Susqun (Son)

Susqun (Son)
Sevgi Dünyası
10.09.2017 9
1 İL SONRA:

Bu il ərzində nələr oldu? Alagöz xanım oğlunun
gedişindən sonra güclü psixoloji travma aldı və ruhi xəstələr
dispanserinə göndərildi. O çox öyündüyü var-dövləti qızına verilsə də,
çoxdan əsgərlikdən qayıdan sevdiyi ilə ailə quran Firuzə bununla
maraqlanmadı belə. Rəna ailəsi ilə bir yerdə şəhərə köçdü və indi
təhsilinə dəvam edir.

Qəribədir həyat, baş rolda olanlar əziyyət çəkərkən, arxa plandakilər kiçik yaralarla qovuşur xoşbəxtliyə...
Bənövşə... Bənövşə müəlliməlik etməyə dəvam etdi. Onun Alagöz xanıma
etdiklərindən sonra, hər kəsin canına qorxu düşmüşdü. Onun səyi
nəticəsində kəndə ilk dəfə 9-cu sinifdən qız çıxarılmadı və bir uşaq
daha "gəlin" adı ilə satılmadı. Bütün bunlara sevinsə də, hər gün
həsrətlə Muradı gözlədi. Gəlməyəcəyini bilə-bilə...
Yenə
çantasını sinəsinə sıxıb məktəbə gedirdi. Uşaqlıqdan öyrəşdiyi kimi,
gözünü yerə dikmişdi. Böyük Çinara yaxınlaşanda böyük bir ümidlə başını
çevirdi. Amma 1 il hər gün olduğu kimi, bu gün də ona

gülümsəyərək baxan "o" yox idi... İçini qovuran həsrətlə başını aşağı saldı. Gözlərindən bir damla yaş süzülürdüki...

-Sənə ağlama demişdim axı balaca...

Bənövşə bu səsdən donub qaldı. Tanımışdı bu səsi, bilmirdi bu
həqiqətən odu, yoxsa yenə bir xəyal. Bunun xəyal çıxmasından qorxduğu
üçün başını qaldırmadı. Sonunda bütün gücünü toplayıb başını qaldırdıqda
Muradın ona gülümsəyərək baxdığını gördü. Sevinc qarışıq həyacandan
tərpənə bilmirdi. Sadəcə durduğu yerdə titrəyirdi. Murad onun nə hiss
etdiyini anlamış kimi asta addımlarla yaxınlaşdı Bənövşəyə. Gülümsəyərək
gözlərinə baxmağa dəvam edib, əlini tutdu. Ürəyi titrədən səs tonuyla
pıçıldadı:

-Darıxmışdım sənin üçün balacam...

Bənövşə
sehirlənmiş kimi idi. Muradın əsla qayıtmayacağına elə inandırmışdıki
özünü, bütün bunlar ona yuxu kimi gəlirdi. Eşitdiyi sözlərdən daha da
təsirlənib, başını Muradın köksünə qoydu. Gözlərindən durmadan yaş
axırdı. Murad da daha dözməyib Bənövşəni bərk-bərk qucaqladı. Saçlarını
sığallayıb,

ətrini içinə çəkirdi.

Bənövşə bu anı pozmaq istəməsə də, pıçıltı ilə onu qorxudan sualı verdi:

-Həmişəlik qayıtdın?

-Yox.

Bənövşə Muraddan aralanıb məsum gözlərlə ona baxdı.

Murad onun bu halına dözməyib, üzünü əlləri arasına alıb gülümsəyərək
gözlərinə baxdı. Bənövşənin az qala ağlayacağını görüb dedi:

-Gedəcəm...yəni gedəcəyik balacam. Başqa ölkədə olmasada, başqa şəhərdə yaşayacağıq.

Bənövşə təlaşla:

-Bəs işim nə olacaq?-desə də, dediyi anda peşman oldu. Murad yanında olandan sonra, işin nə əhəmiyyəti vardıki?

-Eybi yox, yaşadığımız yerdə işləyərsən.

Bənövşə heç nə demədən, qollarını qaldırıb Muradı qucaqladı.

Murad onun bu hərəkətinə gülümsəyib pıçıldadı:

-Biraz yavaş balaca, toya qədər gözlə.

Bənövşə təəccübdən böyümüş gözlərlə Murada baxıb dedi:

-Toy?

-Hə toy. Bu dəfə əsl toy olacaq, həmdə nigah. 1həftə sonra.

Bənövşə sevinclə Muradı qucaqlayıb pıçıldadı:

-Mən də səni...

-Nə?

-Mən də səni sevirəm...

Murad Bənövşəni özündən ayırıb gülümsəyərək ona baxdı.

Bənövşənin utanıb başını aşağı salması xoşuna gəlsədə, çənəsindən zərifcə tutub yuxarı qaldırdı. Gözlərinə vurğunluqla baxıb:

-Məndən çox sevə bilməzsən balacam-deyib, yaxınlaşıb öpdü 5 il həsrət qaldığı dodaqlardan...
1 HƏFTƏ SONRA:

Bənövşə ağ gəlinlikdə, qara kostyumda daha da yaraşıqlı görünən
Muradın qoluna girib nigah masasına tərəf gedirdi. Hər qadına qismət
olmaz gəlinliyi 2 dəfə geyinmək, xüsusi ilə də sevdiyi adam üçün...


Artıq kəbin kəsilmiş, onsuzda az adamın çağrıldığı toy da bitmək üzərə
idi. Bəy və gəlin qonaqlarla sağollaşıb çıxırdılarki, qapının ağzında
Aydınla Yasəməni görüb dayandılar. Onlar yeni evlilərə xoşbəxtlik
diləyib gedirdilərki Aydın dedi:

-Yasəmən bəlkə bizdə ikinci dəfə evlənək?

Yasəmən:

-Mən 2 dəfə eyni xətanı təkrar eləmərəm-deyib gülümsəyərək gözlərini süzdürdü.

Aydın biraz pərt olsada, Yasəmənə baxıb:

-Hər dəfə məni hirsləndirdikdə nə olduğunu bilirsəndə-deyib bic-bic gülümsədi.

-Yox. Mən lap milyon dəfə də səninlə evlənərəm.

-Artıq gecdi gözəlim...

Yeni evlilər bu cütlüyün şirin davasına gülüb, sağollaşıb öz yeni evlərinə getdilər.
Murad qapını açıb, içəri keçdi. Ona ürkəkcə baxan Bənövşənin əlindən tutub özünə tərəf çəkdi. Gözlərinə baxıb, gülümsəyərək:

-Bu dəfə hər şey gözəl olacaq...-deyə pıçıldadı. Belindən tutub, özünə
sıxaraq dodaqlarından öpməyə başladı. Öz ehtiraslı öpüşlərini artıq
Bənövşənin boğazında gəzdirərkən, bir əliylə açıq qalan qapını örtdü.
Məndə qalanın görənmədim:).
Xoşbəxtlik axtarıb sizi tapmayacaq.
Siz onu tapacaqsız. Necə? Mübarizə edərək! Aldadıldıq illərcə "həyat
mübarizləri sevir" yalan ilə. Həyat mübarizləri sevmir, əksinə nifrət
edir. Həyat susanları,

əzilənləri, əzilməyi tale kimi qəbul edənləri...bir sözlə susqunları sevir. Çünki onlar qarşı gəlmirlər həyatın oyunlarına...

Əzilmək, susmaq, susqun olmaq bir tale deyil, seçimdir. İnanmırsız?
Onda susmaqdan əl çəkib, göz yummayın sizə olunan haqsızlıqlara. Zamanla
özünüzdə nə qədər güclü olduğunuzu anlayıb, təəssüf edəcəksiz susqun
keçirtdiyiniz illərə. Mən Cəmilə Məmmədli deyirəmki susqun olmaq tale
deyil, seçimdir! Bəs siz nəyi seçirsiz?
Bənövşə: utancaqlıq,
küskünlük simvolu olan kiçik çiçəkdir. Lakin ən sərt qış aylarında açır.
Bizim Bənövşə də kənardan nə qədər aciz görünsədə, bir çox qadının
cəsarət edə bilməyəcəyi şeyləri etdi. Ümid edirəm çox insan ondan örnək
götürər.......SON........скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!