Unudacam

Unudacam
Sevgi Dünyası
10.09.2017 9
Salam Sevdiyim.

Bu gecə də sənin yoxluğunda səndən danışacam.

Gəlişin deyildə gedişin çıxmır ağılımdan .

Sənsizliyi qaldıra bilmirəm, bilərsən.

Bilirsinde hardasan?

Bu parçamda sənə sevgimi deyil, nifrətimdən danışacam

Keçmişdəki xoşbəxtliyimdən danışacam.



Anam vardı, ailəm vardı, gülüşlərim vardı, səbəbsizcə qəhqəhələrim vardı, şəkərlərim vardı.

Gün gəldi böyüdüm. Tozpembə olan həyatım qapqara oldu.

Eşqlə tanış olduq

Mərhaba mən Eşq: Həyatını qaraltmağa gəldim. dərcəsinə gəldi.



Anamın kiçik saf qızı qala bilmədim.

Atamdan başqa adama aşiq oldum.

Atam kimi qoruyar, qollar, onun kimi sevər sandım.

O məni buraxmaz, buraxamaz dedim.

Çoxmu şişirtmişəm?

Bəli mən səni çox şişirtmişəm. Çox böyütmüşəm gözümdə.



Gülüşlərimi oğurlayacaq qədər sevmişəm.

Hər gecə ağlayacaq qədər sevmişəm.

Çox sevmişəm.

Anamın kiçik şirin qızı qala bilməmişəm.

Böyümüşəm.

O nə etmiş? O məni tərk etmiş.

Uğruna öldüyüm adam məni tərk etmiş.

Bir dəfə deyil min dəfə öldürmüş.

Nağıllarda danışılan xoşbəxt son olmadı.

Yalnız son oldu. xoşbəxt olmadı bərbad bir son oldu.



Mən uşaqlığımı, gülüşlərimi, şəkərlərimi, oyuncaqlarımı necə unutduysam: sənidə unudacam.

İndi səninlə keçmişimi unudacam, adını unudacam, mesajlarını unudacam, nömrəni unudacam.

Mən kiçikliyimi, tozpembe həyatımı, qəhqəhələrimi, şəkərlərimi necə unutduysam: Sənidə elə unudacam.



Unudacam ki hər gecə ağlamayım.

unudacam ki canım yanmasın.

unudacam ki. Unudacam işdə adam mən səni unudacam.

Getdiyin qadın məni tərk etdiyinə dəydimi indi.?

Qollarının arasına alıb yağışda nəfəsiylə istidə bilirmi səni..

Mənim Kimi?



Mən sevmişdim səni. Mən.

Qışda yağışın altında islanacaq qədər,

qarşında ağlayacaq qədər MƏN sevmişdim səni.

Taparsan əlbət məndən gözəlini ya mənim kimi sevənini?



Baxma indi mənə elə.

ağlamıram.

İnanma Yeşilçam filmlərindəki kimi yalan danışıram.

ağlayıram, hər gecə yoxluğunda ağlayıram.

Yatağımda yorğanı başıma çəkərək, nəfəsimi tutaraq, nəfəssiz qalaraq hıçqıra hıçqıra ağlayıram.

Ağlarkən ağızımdan tək söz çıxır.

Unudacam

Necə unutduysam gülüşlərimi necə itirdiysəm uşaqlığımı , saflığımı sənidə unudacam.



İndi Adam mən unudacam.

Sən xatırla.

Mən yatacam.

Sən səhərə qədər ağlayacaqsan.

Mən güləcəm.

Sən bədbəxt olacaqsan yoxluğumda.

Mən səni unudacam adam. Unudacamскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!