Susqun (Bölüm 18)

Susqun (Bölüm 18)
Sevgi Dünyası
10.09.2017 40
Qadın övladdır, bacıdır, həyat yoldaşıdır, anadır...ən əsası isə qadın sevgidir. Hər zaman, hər yerdə sevgidir qadın.



Çünki bu dünyadaki hər bir qadının sevgisini ürəyində daşıyan bir insan mütləq vardır...



Alagöz xanım bü...

tün gecəni fikirləşmişdi. Bənövşənin gəlişi, belə güclü və özünə inamlı
olması onu çox narahat edirdi. Bənövşəni öz hökmü ilə əzə biləcəyinə
əmin olsada, oğlunun arvadına inanıb ona qarşı çıxmasından çox qorxurdu.
Gecə ağlına cürbəcür fikirlər gəlsədə, ən birinci Bənövşəni qorxuzmağı
qərara alıb dərin yuxuya getdi.



Səhər Alagöz xanım Bənövşənin
evinin qarşısında dayanıb, ikrah hissi ilə bu daxmaya baxırdı. Əslində
özüdə evlənməmişdən əvvəl bundan da kasıb evdə qalırdı, amma insan heç
bir zaman pis günlərini xatırlamazki... Sonunda özünü toplayıb, qapını
döydü. Qapı açılanacan, bilərək taxdığı qızıllarını səliqəyə salıb,
üzünə daha zəhmli ifadə verdi.



Bənövşə bu gün bazar olduğundan
istirahət etmək istəyirdi. Qapının döyülməsi planını pozsada, gəldiyi
gündən bəri ilk dəfə Südabə

müəllimədən başqa bir qonağın gəldiyini
düşünüb, gülümsəyərək qapını açdı. Qarşısında Alagöz xanımı gördüyü anda
üzündəki məsum təbəssümü, kinayəli bir gülüşə çevrildi.

-Xoş gəlmisiz Alagöz xanım.

-Heç də xoş gəlməmişəm. Sənə xəbərdarlıq eləməyə gəlmişəm.

-Eləmi... Buyurun, dinləyirəm.

-Mənə bax ay qız, elə günü sabah gəldiyin kimi gedirsən, yoxsa başına oyun açaram!

Bənövşə Alagöz xanımın gözlərinə baxıb,(müəllif: Cəmilə Məmmədli) kinayə ilə soruşdu:

-Doğurdan? İndi nə planlar qurmusuz?

-Plana ehtiyac yoxdu. Elə 4 il Bakıda neynədiyini araşdırsam, bu kənddə 1 saniyədə yaşatmazlar səni.

-Bəs sizin öz nəvənizi öldürdüyünüzü bilsələr?

Alagöz xanım bu sözlərdən qorxuya düşüb diqqətlə Bənövşəyə baxdı.
Etdiyini onun bilməsini heç gözləmirdi. Özünü toplayıb, qəzəblə
qışqırdı:

-Sən nə çərənləyirsən?!

-Sakit Alagöz xanım. Sizin "təyziq dərmanınızın" nə işə yaradığını öyrəndim. Sizcə bunu Murad bilsə necə olacaq?

-Elə bilirsən oğlum sənə inanar?

Bənövşə:

-Məncə inanar. Bəs sizcə öz övladını

öldürən ananı Murad istəyər?-deyib qalib gəlmiş kimi gülümsədi.

Alagöz xanımın heç nə demədən donub qaldığını görüb:

-Artıq mən o rahat əzdiyiniz Bənövşə deyiləm. Siz mənə heç nə edə
bilməzsiz, amma mən etdiklərinizin intiqamını bir-bir alacam. Əlinizdən
gələn tək şey, mənim kimi susmaq olacaq.-deyib qapını zərblə örtdü.


Alagöz xanım örtülən qapının səsinə sanki ayıldı. Çox çarəsiz idi.
Övladlarını bir-bir itirirdi. Ruslan elə polisdən çıxdığı gün qayıtmışdı
Rusiyaya, Firuzə qız idi, bir gün mütləq yad evinə getməli idi. Əlində
qalan tək övladı Murad idi, amma o da anasının etdiyini öyrənən kimi üz
çevirəcəkdi ondan. Bu fikirlərlə evinə tərəf gedəndə küçədə dayanmış
qadınların ona baxıb pıçıldaşdığını gördü. 2 gün bundan əvvəl yaşanan
biabırçılığı heç kəs unutmamışdı. " O qızın məsələsi qalsın sonraya, mən
bu söz-söhbətlərin kökün kəsməliyəm. Heç kəs deyə bilməz ki, Alagöz
qapısında bir xeyir iş də edə bilmədi". Bu düşüncələrlə boğularkən,
yadına Firuzəni istəyən

uzaq qohumları düşdü. Bir toydaki
uğursuzluğu, başqa toydaki şənliklə örtmək istədi. Evə gəldiyi anda,
zəng edib qohumları ilə danışdı. Bu məsələni tez həll etmək üçün, ələ
sabaha təyin etdi ailə arası nişanı. Hər şeyi danışdıqdan sonra
rahatlaşdığı anda, Firuzəyə heç nə demədiyi yadına düşdü. Əslində buna
ehtiyac görməsədə, xala-xətrin qalmasın deyə qızının otağına girib dedi:

-Hazırlaş. Sabah Akif dayının oğlu Raufla nişanındı.

-Nə?!



Anası heç nə açıqlamadan örtmüşdü qapını. Əslində Firuzə öyrəşmişdi
anasının onun həyatı haqqında qərar verməsinə. Amma evlilik...bu başqa
idi. Göz yaşları içərsində yastığının altındaki şəkli çıxartdı. Əsgər
formasında bir oğlan sanki ona baxıb gülümsəyirdi. Titrək əlləri ilə
fotonu sığallayıb pıçıldadı:

-Yox... Mən sənə söz vermişəm Kənan. Anam nə etsədə səni gözləyəcəm. 10gün qalıb.

Sonra cəld ayağa qalxıb şkafdakı köhnə çantasını götürdü. İçinə 1-2
paltar atıb, sevgilisinində şəklini ehtiyatla qoydu. Pencərədəm
tullanıb,bağ arası yollarla bu kənddə tanıdığı və inandığı yeganə adamın
evinə tərəf gedirdi...



Bənövşə səbirsizliklə döyülən qapını açdıqda qarşısında baldızını gördü. Onu ən çox təəccübləndirən isə Firuzənin:

-Bağışla...-deyib ağlayaraq onu qucaqlaması idi. Heç nə demədən o da baldızını qucaqladı.

Əslində yaşıd olan Firuzə ilə Bənövşə bütün gecəni yatmayıb söhbət
etmişdilər. Firuzə öz dərdlərini danışdıqdan sonra, dəfələrlə Bənövşədən
o vaxt susduğu üçün üzr istəmişdi. Bənövşədə onu bağışlamışdı.
(müəllif: Cəmilə Məmmədli) Özü əvvəllər həmişə susqunkən, indi tək
günahı susmaq olan qızı necə bağışlamasın axı?



Murad bütün
gecəni bacısını axtarmışdı. Anası "mən heç nə etməmişəm"-desə də buna
inanmırdı. Amma səbəbi nə olursa-olsun bir qardaş kimi bacısının evdən
qaçması onu qəzəbləndirmişdi. Kənd arası yollarla maşını sürüb bacısını
axtararkən uzaqdan Bənövşənin evini gördü. Bacısının orda olmadığını
düşünsə də, hətta buna əmin olsada sırf Bənövşəni görməyə bəhanə olsun
deyə o evə tərəf getdi.

Qapını döydüyü anda açan Bənövşəni gördükdə
donub qaldı yenə. Özüdə hiss etmədən heyranlıqla onun gözlərinə,
saçlarına, dodaqlarına baxmağa başladı. Bənövşənin gülümsəyərək "Salam"
deməsi onu yuxudan ayıltdı sanki. Özünə gəlib, ciddiliklə dedi:

-Salam. Firuzə burdadı?

Bənövşə süni təlaşla:

-Yox. Firuzə evdə deyilki?-deyib Murada baxdı.

-Yox, evdə deyil əlbətdə. Deyəsən qaçıb evdən.

-Qaçıb? Bəlkə sevdiyi ilə qaçıb?

-Nə sevdiyi? O nə bilir sevgi nədi.

Bənövşə:

-Güya sən bilirsənki sevgi nədi?.-deyib Muradın gözlərinə baxdı.

Murad Bənövşəyə baxıb pıçıltı ilə dedi:

-Bilirəm...

-Nədi?

Murad Bənövşəyə ona toxunacaq qədər yaxınlaşıb, gözlərinə baxaraq dedi:

-Sevgi nəfəs almaqdı...hər nəfəs alışında onu içində, bütün ruhunda
hiss etməkdi. Sevgi ürək döyüntüsüdü...hər ürək döyüntüsündə onun
damarlarında axıb bütün bədənini sardığını hiss etməkdi. Sevgi onun
olmaqdı...təkcə bədəninlə yox, ruhunla, düşüncənlə, hər anınla sadəcə
onun olmaqdı. Sevgi onun gözlərinə baxmaqla bir ömür yaşamaq deyil,
sevgi ondan başqa

heç bir gözə baxa bilməməklə bir ömür
yaşamaqdı. Sevgi birini sevmək deyil, ona olan sevgi ilə var olmaqdı.
Amma sən bunları heç vaxt anlamadın balaca...Balacam...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!