Sevgi!

Sevgi!
Sevgi Dünyası
10.09.2017 10
Sevgi!
5 hərflik sözdü.
Amma uğrunda canlardan, dağlarda hər cür məşəqqətlərə dözür.
 
[/b]
[b]Nədir sevgi?!

Əllə tutulmur, gözlə görülmür.
Onu hiss edən yeganə varlıq qəlbdir.
Gözlərdə başlar ilk sevgi.
İlk baxış ,ilk görüş.
Başındakı tükdən ayağındakı dırnağa qədər tirəyişdir sevgi.
Qəlbinin sürətlə vurması,
Dilinin isə ona inad susması.
İçindəki tufanın qopması,vulkanın püskürməsi.
Üzündə isə sadəcə məsum bir ifadədir sevgi.
Gözlərdə başlayan qığılcımı sinələrdə tutuşduğu kiçik bir alov,
sonra isə böyük bir tonqaldır sevgi.
Həm yandıran, həmdə canlandıran.
Bəzən gözdən axan iki damla yaşdır
istək və həsrət dolu.
Bəzən də əlindəki siqaretdə köz
sən əlindəkini, o da səni bitirir.
Hər gecə yatağına uzandıqda qurduğun xəyallardır.
Yaşatdığın ümidlər,etdiyin dualardır.
Hərdən uğrunda ölmək,hərdən uğrunda yaşamaqdı.
İstidə donmaq,soyuqda isə yanmaqdı.
Hər an onunla yaşamaq, 
onsuz olsanda onunla olmaqdi sevgi.
Sevgi 5 hərfə bütün dünyanı sığdırmaqdı
Bilmirəm nədir sevgi.?
Amma bildiyim odur ki,
Sevgi həm səninlə,həmdə sənsizdir.
Qəlbində qoyduğum bir izdir.
Sevgi sadecə bizə aid olan və heç bir riyazi məntiqə uymayan 1+1=1 həllidir, dəyişməzdir.
Bilmirəm nədir sevgi?
Bircə onu bilirəmki, sevgi sənsən, sevgi mənəm və sevgi BİZ-di. :heart:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!