Susqun (Bölüm 17)

Susqun (Bölüm 17)
Sevgi Dünyası
10.09.2017 27
Mağardan çıxanda Alagöz xanım Bənövşənin gülümsədiyini görüb qəzəblə üstünə cumdu:

-Bunu...bunu sən eləmisən?! Necə elədiyini bilmirəm, amma bunun əvəzini səndən çıxacam! Öldürəcəm səni...

Polis işçiləri güclə Alagöz xanımı Bənövşədən ayırıb apardılar. Məclis
artıq yavaş-yavaş dağılırdı. Bənövşə də getmək istəyirdiki, bir əl
qolunu sıxıb özüylə çəkdi. Başını qaldırdıqda bunun Murad olduğunu
görüb, itaətkarlıqla arxasıyca getdi.



Murad Bənövşəni evin arxasına çəkib, dayanıb gözünə baxdı. Bayaqdan güclə saxladığı qəzəblə qışqırdı:

-Sən etdin bunu?! Sən şikayət eləmisən?!

Bənövşə özünə əminliklə dedi:

-Hə, mən eləmişəm. Səndən fərqli olaraq, ürəyim dözmədi o qızında həyatının mənim kimi məhv olmasına!

Murad biraz tutulsada, qəzəblə dedi:

-Səni tanıya bilmirəm! Sən kimsən axı? Nə oldu mənim Bənövşəmə? Doğma anamı polisə verən qız mənim balacam ola bilməz!

Bənövşə bu sözlərdən kövrəlib, Muradın əlindən tutub çəkərək dedi:

-Gəl! Mən göstərəcəm hardadı o Bənövşən...



Bənövşə Muradı

əlindən tutub aparırdı. 4 il əvvəl getdiyi yola atdığı hər addımda
olanları yenidən yaşayırdı sanki. Susurdular... Susurdular, çünki
Bənövşə də 4 il əvvəl susurdu bu yolu gedərkən. Sonunda Bənövşə dayandı.
Murad yol boyu səssizcə Bənövşəyə baxıb, onu çəkib aparmasına icazə
verdiyi üçün, ani dayanmağa müvazinətini saxlaya bilməyib 1-2 addım
səndələdi. Özünü topladıqda 1 addım qabaqda dərin yarğanın olduğunu
görüb, sual dolu gözlərlə Bənövşəyə baxdı. Bənövşə isə yarğanın dibinə
hipnoz olmuş kimi baxırdı. Köhnə xatirələr, ağrılar, göz yaşları,
döyülməsi, dağılan ailəsi, itirdiyi...daha doğrusu əlindən alınan
körpəsi və onun bütün bunlara susması...susması...susqunluğu! Bütün
bunlar onu məhv etmək üçün beyninə, ürəyinə hücum edirdi sanki...
Gözündən axan bir damla yaşla özünə gəlib Murada baxdı. İçini parçalayan
qəzəblə:

-O Bənövşən burdadı!-qışqırıb əliylə yarğanı göstərdi.

-O burdadı, bu yarğanın dibindədi! 4 il əvvəl anası ölən, ər evindən, ata evindən qovulan qız, bu

həyatda başqa heç kimi qalmadığı üçün gecənin bir yarısı gəldi bu yerə.
Baxdı bu yarğanın qaranlıq dibinə! Həyatı haqqında heç vaxt söz haqqı
olmayan qız, heç olmasa ölümünü özü seçmək istədi!

Bənövşə Murada daha da yaxınlaşıb, gözlərinə baxaraq:

-Bəs sən...sən hardaydın?! Söz vermişdin! Söz vermişdin onu əsla heç
kəsin incitməyinə icazə verməyəcəkdin! Amma ən çox sən incitdin... De!
Hardaydın?!-deyib Muradın sinəsini yumruqladı. Muradın onu saxlamamasıni
görüb, sakitləşərək köksünə sığındı. Göz yaşları içində pıçıldadı:

-Yox idin...heç kəs yox idi... Hamının gözündə tək günahkar mən idim. Nə
olduğunu soruşmadılar...sən də soruşmadın. Nə günahım var idi axı
mənim? Tək günahı susmaq idi. Susmalıydım...mənə belə öyrətmişdilər.
Ağıllı, yaxşı qız həmişə susmalı idi axı...



Murad eşitdiklərinin şokundan yavaş-yavaş çıxıb, köksünə sığınmış
Bənövşəni qucaqlamaq istədi. Lakin bunu hiss edən Bənövşə, onu bütün
gücü ilə itələyib dedi:

-Artıq o Bənövşə yoxdu! Ölüb! Özünü atıb bu yarğana!

Əgər orda olub, onu xilas etsəydin yaşayardı hələ də.. Amma artıq gecdi!
Mən o deyiləm. Mən başqasıyam, məni incidən hər kəsdən intiqam alan
biriyəm. Əgər o Bənövşəni axtarırsansa, cəsarətin çatsın, sən də özünü
at bu yarğana...

Bənövşə sözlərini bitirib, son dəfə gözlərinə baxaraq Muradı orda qoyub getdi...



Murad eşitdiklərindən donub qaldı. Ancaq Bənövşə danışmışdı. O heç nə
deməmişdi, daha doğrusu deyə bilməmişdi. Nə deyə bilərdiki?

Bənövşə getdikdən sonra, yarğanın kənarında diz üstə çöküb pıçıldadı:

-Haqqlısan... Mən qoruya bilmədim səni, sözümün üstündə durmadım. Necə
edəydim axı? Anam...doğma anam mənimdə həyatımı məhv etdi. İndi isə hər
şey bitdi. Nə sən anamın etdiklərin bağışlaya bilməzsən, nə də mən anama
elədiyini bağışlaya bilmərəm. Artıq istəsəmdə mənim Bənövşəm ola
bilməzsən balaca...



POLİS ŞÖBƏSİ:

-Məni niyə burda saxlayırsız? Hansı qanun kitabında yazılıb ki, toy
eliyən birini tutmaq olar? Sizin işiniz oğru, başkəsən tutmaq deyil?!

Polis rəisi bayaqdan heç susmayan Alagöz

xanıma baxıb düşünürdü: "nə həyasız arvaddı. Əmir yuxarıdan gəlməsəydi,
çoxdan atardım bayıra bunu, ya da həpsə". Amma düşündüklərinin əksinə
üzünə süni təbəssüm yerləşdirib dedi:

-Xanım xahiş edirəm sakitləşin. Sizin etdiyiniz iş cinayət məsuliyyəti
daşıyır. Az yaşlıların evlənməsi Azərbaycan qanununlarına görə, qəti
qadağandır.

-Rəis nə azyaşlısı? 16yaş azdı bəyəm? Mən ərə gedəndə 15 yaşındaydım.

-Xanım rəsmi sənədlərə görə qızın elə 15 yaşı var. Həm 18 yaşından aşağılar evlənə bilməz.

Alagöz xanım çıxılmaz vəziyyətdə qalmışdı. Neçə saatdır şöbədən çıxmağa
çalışırdı. Oğlunu gəldikləri ilk andan nəzarətxanaya atmışdılar, onu
isə qadın olduğu üçün rəisin otağında saxlayırdılar. Otağın solğun
rəngli divarları və boğuq havası onu sıxırdı. Tək istəyi burdan çıxmaq
idi. Lakin nə qədər danışsada, hətda gah üstü örtülü, gah da açıq olaraq
rüşvət də təklif etmişdi. Amma rəis hər dəfəsində onu dayandırırdı və
əmrin yuxarıdan olduğuna işarə edirdi.

Alagöz xanım ən birinci bunun

Bənövşənin işi olduğunu düşünsədə, artıq bu fikrinin doğru olmadığını
düşünməyə başlayırdı. Axı atasız, anasız adi bir müəllimənin
yuxarıdakılarla nə əlaqəsi ola bilərdiki? Unudurdu, unudurdu Bənövşənin
xalasını-nazirlikdə işləyən Nailə xanımı...



Bənövşə göz yaşları içində evinə gedərkən telefonuna zəng gəldi. Bilincsizcə götürüb, cavab verdi:

-Alo...

-Salam qızım, necəsən?

-Yaxşıyam xala. Çox sağ ol, hər şey əla oldu.

-Sevindim. Amma qızım onu çox saxlatdıra bilmərəm. Elə də böyük vəzifəm yoxdu axı.

-Eybi yox xala. 1-2 saata buraxdır. Bu qədəri ona bəsdi hələki...



Rəis telefon danışığını sonlandırıb, süni təbəssümlə Alagöz xanıma baxıb dedi:

-Siz azadsız Alagöz xanım, amma oğlunuz bu gecə burda qalmalı olacaq.
Amma xəbardarlıq edirəm, o toyu unudun. Birdəki kimi incitmisiz
bilmirəm, amma o adamdan uzaq dursaz yaxşıdır.

Alagöz xanım şöbədən çıxanda pıçıldadı:

-O adamı sonra taparam, çünki indi tək məqsədim Bənövşəni oğlumdan uzaqlara göndərməkdi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!