəs bilmirdi, hətda bunu
normal sayırdı. Kəndin ən hörmətli ailəsinin buna görə tutulduğunu
görən bir çox insanın ürəyinə qorxu düşmüşdü, çünki çoxu 15-16 yaşlı

gəlinlərini seçmişdilər.



Muradın etirazlarına baxmadan Alagöz xanımı və oğlunu Ruslanı aparırdılar
 
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!