Maraqlı hekayələr

Maraqlı hekayələr
Sevgi Dünyası
10.09.2017 33
Bir qız və bir cavan, bir motosikletin üzərində l80 Km/saat sürətlə gedirlər və aralarında belə bir söhbət keçir;



Qız; Xahiş edirəm yavaşla , mən qorxuram.



Cavan; Xeyr, bax nə qədər əyləncəlidir,



Qız ; Xahiş edirəm, çox qorxuram.



Cavan; Yaxşı, məni sevdiyini söylə



Qız ; Səni çox sevirəm, yavaŞla,



Cavan; İndi də məni möhkəmcə qucaqla



Qız cavanı möhkəm qucaqlayır.



Cavan; Kaskamı götürüb, özünə taxa bilərsən? BaŞımı çox sıxır.



Sabahısı gün qəzetlərdə belə bir xəbər çıxdı;



Motosiklet Qəzası; Motosiklet əyləc qəzası səbəbiylə, bir binaya çarpıldı. Üzərindəki 2 adamdan yalnız biri xilas oldu.



Gerçək isə belə idi. Yolun yarısında, cavan əyləclərin pozulduğunu anlamıŞ amma bunu qıza bildirmək istəməmiŞdi. Bunun yerinə, qızdan özünü sevdiyini söyləməsini istəmiş və……….



MəŞhur bir natiq danıŞmasına 100 dollarlıq bir banknotu əlində tutaraq baŞladı.

- Bu 100 dollarlıq banknotu kim istər? deyə soruŞdu.

Salonda əllər tək-tək havaya qalxdı.

- Tamam. Bu 100 dolları içinizdən birinə verəcəyəm, amma əvvəl lütfən icazə verin, dedi və banknotu yaxŞıca büzdürdükdən sonra təkrar soruŞdu:

- İndi kim istəyir?

Salonda eyni əllər havaya qalxdı. Bu dəfə, adam, banknotu yerə atdı və ayaqqabısıyla əzdi. Ardından əyildi və pulu götürdü. Banknot çirkli və büzüŞ-büzüŞ olmuŞdu.

- Hələ istəyən varmı? deyə soruŞdu.

Salonda əllər təkrar havaya qalxdı.

- YoldaŞlar, düŞünürəm hamınız çox əhəmiyyətli bir dərs öyrəndiniz. Pula nə etsəm edim siz hələ onu istəməyə davam etdiniz, çünki bilirdiniz ki, bu banknot dəyərindən bir Şey itirmədi. Bəli bunun kimi, bizlər də həyatda çox çətin vəziyyətlərlə qarŞı-qarŞıya qalarıq. Zirvədən aŞağı düŞərik, üzərimizdən basıb keçərlər; bütün o mənfi hadisələri yaŞayarkən, əgər Şəxsiyyətimizi mühafizə etsək, baŞımıza nə gəlirsə gəlsin dəyərimizi əsla itirmərik.



Cənub Afrikanın Cape Town Şəhərindəki bir xəstəxanada davamlı olaraq sirrli ölümlər olurdu. Tibb bacıları həftələrdir üst üstə hər cümə günü 311 nömrəli reanimasiya otağına yatırdılan xəstələri ölü tapmaqda idilər. Bu sirli ölümlərə uzun müddət Şərh gətirilə bilmədi.

Hər kəs məsələnin həll edilməsi üçün səfərbər oldu: Mütəxəssislər otağının havasını bakteriyoloji cəhətdən yoxladılar. Cənub Afrikanın qabaqda gələn elm adamları ölənlərin ailələriylə üç həftə boyunca görüŞmələr etdilər. Hətta iŞin içinə polis də girdi və ağla gələn hər ehtimal tək-tək qiymətləndirildi, ancaq onların araŞdırmaları da nəticəsiz qaldı.

Və təbii bu vaxt 311 nömrəli otaqdakı xəstələr səbəbsiz ölməyə davam edirdi. Son çarə olaraq xəstələrin qaldığı 311 nömrəli reanimasiya otağı davamlı qarovul altına alındı və sonunda otaqdakı ölümlərin səbəbi ortaya çıxdı.

Nəticə çox tragikomik idi; cümə səhəri saat 6′da otaqları təmizləyən təmizlikçi qadının

xəstənin bağlı olduğu tənəffüs cihazının çekini çəkərək , öz elektrik süpürgəsinin çekini taxdığı və iŞini bitirdikdən sonra tənəffüs cihazının çəkini təkrar yerinə taxıb getdiyi görüldü…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!