Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 1)

Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 1)
Sevgi Dünyası
10.09.2017 28
Birinci Dəftər

1




Məhəbbət gözəgörünməz, sehrli bir quşdur; adamı qanadlarına alıb göylərə uçurur, bu aləmdən çox uzaqlarda olan ikinci dünyaya aparır. Orda çəkdiyin

əzab, əziyyət də səni sərməst edir, nəşələndirir; hər şey öz adiliyindən çıxıb gözəlləşir. Səhərlər qızaran üfüqlər, doğan günəş, gecələr lacivərd səmada süzən ay, sayrışan ulduzlar, təbiətin qoynundakı meşələr, dənizlər, dağlar, şəlalələr, güllər, çiçəklər o qədər mənalı və möcüzəli görünür ki, tamaşasından doymursan. Hələ bütün varlığını ixtiyarını sərancamına verdiyin oğlan, qış nağıllarından gəlmiş müdrik, cəsur bir qəhrəmana dönür sənin üçün. Onun görüşlərində özünü insanların ən bəxtəvəri sanırsan. Istəyirsən o, daima səni oxşasın, əzizləsin, öpsün və hətta hərdən incitsin də. Belə anlarda unudursan, dünyada nə var—hamısını; müqəddəs bir mənanın səcdəsindən ayrılmırsan. Düşünürsən ki, damarlarında qan deyil, ülvi məhəbbətin pak duyğuları cərəyan edir və sən bundan xoşhallandıqca xumarlanırsan, əfsanəvi bir aləmin çəkisizlik şəraitində qov kimi yüngül olursan… Nəhayətsiz fəzalarda uçursan...

Bəli. Bu saat mən Könül də eləyəm. Nə yerdəyəm, nə göydə. Qərarım yoxdur. Bilmirəm ürəyimin çırpıntısını necə sakitləşdirim. Etiraf etməliyəm ki, bu narahatlıq mənə həm də ləzzət verir. Nə üçünsə, səbəbini anlamıram: "Dərya!”—deyə ucadan çağırmaq, qəhqəhə çəkmək, uşaq təki atılıb-düşmək istəyirəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!