Susqun (Bölüm 19)

Susqun (Bölüm 19)
Sevgi Dünyası
10.09.2017 41
Amma sən bunları heç vaxt anlamadın balaca...Balacam...

Muradın
ona bu qədər yaxın olması...hələ dediyi sözlər nəfəsini kəsmişdi sanki
Bənövşənin. Nə danışa, nə də tərpənə bilmirdi. Sadəcə tutulub qalmışdı
onun gözlərində. O da bu sözləri, hətda bundan daha gözəl sözləri demək
istəyərdi Murada...amma...

Murad bayaqdan bir cavab gözlərmiş kimi
Bənövşəyə baxsada, birdən gözü yarı açıq qalmış qapıya sataşdı. Elə o an
bədənini qəzəb sardı. Bayaqdan mehribanlılıqla baxan gözləri, indi od
saçırdı sanki. Çünki qapının ağzındaki ayaqqabıları görmüşdü. Onları özü
bacısına almışdı...
Bənövşə Muradın qəzəblə evə baxdığını
görüb, arxaya çevrildi. Onunda gözünə ilk sataşan şey ayaqqabılar idi və
qeyri-iradi bir təlaşla qapını örtmək istəyirdiki, Murad qolundan tutub
qışqırdı:

-Firuzə burdadı hə?! Cavab ver!

Bənövşə qorxu
qarışıq həyacanla əsirdi. Muradı ən son belə qəzəbli 4 il əvvəl
görmüşdü. Yenə eyni şeyləri yaşayacağından elə qorxurduki... Güclə özünü
toplayıb pıçıldadı:

-Burdadı.

Murad bu sözdən sonra evə girmək istəyirdiki Bənövşə qabağını kəsdi. Bununla daha da qəzəblənən Murad:

-Çəkil!-deyə qışqırıb Bənövşəni itələməyə çalışdı. Amma Bənövşə inadına çəkilməyib dedi:

-Yox. Bir qulaq as Murad.

-Nəyə qulaq asım?! Sən necə bunu mənə demədin?! Niyə?!

-Sən olanları bilmirsən...

-Nəyi bilmirəm?! De! Bacımın burda olduğunu niyə demədin?! Bu da sənin
intiqamının bir hissəsi idi?! Nəyin intiqamıdı axı bu?! Niyə ikimizi,
bizi məhv edirsən?!

Bənövşə bu sualların qarşısında aciz qalmışdı.
Özü belə hələ də qəbul etməzkən, necə deyəcəkdi olanları Murada... Bu
düşüncələr onu məhv edərkən, Muradın çiynindən tutub silkələyərək dediyi
sözlər ayıltdı onu:

-De! De, niyə belə oldun?! Nəyin intiqamın alırsan axı?!

Bənövşə dərindən nəfəs alıb, güclə eşidiləcək pıçıltıyla dedi:

-Körpəmizin...

-Nə?!

Bənövşə bütün gücünü toplayıb, illərdir içini qovuran qəzəblə qışqırdı:

-Körpəmizin! Ananın məndən, səndən, bizdən aldığı uşağın intiqamın
alıram! Bir- iki dərmanla öldürdüyü uşağın intiqamın alıram! Heç hiss
etmədiyim körpəmin intiqamın alıram! Səni, özümü, bizi məhv edirəm
görmədiyimiz parçamızın intiqamı xətrinə!

Murad eşitdiklərindən heç nə anlamırmış kimi boş gözlərlə baxırdı Bənövşəyə. Əslində hər şeyi anlayırdı. Amma inanmaq...

-Nə...nə deyirsən sən? Bu nağılları niyə uydurursan?..inanmıram.

Murad inanmadığını təsdiqləmək üçün əliylə başını tutub, durmadan
silkələyirdi. Elə bu vaxt Firuzə çölə çıxıb göz yaşları içində qardaşına
baxdı. İçini yeyən vicdan əzabından qurtulmaq istərmişcəsinə dedi:


-Düz deyir. Mən...mən aldım o dərmanı. Bilmirdim...valla bilmirdim.
Amma biləndə susdum. Qorxdum qardaş, qorxdum anamdan. Bağışla məni-deyib
dizləri üstə çökdü hönkürərək...
Murad qarşısındaki 2 qadının
ağlamasına təəccüblə baxırdı. Nə edəcəyini bilmirdi. Nə edə bilərdiki.
Kişilər ağlamaz deyiblər...Murad bunu yaxşı bilirdi.

Heç nə demədən
divara söykənib ağlayan Bənövşəni özünə çəkib bərk-bərk qucaqladı.
Bənövşənin hönkürtlərindən, Muradın gözündən axan bir-iki damla
görünmürdü...
Artıq sakitləşsələrdə, Murad hələ də Bənövşəni
buraxmırdı. Sanki bir daha itirməkdən qorxurmuş kimi, onu özünə bərk
sıxıb dayanmışdı. Bənövşə də ara-sıra hıçqırsada, başını Muradın
sinəsinə qoyub onun qollarında olmaqdan xoşbəxt idi sanki.

Murad sonunda özünü toplayıb pıçıldadı:

-Mən nə edim? Nə edim axı. Öz doğma anama nə edim... Gedəcəm buralardan...

Bənövşə Muradın sözlərindən dəhşətə gəlib, ondan aralanıb üzünə baxdı:

-Hara?... Hara gedəsən? Niyə?...

Murad çarəsizliklə çiynini çəkib dedi:

-Getməkdən başqa çarəm yoxdu. Sənin tək yaşadıqlarını bildikdən sonra,
sənin yanında ola bilmərəm. Səni tək qoyduğuma görə özümü əsla
bağışlamayacam. Biraz daha qərarlı olsaydım, sənə inansaydım nə ailəmiz
dağılardı, nə övladımızı itirərdik. Artıq buralarda qala bilmərəm. Burda
qalsam ya anamı öldürməliyəm, ya özümü. Gedəcəm...həmişəlik gedəcəm.
Bağışla məni balaca.

Bənövşə ruhsuz bədən kimi idi artıq. Tanıyırdı Muradı, dediyini edəcəyini bilirdi. Onu məhv edəndə bu idi.

Danışmaq, Murada "getmə"-deyə yalvarmaq keçirdi könlündən, amma
faydasız olacağını bilirdi. Murad yaxınlaşıb Bənövşəni bərk-bərk
qucaqladı, saçlarının ətrini acgözlüklə içinə çəkib, qulağına pıçıldadı:

-Səni sevirəm balacam...

Son dəfə Bənövşənin gözlərinə baxıb, alnından öpərək çevrilib getdi.

Atdığı hər addım xəncər olub Bənövşənin ürəyinə batırdı sanki. Murad
maşını işə salıb, getdiyi anda gücü tükənmiş kimi yerə çökdü. İlk dəfə
idi Murad ona "səni sevirəm" deyirdi və deyəsən bu son dəfə olacaqdı...
Murad qatarın pəncərəsindən ucsuz-bucaqsız çöllərə baxırdı. İki
qardaşın xasiyyəti eyni olmasada, taleyi eyni olacaqdı deyəsən, çünki o
da Rusiyaya gedirdi. Amma məqsədlər fərqli idi. O tüfeyli həyat üçün
yox, öz həyatından, ailəsindən, özündən qaçmaq üçün gedirdi. Dünəni çox
yaxşı xatırlayırdı. Maşını son sürət sürüb evə gəlmişdi. Anasının
suallarına məhəl qoymadan pullarını, sənədlərini və bir-iki paltarını
çantaya atmışdı. Bir tək evdən çıxanda, ayaq saxlayıb anasına baxmışdı.

-Mən hər şeyi bilirəm. Niyə öldürdün nəvəni?-demişdi.

Anasının:

-Sənin yaxşılığın üçün oğlum-cavabından sonra, kinayə ilə gülümsəyib demişdi:

-Yaxşılığım üçün ailəmi dağıtdın, körpəmi öldürdün. Sağ ol ana. İndi məni də itirdin, həmişəlik!

Son sözünü dedikdən sonra halı pisləşən anasına baxmadan getmişdi.

İndi saatlar qalırdı onu məhv edən bu yerlərdən həmişəlik getməsinə... Hər şey başladığı yerdə bitər. Əgər nəsə başladığı yerdə bitmirsə, deməli dəvam edir......скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!