Corab (düşündürücü hekayə)

Corab (düşündürücü hekayə)
Sevgi Dünyası
10.09.2017 13
Çox varlı bir adam ölmünün yaxınlaşdığını hiss edib oğlunu yanına çağırdı və " Öləndə məni corablarımla basdırın " , - deyə vəsiyyət etdi. Oğlu səbəbini bilməsə də, razılaşdı. Sonra adam oğluna bir məktub verib, " Mən öləndən sonra bir çətinə düşsən, bu məktubu açarsan " , - dedi.

Vaxt gəldi və adam ruhunu tapşırdı. Qohum - əqrəba yığışdılar. Oğlu isə, " İndi mən onu corabları ilə necə basdırım " , - deyə fikirləşməyə başladı. Bir molla tapıb dərdini ona danışdı. Ancaq molla bu işə heç cür razılıq vermədi. Başqa bir molladan soruşdu. O da " Yox, bu heç cür mümkün deyil " , - deyə etiraz etdi. Oğlü çarəsiz qaldı. Birdən ağlına atasının verdiyi məktub düşdü. Məktubu açıb bu sözləri oxudu: " Oğlum,görürsən ki, bu qədər var-dövlətim olsa da, yanımda bir corab apara bilmirəm. Artıq qalanını sən özün fikirləş ".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!