Çünki bir gün.... mən olmayacam...

Çünki bir gün.... mən olmayacam...
Sevgi Dünyası
10.09.2017 27
Hər səhər oyandığında sənə "Sabahın xeyir həyatım" mesajını yazan olmayacaq...Sənin kefin olmayanda səni qıdıqlayaraq güldürən olmayacaq... İşinin ən pis vaxtında "surprizzz mən gəldim" deyən olmayacaq...
Çünki bir gün.... mən olmayacam...
Səni əsəbləşdirən, sualları heç bitməyən, hər sözdən bir məna çıxaran, səni hər kəsə qısqanan biri olmayacaq... Yersiz davalar edən lakin səhvin özündə olduğunu anlayanda "Bəlkə barışaq?))" deyən olmayacaq...
Çünki bir gün.... mən olmayacam...
Bütün gününü mənə ayırsan da səhəri gün "sən mənə heç vaxt ayırmırsan ee" deyən olmayacaq..."Dünyanın ən şirin qızı sənindir bu həyatdan daha nə istəyirsən?" deyən olmayacaq..."Dünyanın ən gözəl qızı səni sevir, sən isə bu pessimistlikdən əl çəkmirsən" deyən olmayacaq...
Çünki bir gün.... mən olmayacam...
Səninlə qaçdı-tutdu oynayıb uşaqlığını yada salan, gözlərini yum xəyal quraq, hər şeyi geridə burax,gedirik deyən olmayacaq...Sən çox cəsarətsizsən deyib səni qıcıqlandıran, ciddi qərarlarını dəyişən olmayacaq...
Çünki bir gün.... mən olmayacam...
Sən həyatın çətinliklərindən danışıb, ölmək istəyəndə "BİRLİKDƏ ÖLƏK!" deyən də olmayacaq...Səninlə birlikdə bütün risklərə girib, sırf sən istəyirsən deyə günaha batan da olmayacaq!
Çünki bir gün.... mən olmayacam...
Sən acsan deyə səninlə birlikdə ac qalan olmayacaq...Sən onu nə qədər incidirsən incit, hər dəfəsində səni bağışlayan olmayacaq...Sən getmək istəyərkən belə səni tək bir sözü ilə geri qaytaran olmayacaq...
Çünki bir gün.... mən olmayacam...
Dünyanın ən gözəl yerlərini səninlə birlikdə görmək istəyən olmayacaq...Sənin üçün özündən imtina edən biri olmayacaq...
Nə yalan deyim?! Səni mənim kimi sevən biri olmayacaq...
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!